Məhkəmə qərarları › İş №2-1(3-9)-70/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-70/2026

01.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-70/2026 01.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Hakim oğlunun iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2-1(120)-150/202* nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı sərəncamların ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 50 ha torpaq sahəsinin ondan geri alınması barədə ##.##.2017-ci il tarixli, ** nömrəli sərəncamın və həmin torpaq sahəsinin başqa şəxsə verilməsi barədə sərəncamın ləğv edilməsi barədə qərаr qəbul edilməsini хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) ## ###### 2025-ci il tarixli, 2- 1(120)-150/202* nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin ötürülməsi ilə əsaslandırmışdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının ## #### 2004-cü il tarixli Sərəncamı ilə ona kənd təsərrüfatının inkişafı məqsədi ilə 360 baş qoyunların saxlanması üçün ** saylı “qış otlaq” sahəsindən 39 ha, ** saylı “qış otlaq” sahəsindən 63 ha olmaqla, ümumilikdə 102 ha torpaq sahisinin ayrılıb verilməsi qərara alınmışdır. Müvafiq qurumlardan razılıqlar alındıqdan sonra ona “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-5100, KON ******** saylı Şəhadətnamə verilmişdir. Torpaq sahəsi üzərində icarə hüququ müvafiq qaydada dövlət qeydiyyatına alınmasına baxmayaraq ##.##.2014-cü il tarixdə İmişli RİH adından İmişli RİH başçısının müavini, Aqrara məsələlər şöbəsinin müdiri X1 Fəyyaz Nəcəf oğlu ilə ** №-li icarə müqaviləsi bağlayaraq torpaq sahəsi yenidən 15 il müddətinə İddiaçı icarəyə verilmişdir. Bundan sonra 2017-ci ildə İmişli RİH-nin sabiq başçısı Vilyam Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, guya ölkə Başçısının tapşırığı ilə pambıq plantasiyalarının salınması üçün rayon ərazisində sakinlərə verilmiş torpaqların bir hisəsinin geri alınması tapşırığının verildiyini bildirmiş, bu səbəbdən icarəsində olan 102 ha torpaq sahəsinin 50 ha hissəsindən imtina etməsi barədə ərizə yazmağa məcbur edilmişdir. Qeyd edilən ərizəni yazmağa məcbur edildikdən sonra, həmin torpaq sahəsində pambıq əkilmədiyini görüb, aydınlıq gətirilməsi üçün icra hakimiyyətində qəbulda olmuş, lakin ona hər hansı bir məlumat verilməmişdir. Əlindən alınmış torpaq sahəsinin özünə qaytarılması üçün ƏMDK yanında X10 Təşkili üzrə Dövlət Agentliyinə müraciət etmiş, müraciətə ##.##.2021-ci il tarixli 210820301234 mömrəli məktubla cavab verilərək bildirilmişdir ki, “İmişli Rayon İcra Hakimiyyəti tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq torpaq sahəsi başqa şəxsə icarəyə verilmiş və bu barədə lazımi tədbirlərin görülməsi üçün İmişli Rayon İcra Hakimiyyətinə məlumat verilmişdir”. ##.##.2017-ci il tarixli, ** nömrəli Sərəncamının və həmin torpaq sahəsinin başqa şəxsə verilməsi barədə Sərəncamın ləğv edilməsi barədə Sərəncam verilməsi üçün İmişli RİH başçısına ## ######## 2022-ci il trarixdə müraciət etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində iddia ərizəsinin məzmununa oxşar dəlillərə istinad edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, mübahisələndirilən sərəncam ona rəsmi qaydada təqdim edilmədiyindən, həmin sənədi mübahisələndirmək üçün qanunla müəyyən edilmiş müddəti ötürməmişdir. Prosessual məsələlər İddiaçının vəkili apellyasiya şikayətini müdafiə etmiş və şikayətin dəlillərinə oxşar izahat vermişdir. İddiaçının vəkili iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İmişli Rayon İcra Hakimiyyətinin 50 ha torpaq sahəsinin ondan geri alınması barədə ##.##.2017-ci il tarixli, ** nömrəli sərəncamının və həmin sahənin X3 verilməsi barədə ##.##.2017-ci il tarixli, ** nömrəli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -İmişli Rayon İcra Hakimiyyəti başçısının ## #### 2004-cü il tarixli, ** saylı Sərəncamıın surətindən görünür ki, İddiaçı kənd təsərrüfatının inkişafı məqsədi ilə 360 baş qoyunların saxlanması üçün ** saylı “qış otlaq” sahəsindən 39 ha, ** saylı “qış otlaq” sahəsindən 63 ha olmaqla, ümumilikdə 102 ha torpaq sahisinin ayrılıb verilməsi qərara alınmışdır. -Həmin torpaq sahəsinə dair iddiaçının adına “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-5100, KON ******** saylı Şəhadətnamə işlənmişdir. -İddiaçı İmişli Rayon İcra Hakimiyyətinə ünvanladığı ##.##.2017-ci il tarixli ərizəsinin məzmunundan görünür ki, ## #### 2004-cü il tarixli, ** nömrəli sərəncamla ona verilmiş torpaq sahəsinin 50 ha hissəsinin istifadə etmədiyi üçün geri alınmasını xahiş etmişdir. -İmişli Rayon İcra Hakimiyyəti başçısının ** nömrəli, ## #### 2017-ci il tarixli sərəncamının məzmunundan görünür ki, İddiaçı müvafiq ərizəsinə əsasən ## #### 2004-cü il tarixli, ** saylı sərəncamla verilmiş 102,0 ha torpaq sahəsinin 50,0 hektarından istifadə etmədiyi üçün 102,0 ha qış otlaq sahəsinin 50,0 hektarından istifadə hüququna xitam verilməsi, İddiaçı qoyunlarını saxlamaq üçün icarəyə verilmiş 102,0 ha torpaq sahəsinin 52 hektarının onun icarəsində saxlanılması və torpaq sahəsinin cizgi-xəritə sənədlərində dəyişiklik edilməsi, İddiaçı 102,0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə torpaq icarə müqaviləsinin ləğv edilməsi və 52,0 ha torpaq sahəsinin onun icarəsində saxlanılması ilə bağlı yeni müqavilə bağlanılması qərara alınmışdır. -İmişli Rayon İcra Hakimiyyəti başçısının ** nömrəli, ## #### 2017-ci il tarixli sərəncamının məzmunundan görünür ki, ** saylı “qış otlaq” sahəsindən 50 ha torpaq sahəsinin X2 icarəsinə verilməsi qərara alınmışdır. -İmişli Rayon İcra Hakimiyyətinin *-**-*/*-****/**** nömrəli, ## ###### 2023-cü il tarixli məktubunda bildirilir ki, İmişli Rayon İcra Hakmiyyətinin qeyd edilən sərəncamı İddiaçı hansı qaydada verilməsi barədə yazılı məlumat yoxdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin **/**** nömrəli, ## #### 2025-ci il tarixli ekspert rəyində tədqiqatın nəticəsi olaraq gəlinmiş gənaət belədir ki, İmişli Rayon İcra Hakimiyyətinin ##.##.2017-ci il tarixli, 88 nomrəli sərəncamı ilə X2 ** saylı qış otlaq sahəsindən ayrılmış 50.0 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilkin torpaqayırma və texniki sənədlərinə əsasən, müəyyən edilmişdir. Torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyildir. Sahə faktiki olaraq X2 tərəfındən istifadə olunur. İmişli Rayon İcra Hakimiyyətinin ##.##.2017-ci il tarixli, ** nömrəli sərəncamı ilə X2 ** saylı qış otlaq sahəsindən ayrılmış 50.0 ha torpaq sahəsinin koordinatları İmişli Rayon İcra Hakimiyyətinin ##.##.2017-ci il tarixli, ** nömrəli sərəncamı ilə İddiaçı ** saylı qış otlaq sahəsindən 39.0 ha və ** saylı qış otlaq sahəsindən isə 13.0 ha (cəmi: 52.0 ha) torpaq sahəsinin koordinatları ilə üst-ütə düşmür.) Şərh olunan sənədlərdən və işin faktiki halından görünür ki, iddiaçının icarəsinə 2004-cü ildə verilmiş 102 ha torpaq sahəsinin 50 ha hissəsinə dair icarə hüququna öz iradəsi (ərizəsi) əsasında mübahisələndirilən ##.##.2017-ci il tarixli sərəncamla xitam verilmiş və həmin sahə eyni tarixli ** nömrəli sərəncamla üçüncü şəxsin icarəsinə verilmişdir. İddiaçı həmin ərizəni rayonun əvvəlki rəhbərliyinin göstərişi ilə təzyiq altında verdiyini, eyni zamanda mübahisələndirilən sərəncamların ona təqdim edilmədiyini və bununla da bu sənədlər barədə məlumatlı olmadığını bildirsə də, kollegiya qeyd edir ki, onun son 5 il ərzində (iddia ##.##.2022-ci il tarixdə verilib) sözügedən sərəncamlarla bağlı məlumatlı olmaması və yaxud həmin torpaq sahəsinin müəyyən sənəd əsasında digər şəxslərin icarəsinə verilməsi ilə bağlı məlumatlı olmaması barədə dəlilləri əsaslı və ağlabatan hesab edilə bilməz. Belə ki, mübahisələndirilən sərəncamların iddiaçıya rəsmi qaydada təqdim edilməməsi hələ həmin sənəd əsasında baş vermiş halın (icarə hüququna xitam verilməsi, sahənin faktiki olaraq əlindən alınması və digər şəxsin icarəsinə verilməsi) ona məlum olmaması anlamına gəlmək üçün kifayət etmir. Həmin sərəncamların iddiaçıya təqdim edilməsinin mahiyyəti və məqsədi həmin sənədin məzmunu və nəticələri haqqında onun məlumatlı olmasına xidmət edir. İşin faktiki hallarından görünür ki, həmin sərəncamın icrasından (inzibati aktdan) irəli gələn bütün nəticələr faktiki olaraq baş vermiş, bü hallardan iddiaçı bilavasitə məlumatlı olmuş və uzun müddət ərzində (5 il) etiraz etməmiş, habelə bu vəziyyətin aradan qaldırılmasına cəhd etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisələndirilən inzibati aktlardan qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayəti təmin edilməməli, eyni zamanda birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməlidir. Belə ki, ilkin tələb “50 ha torpaq sahəsinin iddiaçıdan geri alınması barədə ##.##.2017-ci il tarixli, ** nömrəli sərəncamın və həmin torpaq sahəsinin başqa şəxsə verilməsi barədə sərəncamın ləğv edilməsi” kimi təqdim edilsə də birinci instansiya məhkəməsi tərəfindən həmin sahənin X3 verilməsi barədə sərəncamın tarixi və nömrəsi dəqiqləşdirilməmiş və bununla bağlı iddiaçıya hüquqi yardım edilməmişdir. Apellyasiya icraatı zamanı tələbin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş və həmin sərəncamın ##.##.2017-ci il tarixli, ** nömrəli olması müəyyən edilmişdir. Odur ki, işə dəqiqləşdirilmiş tələb həcmində baxılması qərara alınmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2-1(120)-150/202* nömrəli qərardadı dəyişdirilsin. İmişli Rayon İcra Hakimiyyətinin ##.##.2017-ci il tarixli, ** nömrəli sərəncamının və ##.##.2017-ci il tarixli, ** nömrəli sərəncamının ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar