Məhkəmə qərarları › İş №2-1(3-9)-62/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-62/2026

18.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-62/2026 18.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında xxxx Publik Hüquqi Şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin planı və ölçüsü sənədində uyğunsuzluğun düzəldilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və X2 ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: Beyləqan Rayonu Beyləqan Bələdiyyəsinin ## ##### 2007-ci il tarixli ** saylı iclasının * saylı qərarından çıxarışdan, Torpaqların alğı-satqısına dair aktdan və ayrılmış torpaq sahəsinə dair yerquruluşu planından çıxarşdan görünür ki, X3 fərdi sahibkarlıqla məşğul olmaq məqsədi üçün Beyləqan-Təzəkənd avtomobil yolunun sağ tərəfində RİC-in bağı ərazisindən 370 m2 torpaq sahəsinin satılması barəsində qərar qəbul edilmiş, torpaq sahəsinin satılması ilə bağlı alğı-satqısına dair akt tərtib edilmiş və ayrılmış torpaq sahəsinə dair yerquruluşu planından çıxarş tərtib edilmişdir. ## ###### 2008-ci il tarixli “Torpaq alğı-satqı müqaviləsi”ndən görünür ki, X3 tərəfindən 0.037 ha torpaq sahəsi X3. Seriya MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və seriya AA ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Beyləqan şəhərində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0.037 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının * nömrəli vərəqində qeydə alınmış, torpaq sahəsinin planı tərtib edilərək, döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. cavabdeh1n * saylı Beyləqan ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış ## ###### 2023-cü il tarixli *-**-*-**/*-***/**** nömrəli məktubda qeyd edilmişdir ki, “...Aparılmış inventarlaşdırma (çöl ölçmə) işləri zamanı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları X9 Uçotu İnformasiya Sistemi ilə eyniləşdirilən zaman torpaq sahəsinin bir hissəsinin yaşayış məntəqələrinin torpaq kateqoriyasına şərti yararsız uqodiyasına aid ümumi istifadədə olan torpaqlar kimi, bir hissəsinin dövlət mülkiyyətinə aid olan ərazidə yerləşməsi müəyyən edilmişdir. Aparılmış inventarlaşdırma (çöl ölçmə) işləri zamanı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müraciətə əlavə edilmiş AA ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahələri arasında 1584.0 fərq olması məyyən edilmişdir.” cavabdeh1n * saylı Beyləqan ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, “...1-ci sual üzrə: ##.##.2008-ci il tarixli AA ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən koordinatlara əsasən İddiaçı mülkiyyətində olan 0.037 ha torpaq sahəsinin sərhədlərini naturada müəyyən edən zaman müəyyən olundu ki, qeyd edilən koordinatlarda yerləşən torpaq sahəsinin koordinatları ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları üst-üstə düşmür və sürüşmə nəticəsində faktiki istifadəsində olan torpaq sahəsindən 1584 m aralıda yerləşir. Ona görə də ##.##.2008-ci il tarixli AA ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsinin əsası olan Beyləqan Bələdiyyəsinin ## ##### 2007-ci il tarixli qərarı ilə Beyləqan şəhər sakini X3 0.37 ha torpaq sahəsinin keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş və aidiyyəti üzrə təsdiq edilmiş yerquruluşu planında qeyd olunan ərazisinin sərhədləri müəyən edilmişdir. (Hər iki torpaq sahəsinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir). 2-ci sual üzrə: ##.##.2008-ci il tarixli AA ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində reyestr nömrəsi 607013001253, qeydiyyat nömrəsi 1708000159 olan ##.##.2008-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.037 ha torpaq sahəsi ##.##.2008-ci ildə bələdiyyə mülkiyyətində olmaqla, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid tikinti altında olan torpaq sahəsi olmuşdur. Qeyd edilən 0.037 ha torpaq sahəsinin 0.028 ha hissəsi X9 Uçotu İnformasiya Sistemində bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ümumi istifadədə olan şərti yararsız torpaq sahəsi kimi, 0.009 ha hissəsi isə bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid tikinti altında olan həyətyanı torpaq sahəsi kimi qeyd olunmuşdur. 3-cü sual üzrə: ##.##.2008-ci il tarixli AA ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə və reyestr nömrəsi 607013001253, qeydiyyat nömrəsi 1708000159 olan ##.##.2008ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.037 ha torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir. 4-cü sual üzrə: ##.##.2008-ci il tarixli AA ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə və reyestr nömrəsi 607013001253, qeydiyyat nömrəsi 1708000159 olan ##.##.2008ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.037 ha torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. 5-ci sual üzrə: ##.##.2008-ci il tarixli AA ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə və reyestr nömrəsi 607013001253, qeydiyyat nömrəsi 1708000159 olan ##.##.2008ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.037 ha torpaq sahəsinin 80 kv.m hissəsi Beyləqan-Təzəkənd avtomobil yolunun mühafizə zolağına düşür. Eyni zamanda həmin torpaq sahəsindən 37 m uzunluqda kanalizasiya xətti çəkilmişdir.” X4 Sistemlərinin İstismarı İdarəsinin ## ######## 2025 ci il tarixli *-**-*-**/*-*** nömrəli məktubunda qeyd edilmişdir ki, “...Beyləqan rayonu, Yuxarı Kəbirli kənd sakini İddiaçı mülkiyyətində olan (Xudafərin şadlıq sarayının ərazisi) torpaq sahəsinin kənarından (Beyləqan- Təzəkənd yolunun sağ hissəsində) keçən kanalizasiya xətti 2014-cü ildə inşa edilmişdir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “##.##.2008-ci il tarixli AA № ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə və reyestr nömrəsi 607013001253, qeydiyyat nömrəsi 1708000159 olan ##.##.2008-ci il tarixli çıxarışa əsasən İddiaçı ayrılmış 0.037 kv.m torpaq sahəsinin sənəd üzərində olan koordinatlarının faktiki vəziyyətə uyğunlaşdırılması (avtomobil yolunun mühafizə zolağına düşən 80 kv.m hissəsi istisna olmaqla) öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 0.037 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış və “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdan ötrü mülkiyyət hüququ ilə ona məxsus olan 0.037 ha torpaq sahəsində mağaza tikmək istərkən maneçilik tərədilmişdir. Belə ki, torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq var. Yaranmış məsələ ilə bağlı cavabdeh orqana müraciət etsədə, əsassız olaraq bundan imtina edilmişdir. Cavabdehin etirazları: Etirazın əsasları imtinanın əsasları ilə eynilk təşkil edir. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı (hakim Şahəli Musayev) ilə iddia təmin edilmiş, ##.##.2008-ci il tarixli AA № ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə və reyestr nömrəsi 607013001253, qeydiyyat nömrəsi 1708000159 olan ##.##.2008-ci il tarixli çıxarışa əsasən İddiaçı ayrılmış 0.037 kv.m torpaq sahəsinin sənəd üzərində olan koordinatlarının faktiki vəziyyətə uyğunlaşdırılması (ekspert rəyində göstərilmiş avtomobil yolunun mühafizə zolağına düşən 80 kv.m hissəsi istisna olmaqla) öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında cavabdeh1 * saylı Beyləqan ərazi idarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 Publik Hüquqi Şəxs ilə əvəz edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri imtinanın dəlilləri ilə eynidir. Əlavə olaraq qeyd edilmkşdir ki, torpaq sahəsindən 37 m uzunluqda kanalizasiya xətti çəkilmişdir. Apellyasiya şikayətinə dair etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddianın tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi iddiaya uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X7 İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddianın tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2016-cı il tarixli *** nömrəli Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasında X9 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə X9 uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin; 2.3. X9 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. X9 uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin; 2.5. ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və X9 uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin;

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya ##.##.2008-ci il tarixdə tərtib edilərək verilmiş №AA ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin sonradan X9 Uçotu İnformasiya Sistemində yerinin dəyişdirilməsi iddiçının əleyhinə şərh edilməz. İddiaçının cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş №AA ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin dəqiqliyinə etimad göstərmiş və müvafiq tikinti işlər həyata keçirirək uzun müddətdir ki, həmin əmlakdan (Xudafərin şadlıq sarayı) istifafadə edir. İş materiallarında olan Azərbaycan Dövlət Su X16 Su Mellorasiya Xidməti Publik Hüquqi Şəxs X5 Sistemlərinin İstismarı İdarəsinin məktubundan görünür ki, Beyləqan rayonu Yuxarı Kəbirli kənd sakini İddiaçı mülkiyyətində olan (Xudafərin şadlıq sarayının ərazisi) torpaq sahəsinin kənarından (Beyləqan-Təzəkənd yolunun sağ hissəsində) keçən kanalizasiya xətti 2014-cü ildə inşa edilmişdir. İddiaçı İddiaçı mülkiyyətində olan torpaq sahəsinin kənarından keçən kanalizasiya xətti 2014-cü ildə inşa edilmiş, iddiaçının mülkiyyət hüququ isə ##.##.2008-ci il tarixdə dövlət reysterindən qeydiyyata alınmışdır. İşin araşdırılmış hallarından müəyyən edildi ki, Beyləqan Rayonu Beyləqan Bələdiyyəsinin ## ##### 2007-ci il tarixli ** saylı iclasının * saylı qərarı ilə X3 fərdi sahibkarlıqla məşğul olmaq məqsədi üçün Beyləqan-Təzəkənd avtomobil yolunun sağ tərəfində RİC-in bağı ərazisindən 370 m2 torpaq sahəsinin satılması barəsində qərar qəbul edilmiş, torpaq sahəsinin satılması ilə bağlı alğı-satqısına dair akt tərtib edilmiş və ayrılmış torpaq sahəsinə dair yerquruluşu planından çıxarş tərtib edilmişdir. ## ###### 2008-ci il tarixli “Torpaq alğı-satqı müqaviləsi”ndən görünür ki, X3 tərəfindən 0.037 ha torpaq sahəsi X3. Seriya MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və seriya AA ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Beyləqan şəhərində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0.037 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının * nömrəli vərəqində qeydə alınmış, torpaq sahəsinin planı tərtib edilərək, döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ## ###### 2023-cü il tarixli *-**-*-**/*-***/**** nömrəli məktubda qeyd edilmişdir ki, “...Aparılmış inventarlaşdırma (çöl ölçmə) işləri zamanı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları X9 Uçotu İnformasiya Sistemi ilə eyniləşdirilən zaman torpaq sahəsinin bir hissəsinin yaşayış məntəqələrinin torpaq kateqoriyasına şərti yararsız uqodiyasına aid ümumi istifadədə olan torpaqlar kimi, bir hissəsinin dövlət mülkiyyətinə aid olan ərazidə yerləşməsi müəyyən edilmişdir. Aparılmış inventarlaşdırma (çöl ölçmə) işləri zamanı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müraciətə əlavə edilmiş AA ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahələri arasında 1584.0 fərq olması məyyən edilmişdir.” cavabdeh1n * saylı Beyləqan ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, “...1-ci sual üzrə: ##.##.2008-ci il tarixli AA ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən koordinatlara əsasən İddiaçı mülkiyyətində olan 0.037 ha torpaq sahəsinin sərhədlərini naturada müəyyən edən zaman müəyyən olundu ki, qeyd edilən koordinatlarda yerləşən torpaq sahəsinin koordinatları ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları üst-üstə düşmür və sürüşmə nəticəsində faktiki istifadəsində olan torpaq sahəsindən 1584 m aralıda yerləşir. Ona görə də ##.##.2008-ci il tarixli AA ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsinin əsası olan Beyləqan Bələdiyyəsinin ## ##### 2007-ci il tarixli qərarı ilə Beyləqan şəhər sakini X3 0.37 ha torpaq sahəsinin keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş və aidiyyəti üzrə təsdiq edilmiş yerquruluşu planında qeyd olunan ərazisinin sərhədləri müəyən edilmişdir. (Hər iki torpaq sahəsinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir). 2-ci sual üzrə: ##.##.2008-ci il tarixli AA ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində reyestr nömrəsi 607013001253, qeydiyyat nömrəsi 1708000159 olan ##.##.2008-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.037 ha torpaq sahəsi ##.##.2008-ci ildə bələdiyyə mülkiyyətində olmaqla, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid tikinti altında olan torpaq sahəsi olmuşdur. Qeyd edilən 0.037 ha torpaq sahəsinin 0.028 ha hissəsi X9 Uçotu İnformasiya Sistemində bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ümumi istifadədə olan şərti yararsız torpaq sahəsi kimi, 0.009 ha hissəsi isə bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid tikinti altında olan həyətyanı torpaq sahəsi kimi qeyd olunmuşdur. 3-cü sual üzrə: ##.##.2008-ci il tarixli AA ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə və reyestr nömrəsi 607013001253, qeydiyyat nömrəsi 1708000159 olan ##.##.2008ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.037 ha torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir. 4-cü sual üzrə: ##.##.2008-ci il tarixli AA ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə və reyestr nömrəsi 607013001253, qeydiyyat nömrəsi 1708000159 olan ##.##.2008ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.037 ha torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. 5-ci sual üzrə: ##.##.2008-ci il tarixli AA ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə və reyestr nömrəsi 607013001253, qeydiyyat nömrəsi 1708000159 olan ##.##.2008ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.037 ha torpaq sahəsinin 80 kv.m hissəsi Beyləqan-Təzəkənd avtomobil yolunun mühafizə zolağına düşür. Eyni zamanda həmin torpaq sahəsindən 37 m uzunluqda kanalizasiya xətti çəkilmişdir.” X4 Sistemlərinin İstismarı İdarəsinin ## ######## 2025 ci il tarixli *-**-*-**/*-*** nömrəli məktubunda qeyd edilmişdir ki, “...Beyləqan rayonu, Yuxarı Kəbirli kənd sakini İddiaçı mülkiyyətində olan (Xudafərin şadlıq sarayının ərazisi) torpaq sahəsinin kənarından (Beyləqan- Təzəkənd yolunun sağ hissəsində) keçən kanalizasiya xətti 2014-cü ildə inşa edilmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarında olan sənədlərin təhlili onu deməytə əsas verir ki, iddiaçının Beyləqan şəhərində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0.037 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınarkən, tərtib edilmiş seriya AA ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi mübahisəli torpaq sahəsinin koordinatları ilkin yerquruluşu sənədinə uyğun tərtib edilməmiş və nəticədə faktiki istifadə vəziyyəti ilə sənəd üzrə vəziyyət arasında fərqlilik yaranmışdır. Bunu iş materiallarında olan mütəxəssis rəyi, rəyə əlavə edilmiş plan sənədi və ayrılmış torpaq sahəsinə dair ilkin yerquruluşu planı təsdiq edir. Belə ki, torpaq sahəsinə dair yerquruluşu planından ilkin çıxarışdan açıq-aşkar görünür ki, mübahisəli torpaq sahəsi Beyləqan-Təzəkənd avtomobil yolunun sağ tərəfində ayrılmışdır. Torpaq üzərində mülkiyyət hüququ qeydiyyata alınarkən tərtib edilmiş seriya AA ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi isə başqa əraziyə işlənmişdir. Bundan başqa, cavabdeh orqanın mütəxəssis rəyinə əlavə edilmiş plan sənədinin təhlili onu deməyə əsas verir ki, qeydiyyat orqanı əslində ayrılmış torpaq sahəsinə dair ilkin yerquruluşu planında olan torpaq sahəsi (faktiki istifadədə olan torpaq sahəsi də həmin torpaq sahədir) üzərində mülkiyyət hüququnu qeydiyyata almış, lakin seriya AA ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində səhvə yol verərək, plan-ölçü sənədini başqa əraziyə işləmişdir. Qanunvericiliyin tələbi baxımından yaranmış vəziyyəti düzəltmək cavabdehin vəzifəsidir. Apellyasiya şikayətinin dəlili olan - torpaq sahəsindən 37 m uzunluqda kanalizasiya xətti çəkilməsi ilə bağlı dəlilə münasibətdə isə bildirilir ki, iddiaçı mülkiyyət hüququnun qeydiyyatını tələb etmir. Onun mülkiyyət hüququ artıq qeydiyyata alınmışdır. Hətta, belə bir hal olmuş olsa idi, bu hal vəziyyəti onun əleyinə dəyişməzdi. İddiaçı tələbini azaldaraq mübahisənin həlli ilə bağlı yeni sənəd verilərkən avtomobil yolunun mühafizə zolağına düşən 80 kv.m hissəni nəzərə almışdır. Beləliklə, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar