Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(3-9)-59/2026 11.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Savalanlı Aysel Əbdül qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X17ə qarşı Sabirabad rayon Mərkəzi Xəstəxanası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-1611/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Sabirabad Rayon Mərkəzi Xəstəxanası X20 üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli T00105659CPU saylı elektron göndəriş üzrə qərarının ləğv edilməsi və himayəsində olan xx.xx.2010-cu ildə doğulmuş X14 adlı uşağına xx.xx.2023-cü il tarixdən etibarən müddətsiz 2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Rəşidə Quliyeva) xx.xx.2025-ci il tarixli, 2- 1(120)-1611/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçıya müvafiq əlilliyin təyin edilməsinin imtinasının heç bir hüquqi və qanuni əsasları mövcud deyildir. Məhkəmə diaqnozun eyniliyi barədə həmçinin onun da qeyd edilməsini zəruri hesab etmişdir ki, SİMU-nun müddətli müəyyən olunması, təkrar yoxlanılmanın aparılmasının zəruriliyi məhkəmə hesab edir ki, iddiaçıda SİMU olmasına əsas verən xəstəliyin müddətin bitdiyi tarixdən sonra da yenidən SİMU təyin edilməsi üçün davam edib-etməməsinə xidmət edir ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçıda sağlamlıq imkanlarının məhdud olmasının təyininə əsas verən xəstəlik müddət bitdikdən sonra da davam etməkdədir ki, bu səbəbdən də məhkəmə hesab etmişdir ki, sağlamlıq imkanlarının məhdud olmasının müddətli olması diaqnozun eyniliyi halında sağlamlıq imkanlarının məhdud olmasının növbəti müddətə həmin diaqnoz əsasında təyininin qanuniliyi halını dəyişmir. Beləliklə, iddiaçının təyin olunmuş müddət bitdikdən sonra da həmin xəstəlikdən əziyyət çəkdiyi növbəti halda yoxlanılmalıdır ki, həmin yoxlamadan görünür ki, iddiaçıda diaqnozda hər hansı dəyişiklik mövcud olmamış, cavabdeh normativ hüquqi aktlarda göstərilən siyahıda nəzərdə tutulmuş xəstəliyin ağırlaşmalarının aşkar edilməməsi və yeni qanunvericiliyə uyğun müvafiq göndərişin rəsmiləşdirilməməsi ilə imtinasını əsaslandırmışdır ki, məhkəmə yuxarı instansiya məhkəməsinin təcrübəsini nəzərə almaqla hesab edir ki, iddia təmin edilməlidir. Göründüyü kimi, istər iddiaçıda göndərişdə göstərilən xəstəliklərin qüvvədə olmuş Əsasnamənin tələbinə əsasən SİMU təyinatına əsas verməsi ilə bağlı hallar, istər ilkin SİMU təyinatına əsas olmuş həmin xəstəlik və diaqnozların hal-hazırda da iddiaçıda mövcud olmasını təsdiq edən hallar nəzərə alınmaqla müraciətin təminindən cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, azyaşlı övladı xx.xx.2010-cu il təvəllüdlü X15 xx.xx.2010-cu il tarixdə ünvan 1 ünvanında yerləşən Uroloji Mərkəzdə sağ tərəfli nefrektomiya İV dərəcəli xəstəliyi səbəbindən sağ böyrəyi cərrahi əməliyyat nəticəsində götürülmüşdür. Uşaq üzərində dinamik nəzarətin olunması təyin edilmişdir. Təyin edilən diaqnoz; Vahid qalmış sol böyrəyin pieloektariyası (Z90.5,0 62.0) DTSERA tərəfindən təyin edilən diaqnoz: Xroniktubulointerstersial nefrit.tək böyrəyin (sol böyrək) xronikipielonefritin kəskinləşməsi. Sağtərəfli nefrektomiyadan sonrakı vəziyyət. Ağırlaşma 113.1 böyrək çatışmamazlığı ilə müşayiət olunan, əsasən böyrəklərin zədələnməsi ilə hipertensiv (hipertoniya) xəstəliyi Renal hiporteniya İ mərhələ. Rieloekiaziya. Ağırlaşma D59.4 Digər qeyri-autoimmun hemolitik anemiyalar. Real anemiya. Yanaşı xəstəliklər N03 Xronik neftirik sindrom, Sağtərəfli nefroskleroz . Sağlamlıq imkanları məhdud uşaq kimi onun övladı X11 cavabdeh inzibati orqan tərəfindən xx.xx.2020-ci il tarixdə (3 il müddətinə) ümumi xəstəlik səbəbindən əlillik təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə isə əlillik müddəti bitməsi səbəbdən yenidən əlillik təyinatı aparılmasından imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən xx.xx.2023-cü il tarixli T00105659CPU nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Göründüyü kimi məhkəmə işə baxarkən ekspert rəyinə əsaslanaraq (halbuki rəylə vətəndaşın əlil olması qənaətinə gəlinə bilməz) vətəndaşın xeyrinə bu halları tövsif etməklə qərar qəbul edərək vətəndaşın əlilliyin təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki, ekspert heç bir instrumental müayinələr aparmadan sırf tibbi sənədlərə əsasən iddiaçının qeyd edilən xəstəliklərdən əziyyət çəkdiyini qeyd etmişdir. Həmçinin xəstədə ağırlaşmaların olub-olmaması hər hansı qaydada müəyyən edilməmişdir. Diaqnozun öz təsdiqini tapmaması X7 əyani müayinəsi zamanı Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarın ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Prosessual məsələlər: Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. X11 aid aşağıdakı; - xx.xx.2020-ci il tarixli, 6UUCDH30005 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2: XİV sinif-Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N10-N16-Böyrəyin tubulointrestisial xəstəlikləri => N11-Xronik tubulointerstisial nefrit => N11.0 Reflükslə bağlı, qeyri-obstruktiv xroni... Diaqnozun mətni: Xroniki tubulointrestisial nefrit, Tək böyrəyin (sol böyrək) xroniki pielonefritin kəskinləşməsi. Sağtərəfli nefrektomiyadan sonrakı vəziyyət... Ağırlaşma 113.1 Böyrək çatmamazlığı ilə müşayiət olunan, əsas böyrəklərin zədələnməsi ilə hipertensiv (hipertoniya) xəstəlik (yi), Renal hipertoniya İ mərhələ. Pieloktaziya... Ağırlaşma D59.4 Digər qeyri-autommun hemolitik anemiyalar, Renal anemiya... Yanaşı xəstəliklər N03 Xronik nefritik sindrom, Sağtərfəli nefroskleroz... Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.22.cərrahi əməliyyatdan sonra uzunmüddətli sağalma və reabilitasiya müalicəsi tələb olunan hallar (Z98.8, K91.9, K92.-K92.9); Ümumi xəstəlik səbəbindən 3 il müddətinə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. - Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2010-cu il təvəllüdlü X14 barəsində xx.xx.2023-cü il tarixdə tərtib olunmuş T00105659CPU №-li Forma 88-də TSEK-ə göndəriş zamanı təyin olunmuş əsas Diaqnoz: Dəqiqləşdiriləmiş xroniki tubulointerstisial nefrit, Tək böyrəyin pielonefriti (N11.9); Ağırlaşma-Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, Renal anemiya (D63.8*); Yanaşı xəstəliklər - Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Sağtərəfli nefrektomiyadan sonrakı vəziyyət (Z98.8) qeyd olunmuşdur. - xx.xx.2023-cü il tarixli, 6UUCDH30008 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, dəqiqləşdirilməmiş xroniki tubulointerstisial nefrit, Tək böyrəyin pielonefriti... İmtinanın səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əlilliyin təyini üçün XBT kodu düzgün seçilməyib. - Agentliyin Tibbi-sosial ekspert komissiyasının 3-17-4/3-1-18307/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Saatlı rayon sakini xx.xx.2010-cu il təvəllüdlü X7 (FİN:6UUCDH3) əlillik müddəti tamamlandıqdan sonra anası İddiaçı (FİN:xxxxxxx) müraciəti əsasında 3 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan valideyn məhkəməyə müraciət etmişdir.Məhkəmənin qərardadı ilə iddiaçı qəyyum İddiaçı (FİN:xxxxxxx), övladı X7 əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.Bununla bağlı E.Salahova əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi.Əlillik AS-də olan məlumatlara əsasən məlum olmuşdur ki, X7 əlillik vəziyyəti ilk dəfə Saatlı Rayon Mərkəzi Xəstəxanasının “Xronik tubulointerstisial nefrit. Tək böyrəyin (sol böyrək) xroniki pielonefritin kəskinləşməsi. Sağtərəfli nefrektomiyadan sonrakı vəziyyət" diaqnozu ilə rəsmiləşdirilmiş göndərişləri əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək ümumi xəstəlik səbəbindən 3 (üç) il müddətinə “ilkin” SİMU təyin edilmişdir. Əlillik müddəti tamamlandıqdan sonra, valideynin müraciəti əsasında Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2023-cü il tarixli H00073683PNV nömrəli, xx.xx.2023-cü il tarixli U00085172BDP nömrəli və xx.xx.2023-cü il tarixli T00105659CPU nömrəli göndərişlər rəsmiləşdirilsə də, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, göndərişin natamam doldurulması səbəbindən əlillik təyinatı aparılmamış, tibb müəssisəsinə geri qaytarılmışdır. Qərardan narazı olan valideyn məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında , övladı F.Süleymanzadə DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və bəzi instrumental müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixdə DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri sol böyrək nahiyəsində olan daimi küt ağrıdan, sidik ifrazı zamanı yanma hissindən, ümumi narahatlıqdan olmuş, valideynlərindən alınan məlumatlara əsasən xx.xx.2019-cu il tarixində “Uroloji Mərkəz"də sağ böyrəyinin cərrahi əməliyyat ilə xaric edildiyi məlum olmuş, bunu təsdiq edən “Uroloji Mərkəz”in xx.xx.2019xx.xx.2019-cu il tarixli epikrizi təqdim edilmişdir ki, orada da diaqnoz “Sağ tərəfli hidronefroz İV dərəcə. Xroniki piyelonefrit. Sağ tərəfli nefroskleroz.” şəklində göstərilmişdir.Təqdim edilmiş sənədlər arasında, Akademik M.C.Cavad-Zadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli ambulator xəstənin tibbi kartından çıxarışına əsasən diaqnoz “Vahid qalmış sol böyrəyin pieloektaziyası.” şəklində göstərilmiş, orada aparılmış qanın biokimyəvi analiz nəticələrinə əsasən qanda '‘Kreatinin” miqdarı 47 (qırx yeddi) mkmol/l, “Sidik cövhəri’’ isə 4,5 (dörd tam onda beş) mmol/l kimi müəyyən edilmişdir.Obyektiv müayinə zamanı, dəri və görünən selikli qişaların rəngi solğun olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, dili nəm, ərpsizdir, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, döyəcləmə simptomu sol tərəfdən zəif müsbət qeyd edilmiş, periferik ödem izlənilməmiş, sağ qabırğaaltı nahiyədə sağ böyrəyin nefrektomiyasına dair cərrahi əməliyyat çapığı müşahidə edilmişdir.xx.xx.2024-cü il tarixində DTSERA-da E.Salahova aparılmış Uroloji ultrasəs müayinəsinin nəticəsi “Sağtərəfli nefroektomiyalı. Sol böyrəyin exogenliyində artma.” kimi müəyyən edilmiş, qanın biokimyəvi analiz nəticələrinə əsasən qanda “Kreatinin” miqdarı 84.9 (səksən dörd tam onda doqquz) mkmol/l olmuş, beləliklə əlillik təyinatına əsas verən heç bir patofunksional pozuntu aşkarlanmamışdır.Nəticədə dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən xx.xx.2023-cü il tarixli T00105659CPU nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. - Xidmətin Tibbi-Sosial Ekspert Komissiyasının 6UUCDH30009 №-li, xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2010-cu il təvəllüdlü X11-Diaqnoz öz təsdiqini tapmaması əsası ilə sağlamlıq imkanının məhdudluğu müəyyən edilməmişdir. - Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X20 tərəfindən verilmiş 18-1-70/2- 951/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xəstə X7 adına xx.xx.2023-cü il tarixli TOO105659 CPU seriyalı Forma 088 rəsmiləşdirilərək TSEKə göndərilmişdir. TSEK-in qərarı “Əlilliyin təyini üçün XBT kodu düzgün seçilməyib” səbəbi ilə imtina verilmişdir. xx.xx.2024-cü il tarixdə X1 rayon Mərkəzi Xəstəxanasının HMK-na müraciət edərək onun adına yenidən Forma 88 rəsmiləşdirilib Z90.5 XBT kodu ilə TSEK-ə göndərilmişdir. - “Məhkəmə-Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi” X17 ekspertləri tərəfindən verilmiş T328/2025 saylı ekspert rəyində ekspertizanın xx.xx.2024-cü il tarixdə başladığı xx.xx.2025-ci il tarixdə başa çatdığı və ekspertlərin aşağıdakı nəticəyə gəldiyi: 1.4.7.E.E.Salahov Akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına tibbi rəy üçün göndərildi. Tibbi rəydən görünür ki, o, 30.04.-xx.xx.2025-ci il tarixlərdə müayinə olunmuş və ona “Vahid qalmış sol böyrək (Z90.5), Nevrogen sidik kisəsi (N31.2) hipotonik forma. Xroniki sidik ləngiməsi R33)” Diaqnozu müəyyən edilmişdir. Müalicə olunmaqla göstərilən qüsurun aradan qalxması (sağalması) mümkün deyildir. 2.3.5.6.7.E.E.Salahovun iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Sabirabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də tərtib edilmiş xx.xx.2023- cü il tarixli T00105659CPU saylı Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: N11.9 - Dəqiqiləşdirilməmiş, xroniki tubulointerstisial nefrit. Tək böyrəyin pielonefriti; Yanaşı xəstəliklər: Z98.8 - Digər dəqiqiləşdirilməmiş, cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Sağ tərəfli nerfrektomiyadan sonrakı vəziyyət” diaqnoz xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Diaqnoz nəzərə alınmaqla şəxsin DTSERA-da xx.xx.2024-cü il tarixdə əyani müayinəsi zamanı şikayətləri sol böyrək nahiyəsində olan daimi küt ağrıdan, sidik ifrazı zamanı yanmahissindən, ümumi narahatlıqdan olmuş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, döyəcləmə simptomu sol tərəfdən zəif müsbət qeyd edilmiş, periferik ödem izlənilməmiş, sağ qabırğaaltı nahiyədə sağ böyrəyin nefrektomiyasma dair cərrahi əməliyyat çapığı müşahidə edilmiş ora aparılmış Uroloji ultrasəs müayinəsinin nəticəsində “Sağtərəfli nefroektomiyalı, sol böyrəyin exogenliyində artma” kimi müəyyən edilmiş, qanın biokimyəvi analiz nəticələrinə əsasən qanda “Kreatinin” miqdarı 84.9 (səksən dörd tam onda doqquz) mkmol/1 olmuş, beləliklə, əlillik təyinatına əsas verən heç bir patofunksional pozuntu aşkarlanmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin istərsə də Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları’nın hər hansı bəndini aid etmək mümkün olmadı.
8. Qeyd edilən diaqnozlu xəstəliyin tam reabilitasiyası yoxdur. - “X6 adına Respublika Kliniki Uroloji Xəstəxanası” X22 tərəfindən verilmiş 18-1-4/2- 234/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2025xx.xx.2025-ci il tarixlərdə xəstəxanalarında müayinədə olan 2010-cu il təvəllüdlü X13 analiz və müayinələrin nəticələrinə əsasən “Vahid qalmıs sol böyrək (Z90.5).Neyrogen sidik kisəsi (N31.2) hiptonik forma.Xroniki sidik ləngiməsi R33” diaqnozu qoyulmuşdur. E.Salahova qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli 187 №-li Qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə ilə təsdiq olunmuş meyarlardan məktubda qeyd edilənlərdən heç birinə uyğun gəlmir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya ilk dəfə xx.xx.2020-ci il tarixdə Xronik tubulointerstisial nefrit, Tək böyrəyin (sol böyrək) xroniki pielonefritin kəskinləşməsi. Sağtərəfli nefrektomiyadan sonrakı vəziyyət: Ağırlaşma 113.1 Böyrək çatmamazlığı ilə müşayiət olunan, əsasən böyrəklərin zədələnməsi ilə hipertensiv (hipertoniya) xəstəlik(yi), Renal hipertoniya İ mərhələ.Pieloektaziya: Ağırlaşma D59 Digər qeyri-autoimmun hemolitik anemiyalar, real anemiya: yanaşı xəstəliklər N03 Xronik nefritik sindrom, Sağtərəfli nefroskleroz.. diaqnozu ilə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. İddiaçı barəsində 2023-cü ildən etibarən tərtib olunmuş növbəti Forma 88 göndərişlərdə eyni diaqnozun qeyd edilməsinə baxmayaraq,cavabdeh tərəfindən müxtəlif səbəblər əsas gətirilərək onun sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasından imtina edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh orqanın iddiaçıya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasından imtinasının dəlili olan, həmçinin xx.xx.2023-cü il xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə verilmiş göndərişlərdə öz əksini tapan “göndərişin natamam doldurulması” ilə əlaqədar əsaslar iddiaçıya münasibətdə əlilliyin təyin olunmaması ilə bağlı gəlinmiş nəticəyə münasibətdə öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı uzun müddət göstərilən xəstəliklərdən müalicə almış, bu davamlı xarakter daşımış, müalicə səmərəli nəticələrlə müşayiət olunmamışdır. Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2010-cu il təvəllüdlü X14 barəsində xx.xx.2023-cü il tarixdə tərtib olunmuş T00105659CPU №-li Forma 88-də TSEK-ə göndəriş zamanı təyin olunmuş əsas Diaqnoz: Dəqiqləşdiriləmiş xroniki tubulointerstisial nefrit, Tək böyrəyin pielonefriti (N11.9); Ağırlaşma-Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, Renal anemiya (D63.8*); Yanaşı xəstəliklər- Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Sağtərəfli nefrektomiyadan sonrakı vəziyyət (Z98.8)” kimi qiymətləndirilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizası əsasında təqdim olunmuş ekspert rəyində də göndərişdə göstərilən diaqnozun mövcudluğu öz təsdiqini tapmasa da, ekspert rəyinin nəticə hissəsində (rəyin 6-cı səhifəsinin 6-cı abzasında) 1.4.7.E.E.Salahov Akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına tibbi rəy üçün göndərildiyi. Tibbi rəydə X8 30.04.-xx.xx.2025ci il tarixlərdə müayinə olunduğu və ona “Vahid qalmış sol böyrək (Z90.5), Nevrogen sidik kisəsi (N31.2) hipotonik forma. Xroniki sidik ləngiməsi R33)” Diaqnozu müəyyən edilmişdir. Müalicə olunmaqla göstərilən qüsurun aradan qalxması (sağalması) mümkün olmadığı qeyd edilmişdir. Bundan əlavə, iddiaçının sağlamlıq imkanlarının məhdud olması həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu görünür. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”na əsasən: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: 1.1-ci bəndinə əsasən əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq səhiyyə müəssisəsi və ekspertlər tərəfindən iddiaçının övladının orqanizmində müəyyən edilmiş patofunksional pozuntulara əsasən qoyulmuş diaqnozların heç biri əlillik təyinatına əsas vermir. Belə ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də tərtib edilmiş xx.xx.2023- cü il tarixli T00105659CPU saylı Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: N11.9 - Dəqiqiləşdirilməmiş, xroniki tubulointerstisial nefrit. Tək böyrəyin pielonefriti; Yanaşı xəstəliklər: Z98.8 - Digər dəqiqiləşdirilməmiş, cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Sağ tərəfli nerfrektomiyadan sonrakı vəziyyət”, X6 adına Respublika Kliniki Uroloji Xəstəxanası” X22 tərəfindən 2010-cu il təvəllüdlü X13 analiz və müayinələrin nəticələrinə əsasən “Vahid qalmıs sol böyrək (Z90.5).Neyrogen sidik kisəsi (N31.2) hiptonik forma. Xroniki sidik ləngiməsi R33” diaqnozu qoyulmuşdur. Qeyd oluan diaqnozlar yuxarıda qeyd edilmiş qanunvericilik aktları ilə müqayisəli təhlil edildikdə müəyyən olunur ki, həmin pozuntulara əsasən qoyulmuş diaqnozların heç biri əlillik təyinatına əsas vermir. Digər tərəfdən, ekspert rəyində də Sabirabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də tərtib edilmiş xx.xx.2023-cü il tarixli T00105659CPU saylı Forma 088 göndərişində qeyd edilmiş diaqnozun xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olması göstərilmiş, eyni zamanda həm sözügedən rəydə, həm də X6 adına Respublika Kliniki Uroloji Xəstəxanası” X22 tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavabda X13 qoyulmuş “Vahid qalmıs sol böyrək (Z90.5). Neyrogen sidik kisəsi (N31.2) hiptonik forma. Xroniki sidik ləngiməsi R33” diaqnozunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə ilə təsdiq olunmuş meyarlardan heç birinə uyğun gəlmədiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş rəy verilməsində cavabdeh orqanın əməkdaşı iştirak etsə də, eyni zamanda, ekspert rəyi digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, həm rəydə gəlinən nəticə digər tibb müəssisələrinin rəyləri ilə təsdiq olunduğundan sözügedən ekspert rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. Kollegiya onu da qeyd edir ki, hazırkı vəziyyətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının övladına münasibətdə etimadın qorunması prinsiplərinə istinad etməsi qənaəti ilə də razılaşmır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası qeyd edir ki, etimadın qorunması prinsipinin geniş şərhi “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında öz əksini tapmış və mövcud məhkəmə təcrübəsində əsasən həmin qərarda qeyd edilmiş mövqeyə istinad edilir. “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin”. Göründüyü kimi, həmin qərarda inzibati orqanların publik maraqlara zidd olmayan qərarlarına münasibətdə etimadın qorunması şərtləri müəyyən edilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, etimadın qorunması prinsipi dövlətin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində apardığı siyasətə və məqsədlərinə xələl gətirməməlidir. Başqa sözlə, bu prinsipin tətbiqi hər hansı şəxsə müvafiq hüququ olmadığı halda əlillik təyin edilməsi və bununla da dövlət tərəfindən əhalinin sosial həssas qruplarına ayrılmış vəsaitin qanunsuz olaraq məsrəf edilməsinə xidmət etməməlidir. Məhkəmə kollegiyasının bu yanaşması həm də ondan qaynaqlanır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” gəldiyi qənaətə görə (bənd 48) məhkəmələrə tövsiyyə edilmişdir ki, “şəxsin əvvəlki əlilliyinin müəyyən edilməsi üçün əsas olan pozuntu, çatışmazlıq və xəstəliyin davam etməsi və həmin pozuntu, çatışmazlıq və xəstəliyin “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapması ilə bağlı şərtlərin vəhdətdə mövcud olmasıdır. Yəni əvvəlki əlilliyə əsas olan pozuntu, çatışmazlıq və xəstəlik “Əlilliyin müəyyən olunması meyarları”na görə artıq əlilliyin müəyyən edilməsi üçün əsas sayılmırsa, şəxsin etimadın qorunması hüququna istinad edilə bilməz Qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-1611/2025 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X17ə qarşı qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.