Məhkəmə qərarları › İş №2-1(3-9)-83/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-83/2026

29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-83/2026 29.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası, hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Beyləqan Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Beyləqan rayon Baharabad bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarına əsasən İddiaçı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi ayrılmış 0,78 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ilə Beyləqan rayon Baharabad (Örənqala) bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli protokolu ilə cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz edilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim H.Nəcəfov) ## ###### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddənin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. Iddiaçı hüquqmüəyyənedici sənədləri (müvafiq bələdiyyə qərarını) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, qeyd olunan torpaq sahəsinə dair bələdiyyə tərəfindən sənədlərin iddiaçıya natamam təqdim edilməsi, torpağın uqodiyasının yanlış qeyd edilməsi iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmiş, eləcə də torpaq sahəsinin alınmasını təsdiq edən müvafiq qəbzin təsdiq edilmiş surəti də məhkəməyə təqdim edilmişdir. Beyləqan rayon Baharabad Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Torpaq sahəsi İddiaçı ayrılan zaman bələdiyyə ehtiyat fondundan kənd təsərrüfatı məqsədi ilə ayrıldığı öz təsdiqini tapmışdır. Eləcə də, torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin rəyi və yerquruluşu planı sənədinin mövcud olduğu, rəyə əsasən də torpaq sahəsinin bələdiyyə ehtiyat fondundan kənd təsərrüfatı məqsədi ilə ayrıldığı müəyyən edilir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən ona torpaq sahəsi ayrılan zaman müvafiq sənədlər təqdim edilmişdir ki, tərəf həmin sənədlərə etimad göstərmiş və bugünə kimi qeyd edilən formada istifadə etmişdir. Belə olan halda sonradan TEKUIS sistemində torpaq sahəsinin uqodiyasına dəyişiklik edilməsi tərəfin hüquqlarının pozulması ilə nəticələnmişdir. Cavabdehin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Beyləqan rayon Mehrablı Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı iclas protokolu ilə bələdiyyənin ehtiyat fondundan 1,10 ha torpaq sahəsi ona satılmışdır. Bununla bağlı Beyləqan rayon Mehrablı Bələdiyyəsi ilə arasında ##.##.2007-ci il tarixli torpaqların alqı-satqı müqaviləsi bağlanmış və müqavilə Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin səlahiyyətli nümayəndəsinin imzası və möhrü ilə təsdiq olunmuşdur. Torpaq sahəsini almağına görə 1100 manat dövlət rüsumu ##.##.2007-ci il tarixdə Beyləqan rayon Mehrablı Bələdiyyəsinin hesabına ödənilmişdir. Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi tərəfindən 1,10 ha torpaq sahəsinin planı hazırlanaraq möhürlənmiş, şöbə tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədlərinin hazırlanması məqsədəmüvafiq hesab edilmişdir. Beləliklə, torpaq sahəsini hüquqların dövlət reyestrində qeydiyyata alınmasından ötrü, zəruri sənədləri cavabdehə təqdim etmiş, lakin Ərazi Idarəsi torpaq sahəsinin adına qeydə alınmasından imtina etmişdir. Cavabdehin imtina aktının və iddiaya qarşı etirazın dəlilləri odur ki, Beyləqan rayon Baharabad bələdiyyəsinin ## ###### 2007-ci il tarixli ** saylı qərarı əsasında ayrılmış ümumi sahəsi 1.10 ha olan torpaq sahəsinin alqı-satqı aktında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin rəyində tarix və qeydiyyat nömrəsi qeyd olunmadığı və torpaq ayırma sənədləri barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində qeydiyyat və ya arxiv sürətlərinin olmadığı məlum olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmaması müəyyən edilərək hüquqların dövlət qeydiyyatı aparılır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edilmişdir. Şikayətin dəlilləri əsasən imtina aktı və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən imtinanın səbəbləri tam araşdırılmamışdır. Prosessual məsələlər Iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, gəlməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etmiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Beyləqan rayon Baharabad Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli iclas protokolundan görünür ki, Baharabad bələdiyyəsinin ehtiyat fondundan alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsinin alqı-satqı qaydasında Ağcabədi rayon sakini İddiaçı satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin hazırladığı sənədlər nəzərə alınması qərara alınmışdır. -Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Beyləqan rayon Mehrablı Bələdiyyəsi ilə İddiaçı arasında ##.##.2007-ci il tarixli torpaqların alqı-satqı müqaviləsi bağlanmış və müqavilə Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin möhürü və səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq olunmuşdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-**/*-**/****/**** nömrəli ekspert rəyində bildirilir ki, Beyləqan rayon Baharabad bələdiyyəsinin ## ###### 2007-ci il tarixli ** saylı qərarı ilə Baharabad bələdiyyəsinə aid əkinə yararsız torpaq sahəsinin ərazisindən “Torpaqların alqı-satqısına dair akt əsasında iddiaçı İddiaçı satılmış 1,10 ha torpaq sahəsinin sərhəddinin döngə nöqtələrinin koordinatları torpaq sahəsi ayrılan zamanı tərtib olunmuş yerquruluşu planında olan istinad nöqtələrindən istifadə edilməklə müəyyən edilmişdir; Beyləqan rayon Baharabad bələdiyyəsinin ## ###### 2007-ci il tarixli ** saylı qərarı ilə Baharabad bələdiyyəsinə dair tərtib olunmuş yerquruluşu planında bələdiyyə mülkiyyətinə aid ərazi kimi qeydə alınmadığına görə həmin ərazinin mülkiyyət növünü və kateqoriyasını müəyyən etmək mümkün olmadı. Hazırda isə X3 Uçotu və Informasiya Sistemində qeyd edilən 1.10 ha torpaq sahəsinin 0.4312 ha hissəsi bələdiyyə mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin sahəsi, 0.3510 ha hissəsi örüş sahəsi və 0.0128 ha hissəsi isə yol sahəsi kimi qeyd olunmuşdur. Eyni zamanda X3 Uçotu və Informasiya Sistemində qeyd olunan 1.10 ha torpaq sahəsinin 0.2295 ha hissəsi reyestr nömrəsi 607013053035 olan və 0.0755 ha hissəsi isə 607013053036 olan çıxarışa əsasən, X2 torpaq sahəsi kimi qeyd olunmuşdur; Beyləqan rayon Baharabad bələdiyyəsinin ## ###### 2007-ci il tarixli ** saylı qərarı ilə Baharabad bələdiyyəsinə aid əkinə yararsız torpaq sahəsinin ərazisindən "Torpaqların alqı-satqına dair akt əsasında iddiaçı İddiaçı satılmış 1,10 ha torpaq sahəsinin yerləşdiyi ərazi "Torpaq islahatı aparılan zaman tərtib olunmuş kompleks yerquruluşu planında və həmin əraziyə aid fotoplan sənədində qeyd edilmişdir; Iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin yerləşdiyi ərazi "Torpaq Islahatı aparılan zamanı tərtib olunmuş kompleks yerquruluşu planında mövcuddur. Qeyd edilən 1,10 ha torpaq sahəsi ilə digər təyinatlı torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyildir. Ancaq, X3 Uçotu və informasiya Sistemində qeyd olunan 1.10 ha torpaq sahəsinin 0.2295 ha hissəsi reyestr nömrəsi 607013053035 olan və 0.0755 ha hissəsi isə 607013053036 olan çıxarışa əsasən, X2 torpaq sahəsi kimi qeyd olunmuşdur Araşdırma zamanı müəyyən olunmuşdur ki, X2 və ailə üzvləri tərəfindən "Torpaq Islahatı" aparılan zaman JN ** saylı Dövlət Aktı əsasında ona və ailə üzvlərinə verilmiş torpaq sahəsinin ərazisindən istifadə edilir; Torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyildir və hal-hazırda İddiaçı tərəfindən 1,10 ha torpaq sahəsinin 0.9850 ha hissəsi əkin və 0.1150 ha hissəsi isə örüş sahəsi kimi istifadə olunur; Beyləqan rayon Baharabad bələdiyyəsinin ## ###### 2007-ci il tarixli ** saylı qərarı ilə İddiaçı satılmış 1.10 ha torpaq sahəsinin ərazisi, qərarda və tərtib olunmuş yerquruluşu planında olan ölçü göstəricilərinə əsasən, qeyd edilən torpaq sahəsinin sərhədləri daxilində yerləşir. "Torpaqların alqı-satqısına dair" akt əsasında iddiaçı İddiaçı satılmış 1,10 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinin dongə nöqtələrinin koordinatlarında texniki səhv yoxdur. "Torpaq Islahatı aparılan zaman tərtib olunmuş kompleks yerquruluşu planında qeyd edilən torpaq sahəsinin ölçü göstəriciləri üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Ancaq, X3 Uçotu və Informasiya Sistemində isə qeyd olunan 1.10 ha torpaq sahəsinin 0.2295 ha hissəsi reyestr nömrəsi 607013053035 olan və 0.0755 ha hissəsi isə 607013053036 olan çıxarışa əsasən, X2 torpaq sahəsi ilə üst-üstə düşür. Araşdırma zamanı müəyyən olunmuşdur ki, X2 və ailə üzvləri tərəfindən "Torpaq Islahatı" aparılan zaman JN ** saylı Dövlət Aktı əsasında ona və ailə üzvlərinə verilmiş torpaq sahəsinin ərazisindən istifadə edilir; Mübahisəli torpaq sahəsinin ərazisində tikili mövcud deyildir; Beyləqan rayon Baharabad bələdiyyəsinin ## ###### 2007-ci il tarixli ** saylı qərarı ilə İddiaçı satılmış 1.10 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhv yoxdur. -Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Beyləqan Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*- **/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, elektron məlumat bazasında (X3 Uçotu və Informasiya Sistemində) qeyd olunan 1.10 ha torpaq sahəsinin 0.4312 ha hissəsi bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı əkin sahəsi, 0.3510 ha hissəsi bələdiyyə mülkiyyətinə aid örüş sahəsi, 0.0128 ha hissəsi bələdiyyə mülkiyyətində olan yol sahəsi, 0.305 (0.2295 və 0.0755) ha hissəsi xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı əkin sahəsi kimi qeyd edilmişdir. Lakin həmin torpaq sahəsi torpaq islahatı aparılan zaman tərtib edilmiş kompleks yerquruluşu lahiyəsində (DWG) qeyd edilməmişdir. Belə ki, Beyləqan rayon Baharabad Bələdiyyəsinin ##.##.2007-ci il tarixli iclas protokolunun qərarına əsasən İddiaçı ayrılan 1,10 ha torpaq sahəsi kompleks yerquruluşu xəritəsində həmin ərazi kollektor və pay torpaqları arasında yerləşən ərazi olmasına baxmayaraq, kompleks yerquruluşu xəritəsində həmin ərazi qeydə alınmamışdır. Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləyir. Həmin Qanunun: -6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. -6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. -6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 2002-ci il ## #### tarixli, ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin:- -1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. -7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. -17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. -18-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. -19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -4.1. 2006-cı il ####un #-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. -4.3. 2006-cı il ####un #-dək daşınmaz əmlak üzərində hüquqların dövlətqeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. -8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasınakeçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmişdaşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; -12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsivə başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. -13.11. Dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlətreyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarı hətta qanunla ayrılması məhdudlaşdırılan torpaq sahəsinə münasibətdə qəbul olunduğu təqdirdə belə, “Inzibati icraat haqqında” Qanunun 65-ci maddəsi, o cümlədən 65.1.2-ci maddəsi anlamında etibarsız sayıla bilməz. Belə ki, inzibati orqanın qərarının qəbulunun qanunvericiliyin müəyyən tələblərinin pozulması ilə müşayiət olunması, həmin qərarın qəbulunun onun səlahiyyəti ilə ehtiva olunduğu hallarda həmin qərarın etibarsızlığına deyil, qanunsuzluğuna səbəb ola bilər. Nəzərə alınmalıdır ki, bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyənin səlahiyyəti ümumi xarakterli səlahiyyətdir və hətta qanunla ayrılması məhdudlaşdırılan torpaq sahələrinə belə şamil olunur. Belə ki, həmin torpaq sahələrinin ayrılması da bələdiyyənin torpaqayırma səlahiyyəti ilə ehtiva olunur və burada söhbət bələdiyyənin səlahiyyətsizliyindən deyil, müvafiq səlahiyyətin həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasından gedir. Qanunsuz inzibati aktlar isə yalnız qanunla müəyyən olunmuş qaydada və şərtlər daxilində buna subyektiv hüququ olan şəxslər tərəfindən mübahisələndirilə bilər və ya buna səlahiyyəti olan orqan tərəfindən “Inzibati icraat haqqında” Qanunun müvafiq prinsipləri və normaları nəzərə alınmaqla ləğv edilə bilər. Bələdiyyələrin mülkiyyətində olan torpaq sahələrinin ayrılmasının onların səlahiyyətinə aid olduğu mübahisə predmeti deyil və təkzib olunmur. Bu baxımdan hazırki mübahisəyə münasibətdə iddiaçıya torpaq sahəsinin satılması barədə bələdiyyənin qərarı etibarsız inzibati akt sayıla bilməz. “Inzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin ## ###### 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “Inzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar