Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-610/2026 18.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarının ləğv edilməsi və iş üzrə üçüncü şəxs qismində cəlb edilmə barədə ərizəsinə dair Şirvan Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərardadı qəbul etdi. Işin halları: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi ** saylı ünvan 1 ünvanında yerləşən 0.0806 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını” xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərardadı ilə Üçüncü şəxs adi cəlb etmə qaydasında üçüncü şəхs qismində inzibаti məhkəmə icrааtınа cəlb edilməsi qərara alınmışdır. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı prosessual hüquq varisi Hüquqi varis ilə əvəz edilmişdir. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddia təmin edilmiş, Şirvan (Əli-Bayramlı) şəhər Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, *** saylı sərəncamı ilə ayrılmış Şirvan şəhəri, Ə.Bayramov yaşayış massivindəki ərazidə yerləşən 806.0 kv.m torpaq sahəsinin (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) mərhum İddiaçı aid olması və mülkiyyət hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəyininin cavabdehin üzərinə qoyulması” qərara alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Şirvan Inzibati Məhkəməsinə vəsatət verilərək Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarının ləğv edilməsi və iş üzrə üçüncü şəxs qismində cəlb edilərək işə mahiyyəti üzrə baxılması xahiş edilmişdir.Şirvan Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ##.##.2026-cı il tarixli Qərardadına əsasən vəsatət təmin edilməmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın potensial təsiridir. Hal-hazırda qüvvədə olan Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ərizəçiyə münasibətdə pozuntu yaratmır və üçüncü şəxs kimi cəlb olunması halında nəticənin dəyişə biləcəyi barədə hər hansı sübut və ya əsaslı arqument təqdim edə bilmir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, mübahisə predmeti olan eyni əmlak barəsində bir-birinin mövcudluğunu və həqiqiliyini təkzib edən fərqli inzibati orqanlar tərəfindən təqdim edilmiş sənədlər mövcuddur. Belə ki, iddiaçı bələdiyyə sənədlərinə əsaslanaraq torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasını tələb etsə də, cavabdeh qurumun imtinasının əsası qeyd olunan torpaq sahəsinin elektron baza məlumatlarında dövlət mülkiyyətində olması ilə bağlıdır. Bu səbəbdən, qəbul ediləcək yekun məhkəmə qərarı dövlətin qanunla qorunan mülkiyyət hüquqlarını məhdudlaşdıra biləcəyindən, Xidmət hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə iclasına cəlb olunmalıdır. Odur ki, Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadının və Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsi, Əmlak Məsələləri Dövlət Xidmətinin işə üçüncü şəxs qismində cəlb edilməklə işə mahiyyəti üzrə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2017-ci il tarixli qərarı: Göründüyü kimi inzibati prosessual qanunvericiliyin tələblərinə görə, inzibati işə baxan məhkəmə işi hərtərəfli araşdıraraq mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən bütün hallara qiymət verməli və mübahisə üzrə gələcəkdə qəbul ediləcək qərarın digər şəxslərin hüquq və mənafelərinə toxuna biləcəyini araşdırmalıdır. Həmin maddədə qanunverici cəlbetmənin iki növünü nəzərdə tutmuşdur: adi cəlbetmə və zəruri cəlbetmə. Zəruri cəlbetmə o zaman yaranır ki, hüquqi mübahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin maraqlarına bilavasitə təsir etsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı qərarın potensial təsiridir. Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. “Inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, **/**** nömrəli qərardadında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 28.1. Iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. Inzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz.
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tafm və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Iddiaçının, daha sonra onun hüquqi varisinin iddia tələbi “Şirvan (Əli-Bayramlı) şəhər Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, *** saylı sərəncamı ilə ayrılmış Şirvan şəhəri, Ə.Bayramov yaşayış massivindəki ərazidə yerləşən 806.0 kv.m torpaq sahəsinin (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) mərhum İddiaçı aid olması və mülkiyyət hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyininin cavabdehin üzərinə qoyulması” olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlərlə (iddiaçının adına tərtib edilmiş iddiaçının adına tərtib edilmiş Əli-Bayramlı Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, *** saylı sərəncamı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Əli-Bayramlı şəhər şöbəsinin rəyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Əli-Bayramlı şəhər şöbəsinin ##.##.2004-cü il tarixli məktubu, torpaq sahəsinin ayrılması barədə akt, mübahisəli torpaq sahəsinin planından çıxarış, fərdi yaşayış evinin tikintisi üçün Əli-Bayramlı Icra Hakimiyyətinin ##.##.2008-ci il tarixli icazəsi, mübahisəli fərdi yaşayış evinin eskiz layihəsi, Iddiaçı İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı Idarəsi tərəfindən ##.##.2004-cü il tarixdə tərtib edilmiş Şirvan şəhəri, Əli Bayramov küçəsi, * saylı fərdi yaşayış evinin İddiaçı adına qeydiyyata alınması barədə texniki pasport) Şirvan şəhəri, Ə.Bayramov yaşayış massivindəki ərazidə yerləşən 806.0 kv.m torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi sübut olunur və cavabdeh bu əsasla iddiaçının hüquqlarını dövlət reyestrində qeydə almaqdan imtina etməklə onun hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Işdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Əli-Bayramlı şəhər şöbəsinin ##.##.2004-cü il tarixli məktubuna əsasən, İddiaçı fərdi yaşayış evinin tikintisi üçün şəhərin Ə.Bayramov Şirvan şəhəri, Əli Bayramov küçəsində İddiaçı 806 kv.m torpaq sahəsinin satılması məqsədə uyğun hesab edilmişdir. Işdə olan Əli-Bayramlı Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, *** saylı sərəncamına əsasən görünür ki, fərdi yaşayış evinin tikintisi üçün şəhərin Ə.Bayramov yaşayış massivindəki ərazidən İddiaçı 806 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. Işdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Əli-Bayramlı şəhər şöbəsinin rəyinə əsasən, İddiaçı satılması nəzərdə tutulan 806 kv.m torpaq sahəsi yerində qəbul edilməsi və onun sanitar vəziyyətinə nəzarət edilməsi, lahiyələndirmənin vaxtı və qaydası Memarlıq və Tikinti şöbəsinin tapşırığını və nəzərdə tutulan şərtlər yerinə yetirilməsi barədə rəy verilmişdir. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmişdir.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli *- **-**/*-**/**/**** nömrəli məktubu ilə ##.##.2025-ci il tarixli ##/##/2025 №-li ekspert rəyi məhkəməyə ünvanlanmışdır. ##.##.2025-ci il tarixli ##/##/2025 nömrəli ekspert rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir: Azərbaycan Respublikası Əli-Bayramlı şəhər Bələdiyyəsi sədrinin ##.##.2004-cü il tarixli, *** saylı sərəncamına əsasən, İddiaçı fərdi yaşayış evinin tikintisi üçün şəhərin Ə.Bayramov yaşayış massivindəki ərazisindən ayrılmış 806 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Əli-Bayramlı şəhər Bələdiyyəsi sədrinin ##.##.2004-cü il tarixli, *** saylı sərəncamına əsasən, İddiaçı fərdi yaşayış evinin tikintisi üçün şəhərin Ə.Bayramov yaşayış massivindəki ərazisindən ayrılmış 806 kv.m torpaq sahəsi Üçüncü şəxs hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxemində (DWG) bələdiyyə mülkiyyətinə aid yaşayış məntəqələrinin torpaqları kateqoriyasında olmaqla tikinti altında olan torpaqlar uqodiyalı torpaq sahəsi kimi və hal-hazırda isə Azərbaycan Respublikasının Prezidentinin ## #### 2016-cı il tarixli *** saylı Fərmanına əsasən Şirvan şəhərində aparılmış elektron uçot işlərinin nəticəsində tərtib edilmiş Şirvan şəhərinin xəritəsində dövlət mülkiyyətində olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid tikinti altında olan torpaqlar uqodiyalı torpaq sahəsi kimi göstərilmişdir. Azərbaycan Respublikası Əli-Bayramlı şəhər Bələdiyyəsi sədrinin ##.##.2004-cü il tarixli, *** saylı sərəncamına əsasən, İddiaçı fərdi yaşayış evinin tikintisi üçün şəhərin Ə.Bayramov yaşayış massivindəki ərazisindən ayrılmış 806 kv.m torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Əli-Bayramlı şəhər Bələdiyyəsi sədrinin ##.##.2004-cü il tarixli, *** saylı sərəncamına əsasən, İddiaçı ayrılmış fərdi yaşayış evinin tikintisi üçün şəhərin Ə.Bayramov yaşayış massivindəki ərazisindən 806 kv.m torpaq sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olduğu və təyinatı üzrə istifadə edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əli-Bayramlı şəhər Bələdiyyəsi sədrinin ##.##.2004-cü il tarixli, *** saylı sərəncamına əsasən, İddiaçı fərdi yaşayış evinin tikintisi üçün şəhərin Ə.Bayramov yaşayış massivindəki ərazisindən ayrılmış 806 kv.m torpaq sahəsinin koordinatlarının üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin hallarına qiymət verərək hesab edir ki,apellyasiya şikayəti əsassızdır.Belə ki, mübahisəli 806 kv.m torpaq sahəsi Əli-Bayramlı şəhər Bələdiyyəsi sədrinin ##.##.2004-cü il tarixli, *** saylı sərəncamına əsasən, İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Şəhərin Ə.Bayramov yaşayış massivindəki ərazisindən ayrılmış torpaq sahəsi Üçüncü şəxs hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxemində (DWG) bələdiyyə mülkiyyətinə aid yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Ərizəçinin istinad etdiyi həmin ərazinin mövcud TEKUIS bazasında dövlət mülkiyyətində olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid tikinti altında olan torpaqlar uqodiyalı torpaq sahəsi kimi göstərilməsinə münasibətdə məhkəmə qeyd edir ki,torpaq sahəsinin ayrıldığı zaman ərazinin Üçüncü şəxs mülkiyyətində olmasına dair ilkin mütəxəssis rəyi inzibati orqanın alt qurumu tərəfindən verilmiş,eyni xüsusatlar ekspert rəyinə əsasən də təsdiq edilir. Mövcud bazaya əsasən ərazinin hansı əsasla dövlət mülkiyyətinə aid olduğu qeyd olunmamış, həmin baza isə inzibati orqan tərəfindən formalaşdırılmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquqi dəyərləndirməni hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, hazırkı mübahisə üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qanunla qorunan maraqlarına toxunmur. Beləliklə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” ## ###### 2022-ci il tarixli, **/**** nömrəli qərardadında formalaşmış hüquqi mövqeyini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi vəsatəti təmin etməməklə əsaslı nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılır. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.