Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-89/2026 04.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Salyan Rayonu Qaraçala Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə qarşı iş üzrə QƏRARİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 vəkili və nümayəndəsi vəkil1, üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 iştirakları ilə, İddiaçı Salyan Rayonu Qaraçala Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə qarşı “Torpaqdan daimi istifadə hüququna dair” JN 1230 Kod ******** nömrəli Dövlət aktının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: Salyan Rayon İcra Hakimiyyəti başçısının “Laçın” kəndli (fermer) təsərrüfatına kənd təsərrüfatı məhsulları istehsal etmək üçün rayonun islahat torpaq fondundan 150 hektar torpaq sahəsinin daimi ayrılması barədə ##.##.1996-cı il tarixli ***-C nömrəli sərəncamından görünür ki, yeni təsis edilmiş “Laçın”xxxxnın nizamnaməsi dövlət qeydiyyatına alınmış, “Laçın”xxxxna kənd təsərrüfatına yararsız örüş torpaq sahəsinin daimi ayrılması barədə təqdim olunan torpaqayırma yerquruluşu sənədlərinin təsdiq edilməsi qərara alınmışdır. “Torpaqdan daimi istifadə hüququna dair” JN 1230 Kod ******** nömrəli Dövlət aktından görünür ki, Salyan Rayon İcra Hakimiyyəti başçısının ## ### 1996-cı il tarixli ***-C nömrəli sərəncamı ilə verilmiş 150.0 ha torpaq sahəsi üzərində “Laçın” kəndli (fermer) təsərrüfatının daimi istifadə hüququ qeydiyyata alınmışdır. “Laçın” kəndli (fermer) təsərrüfatının başçısı tərəfindən Salyan Rayonu Qaraçala Bələdiyyəsinə ünvanlanmış ##.##.2005-ci il tarixli ** nömrəli ərizə qeyd edilmişdir ki, “...2004-cü il tarixdə Qaraçala Bələdiyyəsinə məxsus örüş torpaq sahəsindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 150 hektar torpaq sahəsi icarəyə götürmüşəm. Həmin torpaq sahəsindən istifadə etməyə imkanım yoxdur. Buna görə də 2004 və 2005-ci illər üçün torpaq vergisini və icarə haqqını ödəməmişəm. Odur ki, həmin 150 hektar torpaq sahəsinin geri qaytarılmasını və icarə müqaviləsinin ləğv olunmasını Sizdən xahiş edirəm.” ##.##.2014-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, satıcı “Laçın”xxxx” MMC tərəfindən (“Laçın”xxxx” MMC-nin təsisçisi və direktoru adından etibarnamə əsasında çıxış edən Əhmədzadə İlqar Arif oğlu) ona məxsus Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən istifadədə olan 150 ha torpaq sahəsi üzərindəki istifadə hüququ alıcı inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 satılmışdır. Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən 150 ha torpaq sahəsi üzərində inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 26.05.20214-cü il tarixdən daimi istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2022-ci il tarixli ************ nömrəli məktubda qeyd edilmişdir ki, “...İcarəyə verilməsi nəzərdə tutulan 150.0 ha torpaq sahəsinə dair yerquruluşu planının hazırlanması nəzərdə tutulan torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən ************ reyestr nömrəli çıxarış ilə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyündən mümkün olmamışdır.” Salyan Rayon Prokurorluğunda aparılmış araşdırma zamanı izahat alınmış X3 ##.##.2025ci il tarixdə verdiyi izahatında qeyd etmişdir ki, “...2001-ci ildə torpaq islahatı keçirildikdən sonra torpaq sahəsi Aqrar İslahat Komissiyası tərəfindən bələdiyyələrin mülkiyyətinə verilmişdir. 2004cü ildə həmin torpaq sahəsində daimi istifadə hüququna dair Dövlət aktı hüquqi şəxsə verilən zaman ola bilsin ki, həmin Dövlət aktı Bakı şəhərində Dövlət Yerquruluşu Layihə İnstitutunda hazırlandığı üçün mən torpaq üzərində faktiki mülkiyyətçini araşdırmadan yanlışlıqla həmin akta imza çəkərək hüquqi şəxsin torpaqdan daimi istifadə hüququnu qeydə almışam. Düşünmüşəm ki, həmin torpaq sahəsinin mülkiyyətçisi Bələdiyyə olacağı təqdirdə bu məsələ adını qeyd etdiyim İnstitutun nəzərindən yayınmaz. Buna görə özüm torpaq sahəsinin mülkiyyətçisi barədə məlumatları ayrıca olaraq müvafiq xəritələrdə yoxlamamışam. Hüquqi şəxsə dövlət aktı verdikdən sonra həmin hal mənə aydın olmuşdur. Həmçinin, onu da qeyd edim ki, 2006-cı ildə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 MMC-nin direktoru qeyd olunan torpaq sahəsindən istifadə hüququndan Qaraçala Bələdiyyəsinin xeyrinə imtina etmiş və sözügedən 150 ha torpaq sahəsini bələdiyyəyə könüllü sürətdə rəsmi məktubla geri qaytarmışdır.” Salyan Rayon Prokurorluğunda aparılmış araşdırma zamanı “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarda qeyd edilımişdir ki, “...Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, X3 Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan rayon şöbəsinin müdiri vəzifəsində işlədiyi zaman qeyd olunan sahədə dövlət idarəçiliyini həyata keçirən dövlət qulluqçusu kimi “Daşınmaz amlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.4-ci maddəsinə əsasən daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, həmin Qanunun 15.1.5-ci maddələrinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməli olduğu halda həmin vəzifələrinə laqeyd münasibət göstərib öz xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməyərək, Salyan Rayon İcra Hakimiyyəti başçısının ## ### 1996-cı il tarixli ***-C saylı sərəncamı əsasında inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 MMC-nin daimi istifadəsinə verilmiş, 2001-ci ilin yanvar ayında Aqrar Islahat Komissiyası tərəfindən Qaraçala Bələdiyyəsinin mülkiyyətinə verilmiş 150 ha təsərrüfat təyinatlı torpaq sahəsini naturada müayinə edib torpağın həmin tarixdə mülkiyyətçisini dəqiqləşdirmədən, hüquqi şəxsə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməzdən qabaq verilmiş torpağa daimi istifadə hüququna dair dövlət aktını, həmçinin Salyan Rayon İcra Hakimiyyəti başçısının ## ### 1996-cı il tarixli ***-C saylı sərəncamını əsas götürüb yuxarıda qeyd edilən qanunların tələblərinə zidd olaraq JN-1230, ******** nömrəli “Torpaqdan daimi istifadə hüququna dair” yeni dövlət aktını təsdiq edib qanunsuz verməklə Salyan Rayonu Oaraçala Bələdiyyəsinin, həmçinin X7 qanunla qorunan mənafelərinə mühüm zərər vurülmasına səbəb olaraq səhlənkarlıq etmişdir... X7 müraciətinə əsasən mərhum X3 barəsində CM-in 314.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh ** saylı Şirvan ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyində (ekspert rəyi mütəxəssis rəyi ilə eynilk təşkil edir) qeyd edilmişdir ki, “...2-ci sual üzrə: Salyan Rayon İcra Hakimiyyəti başçısının ##.##.1996-cı il tarixli ***-C saylı qərarı və Torpaqdan daimi istifadə hüququna dair JN-1230 ******** nömrəli Dövlət aktı əsasında kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün “Laçın”xxxxna ayrılmış 150 hektar torpaq sahəsi qərarın qəbul olunduğu vaxt, yeni 1996-cı il tarixdə Dövlət mülkiyyətinə aid torpaq sahəsi olmuşdur. Hal-hazırda isə elektron kadastr məlumat bazasına əsasən, yəni Salyan rayonu Qaraçala kəndinin kompleks yerquruluşu layihəsində və Salyan Rayonu Qaraçala Bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu planında sözügedən 150.0 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş sahəsidir. 4-cü sual üzrə: Mübahisəli torpaq sahəsi faktiki olaraq torpaqların elektron kadastr uçotu məlumatlarına əsasən Qaraçala Bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi, sənəd uzrə isə (JN- 1230, ******** nömrəli dövlət aktı və reyestr nömrəsi ************ olan çıxarışa əsasən) dövlət mülkiyyətinə aid torpaq sahəsidir. Torpaq sahəsinin sənəd uzrə olan hududları faktiki istifadə ilə uyğunluq təşkil etmir. 5-ci sual üzrə: Mübahisəli 150.0 ha torpaq sahəsinin elektron kadastr baza məlumatlarında reyestr nömrəsi ************ olan çıxarışa əsasən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 adına dövlət mülkiyyətində olan torpaq sahəsi kimi qeyd olunmasına baxmayaraq, faktiki olaraq elektron baza məlumatlarına əsasən reyestr nömrələri 809012003107 olan 11.58 ha, 809012003108 olan 10.2 ha, 809012003110 olan-66.57 ha, 809012003111 olan- 69.63 ha, 809012003112 olan- 8.64 ha, 809012003115 olan 6.17 ha, 809012003116 olan 68.55 ha, 809012003117 olan 5.59 ha çıxarışlar əsasında inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 daşınmaz əmlakın dövlət reyestrində icarə hüquqları qeydiyyata alınmış torpaq sahələrinin əhatəsində yerləşməklə, faktiki olaraq inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 istifadəsində olan torpaq sahəsidir. 6-cı sual üzrə: Torpaq sahəsi faktiki olaraq inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 tərəfindən kənd təsərrüfatı və nohurçuluq məqsədi ilə istifadə olunur. 7-ci sual üzrə: Salyan Rayon İcra Hakimiyyəti başçısının ##.##.1996-cı il tarixli ***-C saylı qərarı və “Torpaqdan daimi istifadə hüququna dai” JN-1230 Kod ******** nömrəli dövlət aktı əsasında kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün “Laçın”xxxxna ayrılmış 150 hektar torpaq sahəsinin koordinatları elektron kadastr baza məlumatlarında reyestr nömrəsi ************ olan çıxarışa əsasən X6 adına qeydə alınan 150.0 ha torpaq sahəsinin koordinatlaı ilə eynidir və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 icarəsində olan torpaq sahələri ilə üst-üstə düşmür. Lakin faktiki olaraq inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 istifadəsində olan torpaq sahəsidir. 8-ci sual üzrə: Salyan Rayon İcra Hakimiyyəti başçısının ##.##.1996-cı il tarixli ***-C saylı qərarı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-1230 Kod ******** nömrəli Dövlət aktı əsasında kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün “Laçın”xxxxna ayrılmış 150 hektar torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarında texniki səhv mövcud deyil.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpaqdan daimi istifadə hüququna dair” JN 1230 Kod ******** nömrəli Dövlət aktının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Salyan Rayonu Qaraçala Bələdiyyəsinə məxsus 150 hektar torpaq sahəsi ilə bağlı heyvandarlığın inkişafı ilə əlaqədar inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 ilə 15 il müddətinə torpaq icarə müqaviləsi bağlanmışdır. 2021-ci ildə icarə müqaviləsinin vaxtı bitdiyi üçün inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 müqavilənin yenilənməsi ilə bağlı yenidən Salyan Rayonu Qaraçala Bələdiyyəsinə müraciət etmişdir. Qeyd edilən 150 hektar torpaq sahəsinə dar Bələdiyyənin adına yerquruluşu planının hazırlanması ilə bağlı cavabdeh orqana müraciət edilmiş, lakin torpaq sahəsinin ************ reyestr nömrəli çıxarış ilə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyündən hazırlanması mümkün olmamışdır. Salyan Rayon İcra Hakimiyyəti başçısının ## ### 1996-cı il tarixli ***-C saylı sərəncamı ilə yuxarıda qeyd edilən 150 hektar torpaq sahəsi “Laçın”xxxxna verilmişdir. Lakin 1999-cu ildə Azərbaycan Respublikasında bələdiyyələr yaradıldıqdan sonra qeyd edilən 150 hektar torpaq sahəsi Salyan Rayonu Qaraçala Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Buna baxmayaraq, ## ###### 2004-cü il tarixdə qeyd edilən 150 hektar torpaq sahəsinə dair “Laçın”xxxxnın adına JN 1230 Kod ******** saylı “Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktı verilmişdir. Qeyd edilən 150 hektar torpaq sahəsi Salyan Rayonu Qaraçala Bələdiyyəsinə məxsus xəritədə və Əmlak Məsələləri Dövlət Komitəsinin elektron bazasında Qaraçala Bələdiyyəsinin mülkiyyəti kimi qeyd edilmişdir. Cavabdehin etirazları: Etiraz onunla əsaslandırılmışdır ki, araşdırma zamanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən ************ reyestr nömrəli çıxarış ilə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Göstərilən uyğunsuzluq səbəbindən müraciətin icrası mümkün olmamışdır. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** saylı qərarı (hakim Hilal Nəcəfov) ilə iddia təmin edilmiş, “Laçın”xxxxnın adına verilmiş ## ###### 2004-cü il tarixli JN 1230 kod ******** saylı “Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktı ləğv edilmiş, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 100 manat ekspertiza tədqiqatının dəyəri iddiaçı Salyan Rayonu Qaraçala Bələdiyyəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərar alınmışdır. Həmin qərardan narazı qalan üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılarkən üçüncü şəxs qismində cəlb edilməmiş və hüququnun pozulması ilə qərar qəbul edilmişdir. Mübahisəli torpaq sahəsini daimi istifadə hüququ ilə almış və daimi istifadə hüququ dövlət qeydiyyatına alınmışdır. Apellyasiya şikayətinə dair etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ididaçının nümayəndəsi, cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər Salyan Rayon İcra Hakimiyyətinin və “Laçın” KFT-nin nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər və səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə onların iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). Üçüncü şəxsin vəkili və nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 bildir`di ki, mübahisəli torpaq sahəsi faktiki olaraq onun istifadəsindədir. Bununla bağlı icarə müqaviləsi bağlamamışdır. Tətbiq edilən hüquq: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Torpaq islahatının obyekti Torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir. Maddə 7. Bələdiyyə torpaqları
1. Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ
1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinyələyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsi üzrə ## ###### 2004-cü il tarixli, JN 1230 kod ******** saylı torpaqdan daimi istifadə hüququna dair dövlət aktı tərtib edilmişdir ki, həmin aktın tərtib edildiyi zaman inzibati orqanın hərəkətləri qanunsuz olmuşdur. “Laçın”xxxx tərəfindən Salyan Rayonu Qaraçala Bələdiyyəsinə ünvanlanmış ##.##.2005ci il tarixli ** nömrəli ərizədən görünür ki, 150 hektar torpaq sahəsinin geri qaytarılması və icarə müqaviləsinin ləğv edilməsi xahiş edilmişdir. Salyan Rayon Prokurorluğunun ##.##.2025-ci il tarixli ****x-** nömrəli məktubundan görünür ki, Salyan Rayon Prokurorluğunda araşdırılma aparılmaqla ## #### 2025-ci il tarixində Salyan rayon prokurorunun köməkçisi, R X5 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar ləğv edilməmiş və hazırda qüvvədədir. Qeyd edilən qərara nəzər yetirilən zaman Dövlət Torpaq və Xəritəçekmə Komitəsinin Salyan rayon şöbəsinin sabiq müdiri X4 əməlində cinayət tərkib əlamətlərinin mövcudluğu müəyyən edilsə də, iş üzrə cinayət işinin başlanmasının rədd edilməsinə əsas cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin halları ilə müəyyən edildi ki, Salyan Rayon İcra Hakimiyyəti başçısının ##.##.1996-cı il tarixli ***-C nömrəli sərəncamı ilə “Laçın”xxxxnın nizamnaməsi dövlət qeydiyyatına alınmış, “Laçın” kəndli (fermer) təsərrüfatına kənd təsərrüfatı məhsulları istehsal etmək üçün rayonun islahat torpaq fondundan kənd təsərrüfatına yararsız örüş torpaq sahəsinndən 150 hektar torpaq sahəsi daimi istifadə hüququ ilə ayrılmış, həmin torpaq sahəsi ilə bağlı “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” dövlət aktı tərtib edilmiş, torpaq islahatı zamanı mübahisəli torpaq sahəsi Bələdiyyə mülkiyyətinə verilmiş, sonradan “Laçın” kəndli (fermer) təsərrüfatı ilə bağlı daimi istifadə hüququna dair yeni nümunəli ##.##.2004-cü il tarixli “Torpaqdan daimi istifadə hüququna dair” JN 1230 Kod ******** nömrəli dövlət aktı tərtib edilmişdir. “Laçın” kəndli (fermer) təsərrüfatının başçısı tərəfindən Salyan Rayonu Qaraçala Bələdiyyəsinə ##.##.2005-ci il tarixli ** nömrəli ərizə ünvanlanaraq, 150 hektar torpaq sahəsinin geri qaytarılması və icarə müqaviləsinin ləğv olunması xahiş edilmişdir. Sonradan ##.##.2014-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə satıcı “Laçın”xxxx” MMC tərəfindən (“Laçın”xxxx” MMC-nin təsisçisi və direktoru adından etibarnamə əsasında çıxış edən Əhmədzadə İlqar Arif oğlu) ona məxsus Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən istifadədə olan 150 ha torpaq sahəsi üzərindəki istifadə hüququ alıcı inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 satılmışdır. Sonuncunun həmin torpaq sahəsi üzərində 26.05.20214-cü il tarixdən daimi istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2022-ci il tarixli ************ nömrəli məktubda qeyd edilmişdir ki, “...İcarəyə verilməsi nəzərdə tutulan 150.0 ha torpaq sahəsinə dair yerquruluşu planının hazırlanması nəzərdə tutulan torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən ************ reyestr nömrəli çıxarış ilə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyündən mümkün olmamışdır.” Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili olan - işə baxılarkən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 üçüncü şəxs qismində cəlb edilməməsi ilə bağlı məsələyə münasibətdə bildirilir ki, Şirvan İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə digər üçüncü şəxlər ilə yanaşı inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 da zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə onun qeydiyyatda olduğu ünvana bildirişlər göndərilmiş, mübahisələndirilən məhkəmə aktı da onun qeydiyyat ünvanına göndərilmiş, lakin “Bu ünvanda yaşamır” qeyd ilə geri qaytarılmışdır. Apellyasiya şikayətinin dəlili olan - mübahisəli torpaq sahəsini daimi istifadə hüququ ilə alınması, daimi istifadə hüququnun dövlət qeydiyyatına alınması və “Laçın” kəndli (fermer) təsərrüfatının başçısı tərəfindən Salyan Rayonu Qaraçala Bələdiyyəsinə ünvanlanmış ##.##.2005-ci il tarixli ** nömrəli ərizənin mötəbərliliyinə münasibətdə bildirir ki, işin araşdırılması ilə müəyyən edilmişdir ki, islahat nəticəsində əslində Salyan Rayon İcra Hakimiyyəti başçısının ##.##.1996-cı il tarixli ***-C nömrəli sərəncamının və “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” dövlət aktının hüquqi vəziyyəti həll edilmiş (onlar ləğv edilmiş), mübahisəli torpaq sahəsi Salyan Rayonu Qaraçala Bələdiyyəsinə verilmişdir. Belə vəziyyətdə, Bələdiyyə məxsus torpaq sahəsi ilə bağlı istifadə hüququ alğı-satqı predmeti ola bilməzdi. Həmin xüsusat Salyan Rayon Prokurorluğunda aparılmış araşdırma zamanı izahatı alınmış vaxtı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan rayon şöbəsinin müdiri işləmiş X3 tərəfindən də təsdiq edilmişdir (Dövlət aktına onun tərəfindən də imzalanmış və möhür vurulmuşdur). Bundan başqa, həmin araşdırma nəticəsində izahatı alınmış “Laçın”xxxxnın sədri X9 ##.##.2005-ci il tarixli ** nömrəli ərizə ilə 150 hektar torpaq sahəsindən Bələdiyyənin xeyrinə imtina etdiyi bildirmişdir. Beləliklə, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.