Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-87/2026 02.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi Idarəsinə qarşı “Lənkəran rayon Aqrar Islahat komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarına əsasən verilmiş 3000 kv.m torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq ona və ailə üzvlərinə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi Idarəsinə qarşı “##.##.2024-cü il tarixli məktubla verdiyi cavabı ləğv olunaraq, Lənkəran rayonu, Şovu kəndində xüsusi mülkiyyətində olan 3000 kv.m həyətyanı torpaq sahəsini yeni yaradılmış elektron kadastr sistemində bərpasını, yeni elektron kadastrın verilməsini və ona yeni elektron çıxarışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Lənkəran rayon Aqrar Islahat komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarına əsasən verilmiş 3000 kv.m torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, ona və ailə üzvlərinə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Lənkəran Ərazi Idarəsinin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs, X6 və X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. Şirvan Inzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli və iddia edilən torpaq sahəsi Şovu kənd inzibati ərazi dairəsinin sərhəd hüdudlarından kənarda, yəni İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs sərhədləri daxilində yerləşdiyindən həmin ərazinin tələb üzrə iddiaçının adına qeydə alınması qanunazidd olacaqdır. Hal-hazırki iddia üzrə iddiaçı və ailə üzvlərinin hüquqlarının qeydə alınmasından öncə ayrılan torpaq sahəsinin koordinatları dəqiqləşdirilməli, dürüstləşmə işləri aparılmalı, müvafiq torpaq sahəsinin kateqoriyası və uqodiyası ilə bağlı mübahisə öz həllini tapmalıdır. Qərardaddan iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddia tələbi onunla əsaslandırılmışdır ki, ## ###### 1956-cı ildə Lənkəran rayon Şovu kəndində anadan olmuşdur, hal-hazırda həmin kənddə yaşayır. Uzun müddət orta məktəbdə müəllim işləmiş, təqaüddədir, əmək veteranıdır, 1985-ci ildə ailə həyatı qurmuş, iki övladı vardır. 1985-ci ildən 1992-ci ilə qədər torpaq növbəsinə qalmışdır, 1992-ci ildə hal-hazırda yaşadığı yerdə ev tikib yaşayır. 1998-ci ildə “Torpaq islahatı” aparılmış, yaşadığı yerdə torpağı çox olduğu üçün ona başqa yerdə pay torpağı verilmədir. Islahatda 4 nəfər iştirak etmiş, (Islahatın xəritəsini, iştirak haqqında arayışı təqdim edə bilərəm) Islahatdan sonra sənəd verilməsi gecikmişdir. 2007-ci ildə ona Azərbaycan Respublikasının Prezidentinin ## ###### 2007-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq olunmuş “Torpaq sahəsinin planı və ölçüsünün təsviri” barədə sənəd təqdim olunmuşdur. Bununla bağlı # ###### 2008-ci ildə ona torpaq çıxarışı verilmişdir. # #### 2013-cü ildə DƏDRX-Lənkəran Ərazi Idarəsinə müraciət etmiş, idarədən mütəxəssis evə aparmış, lazım olan çəkilişləri etmiş, lazım olan bütün sənədləri təqdim etmişdir. ## #### 2013-cü ildə imtina məktubu almışdır. Qeyd edilənləri nəzərə alaraq Lənkəran rayon Aqrar Islahat komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarına əsasən verilmiş 3000 kv.m torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq ona və ailə üzvlərinə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə etdi. Cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz etdiklərini bildirdi. Üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclas zalında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Lənkəran rayonu, Şovu kəndində İddiaçı Lənkəran rayon islahat komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli qərarı ilə 3000 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. X2 kitabında ##.##.2008-ci il tarixli, **** nömrə ilə uçota alınmışdır. Iş materiallarında olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi Idarəsinin İddiaçı ünvanlanmış ##.##.2024-cü il tarixli, *-**-*-**/*-T-****-**/**** nömrəli məktubundan görünür ki, sözügedən torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, həmin 3000 kv.m torpaq sahəsi torpaqların elektron uçot məlumat bazasına əsasən Şovu kəndi inzibati ərazi vahidliyinin sərhədləri hüdudlarından kənarda yerləşir, habelə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ərazisi olmaqla dövlət mülkiyyətidir. Qeyd olunan səbəblərdən sözügedən torpaq sahəsinə dair qeydiyyatın aparılması qanunvericiliyin tələbinə əsasən mümkün olmamışdır. Bu səbəbdən “Daşınmaz əmalkın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmiş və ona ##.##.2023-cü il tarixli, ************ nömrəli imtina bildirişi ünvanlanmışdır. Iş materiallarında olan Lənkəran Şəhər Icra Hakimiyyəti başçısının aparatının məhkəməyə ünvanladığı ##.##.2024-cü il tarixli, *-*-*/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ** saylı ərazi idarəsinə qarşı “##.##.2024-cü il tarixli məktubla verdiyi cavabı ləğv olunaraq Lənkəran rayonu Şovu kəndində xüsusi mülkiyyətində olan 3000 kv.m həyətyanı torpaq sahəsini yeni yaradılmış elektron kadastr sistemində bərpasını, yeni elektron kadastrın verilməsini və ona yeni elektron çıxarışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işlə bağlı Lənkəran rayon Aqrar Islahat Komissiyası tərəfindən ##.##.1998-ci il tarixli ** nömrəli qərarı ilə İddiaçı adına 3000 kv.m torpaq sahəsinin verilməsinə dair qərarı və həmin qərarın verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətlərinin Şirvan Inzibati Məhkəməsinə göndərilməsi ilə bağlı bildiririk ki, “Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər Icra hakimiyyətinin idarə arxivində sənədlərin müvəqqəti mühafizə müddəti 5 il müəyyən edilmiş və qeyd edilən müddət keçdikdən sonra arxiv sənədləri daimi mühafizə edilməsi üçün dövlət arxivinə təhvil verilir. Məktubda qeyd edilən sənədlərin verilmə tarixi idarə daxili arxivdə müvəqqəti saxlanılma müddətini keçdiyi üçün və Lənkəran rayon Aqrar Islahat Komissiyasının sənədləri Arxiv Idarəsinin Lənkəran filialına təhvil verilmədiyindən məktubda qeyd olunan sənədlərin təqdim edilməsi imkan xaricindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ##.##.2025-ci il tarixli, *-**-**/*-**/***/**** nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-***/**** saylı mütəxəssis rəyinə əsasən iddiaçı İddiaçı tərəfindən iddia olunan vəziyyətə uyğun araşdırma zamanı Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 3000 kv.m torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən 80217078000069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib olunması və sözügedən 3000 kv.m torpaq sahəsinin həmin "Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarına əsasən döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-***/**** saylı mütəxəssis rəyinə əsasən, iddia edilən torpaq sahəsinin koordinatları müəyyən edilmiş və iddia edilən torpaq sahəsinin koordinatlarının 80217078000069 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 3000 kv.m torpaq sahəsinə dair torpaqayırma sxeminin (torpağın ayrılması barədə qərarın qəbul olunduğu vaxta dair) inzibati iş sənədlərinə əlavə olunmaması və ya mövcud olmaması səbəblərindən həmin 3000 kv.m torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Buna görə də Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 3000 kv.m torpaq sahəsinin koordinatlarının 80217078000069 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlarla eynilik təşkil edib-etməməsini, yəni Qərarda və “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd edilən torpaq sahəsinin eyni ərazi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qərardadın üçüncü sualı üzrə: Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-***/**** saylı mütəxəssis rəyinə əsasən Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 3000 kv.m torpaq sahəsinin (80217078000069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarına əsasən) mövcud baza məlumatlarına əsasən (torpaq sahəsinin ayrıldığı zaman və hal-hazırda) hüquqi statusunun dövlət mülkiyyətinə, kateqoriyasının xüsusi qorunan ərazilərin torpaqlarına aid olması müəyyən olunmuşdur. Qərardadın dördüncü sualı üzrə: Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-***/**** saylı mütəxəssis rəyinə əsasən, iddiaçı İddiaçı tərəfindən iddia olunan vəziyyətə uyğun araşdırma zamanı Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 3000 kv.m torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən 80217078000069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib olunması və həmin "Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarının elektron kadastr xəritəsinə uyğun olması müəyyən olunmuşdur. Qərardadın beşinci və altıncı sualları üzrə: Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-***/**** saylı mütəxəssis rəyinə əsasən Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 3000 kv.m torpaq sahəsinə dair torpaqayırma sxeminin (torpağın ayrılması barədə qərarın qəbul olunduğu vaxta dair) inzibati iş sənədlərinə əlavə olunmaması və ya mövcud olmaması səbəblərindən həmin 3000 kv.m torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Iddia edilən torpaq sahəsinin koordinatlarının 80217078000069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Iddia edilən torpaq sahəsinin faktiki vəziyyəti ilə 80217078000069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədi üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olmaması müəyyən olunmuşdur. Iddiaçı və ailə üzvlərinin faktiki istifadəsində 6500 kv.m torpaq sahəsinin mövcud olması və sözügedən 3000 kv.m torpaq sahəsinin (80217078000069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına əsasən) qeyd olunan 6500 kv.m torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Iddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsinin Şovu kənd inzibati ərazi dairəsinin sərhəd hüdudlarından kənarda, xüsusi qorunan ərazilərin torpaqlarında (İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ərazisində) yerləşməsi müəyyən olunmuşdur. Qərardadın yeddinci sualı üzrə: Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-***/**** saylı mütəxəssis rəyinə əsasən qeyd edilən mübahisəli torpaq sahəsinin faktiki olaraq iddiaçı İddiaçı və ailə üzvlərinin istifadəsində olması müəyyən olunmuşdur. Qərardadın səkkizinci sualı üzrə: Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-***/**** saylı mütəxəssis rəyinə əsasən Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 3000 kv.m torpaq sahəsinin (80217078000069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına əsasən) üzərində fərdi yaşayış evinin mövcud olması müəyyən olunmuşdur. Bundan başqa ərazidə mövcud olan digər tikililərin (digər fərdi yaşayış evinin və köməkçi tikilinin) 3000 kv.m torpaq sahəsinin (80217078000069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına əsasən) sərhəd hüdudlarından kənarda, iddiaçının faktiki istifadəsində olan 6500 kv.m torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Qeyd olunan tikililərin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaması müəyyən olunmuşdur. Həmin tikililərin faktiki olaraq iddiaçı İddiaçı və ailə üzvlərinin istifadəsində olması müəyyən olunmuşdur. Qərardadın doqquzuncu sualı üzrə: Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-***/**** saylı mütəxəssis rəyinə əsasən, iddia edilən torpaq sahəsinin koordinatlarının 80217078000069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylıqərarı əsasında fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 3000 kv.m torpaq sahəsinin (80217078000069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına əsasən) və eləcə də iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin xüsusi qorunan ərazilərin torpaqlarında (İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ərazisində) yerləşməsi müəyyən olunmuşdur. Qeyd olunan torpaq sahəsinin koordinatlarının mövcud baza məlumatlarına əsasən başqa üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Qərardadın onuncu sualı üzrə: Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-***/**** saylı mütəxəssis rəyinə əsasən Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, 09 sayl qərarı əsasında fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 3000 kv.m torpaq sahəsinin (80217078000069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına əsasən) faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin mövcud olmaması müəyyən olunmuşdur. Iddia olunan torpaq sahəsinin Şovu kənd inzibati ərazi dairəsinin sərhəd hüdudlarından kənarda, xüsusi qorunan ərazilərin torpaqlarında (İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ərazisində) yerləşməsi müəyyən olunmuşdur. Iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli, ***/HMP nömrəli məktubunda qeyd edilmişdir ki, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs xüsusi mühafizə olunan təbiət ərazisidir. Azərbaycan Respublikasının Prezidentinin ** nömrəli sərəncamı ilə 2004-cü ilin # ###### tarixində 21435 hektar sahədə Azərbaycanın cənub-şərqində Lənkəran və Astara inzibati rayonların ərazisində yaradılmışdır. Milli Park Talış dağlarının öz unikal təbiət kompleksləri ilə fərqlənən təbii əraziləri əhatə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ##### tarixli qərarı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ərazisi genişləndirilərək 40358 hektara çatdırılmışdır. Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, üçüncü dövrün relikt və endemık bitki növlərin mühafizəsi, Azərbaycan Respublikasının “Qırmız Kitabı”na daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqini həyata keçirilməsi, ictimayyətin məlumatlandırılması, eləcədə tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir. Hirkan meşələri misilsiz gözəlliyi və ekoloji əhəmiyyəti olan təbiət möcüzəsidir bu səbəbdən UNESCO-nun Ümumdünya Irs siyahısına daxil edilmişdir. Belə ki. Lənkəran rayon Şovu kənd sakini İddiaçı məxsus 3000 kv.m torpaq sahəsi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsn sərhədləri daxilindədir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qorunan maraq birbaşa pozulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Iddiaçı Lənkəran rayon Aqrar Islahat komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarına əsasən verilmiş 3000 kv.m torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq ona və ailə üzvlərinə müvafiq çıxarışın verilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfindən iş üzrə tam araşdırma aparılmış və zəruri halların müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ##.##.2025-ci il tarixli, *-**-**/*-**/***/**** nömrəli ekspert rəyləri təqdim edilmişdir ki, məhkəmə həmin rəyləri mötəbər sübut kimi qəbul edir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, *-**-**/*-**/***/**** nömrəli ekspert rəyində Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 3000 kv.m torpaq sahəsinin (80217078000069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına əsasən) faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin mövcud olmaması müəyyən olunmuşdur. Iddia olunan torpaq sahəsinin Şovu kənd inzibati ərazi dairəsinin sərhəd hüdudlarından kənarda, xüsusi qorunan ərazilərin torpaqlarında (İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ərazisində) yerləşməsi müəyyən olunmuşdur. Məhkəmənin qənaətinə görə mübahisəli və iddia edilən torpaq sahəsi Şovu kənd inzibati ərazi dairəsinin sərhəd hüdudlarından kənarda, yəni İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs sərhədləri daxilində yerləşdiyindən həmin ərazinin tələb üzrə iddiaçının adına qeydə alınması qanunazidd olacaqdır. Hal-hazırki iddia üzrə iddiaçı və ailə üzvlərinin hüquqlarının qeydə alınmasından öncə ayrılan torpaq sahəsinin koordinatları dəqiqləşdirilməli, dürüstləşmə işləri aparılmalı, müvafiq torpaq sahəsinin kateqoriyası və uqodiyası ilə bağlı mübahisə öz həllini tapmalıdır. Apellyasiya icraatı zamanı alınmış mütəxəssis rəyindən görünür ki: 1) Araşdırma zamanı Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 3000 kv.m torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən 80217078000069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib olunması və sözügedən 3000 kv.m torpaq sahəsinin həmin "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına əsasən döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. 2) Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 3000 kv.m torpaq sahəsinə dair torpaqayırma sxeminin (torpağın ayrılması barədə qərarın qəbul olunduğu vaxta dair) inzibati iş sənədlərinə əlavə olunmaması və ya mövcud olmaması səbəblərindən həmin 3000 kv.m torpaq sahəsinin qərar üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Buna görə də Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 3000 kv.m torpaq sahəsinin koordinatlarının 80217078000069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlarla eynilik təşkil edibetməməsini, yəni Qərarda və "Torpaq sahəsinin planı və ölçüsündə qeyd edilən torpaq sahəsinin eyni ərazi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Iddiaçı İddiaçı tərəfindən iddia edilən torpaq sahəsinin koordinatları müəyyən edilmiş və iddia edilən torpaq sahəsinin koordinatlarının 80217078000069 kadastr nömrəli (**** qeydiyyat nömrəli) "Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. 3) Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 3000 kv.m torpaq sahəsinin (80217078000069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin koordinatlarına əsasən) mövcud baza məlumatlarına əsasən (torpaq sahəsinin ayrıldığı zaman və hal-hazırda) hüquqi statusunun dövlət mülkiyyətinə, kateqoriyasının xüsusi qorunan ərazilərin torpaqlarına aid olması müəyyən olunmuşdur. 4) Araşdırma zamanı Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 3000 kv.m torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən 80217078000069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib olunması və həmin "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının elektron kadastr xəritəsinə uyğun olması müəyyən olunmuşdur. 5) Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 3000 kv.m torpaq sahəsinə dair torpaqayırma sxeminin (torpağın ayrılması barədə qərarın qəbul olunduğu vaxta dair) inzibati iş sənədlərinə əlavə olunmaması və ya mövcud olmaması səbəblərindən həmin 3000 kv.m torpaq sahəsinin qərar üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Iddia edilən torpaq sahəsinin koordinatlarının 80217078000069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Iddia edilən torpaq sahəsinin faktiki vəziyyəti ilə 80217078000069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olmaması müəyyən olunmuşdur. Iddiaçı və ailə üzvlərinin faktiki istifadəsində 6500 kv.m torpaq sahəsinin mövcud olması və sözügedən 3000 kv.m torpaq sahəsinin (80217078000069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına əsasən) qeyd olunan 6500 kv.m torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Iddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsinin Şovu kənd inzibati ərazi dairəsinin, eləcə də Şovu təsərrüfatının torpaq islahatına dair kompleks yerquruluşu layihəsinin sərhəd hüdudlarından kənarda, xüsusi qorunan ərazilərin torpaqlarında (İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ərazisində) yerləşməsi müəyyən olunmuşdur. 6) Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 3000 kv.m torpaq sahəsinə dair torpaqayırma sxeminin (torpağın ayrılması barədə qərarın qəbul olunduğu vaxta dair) inzibati iş sənədlərinə əlavə olunmaması və ya mövcud olmaması səbəblərindən həmin 3000 kv.m torpaq sahəsinin qərar üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Iddia edilən torpaq sahəsinin koordinatlarının 80217078000069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Iddia edilən torpaq sahəsinin faktiki vəziyyəti ilə 80217078000069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olmaması müəyyən olunmuşdur. Torpaq sahəsinin faktiki olaraq iddiaçı İddiaçı və ailə üzvlərinin istifadəsində olması müəyyən olunmuşdur. Sualın digər hissəsini cavablandırmaq mütəxəssisin imkanı xaricindedir. 7) Qeyd edilən mübahisəli torpaq sahəsinin faktiki olaraq iddiaçı İddiaçı və ailə üzvlərinin istifadəsində olması müəyyən olunmuşdur. Sualın digər hissəsini cavablandırmaq mütəxəssisin imkanı xaricindədir. 8) Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 3000 kv.m torpaq sahəsinin (80217078000069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına əsasən) üzərində fərdi yaşayış evinin mövcud olması müəyyən olunmuşdur. Bundan başqa ərazidə mövcud olan digər tikililərin (digər yaşayış evinin və köməkçi tikilinin) 3000 kv.m torpaq sahəsinin (80217078000069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına əsasən) sərhəd hüdudlarından kənarda, iddiaçının faktiki istifadəsində olan 6500 kv.m torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Qeyd olunan tikililərin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaması müəyyən olunmuşdur. Həmin tikililərin faktiki olaraq iddiaçı İddiaçı və ailə üzvlərinin istifadəsində olması müəyyən olunmuşdur. 9) Iddia edilən torpaq sahəsinin koordinatlarının 80217078000069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 3000 kv.m torpaq sahəsinin (80217078000069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına əsasən) və eləcə də iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin xüsusi qorunan ərazilərin torpaqlarında (İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ərazisində) yerləşməsi müəyyən olunmuşdur. Qeyd olunan torpaq sahəsinin koordinatlarının mövcud baza məlumatlarına əsasən başqa üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. 10) Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 3000 kv.m torpaq sahəsinin (80217078000069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına əsasən) faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin mövcud olmaması müəyyən olunmuşdur. Sualın digər hissəsini cavablandırmaq mütəxəssisin imkanı xaricindədir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, ** nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki: -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Kollegiya qeyd edir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya icraatı zamanı alınmış ekspert rəyləri ilə Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmış 3000 kv.m torpaq sahəsinin (80217078000069 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin koordinatlarına əsasən) mövcud baza məlumatlarına əsasən (torpaq sahəsinin ayrıldığı zaman və hal-hazırda) hüquqi statusunun dövlət mülkiyyətinə, kateqoriyasının xüsusi qorunan ərazilərin torpaqlarına aid olması və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs sərhədləri daxilində yerləşməsi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyləri sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdeh tərəfindən ekspert rəylərini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Odur ki, sözügedən ekspert rəylərii iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmuşdur. Beləliklə, şərh olunanlara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-87/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-87/2026
02.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver