Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-85/2026 13.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı müqavilənin ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ilə bağlanmış ## ###### 2017-ci il tarixli, ** saylı müddətsiz kirayə müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin müvafiq qərardadı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.. Şirvan Inzibati Məhkəməsinin (hakim A.Hüseynova) ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Salyan şəhəri, 20 Yanvar küçəsi * saylı kommunal binanın ilk öncə Nağıyeva (Məcidova) Pakizə Mirzağa qızının adına qeydə alınması barədə hüquqmüəyyənedici sənədlər müəyyən edilməmişdir. Belə ki, iddiaçının mərhum oğlu X6 ilə cavabdeh orqan arasında 2012-ci il tarixdə sosial kirayə müqaviləsi bağlandığı ərəfədə iddiaçı tərəfindən hər hansı etiraz edilməmiş və ya məhkəmə mübahisəsi olmamışdır. Iddiaçının oğlu B.Hüseynov ##.##.2017-ci ildə vəfat etdikdən sonra Cavabdeh ##.##.2017-ci il tarixli, *** saylı məktubu əsasında Salyan şəhəri, 20 Yanvar küçəsi ev 4, * saylı mənzil ilə bağlı İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına ##.##.2017-ci il, ** saylı müddətsiz kirayə müqaviləsi bağlanmışdır. Məhkəmə hesab edir ki, ##.##.2017-ci il, ** saylı müddətsiz kirayə müqaviləsi qanuna müvafiq qaydada tərtib edilmişdir, hər hansı pozuntuya yol verilməmişdir, qanuna zidd deyildir. Iddiaçının mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda deyil, hazırda iddiaçının mənzildə yaşaması onun hazırkı müzakirə edilən hüquqi statusuna əlverişli təsir göstərmir. Çünki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbi onunla əsaslandırmışdır ki, Salyan şəhəri, 20 Yanvar küçəsi * saylı kommunal bina Azərbaycan Dövlət Dəmir Yol tərəfindən Salyan “xxxx” MMC-yə ## #### 2002-ci ildə Akt və Akta əlavə edilmiş siyahı əsasında təhvil verilmişdir. Daxil olan siyahıda Salyan şəhəri, 20 Yanvar küçəsi * saylı evin * saylı mənzili ** nömrəli sətirdə Nağıyeva (Məcidova) Pakizə Mirzağa qızının adına qeyd edilmişdir. Cavabdeh başçısı tərəfindən ## ### 2012-ci il tarixli *** saylı məktub əsasında mənzil oğlu X6 adına keçirilmişdir. ## ####### 2017-ci il tarixdə X6 vəfat etdiyindən Cavabdeh ## ###### 2017-ci il tarixli *** saylı məktubu əsasında Salyan şəhəri, 20 Yanvar küçəsi * saylı evin * saylı mənzili X6 adından arvadı X19 adına keçirilməsi üçün ## ###### 2017-ci il tarixli ** saylı müddətsiz kirayə müqaviləsi bağlanmışdır. Hal-hazırda Salyan şəhəri, 20 Yanvar küçəsi * saylı evin * saylı mənzilini öz adına keçirtmək istəyir. Cavabdeh sosial kirayə müqaviləsinin ləğv edilməsi ilə əlaqədar müraciət etsə də, hal-hazıra kimi ona rəsmi cavab verilməmişdir. Cavabdeh iddiaya qarşı etiraz təqdim etməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işin faktiki halına və təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Prosessual məsələlər Iddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, onun keçmiş əri X2 “xxxx” QSC-də işləmiş, 2021-ci ildə ölmüşdür. Mübahisəli mənzil yaşamaq üçün onlara verilmişdir. Əri ilə 38 il bundan əvvəl boşanmışlar, lakin mənzil boşanmazdan əvvəl verilmişdi. Mənzilə dair keçmiş ərinin və onun adına order verilməmişdir. Mənzildə özü və gəlini İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs yaşamışdır, son vaxtlar gəlini həmin mənzildən köçmüşdür. Cavabdehə məhkəmə iclasının vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Cavabdeh ünvan 1 Istismar Təmir Tikinti Istehsal X46 Cəmiyyəti tərəfindən iddiaçının vəkilinə ünvanlanmış məktubda bildirilir ki, ünvan 2 Azərbaycan Dövlət Dəmir yol tərəfindən "xxxx" MMC-yə ## #### 2002-ci ildə Akt və Akta əlavə olunmuş siyahı əsasında təhvil verilmişdir. Daxil olan siyahıda 20 Yanvar küçəsi, ev 4, mənzil 1 ** nömrəli sətirdə Nağıyeva (Məcidova) Pakizə Mirzağa qızı qeyd olunub. Cavabdeh başçısı tərəfindən ## ### 2012-ci il tarixli, *** saylı məktub əsasında mənzil İddiaçı oğlu X6 adına keçirilmişdir. ##.##.2017-ci ildə X6 vəfat edib. Cavabdeh ##.##.2017-ci il tarixli, *** saylı məktubu əsasında Salyan şəhəri 20 Yanvar küçəsi ev 4, * saylı mənzil mərhum X6 adından arvadı İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına keçirilmişdir. “xxxx" MMC və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs arasında ##.##.2017-ci il, ** saylı müddətsiz kirayə müqavilə bağlanıb. HəmIn mənzildə pasport qeydiyyatında olanların adları: X23, X3, X30, X7, X4, X8, X12, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs, X9, X10, X13, X14, X1. -Cavabdeh tərəfindən ünvan 1 Istismar Təmir Tikinti Istehsalat Birliyinə ünvanlanmış ##.##.2017-ci il tarixli, *** saylı məktubda qeyd edilmişdir ki, ünvan 3 saylı ünvanda yaşayan İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs mərhum əri X6 adına olan mənzilin onun adına sənədləşdirilməsi üçün müraciəti araşdırılmış və məlum olmuşdur ki, X19 faktiki olaraq 2008-ci ildən həmin mənzildə yaşayır. Qeyd olunanları nəzərə alaraq həmin mənzilin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 59-cu maddəsinin müddəalarına və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # #### tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8 bəndinə müvafiq olaraq ünvan 3 saylı ünvanda yaşayan İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına rəsmiləşdirilməsi üçün sənədləşmənin aparılması və onunla müddətsiz sosial kirayə müqaviləsinin bağlanması tapşırılır. -ünvan 1 Istismar Təmir Tikinti Istehsal X46 Cəmiyyətlə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs arasında bağlanmış ##.##.2017-ci il, ** saylı kirayə müqaviləsinin məzmunundan görünür ki, Salyan şəhəri 20 Yanvar küçəsi ev 4, mənzil 1 müddətsiz olaraq sonuncunun istifadəsinə verilmişdir. -Salyan rayon Qeydiyyat şöbəsinin ##.##.2024-cü il tarixli arayışının surətindən görünür ki, X5 ##.##.2015-ci il tarixdə ölmüşdür. -Salyan rayon Qeydiyyat şöbəsinin ##.##.2024-cü il tarixli arayışının surətindən görünür ki, X6 ##.##.2017-ci il tarixdə ölmüşdür. -“xxxx” QSC-nin ##.##.2025-ci il tarixli məktubunda bildirilir ki, X6 “xxxx” QSC tərəfindən mənzilin ayrılması barədə hər hansı məlumat aşkarlanmamışdır. -Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya Idarəsinin ##.##.2025-ci il tarixli məktubunda bidirilir ki, Salyan şəhəri, 20 Yanvar küçəsi ev 1, * saylı mənzildə X10, Hüseynov HəsənağaNatiq oğlu, X20, X15, Hüseynova NigarTelman qızı, X16, X14, X24, X11, X9, X17, X21, X18 pasport qeydiyyatındadırlar. -Məhkəmə kollegiyasının müvafiq sorğusuna cavab olaraq, -“xxxx” QSC-nin **-*- */*-****/**** nömrəli, ##.##.2026-cı il tarixli məktubunda bildirilir ki, X2 və X25 QSC tərəfindən mənzilin ayrılması barədə hər-hansı məlumat aşkarlanmamışdır. Şərh olunan sübutlardan və işin faktiki hallarından göründüyü kimi, iddiaçı mübahisəli mənzilin keçmiş əri ilə ona yaşamaq üçün verilməsi əsası ilə hesab edir ki, mənzilə dair gəlini İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ilə cavabdeh arasında bağlanmış müqavilə ləğv edilməlidir. Həmçinin iş üzrə təqdim edilmiş sənədlədən görünür ki, mübahisəli mənzil əvvəllər “xxxx” QSC-nə məxsus olmuş və 2002-ci ildə müvafiq aktla Cavabdeh təhvil verilmiş, RIH əvvəlcə mənzili yaşamaq üçün iddiaçının oğluna, oğlu öldükdən sonra isə gəlininə yaşamaq üçün vermiş və müvafiq müqavilə bağlanmışdır. Iddiaçı mənzilin RIH-nə təhvili ilə bağlı akta əlavə edilmiş siyahıda öz adının olmasına istinad edərək, mənzilin ona məxsus olmasını iddia etsə də, məhkəmə kollegiyasının müvafiq sorğusu əsasında müəyyən edilmişdir ki, iddiaçının özünə və keçmiş ərinə “xxxx” QSC tərəfindən mənzil verilməmişdir. Həmçinin iddiaçı da mənzilə dair ərinin və özünün adına order verilmədiyini etiraf etmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı mübahisəli mənzildə deyil, Bakı şəhərində pasport qeydiyyatındadır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli mənzillə hər-hansı hüquqi bağlılığı olmadığından mənzilin digər şəxsə yaşamaq üçün verilməsi barədə müqaviləni mübahisələndirməklə bağlı subyektiv hüququ istisna edilir. Başqa sözlə mənzilin müəyyən subyektə yaşamaq üçün verilməsi ilə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halı baş verməmişdir. Odur ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə qiymət verməkdə haqlı olmamışdır. Belə ki, iddiaçının hazırki iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri üçüncü şəxsin istifadəsinə verilmiş mənzillə bağlı ona dair hər-hansı hüquqmüəyyənedici sənədin mövcud olmasıdır ki, bununla bağlı mötəbər sübut təqdim edilməmiş, həmçinin məhkəmə araşdırması nəticəsində belə bir sübutun olması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hazırki mübahisənin inzibati məhkəmə icraatının predmetinə aid olması ilə bağlı qeyd edir ki, “Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsi barədə müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2025ci il tarixli Qərardadında sərgilədiyi hüquqi mövqe ondan ibarət olmuşdur ki, -“inzibati müqavilələrdə tərəflər heç də həmişə hakimiyyət-tabeçilik münasibətlərində olmasalar da, belə müqavilələrin əsas xüsusiyyətlərindən birini tərəflərin qeyri-bərabərliyi, yəni inzibati orqanların publik hakimiyyət daşıyıcısı kimi daha üstün vəziyyətdə olması təşkil edir. Bir sıra hallarda qanunvericilikdə inzibati müqavilələr və onların bağlanması proseduru ilə bağlı mülki (xüsusi) hüquqdakı bərabərlik prinsipindən kənara çıxan, inzibati orqana bir sıra üstünlüklər tanıyan qayda və şərtlər (müqavilə üzrə kontragentə və onun müəyyən edilməsinə dair xüsusi şərtlər və qaydalar, müqavilənin digər tərəfinin müqavilə şərtlərinə uyğun fəaliyyət göstərib-göstərmədiyinin yoxlanılması, müqavilənin inzibati orqan tərəfindən birtərəfli qaydada ləğvi, şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi imkanı və s.) mövcud olur. Inzibati orqanlar ilə kommersiya və ya digər iqtisadi maraqlardan çıxış edən fiziki və ya hüquqi şəxslər arasında bağlanılan inzibati müqavilələrdə inzibati orqanlara bu kimi üstünlüklərin verilməsi sonuncuların ictimai və dövlət maraqlarına xidmət etməsindən irəli gəlir.” - inzibati müqavilələrin əsas səciyyəvi xüsusiyyətlərinə aşağıdakılar aid edilə bilər: müqavilə tərəflərindən ən azı birinin inzibati orqan olması; müqavilənin predmetinin dövlətin idarəetmə funksiyalarının həyata keçirilməsi ilə bağlı olması; müqavilənin məqsədinin ictimai və ya ümumdövlət maraqlarının təmin olunmasına, ictimai ehtiyacların ödənilməsinə və ya birbaşa ictimai xidmətlərin icra edilməsinə yönəldilməsi; müqavilənin bir sıra şərtlərinin inzibati hüquq normaları ilə tənzimlənməsi; müqavilə tərəflərinin qeyri-bərabərliyi və s. Hazırki iş üzrə mübahisə predmeti olan müqavilə üzrə tərəflər qeyri-bərabər olmaqla, inzibati orqanların publik hakimiyyət daşıyıcısı kimi daha üstün vəziyyətdə olması aşkardır və bu tərəflər arasında bağlanmış müqaviləyə dair mübahisənin inzibati məhkəmə icraatı qaydasında araşdırılmalı olmasını deməyə əsas verir. Bununla belə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işə məhkəmə aidiyyəti üzrə baxmaqda haqlı olsa da, mahiyyəti üzrə qiymət verməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddia mümkünsüz sayılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-85/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-85/2026
13.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver