Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-616/2026 16.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), X2 və Ağabəyov Nicat Rauf oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində cavabdeh1-ə qarşı “qərarın ləğv edilməsi və müvafiq əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2023-cü il tarixli, *******0006 nömrəli qərarının ləğv edilməsi və ona müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə Masallı rayon Mərkəzi Xəstəxanası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmişdir. Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia müddəti bərpa edilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Pərvanə Qurbanova) ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və şəxsin hüquqlarının, mənafeyinin pozulması ilə nəticələnmişdir. Imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ilə (hakimlər C.Quliyev (sədrlik edən və məruzəçi), H.Bəhmənov və Y.Həşimov) apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Inzibati Məhkəməsinin 2025-ci il ## #### tarixli, *-*(***)- ***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Ali Məhkəmənin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər X3 (məruzəçi), X5 və X1) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Publik Hüquqi Şəxsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin olunmaması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. Işin halları Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ildə ağır xəstəlik keçirmişdir. Bud sümüklərinin sınığı, dirsək sınığı ilə xəstəxanaya yerləşdirilmiş və ağır əməliyyat keçirmişdir. Iki ilə yaxın müddət yataq xəstəsi olmuşdur. Digər şəxslərin müdaxiləsi olmadan çətinliklə hərəkət edir. Səhiyyə Nazirliyi Elmi-tədqiqat travmatologiya və ortopediya institutu tərəfindən bud sümüklərinin sınığı, oynaqların kontrakturası, said sümüklərin, qabırğaların, döş sümüklərinin, onurğanın, döş şöbəsinin sınığı diaqnozu qoyulmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Lakin qeyd olunan Agentlikdən ona imtina cavabı verilmişdir. Imtina belə əsaslandırılmışdır ki, diaqnoz və müayinələr əlillik təyininə əsas vermir. Hesab edir ki, imtina əsassız və qanunsuzdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh inzibati orqan etirazını onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Masallı Rayon Mərkəzi Xəstəxanasının ##.##.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Z73.6 Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması. Əmək qabiliyyətinin pozulması. Ağırlaşma S72.3 Bud sümüyü cisminin diafizinin sınığı, Sol bud sümüyünün orta-aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı. Mərkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarının ləğv edilərək iddianın mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz etdiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi qərarın ləğv edilməsini və iddianın mümkünsüz sayılmasını xahiş etmişdir. Üçüncü şəxs Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan Inzibati Məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bildirir ki, İddiaçı əlillik vəziyyəti Masallı Rayon Mərkəzi Xəstəxanasının X********BNY nömrəli göndərişi əsasında ##.##.2023-cü il tarixində qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Iddiaçıya məxsus Əlillik altsistemdən çıxarışlardan müəyyən olunur ki: Komissiyanın ##.##.2023-cü il tarixli, *******0006 nömrəli qərarı ilə X********BNY nömrəli Forma 88 əsasında əlillik qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia verməsi mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Iş materiallarından görünür ki, cavabdehin ##.##.2023-cü il tarixli, *******0006 nömrəli qərarı barədə ##.##.2023-cü il tarixində iddiaçıya sms xəbərdarlıq göndərilmiş, iddiaçı isə 7 ay sonra, 2023cü ilin noyabr ayında məhkəməyə müraciət etmişdir. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı onun əlilliyinin ləğv edilməsi ilə bağlı qəbul edilmiş qərardan vaxtında məlumatlı olmuş, lakin qanunla müəyyən edilmiş iddia müddəti ərzində (30 gün) mübahisələndirməmiş, iddiaçının iddia ərizəsi ## ###### 2023-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Birinci instansiya məhkəməsi ##.##.2025-ci il tarixli qərardad ilə buraxılmış prosessual müddəti bərpa etmişdir. Məhkəmə bu zaman iddiaçının mübahisələndirilən qərardan məlumatının olmamasına və bu səbəbdən müddətin buraxılmasının onun təqsirindən baş verməməsi nəticəsinə gəlmişdir. IPM-in 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Cavabdeh apellyasiya şikayətində iddia müddəti məsələsini apellyasiya şikayətinin dəlili kimi irəli sürmüşdür. Birinci instansiya məhkəməsinin buraxılmış prosessual müddətin ötürülməsi barədə ##.##.2025-ci il tarixli qərardadına münasibətdə bildirilir ki, həmin qərardadda qeyd edilənlərin əksi olaraq iddiaçının mübahisələndirilən qərardan vaxtında məlumatlı olması yuxarıda göstərilənlərə əsasən təsdiq olunur. Həmçinin iddiaçı özü də apellyasiya baxışı zamanı sözügedən qərardan vaxtında məlumatının olduğunu, lakin hüquqi savadı olmadığından müddəti ötürdükdən sonra iddia verdiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən 30 günlük iddia müddəti ötürülmüş, müddətin üzrlü səbəblərdən ötürülməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. Iddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-616/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-616/2026
16.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver