Məhkəmə qərarları › İş №2-1(3-9)-76/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-76/2026

26.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-76/2026 26.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi Cavabdehlər Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsi və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş Idarəsinin nümayəndəsi X1 iştirakı ilə, müəyyən etdi: Iddiaçı iddiaçı1 cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinə qarşı “vergilərin sosisal sığorta və işsizlik haqlarının hesablanması barədə ## ###### 2024-cü il tarixli, **************** nömrəli və ## #### 2024-cü il tarixli, **************** nömrəli qərarların ləğv edilməsi” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra IPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək, iddiaçı iddiaçı1 cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinə qarşı “vergilərin sosisal sığorta və işsizlik haqlarının hesablanması barədə ## ###### 2024-cü il tarixli, **************** nömrəli və ## #### 2024cü il tarixli, **************** nömrəli qərarların ləğv edilməsi” tələbi barədə iddia ərizəsi üzrə iddiaçı və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “cavabdeh orqan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər idarəsi tərəfindən “xxxx” MMC barəsində qəbul edilmiş ## ###### 2024-cü il tarixli, Vergilərin sosial sığorta və işszlik sığortası haqlarının hesablanması barədə **************** nömrəli qərarın, ## #### 2024-cü il tarixli, Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **************** nömrəli qərarın və ## ###### 2024-cü il tarixli, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə ## ###### 2024-cü il tarixli, *-**-*-*/*-*****/**** nömrəli qərarın ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərardadına əsasən iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə cavabdeh orqan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər idarəsi tərəfindən iddiaçı1 MMC barəsində qəbul edilmiş ## ###### 2024-cü il tarixli, Vergilərin sosial sığorta və işszlik sığortası haqlarının hesablanması barədə **************** nömrəli qərarın, ## #### 2024-cü il tarixli, Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **************** nömrəli qərarın və ## ###### 2024-cü il tarixli, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə ## ###### 2024-cü il tarixli, *-**-*-*/*-*****/**** nömrəli qərarın ləğv edilməsi” kimi baxılmasının davam etdirilməsi qərara alınmışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra IPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək, iddia ərizəsi üzrə iddiaçı, cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər idarəsi və iddia tələbinin olduğu kimi saxlanılmasını, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş Idarəsinin cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərardadına əsasən iddia ərizəsi üzrə iddiaçı, cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər idarəsi və iddia tələbinin olduğu kimi saxlanılması, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş Idarəsinin cavabdeh qismində cəlb edilməsi qərara alınmışdır. Şirvan Inzibati Məhkəməsinin (hakim Şahəli Musayev) ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddiaçı1 MMC real kommersiya əməliyyatları həyata keçirməmişdir. Nurəliyev Eldəniz Məmməd oğlu satışı həyata keçirilməyən satış çeklərini vəzifə səlahiyyətlərinin həyata keçirilməsi məqsədilə onun istifadəsinə verilmiş Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Elektron Informasiya sisteminə qoşulmuş yeni nəsil vergi ödəyicisinin qeydiyyatında olan nəzarət- kassa aparatı vasitəsilə formalaşdırıb istehlakçı tərəfindən ödənilmiş ƏDV-nin Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan ƏDV üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına geri qaytarılmasının təmin etmişdir. Belə olduğu təqdirdə iddiaçı iddiaçı1 MMCnin həyata keçirilməyən vergi əməliyyatlarına görə vergi öhtəliyinin yaranması qanuna ziddir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı1 MMC barəsində cavabdeh orqan tərəfindən ## ###### 2024-cü il tarixli, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **************** nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən 2023-cü ilin avqust ayı ərzində tərəflərindən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaiməfakturaların dəyəri (ƏDV-siz) (65258.28 manat) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 faiz dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin (ƏDV-siz) (379157.17 manat) cəmi məbləği 444415.45 manat olmasına baxmayaraq həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301.1-ci sətrinin təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) sütunundakı 132843.28 manat ilə bəyannamənin * nömrəli Əlavəsinin "Cari hesabat dövründə satılmış mallara görə ticarət əlavəsi" sütunundakı məbləğ 0.00 manat, cəmi 132843.28 manat göstərildiyindən 311572.17 manat kənarlaşma yarandığı qeyd edilmişdir. Nəticədə həmin qərara əsasən iddiaçı1 MMC barəsində 50361.88 (əlli min üç yüz altmış bir manat, səksən səkkiz qəpik) manat məbləğində əlavə olaraq əsassız vergi borcu hesablanmışdır. Həmçinin iddiaçı "xxxx” MMC barəsində cavabdeh orqan tərəfindən ## #### 2024-cü il tarixli, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **************** nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən 2023-cü ilin sentyabr ayı ərzində tərəflərindən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) (18730.80 manat) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 faiz dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin (ƏDV-siz) (365468.39 manat) cəmi məbləği 384199.19 manat olmasına baxmayaraq həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301.1-ci sətrinin təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) sütunundakı 66724.10 manat ilə bəyannamənin * nömrəli əlavəsinin "Cari hesabat dövründə satılmış mallara görə ticarət əlavəsi" sütunundakı məbləğ 0.00 manat, cəmi 66724.10 manat göstərildiyindən 317475.09 manat kənarlaşma yarandığı qeyd edilmişdir. Nəticədə həmin qərara əsasən iddiaçı1 MMC barəsində 57709.49 (əlli yeddi min yeddi yüz doqquz manat, qırx doqquz qəpik) manat məbləğində əlavə olaraq əsassız vergi borcu hesablanmışdır. Qeyd edilir ki, cəmiyyətə məxsus bank hesablarından kassa aparatı vasitəsilə nəğd və ya nəğdsız qaydada daxil olmaqla və post-terminal vasitəsilə daxil edilib rüblük Cəmiyyətə məxsus WIZARPOS markalı, zavod nömrəsi WP22401Q63201681, NMQ nömrəsi 0000117865 olan nəzarət kassa aparatı vasitəsilə 2023cü ilin iyul, avqust və sentyabr ayları ərzində nəğdsiz qaydada daxil edilən (xüsusəndə gecə saatlarında) şişirdilmiş məbləğlərin Cəmiyyətə məxsus bank hesablarında öz əksini tapmaması aşkar olunmuşdur. Daha sonra sözügeden Kassaya xidmət göstərən STXM ilə əlaqə saxlayaraq həmin kassada cari il üzrə əməliyyatların reyestri əldə edilmişdir. Onların təqdim etdikləri reyestrdə 2023-cü ilin iyul və avqust ayları üzrə məlumatlar öz əksini tapmamışdır. Bu məsələ ilə bağlı STXM-in nümayəndəsi açıqlamasında bütün satışların onlara məxsus informasiya sistemində saxlanıldığını, lakin, internet əlaqəsi olmadığı təqdirdə həmin məlumatların birbaşa vergi xidmətinin bazasına inteqrasiya olunduğunu və vergi xidmətinin bazasında hal-hazırda mövcud olmasını bildirmişdir. Eləcə də STXM tərəfindən təqdim olunmuş kassa üzrə satış reyestrində müəyyən olunan şübhəli məbləğlərin kassaya vurulma vaxtları qeyd edilmişdir. Marketdə olan görüntü kameraları vasitəsilə ##.##.2022-ci ildə tarixində qeydə alınmış həmin vaxt kassada xidmət göstərən "Kassir" vəzifəsində çalışan Hacıqabul rayonu, Pirsaat qəsəbə sakini Nurəliyev Eldəniz Məmməd oğlu olduğu müəyyən edilmişdir (araşdırmaya reyestr məlumatları və video görüntülərin təqdim edilməsi təmin ediləcəkdir). Belə ki, video görüntüdə Nurəliyev Eldəniz Məmməd oğlunun kassanın arxasında oturaraq kassaya vurduğu qəbzlərin əlində olan mobil telefonundan bir bank proqramı vasitəsilə “ƏDV geri al” portalına daxil etdikdən sonra həmin qəbzləri əzərək zibil qutusuna atması açıq-aşkar görünməkdədir. Nəticədə də vergi orqanı tərəfindən iddiaçı1 MMC barəsində qanunsuz və əsassız olaraq ## ###### 2024-cü il tarixli, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **************** nömrəli və ## #### 2024-cü il tarixli, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **************** nömrəli qərarlar qəbul edilmişdir. Bu səbəbdən də, ## ###### 2024-cü il tarixli, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **************** nömrəli və ## #### 2024-cü il tarixli, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **************** nömrəli qərarların ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Cavabdeh aşağıda qeyd olunan səbəblərə görə iddia tələbi ilə razılaşmır və onu əsassız hesab edir. Vergi ödəyicisi iddiaçı1 (VÖEN: **********) uçot-baza məlumatlarına əsasən ##.##.2019-cü il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyət növünün “istirahət və əyləncə parklarının fəaliyyəti” olduğu müəyyən edilmişdir. 2023-cü il Avqust ƏDV bəyannaməsi: Kameral vergi yoxlaması zamanı vergi ödəyicisi iddiaçı1 (VÖEN: **********) tərəfindən ##.##.2024-cü il tarixdə 2023cü ilin avqust ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində “2023-cü ilin Avqust ayı ərzində tərəflərindən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) (65258,28 manat) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 faiz dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin (ƏDV siz) (379157,17 manat) cəmi məbləği 444415,45 manat olmasına baxmayaraq həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301.1-ci sətrinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütunundakı 132843,28 manat ilə bəyannamənin * nömrəli əlavəsinin “Cari hesabat dövründə satılmış mallara görə ticarət əlavəsi” sütunundakı məbləğ 0.00 manat, cəmi 132843,28 manat göstərildiyindən 311572,17 manat kənarlaşma yaranmışdır. Təqdim edilmiş bəyannamənin 301-ci ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda göstərilmiş 0.00 manat məbləğ, hesabat dövrü ərzində ƏDV depozit hesabına 9330,94 manat məbləğində mədaxilin olması nəticəsində müəyyən edilmiş 51838,56 manat daxil olmuş məbləği (ƏDV DH-na daxil olmuş 9330,94 manat ƏDV/0,18) ilə bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin (307.1-ci) hesabat dövrü (ay) üzrə yaranan və ##.##.2020-ci il tarixə olan debitor borclar sətrinin (307-1.1-ci) hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğlərinin cəminin fərqi olan 51838,56 manat məbləğdən 51838,56 manat az göstərilmiş və uyğunsuzluq müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı vergi ödəyicisinin 2023-cü il avqust ayı üzrə NKA dövriyyəsinin 379157,17 (ƏDV-siz) manat və bank hesabına təqdim edilmiş elektron qaimə fakturalar üzrə digər ödəyicilərdən mədaxil olunan vəsaitin 20053,99 (ƏDV-siz) manat olduğunu nəzərə alaraq vergi tutulan əməliyyatların cəminin 399211,16 manat müəyyən edildiyindən daxilolma üzrə 279788,2 (399211,16-119422,96) manat kənarlaşma yaranmışdır. Kənarlaşma ilə bağlı vergi ödəyicisinə ##.##.2024-cü il tarixdə **************** nömrəli “********** - Əlavə dəyər vergisi - Avqust 2023 Elektron kameral üçün uyğunsuzluq məktubu” göndərilmiş, təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi vergi orqanına təqdim edilmədiyinidən kənarlaşmalar kameral vergi yoxlaması zamanı aradan qaldırılmış və vergi ödəyicisinə 50361,8 (279788,2 *18%) manat əlavə vergi məbləği hesablanmaqla ##.##.2024-cü il tarixli **************** nömrəli “**********-ƏDV Avqust 2023 Elektron kameral hesablama barədə Qərar” göndərilmişdir. 2023-cü il Sentyabr ƏDV bəyannaməsi: Kameral vergi yoxlaması zamanı vergi ödəyicisi iddiaçı1 (VÖEN: **********) tərəfindən ##.##.2024-cü il tarixdə 2023-cü ilin sentyabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində 2023-cü ilin Sentyabr ayı ərzində tərəflərindən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) (18730,80 manat) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 faiz dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin (ƏDV-siz) (365468,39 manat) cəmi məbləği 384199,19 manat olmasına baxmayaraq həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301.1-ci sətrinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütunundakı 66724,10 manat ilə bəyannamənin * nömrəli Əlavəsinin “Cari hesabat dövründə satılmış mallara görə ticarət əlavəsi” sütunundakı məbləğ 0.00 manat, cəmi 66724,10 manat göstərildiyindən 317475,09 manat kənarlaşma yaranmış və uyğunsuzluq müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı vergi ödəyicisinin 2023-cü il sentyabr ayı üzrə NKA dövriyyəsinin 365468,39 (ƏDVsiz) manat və bank hesabına təqdim edilmiş elektron qaimə fakturalar üzrə digər ödəyicilərdən mədaxil olunan vəsaitin 13940,0 (ƏDV-siz) manat olduğunu nəzərə alaraq vergi tutulan əməliyyatların cəminin 379444,50 manat olduğu müəyyən edildiyindən daxilolma üzrə 317175,09 (379444,50-62269,41) manat kənarlaşma yaranmışdır. Kənarlaşma ilə bağlı vergi ödəyicisinə ##.##.2024-cü il tarixdə **************** nömrəli “********** - Əlavə dəyər vergisi - Sentyabr 2023 Elektron kameral üçün uyğunsuzluq məktubu” göndərilmiş, təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi vergi orqanına təqdim edilmədiyinidən kənarlaşmalar kameral vergi yoxlaması zamanı aradan qaldırılmış və vergi ödəyicisinə 57091,5 (317175,09 *18%) manat əlavə vergi məbləği hesablanmaqla ##.##.2024-cü il tarixli **************** nömrəli “**********-ƏDV Sentyabr 2023 Elektron kameral hesablama barədə Qərar” göndərilmişdir. Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil oldugu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil oldugu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.21-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləsdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 153.1. Əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDVnin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçı iddiaçı1 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş Idarəsi əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh inzibati orqan apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər: Cavabdehlər Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsi və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş Idarəsinin nümayəndəsi X1 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etdiklərini bildirdi. Iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsin 62-ci maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “Inzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır. IPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, yuxarıda istinad olunan norma ilə mübahisələndirmə növündə iddiaların qaldırılması üçün də iddia müddəti nəzərdə tutulmuşdur. Mübahisələndirmə haqqında iddialara münasibətdə iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə, şikayətə dair qəbul edilmiş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün olaraq müəyyən olunmuşdur. Cavabdeh inzibati orqan həm iddia ərizəsinə etirazında, həm də apellyasiya şikayətində ## ###### 2024-cü il tarixli və ## #### 2024-cü il tarixli qərarlara münasibətdə 30 günlük iddia müddətinin ötürüldüyünü göstərmişdir. Iş materiallarından göründüyü kimi, vergilərin sosial sığorta və işszlik sığortası haqlarının hesablanması barədə **************** nömrəli qərarı ##.##.2025-ci il tarixdə, ## #### 2024-cü il tarixli, Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **************** nömrəli qərarı ##.##.2025-ci il tarixdə elektron qaydada iddiaçının elektron kabinetinə göndərilmiş və həmin tarixdə iddiaçı tərəfindən oxunmuşdur. Apellyasiya icraatı zamanı “Atlas Ekspres” surətli poçt xidmətindən alınmış sorğuya cavabda “Atlas Ekspres” surətli poçt xidmətinin fəaliyyət göstərməməsi və qəbzlərin saxlanılmaması səbəbindən 152649 çatdırılma qəbzi ilə Şirvan Inzibati Məhkəməsinə ünvanlanmış məktubun hansı tarixdə qəbul edilməsi və göndərilməsi barədə məlumat vermək mümkün deyil. Iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, iddiaçı ##.##.2024-cü il tarixdə “Atlas Ekspres” surətli poçt xidməti vasitəsi ilə iddia ərizəsini Şirvan Inzibati Məhkəməsinə ünvanlamış, ##.##.2024-cü il tarixdə Poçt Şöbəsi tərəfindən qəbul edilmiş, ##.##.2024-cü il tarixdə X2 mübadilə edilmiş və ##.##.2024-cü il tarixdə poçtalyon vasitəsi ilə Şirvan Inzibati Məhkəməsini daxil olmuşdur. Iddiaçı tərəfindən verilmiş iddia ərizəsi ##.##.2024-cü il tarixdə “Atlas Ekspres” surətli poçt xidmətinə təqdim edildiyi üçün 30 (otuz) günlük müddət ötürülməmişdir. Beləliklə, iddia mümkün iddiadır. Cavabdehin mübahisələndirilən qərarlarının qanuni olub-olmadığına münasibətdə kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.3. Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 13.1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. 24.1.2. Vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 23.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək (maddə 23.1.1), qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır (maddə 23.1.5). 36.2. vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 53.3. bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. 54.0. şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması.

159. Vergitutma obyekti 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci ilyanvarın 1-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. 159.7. Bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Verilmiş kreditin təminatı kimi bankın və ya digər kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və hərrac yolu ilə bankın və ya digər kredit təşkilatının mülkiyyətinə keçmiş, habelə "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamə əsasında əldə olunmuş əmlakın təqdim edilməsi verilmiş kreditlər üzrə ödənilməyən əsas borc dəyəri həddində vergi tutulan əməliyyat sayılmır.

175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDVnin depozit hesabına ödənilməlidir. Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur. 175.2. Bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş (mal, iş və xidmət təqdim edənin bank və digər ödəniş hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaimə-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilir. 175.4. Vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinəuyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir. 175.6. Bu Məcəllənin 160.4-cü maddəsində göstərilən hal istisna olmaqla, ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" ## ###### 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Iş materiallarında olan: Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə ## ###### 2024cü il tarixli, **************** nömrəli, Qərarının surətindən görünür ki, 2023-cü ilin avqust ayı ərzində tərəflərindən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) (65258.28 manat) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 faiz dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin (ƏDV-siz) (379157.17 manat) cəmi məbləği 444415.45 manat olmasına baxmayaraq həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301.1-ci sətrinin Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) sütunundakı 132843.28 manat ilə bəyannamənin * nömrəli Əlavəsinin "Cari hesabat dövründə satılmış mallara görə ticarət əlavəsi" sütunundakı məbləğ 0.00 manat, cəmi 132843.28 manat göstərildiyindən 311572.17 manat kənarlaşma yarandığı qeyd edilmişdir. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə ## #### 2024-cü il tarixli, **************** nömrəli, Qərarının surətindən görünür ki, 2023-cü ilin sentyabr ayı ərzində tərəflərindən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) (18730.80 manat) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 faiz dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin (ƏDV-siz) (365468.39 manat) cəmi məbləği 384199.19 manat olmasına baxmayaraq həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301.1-ci sətrinin təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) sütunundakı 66724.10 manat ilə bəyannamənin * nömrəli Əlavəsinin "Cari hesabat dövründə satılmış mallara görə ticarət əlavəsi" sütunundakı məbləğ 0.00 manat, cəmi 66724.10 manat göstərildiyindən 317475.09 manat kənarlaşma yarandığı qeyd edilmişdir. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə ## ###### 2024cü il tarixli, 3-21-2-3/2-98019/2024 Qərarının surətindən görünür ki, tərəflərindən əvvəlki il üzrə təqdim olunmuş “Mənfəət vergisinin bəyannaməsi”nin və ya təqdim olunmuş sonuncu “Sadələşdirilmiş verginin bəyannaməsi”nin * nömrəli Əlavəsinin (Hüqyuqi şəxslər üçün) 1-ci (Cəmi aktivlər) sətrinin “Hesabat dövrü sonuna” sütununda əks etdirilmiş 95757.60 manat məbləğ+cari il üzrə təqdim etdikləri bəyannamənin * nömrəli Əlavəsinin eyni sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda əks etdirilmiş 0 məbləğ – “Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” sütununda əks etdirilmiş 0 manat məbləğlərin fərqi ilə “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş 0.00 manat məbləğ arasında 95757.60 manat məbləğində fərq müəyyən edildiyindən kənarlaşma aşkar edilmişdir. Təqdim edilən “Mənfəət vergisinin bəyannaməsi”nin 200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 200.2-ci (Işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətrlərində göstərilmiş cəmi 100000.00 manat gəlir məbləği hesabat dövrü ərzində tərəflərindən idxal edilmiş və e-qaimə əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan məbləğdən 903932.64 manat az əks etdirilmişdir. Tərəflərindən hesablama metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 200.1-ci (Malların təqdim edilməsindən gəlir), 200.2-ci (Işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir), 201-ci (Amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir), 202-ci (Amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) və 203-cü (Əmlakın icarəyə verilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 100000.00 manat gəlir məbləği hesabat dövrü ərzində online kassa aparatı ilə müəyyən edilən (1302923.91 manat), tərəflərindən ixrac edilmiş (0.00 manat) və təqdim edilmiş elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (396369.53 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 1699293.44 manat məbləğdən 1599293.44 manat az əks etdirilmişdir. Hacıqabul Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli Hökmünə əsasən Nurəliyev Eldəniz Məmməd oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Nurəliyev Eldəniz Məmməd oğlunun yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyəti qoyulmuş, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunmuşdur. Cinayət işi üzrə zərərçəkmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Hacıqabul rayonu üzrə Maliyyə Şöbəsinin nümayəndəsi tərəfindən verilmiş mülki iddia təmin edilmiş, cinayət işi üzrə vurulmuş maddi ziyana görə 5503 manat 26 qəpik pul Nurəliyev Eldəniz Məmməd oğlundan tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Işin hallarının araşdırılması prinsipinə görə məhkəmə yalnız tərəflərin izahatları və təqdim etdiyi sənədlərlə məhdudlaşmamalıdır. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar məhkəmə tərəfindən araşdırılmalıdır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu yanaşma məhkəmənin birbaşa xidməti vəzifəsindən irəli gəlir. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Iş materialları ilə müəyyən olunur ki, iddiaçı iddiaçı1 MMC vergi ödəyicisi olaraq hər hansı vergi əməliyyatı həyata keçirmədiyi təqdirdə cavabdeh inzibati orqan tərəfindən ## ###### 2024-cü il tarixli, Vergilərin sosial sığorta və işszlik sığortası haqlarının hesablanması barədə **************** nömrəli qərarı ilə 311572.17 manat kənarlaşma yarandığı, ## #### 2024-cü il tarixli, Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **************** nömrəli qərarı ilə 317475.09 manat kənarlaşma yarandığı qeyd edilmiş və cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2024-cü il tarixli, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə ## ###### 2024-cü il tarixli, *-**-*-*/*-*****/**** nömrəli qərarı ilə elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (396369.53 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 1699293.44 manat məbləğdən 1599293.44 manat az əks etdirilməsi qərara alınmışdır. Halbuki, iddiaçı iddiaçı1 MMC real kommersiya əməliyyatları həyata keçirməmişdir. Qüvvədə olan məhkəmə hökmü ilə müəyyən olunur ki, Nurəliyev Eldəniz Məmməd oğlu satışı həyata keçirilməyən satış çeklərini vəzifə səlahiyyətlərinin həyata keçirilməsi məqsədilə onun istifadəsinə verilmiş Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Elektron Informasiya sisteminə qoşulmuş yeni nəsil vergi ödəyicisinin qeydiyyatında olan nəzarət-kassa aparatı vasitəsilə formalaşdırıb istehlakçı tərəfindən ödənilmiş ƏDV-nin Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan ƏDV üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına geri qaytarılmasının təmin etmişdir. Belə olduğu təqdirdə iddiaçı iddiaçı1 MMC-nin həyata keçirilməyən vergi əməliyyatlarına görə vergi öhdəliyinin yaranması qanunaziddir. Bu zaman vergi orqanının qüvvədə olan məhkəmə hökmündən məlumatsız olması, vergi orqanının qiymətləndirmə meyarlarının fəqli olması əhəmiyyət kəsb etmir. Nəzərə alınmalıdır ki, “Inzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Bundan başqa, IPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Kollegiya vurğulayır ki, vergi orqanı iddiaçının vergi öhdəliyinin yaranma əsaslarını fəqli qiymətləndirirsə bunu əsaslandırmalı idi. Belə bir əsaslandırma və müvafiq sübutlar mövcud deyil. Kollegiya qeyd edir ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçıya əlavə vergi hesablanması istinad edilən normaların tələblərinə uyğun olmamışdır. Beləliklə, istinad edilən normaların tələbləri inzibati orqan tərəfindən təmin olunmadığından, iddiaçı barəsində qəbul edilmiş qərar “Inzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, artıq formal-hüquqi baxımdan qanunsuzdur və IPM-in 70.1-ci maddəsinin tətbiqi üçün əsaslar mövcuddur. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçıya vergi hesablayarkən prosessual hüquq normalarını pozmuş, vergi tutma obyektini, vergi hesablanma qaydalarına riayət etmədən qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. Beləliklə, işin araşdırılmış faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar