Məhkəmə qərarları › İş №2-1(3-9)-69/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-69/2026

04.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-69/2026 04.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsmayılov Müstəcəb Eldar oğlunun cavabdeh Biləsuvar Rayon Bağbanlar Bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması, əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılmasının tələb olunması) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İsmayılov Müstəcəb Eldar oğlunun iştirakı ilə, İddiaçı İsmayılov Müstəcəb Eldar oğlunun cavabdeh Biləsuvar Rayon Bağbanlar Bələdiyyəsinə qarşı “Biləsuvar Rayon Zəhmətabad Bələdiyyəsi tərəfindən qəbul edilmiş “##.##.2019-cu il tarixli qərarın ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları: ##.##.2007-ci il tarixli ** nömrəli “Bələdiyyə torpaqlarının icarəsi müqaviləsi”ndən görünür ki, Biləsuvar Rayon Zəhmətabad Bələdiyyəsi ilə İsmayılov Müstəcəb Eldar oğlu (bundan sonra iddiaçı) arasında bağlanmış müqaviləyə əsasən 2.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 40 il müddətinə (##.##.2047-ci tarixə qədər) iddiaçıya icarəyə verilmişdir. Biləsuvar Rayon Zəhmətabad Bələdiyyəsinin ##.##.2018-ci il tarixli ** saylı qərarından görünür ki, Bələdiyyənin mülkiyyətində olan 2.17 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə hərracın keçirilməsi üçün həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanmışdır. Məhkəmə sorğusuna əsasən Biləsuvar Rayon Bağbanlar Bələdiyyəsindən daxil olmuş ##.##.2026-cı il tarixli ** nömrəli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, məktubda ##.##.2019-cu il tarixli ** saylı qərarın təqdim edilməsi qeyd edilsədə, elə bir qərar təqdim edilməmiş, təqdim edilmiş ##.##.2019-cu il tarixli ** saylı iclas protokolundan görünür ki, iclasda ##.##.2019-cu il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi olan X1 ilə icarə müqaviləsinin bağalnması qərara alınmışdır. ##.##.2019-cu il tarixli “İcarə müqaviləsi”ndən görünür ki, Biləsuvar Rayon Zəhmətabad Bələdiyyəsi ilə X1 arasında bağlanmış müqaviləyə əsasən 2.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 49 il müddətinə (##.##.2068-ci tarixə qədər) icarəyə verilmişdir. Seriya RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən 2.17 ha torpaq sahəsi üzərində X1 49 il müddətinə (##.##.2019-##.##.2026) icarə hüququ dövlət qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Biləsuvar Rayon Zəhmətabad Bələdiyyəsi tərəfindən qəbul edilmiş ##.##.2019-cu il tarixli qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2.30 hektar torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada Bələdiyyə tərəfindən icarə müqaviləsi əsasında ona icarəyə verilmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq torpaq sahəsindən istifadə etmişdir. Bələdiyyənin qanunsuz hərəkətləri nəticəsində icarə hüququndan məhrum olmuşdur. Bununla bağlı dəfələrlə aidiyyəti təşkilatlara müraciətlər etsə də, nəticəsi olmamışdır. Bələdiyyə sədri və üçüncü şəxs mübahisəli torpaq sahəsi ilə bağlı başqa iş üzrə məhkəmə iclasında onu başqa torpaq sahəsi ilə təmin edəcəklərini bildirsələrdə, məsələ həllini tapmamışdır. Cavabdehin etirazları: Cavabdeh iddaya etiraz edərək, bildirmişdir ki, Bələdiyyə ilə iddiaçı arasında icarə müqaviləsi bağlanmamışdır. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərardadı (hakim Şahəli Musayev) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə tam və hərtərəfli araşdırma aparılmamış, əsassız qərar qəbul edilmişdir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı iddiaya uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, icarəsinə verilmiş torpaq sahəsi icarə müddəti qurtarmamış ondan alınaraq, X1 verilmişdir. Torpaq sahəsinin geri qaytarılmasını tələb edir. Sonda M.E.İsmayılov apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını dinləyərək, apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin Məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Biləsuvar Rayon Zəhmətabad Bələdiyyəsi tərəfindən qəbul edilmiş ##.##.2019-cu il tarixli qərarın ləğv edilməsini tələb edir. Bələdiyyə tərəfindən belə qərar qəbuil edilməmiş, ümumiyyətlə Bələdiyyə tərəfindən ##.##.2019-cu il tarixli qərar qəbul edilmədiyi üçün məhkəmə həmin qərarın nədən ibarət olmasını, iddiaçının hüquqi marağına təsir edibetməməsini, həmçinin kimlərin xeyrinə qəbul edilməsini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanlarla bağlı iddiaçıya ## ###### 2024-cü il tarixli tarixli *-*(***)-****/**** nömrəli hüquqi yardım məktubu ünvanlanmasına baxmayaraq, Biləsuvar Rayon Zəhmətabad bələdiyyə tərəfindən qəbul edilmiş ##.##.2019-cu il tarixli qərarın sübut edən sənədin məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı tələb olunan sübutları təqdim etməmişdir. İddiaçıya məhkəmə prosesləri zamanı da qanunvericiliyin tələbləri izah olunmuşdur. Mübahisələndirilən qərar (inzibati akt) mövcud olmadığından hazırki iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, hesab edir ki, işin hallarının araşdırılması prinsipinin tələbləri pozulmuş və nəticədə natamam aparılmış araşdırma nəticəsində mübahisələndirilən qərardad qəbul edilmişdir. İşin araşdırılması ilə müəyyən edildi ki, Biləsuvar Rayon Zəhmətabad Bələdiyyəsi ilə İsmayılov Müstəcəb Eldar oğlu (bundan sonra - iddiaçı) arasında 2.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 40 il müddətinə (##.##.2047-ci tarixə qədər) iddiaçıya icarəyə verilməsi ilə bağlı ##.##.2007-ci il tarixli ** nömrəli müqavilə bağlanmışdır. Biləsuvar Rayon Zəhmətabad Bələdiyyəsinin ##.##.2018-ci il tarixli ** saylı qərarı ilə Bələdiyyənin mülkiyyətində olan 2.17 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə hərracın keçirilməsi üçün həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanmışdır. Məhkəmə sorğusuna əsasən Biləsuvar Rayon Bağbanlar Bələdiyyəsindən daxil olmuş ##.##.2026-cı il tarixli ** nömrəli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, məktubda ##.##.2019-cu il tarixli ** saylı qərarın təqdim edilməsi qeyd edilsədə, elə bir qərar təqdim edilməmiş, təqdim edilmiş ##.##.2019-cu il tarixli ** saylı iclas protokolundan görünür ki, iclasda ##.##.2019-cu il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi olan X1 ilə icarə müqaviləsinin bağalnması qərara alınmışdır. Biləsuvar Rayon Zəhmətabad Bələdiyyəsi ilə X1 arasında bağlanmış ##.##.2019-cu il tarixli “İcarə müqaviləsi”nə əsasən 2.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 49 il müddətinə (##.##.2068-ci tarixə qədər) icarəyə verilmiş; icarəyə verilmiş 2.17 ha torpaq sahəsi üzərində X1 49 il müddətinə (##.##.2019-##.##.2026) icarə hüququ dövlət qeydiyyatına alınmışdır. Məhkəmə iclasında iddiaçı Biləsuvar Rayon Zəhmətabad Bələdiyyəsi ilə İsmayılov Müstəcəb Eldar oğlu arasında bağlanmış ##.##.2007-ci il tarixli ** nömrəli müqavilənin əslini və müqavilə ilə bağlı digər sənədləri iddiaçı məhkəməyə təqdim etmiş, onlara baxış keçirilərək, geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının əsl həqiqətdə hüququ marağının nədən ibarət olması müəyyən edilməli idi. Formal olaraq mübahisələndirilən qərarın (##.##.2019-cu il tarixli) olmaması və ya olduğu halda onun mübahisələndirilməsinin hüququ marağa uyğun olubolmaması yoxlanılmadan, iddiaçının hüququ marağına uyğun tələbin müəyyən edilməsi yönümdə araşdırma aparılmadan və bununla bağlı hüquqi yardım edilmədən qəbul edilmiş məhkəmə aktı tam hesab edilə bilməz. İşin araşdırılması onu deməyə əsas verir ki, iddiaçı ona ##.##.2007-ci il tarixli ** nömrəli müqavilə ilə icarəyə verilmiş torpaq sahəsi ilə bağlı müqavilənin müddəti qurtarmamış torpaq sahəsinin digər şəxs X1 icarəyə verilməsinin qanunsuz olduğunu iddia edir. Belə ki, icarə müqaviləsi qüvvədədir, lakin icarəyə verilmiş torpaq sahəsi sonradan başqasına icarəyə verildiyi üçün ondan istifadə edə bilmir. Biləsuvar Rayon Zəhmətabad Bələdiyyəsi ilə İsmayılov Müstəcəb Eldar oğlu arasında bağlanmış ##.##.2007-ci il tarixli ** nömrəli müqavilənin və müqavilə ilə bağlı digər sənədlərin cavabdehdə olmaması iddiaçının tələb hüququnun olmaması demək deyil. Biləsuvar Rayon Zəhmətabad Bələdiyyəsinin ##.##.2018-ci il tarixli ** saylı qərarından görünür ki, Bələdiyyənin mülkiyyətində olan 2.17 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə hərracın keçirilməsi üçün həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanmışdır. Həmin torpaq sahəsi ilə bağlı keçirilmiş sonrakı prosedurlar nəticəsində torpaq sahəsi üzərində X1 icarə hüququ qeydiyyata alınmışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 6.3-cü bəndinə əsasən əmlak müsabiqə və ya hərraca dövlət, yaxud bələdiyyə orqanlarının müvafiq qərarı əsasında çıxarılır. Yalnız belə qərarın qəbulundan sonra hərrac təşkilatına dövlət və ya bələdiyyə əmlakının alqı-satqısı və ya icarəyə verilməsi üçün sifariş verilir, təşkilatçı tərəfindən müvafiq hərəkətlər edilməyə başlanılır. Odur ki, belə hallara hüquq münasibətlərinin xarakteri baxımından iki pilləli münasibətlər nəzəriyyəsi tətbiq olunmalı, əmlakın müsabiqə və ya hərraca çıxarılması haqqında qərarın qəbulu və bilavasitə müsabiqə və ya hərracın keçirilməsi mərhələləri fərqləndirilməlidir. Əmlakın müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi barədə qərar inzibati akt kimi qiymətləndirilir. Hər hansı səbəbdən həmin qərarın çıxarılmasının özünün qanunsuz olduğunu iddia edən şəxslər sözügedən məsələni inzibati məhkəmə qaydasında mübahisələndirə bilərlər. Müsabiqə və ya hərracın təşkili, keçirilməsinin şərtləri və qaydaları, eləcə də nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı mübahisələrə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İşə yenidən baxılarkən iddiaçının hüququ marağına uyğun tələbin müəyyən edilməsi yönümdə araşdırma aparılmalı, bununla bağlı hüquqi yardım edilməli, iddianın mümkünlük məsələsi ilə bağlı qiymətləndirilmə aparılmalı, X1 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilib-edilməməsi məsələsi, iddianın xüsusi mümkünlük şərti ödənilərsə, iddiaçıya icarəyə verilmiş torpaq sahəsinin X1 icarəyə verilmiş torpaq sahəsi üzrə üst-üstə düşüb-düşməməsi qiymətləndirilməli və araşdırma nəticəsində mövcud vəziyyətə uyğun sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin Məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar