Məhkəmə qərarları › İş №2-1(3-9)-92/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-92/2026

26.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-92/2026 26.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi, iddiaçı İddiaçı, inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxs, həmçinin digər üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “16 kv.m torpaq sahəsinin X3 dair Cavabdeh başçısının *** nömrəli, 194,88 kv.m torpaq sahəsinin inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 satılmasına dair Cavabdeh başçısının 2001-ci ildə imzalanmış sərəncamın, 56 kv.m sahəsinin X6 dair Cavabdeh başçısının ##.##.2000-ci il tarixli, *** saylı sərəncamın, X10 60 kv.m torpaq sahəsinin satılmasına dair Cavabdeh başçısının 2003-cü ildə imzaladığı sərəncamının ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “16 kv.m torpaq sahəsinin X3 dair Cavabdeh başçısının *** nömrəli, 194,88 kv.m torpaq sahəsinin inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 satılmasına dair Cavabdeh başçısının 2001-ci ildə imzalanmış sərəncamın, 56 kv.m sahəsinin X6 dair Cavabdeh başçısının ##.##.2000-ci il tarixli, *** saylı sərəncamın, X10 60 kv.m torpaq sahəsinin satılmasına dair Cavabdeh başçısının 2003-cü ildə imzaladığı sərəncamının ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Inzibati Məhkəmənin ##.##.2023-cü il tarixli qərardadı ilə X1, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3, X4, X10 və Ağcabədi bələdiyyəsi, ##.##.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Beyləqan Ərazi Idarəsi və ##.##.2023-cü il tarixli qərardadı ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1ayon Kooperativ Cəmiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. Şirvan Inzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Iddiaçı 16 kv.m torpaq sahəsinin X3 dair Cavabdeh başçısının *** nömrəli, 194,88 kv.m torpaq sahəsinin inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 satılmasına dair Cavabdeh başçısının 2001-ci ildə imzalanmış sərəncamın, 56 kv.m sahəsinin X6 dair Cavabdeh başçısının ##.##.2000-ci il tarixli, *** saylı sərəncamın, X10 60 kv.m torpaq sahəsinin satılmasına dair Cavabdeh başçısının 2003-cü ildə imzaladığı sərəncamının ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmənin qənaətinə görə mübahisəli torpaq sahəsi üzərində üçüncü şəxsin hüquqları müvafiq hüquqmüəyyənedici sənədlər vasitəsilə qeydə alınmışdır ki, qeyd edilən sənədlərin iddiaçı tərəfindən mübahisələndireilməsində subyektiv hüququ olmamışdır. Belə ki, iş materiallarına əlavə edilən sənədlərlə müəyyən edilir ki, Ağcabədi şəhəri Aslanov küçəsində çayxana tikilməsi üçün inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1ayon Kooperativ Cəmiyyətinə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1ayon XDS Icraiyyə Komitəsi tərəfindən 0.12 ha torpaq sahəsi ayrılmışdır. Həmin sahədə 100 m2 ölçüdə tikilmiş yarımçıq çayxana 500 manata İddiaçı satılmışdır. Göründüyü kimi iddiaçıya yalnız 100 kv.m torpaq sahəsi və üzərində yerləşən tikilinin satıldığı müəyyən edilir. Iş üzrə tam araşdırmanın həyata keçirilməsi məqsədilə Şirvan Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ##.##.2025-ci il tarixli, *-**-**/*-**/****/**** nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Rəyə əsasən koordinatlar sənəd üzrə və natura qaydasında müəyyən edilmiş və yekun olaraq idiaçıya ayrılan torpaq sahəsi ilə digər üçüncü şəxslərə ayrılan torpaq sahələrinin üst-üstə düşmədiyi və gediuş-gəliş yoluna maneələrin olmadığı müəyyən edilir. Digər bir tərəfdən isə üçüncü şəxslərə ayrılan və istifadələrində olan torpaq sahələrinin bir hissəsinin Ağcabədi şəhəri Aslanov küçəsində çayxana tikilməsi üçün inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1ayon Kooperativ Cəmiyyətinə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1ayon XDS Icraiyyə Komitəsi tərəfindən 0.12 ha torpaq sahəsi ayrılan torpaq sahəsi üzrəində yerləşdiyi müəyyən edilir ki, həmin hissədə hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsi torpaq sahəsi ayrılan inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1ayon Kooperativ Cəmiyyəti və ya dövlət torpağı kimi Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən mübahisələndirilə bilər. Məhkəmə hesab edir ki, həmin hissədə hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsində iddiaçı İddiaçı subyektiv hüququ olmamışdır. Iddiaçı ona qeyri yaşayış sahəsi ayrılan zaman 100 kv.m deyil, 0,12 ha torpaq sahəsinin ayrıldığını bildirsə də, iş materiallarına əlavə edilən və məhkəmə araşdırma nəticəsində əldə etdiyi sənədlərə əsasən qeyd edilən hal sübuta yetirilmir. Həmin hissədə iddiaçının anlaşılmazlığı aradan qaldırılması və ya hüquqi marağı üzrə torpaq sahəsi barədə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1ayon Kooperativ Cəmiyyətinə müraciət etmək hüququ tərəfin nəzərinə çatıdırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ##.##.2015-ci il tarixli * nömrəli qərarının 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə IPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Həmin Qərarın 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Həmin Qərarın 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmə hesab edir ki, halhazırki iddiada mümkünlük şərtlərinə əməl edilməməsi əsasından çıxış edərək iddia mümkün sayılmamalıdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, X29 mülkiyyətində olmuş, layihə üzrə Ağcabədi şəhəri H.Aslanov küçəsi ilə keçmiş Ü.Hacıbəyov prospekti, hazırkı H.Əliyev prospektinin kəsişməsində yerləşən “Çay evi” yarımçıq tikilisini mülkiyyətçidən alqı-satqı yolu ilə alaraq, ##.##.2016-cı il tarixdə hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrində 1716005924-cü nömrə ilə qeydiyyata aldırmış, “Çay evi”nin ərazisinə daxil olan torpaq sahəsinin bir hissəsi ayrı-ayrı şəxslər tərəfindən zəbt edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Beyləqan Ərazi idarəsinin əməkdaşlarının iştirakı ilə obyektə baxış keçirilmiş, araşdırma aparılmış, nəticədə 16 kv.m torpaq sahəsinin X3 Cavabdeh Başçısının *** nömrəli, (sərəncam 2001-ci ildə imzalanıb), 194,88 kv.m torpaq sahəsinin inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 Cavabdeh Başçısının 2001-ci ildə imzalanmış sərəncamı, 56 kv.m sahəsinin Cavabdeh Başçısının ##.##.2000-ci il, *** saylı sərəncamı ilə X6, X10 60 kv.m torpaq sahəsinin Cavabdeh Başçısının 2003-cü ildə imzaladığı sərəncamla ayrıldığı müəyyən edilmişdir. Nəticədə mülkiyyət hüquqlarım pozulmuşdur. Hazırda pozulmuş hüquqlarımın bərpası ilə bağlı məhkəməyə müraciət etmək məqsədilə Ağcabəd rayon Icra Hakimiyyətinə, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1ayon Dövlət Arxivinə sorğular verilmiş, sorğu cavabdeh tərəfindən ## ###### 2022-ci il tarixli məktubla cavablandırılmış, məktuba 16 kv.m torpaq sahəsinin X3 Cavabdeh Başçısının *** nömrəli, (sərəncam 2001-ci ildə imzalanıb), 194,88 kv.m torpaq sahəsinin inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 Cavabdeh Başçısının 2001-ci ildə imzalanmış sərəncamı, 56 kv.m sahəsinin Cavabdeh Başçısının ##.##.2000-ci il, *** saylı sərəncamı ilə X6, X10 60 kv.m torpaq sahəsinin Cavabdeh Başçısının 2003-cü ildə imzaladığı sərəncamla ayrıldığı müəyyən edilmişdir. Həmin sərəncamlar qanunsuz və əsassız olmaqla mülkiyyət hüquqlarımı pozduğundan ləğv edilməlidir. Belə ki, həmin sərəncamlar verilərkən qanunun tələbləri kobud şəkildə pozulmuşdur. Hər üç sərəncamda göstərilən torpaq sahələri üzərində ##.##.2016-cı il tarixdə hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrində 1716005924-cü nömrə ilə qeydiyyat vardır. Yuxarıda göstərilənlərə əsasən 16 kv.m torpaq sahəsinin X3 dair Cavabdeh Başçısının *** nömrəli, (sərəncam 2001-ci ildə imzalanıb), 194,88 kv.m torpaq sahəsinin inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 satılmasına dair Cavabdeh Başçısının 2001-ci ildə imzalanmış sərəncamının, 56 kv.m sahəsinin X6 dair Cavabdeh Başçısının 19.04. 2000-ci il, *** saylı sərəncamının , X10 60 kv.m torpaq sahəsinin satılmasına dair Cavabdeh Başçısının 2003-cü ildə imzaladığı ləğv edilməsinəsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətdə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmamış, işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Prosessual məsələlər: Inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxs, həmçinin digər üçüncü şəxs inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 nümayəndəsi Nümayəndə əlavə izahatlarının olmadığını, məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdi. Cavabdeh, həmçinin üçüncü şəxslər inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1ayon Kooporativ Cəmiyyəti məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri iclas zalında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli № * nömrəli Qərarının: 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Iş materiallarında olan Şirvan Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ##.##.2025-ci il tarixli, *-**-**/*-**/****/**** nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyində aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1ayon X12 Icraiyyə Komitəsinin ##.##.1988-ci il tarixli *** saylı qərarına əsasən "Çay evi"nin tikintisi üçün ayrılmış inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1ayonu H. Aslanov küçəsində yerləşən 0,12 ha torpaq sahəsinin naturada döngə nöqtələrinin koordinatları mülki işin içərisində olan "Çay evi"nin tikintisi üçün ayrılmış torpaq sahəsinə aid Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Beyləqan Ərasi Idarəsi tərəfindən tərtib olunan və Əmlak Məsələləri Dövlət Komitəsinin ** saylı Ərazi şöbəsi tərəfindən qeydə alınan plana əsasən, müəyyən edilmişdir. Torpaq sahəsinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində qeydə alınmamışdır. Qərardadın ikinci sualı üzrə: ## ###### 2016-cı il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı satılmış və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ************-***** nömrəli, qeydiyyat nömrəsi 1716005924 və qeydiyyat tarixi ##.##.2016-cı il olan arayış əsasında qeydə alınmış "Çay evi"nin yerləşdiyi 0.01 ha (100 kv.m) torpaq sahəsinin naturada döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Eyni zamanda qərardadda qeyd olunan 0,01495 ha torpaq torpaq sahəsinin İddiaçı istifadəsində olan qeyri yaşayış binasının yerləşdiyi 0,00495 ha (49.5 kv.m) hissəsinin də döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Qeyd olunan 0.01 ha və 0.00495 ha torpaq sahələrinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində qeydə alınmamışdır. Qərardadın üçüncü sualı üzrə: ## ###### 2016-cı il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmış 0.01 ha (100 kv.m) torpaq sahəsinin koordinatları daxilində "Çay" evinin tikintisi üçün basdırılmış 16 ədəd dəmir borular və 0,00495 ha (49.5-kv.m) torpaq sahəsinin ərazisində isə mişar daşı vasitəsi ilə inşa olunmuş qeyri yaşayış binası mövcuddur. “Çay” evinin tikintisi üçün basdırılmış 16 ədəd dəmir boruların və qeyri yaşayış binasının yerləşdiyi ərazilər 0.01495 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Qeyd olunan 0.01495 ha torpaq sahəsinin ərazisində yerləşən “Çay” evinin tikintisi üçün basdırılmış 16 ədəd dəmir boruların yerləşdiyi ərazi və qeyri yaşayış binası faktiki olaraq İddiaçı istifadəsindədir. Qərardadın dördüncü sualı üzrə: X3 istifadəsində olan dəmir təbəqədən ibarət köşkün sökülərək mişar daşı vasitəsi ilə inşa olunması barədə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1ayon IHB-nın ## #### 2001-ci il tarixli, *** nömrəli sərəncamında qeyd edilən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1ayon X12 Icraiyyə Komitəsinin ##.##.1988-ci il tarixli *** saylı qərarına əsasən “Çay Evi”nin tikintisi üçün ayrılmış inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1ayonu H.Aslanov küçəsində yerləşən 0,12 ha torpaq sahəsinin ərazisində yerləşən 16 kv.m olan qeyri yaşayış binasının naturada döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Torpaq sahəsinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində qeydə alınmamışdır. Qərardadın beşinci sualı üzrə: Məmmədov ilham Yelmar oğlunun istifadəsində olan inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1ayon X12 icraiyyə Komitəsinin ##.##.1988-ci il tarixli *** saylı qərarına əsasən "Çay Evi"nin tikintisi üçün ayrılmış inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1ayonu H.Aslanov küçəsində yerləşən 0,12 ha torpaq sahəsinin ərazisində yerləşən 16 kv.m torpaq sahəsinin koordinatları daxilində dəmir təbəqədən ibarət köşk mövcuddur və köçkün sağ və arxa tərəfi mişar daşı vasitəsi ilə hörülmüşdür. Həmin tikili iddiaçının istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Torpaq sahesi ve torpaq sahəsinin ərazisində yerləşən dəmir təbəqədən ibarət köşk faktiki olaraq X3 tərəfindən istifadə olunur. Qərardadın altıncı sualı üzrə: Icarə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ************-*****-****** nömrəli çıxarışı əsasında inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 ayrılmış 194.88 kv.m torpaq sahəsinin və torpaq sahəsinin ərazisində yerləşən 179.3 kv.m qeyri-yaşayış binasının naturada döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Torpaq sahəsinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində qeydə alınmışdır. Qərardadın yeddinci sualı üzrə: inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 xüsusi mülkiyyətində olan 179.3 kv.m qeyri-yaşayış binası icarə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ************-*****-****** nömrəli çıxarışı əsasında ona ayrılmış 194.88 kv.m torpaq sahəsinin hüdudları daxilində yerləşir. Torpaq sahəsi ve torpaq sahəsinin ərazisində yerləşən qeyri yaşayış binası faktiki olaraq inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 tərəfindən istifadə olunur. Qərardadın səkkizinci sualı üzrə: inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1ayon IHB-nin ## ##### 2000-ci il tarixli, *** nömrəli sərəncamı əsasında X7 ayrılmış 56 kv.m torpaq sahəsinin və torpaq sahəsinin ərazisində yerləşən qeyri yaşayış naturada binasının döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Torpaq sahəsinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, xəritəsində, o cümlədən elektron kadastr xəritəsində qeydə alınmamışdır. Qərardadın doqquzuncu sualı üzrə: inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1ayon IHB-nın ## ##### 2000-ci il tarixli, *** nömrəli sərəncamı əsasında X7 ayrılmış 56 kv.m torpaq sahəsi alqısatqı yolu ilə X5. Həmin torpaq sahəsinin koordinatları daxilində tikili mövcuddur və həmin tikili X5 istifadəsində olan torpaq sahəsirin hüdudları daxilində yerləşir. Torpaq sahəsi və torpaq sahəsinin ərazisində yerləşən qeyri yaşayış binası X7 tərəfindən alqı-satqı yolu ilə X5 və faktiki olaraq X5 tərəfindən istifadə olunur. Qərardadın onuncu sualı üzrə: inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1ayon IHBnın ## ###### 2003-cü il tarixli, ** nömrəli sərəncamı əsasında X10 ayrılmış 60 kv.m torpaq sahəsinin və torpaq sahəsinin ərazisində yerləşən qeyri yaşayış binasının naturada döngə nöqtələrininümlədən elektron kadastr xəritəsində qeydə alınmışdır. Qərardadın on birinci sualı üzrə: inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1ayon IHB-nın ## ###### 2003-cü il tarixli, ** nömrəli sərəncamı əsasında X10 ayrılmış 60 kv.m torpaq sahəsinin koordinatları daxilində tikili mövcuddur və həmin tikili iddiaçının istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Torpaq sahəsi və torpaq sahəsinin ərazisində yerləşən qeyri yaşayış binası faktiki olaraq mərhum X10 ailə üzvləri tərəfindən istifadə olunur. Qərardadın on ikinci sualı üzrə: Icarə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ************-***** nömrəli çıxarışı əsasında X2 ayrılmış 0,003 ha torpaq sahəsinin və torpaq sahəsinin ərazisində yerləşən 25,7 kv.m qeyri yaşayış binasının naturada döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Torpaq sahəsininkoordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilmişdir. Torpaq sahəsi və torpaq sahəsinin ərazisində yerləşən qeyri yaşayış binası faktiki olaraq mərhum X2 ülə üzvləri tərəfindən istifadə olunur. Qərardadın on üçüncü sualı üzrə: Icarə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ************-***** nömrəli, qeydiyyat nöm nömrəsi 1712000510 2000510 və qeydiyyat tarixi ##.##.2012-ci il olan çıxarış əsasında X9 ayrılmış 0,0051 ha torpaq sahəsinin və torpaq sahəsinin üzərində yerləşən 43,2 kv.m qeyri yaşayış binasının naturada döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Torpaq sahəsinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində qeydə alınmışdır. Torpaq sahəsi və torpaq sahəsinin ərazisində yerləşən qeyri yaşayış binası faktiki olaraq Ismayılov Sahil ismayıl oğlu tərəfindən istifadə olunur. Qərardadın on dördüncü sualı üzrə: ## ###### 2016-cı il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı satılmış 0.01 ha (100 kv.m) və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ************-***** nömrəli, qeydiyyat nömrəsi 1716005924 və qeydiyyat tarixi ##.##.2016-cı il olan arayış əsasında qeydə alınmış "Çay evi"nin yerləşdiyi torpaq sahəsinin və qərardadda qeyd olunan 0,0149^ ha torpaq torpaq sahəsinin İddiaçı istifadəsində olan qeyri yaşayış binasının yerləşdiyi 0,00495 ha (49.5 kv.m) hissəsinin giriş-çıxış yolunun hansı istiqamətdən olduğu müəyyən edilmişdir, (ölçü planında qeyd olunmuşdur.) Qərardadın on beşinci sualı üzrə: ## ###### 2016-cı il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı satılmış 0.01 ha (100 kv.m) və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ************-***** nömrəli, qeydiyyat nömrəsi 1716005924 ve qeydiyyat tarixi ##.##.2016-cı il olan arayış əsasında qeydə alınmış “Çay evi”nin yerləşdiyi torpaq sahəsinə iddiaçının istifadəsinə gediş-gəliş üçün maneə yoxdur. Çünki 0.01 ha (100 kv.m) yerləşdiyi torpaq sahəsinə “Qızıl Saray” şadlıq sarayı tərəfdən gediş-gəliş yolu mövcuddur və iddiaçı tərəfindən istifadə olunur. Eyni zamanda qərardadda qeyd olunan 0,01495 ha torpaq torpaq sahəsinin İddiaçı istifadəsində olan qeyri yaşayış binasının yerləşdiyi 0,00495 ha (49.5 kv.m) hissəsinin ərazisinə də iddiaçının istifadəsinə gediş-gəliş üçün maneə yoxdur. Qeyd olunan torpaq sahəsinə H.Aslanov küçəsindən dediş-gəliş yolu mövcuddur və iddiaçı tərəfindən istifadə olunur. Qərardadın on altıncı sualı üzrə: ## ###### 2016-cı il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmış 0.01 ha (100 kv.m) və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ************-***** nömrəli, qeydiyyat nömrəsi 1716005924 və qeydiyyat tarixi ##.##.2016-cı il olan arayış əsasında qeydə alınmış “Çay evi”nin yerləşdiyi torpaq sahəsindən və 0.01495 ha torpaq torpaq sahəsinin ərazisində İddiaçı istifadəsində olan qeyri yaşayış binasının yerləşdiyi 0,00495ha (49.5 kv.m) hissəsindən iddiaçının gediş-gəliş üçün istifadə edilməsinə maneə olmadığına görə maneənin digər şəxslərə ayrılmış torpaq sahəsinin istifadəsi nəticəsində yaranmasını müəyyən etmək mümkün olmadı. Iddiaçı İddiaçı tərəfindən gediş-gəliş yolu üçün iddia olunan ərazi isə istifadəsində olan 0,00495 ha (495 kv.m) qeyri yaşayış binası ilə ## ###### 2016-cı il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, ona satılmış 0.01 ha (100 kv.m) torpaq sahəsi arasındakı X7 istifadəsində olan 17.20 kv.m qeyri yaşayış binasının və X3 istifadəsində olan dəmir təbəqədən ibarət köşkün yerləşdiyi 16.0 kv.m torpaq sahəsidir. X7 istifadəsində olan 17.20 kv.m qeyri yaşayış binasının və X3 ayrılmış dəmir təbəqədən ibarət 16.0 kv.m olan köşkün yerləşdiyi torpaq sahəsinin əraziləri inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1ayon X12 Icraiyyə Komitəsinin ##.##.1988-ci il tarixli *** saylı qərarına əsasən, Ağcabədi şəhəri H.Aslanov küçəsində yerləşən “Çay evi”nin tikintisi üçün ayrılmış 0,12 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Iddiaçı 16 kv.m torpaq sahəsinin X3 dair Cavabdeh başçısının *** nömrəli, 194,88 kv.m torpaq sahəsinin inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 satılmasına dair Cavabdeh başçısının 2001-ci ildə imzalanmış sərəncamın, 56 kv.m sahəsinin X6 dair Cavabdeh başçısının ##.##.2000-ci il tarixli, *** saylı sərəncamın, X10 60 kv.m torpaq sahəsinin satılmasına dair Cavabdeh başçısının 2003-cü ildə imzaladığı sərəncamının ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmənin qənaətinə görə mübahisəli torpaq sahəsi üzərində üçüncü şəxsin hüquqları müvafiq hüquqmüəyyənedici sənədlər vasitəsilə qeydə alınmışdır ki, qeyd edilən sənədlərin iddiaçı tərəfindən mübahisələndireilməsində subyektiv hüququ olmamışdır. Belə ki, iş materiallarına əlavə edilən sənədlərlə müəyyən edilir ki, Ağcabədi şəhəri Aslanov küçəsində çayxana tikilməsi üçün inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1ayon Kooperativ Cəmiyyətinə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1ayon XDS Icraiyyə Komitəsi tərəfindən 0.12 ha torpaq sahəsi ayrılmışdır. Həmin sahədə 100 m2 ölçüdə tikilmiş yarımçıq çayxana 500 manata İddiaçı satılmışdır. Göründüyü kimi, iddiaçıya yalnız 100 kv.m torpaq sahəsi və üzərində yerləşən tikilinin satıldığı müəyyən edilir. Iş üzrə tam araşdırmanın həyata keçirilməsi məqsədilə Şirvan Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ##.##.2025-ci il tarixli, *-**-**/*-**/****/**** nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Rəyə əsasən koordinatlar sənəd üzrə və natura qaydasında müəyyən edilmiş və yekun olaraq idiaçıya ayrılan torpaq sahəsi ilə digər üçüncü şəxslərə ayrılan torpaq sahələrinin üst-üstə düşmədiyi və gediş-gəliş yoluna maneələrin olmadığı müəyyən edilir. Digər bir tərəfdən isə üçüncü şəxslərə ayrılan və istifadələrində olan torpaq sahələrinin bir hissəsinin Ağcabədi şəhəri Aslanov küçəsində çayxana tikilməsi üçün inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1ayon Kooperativ Cəmiyyətinə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1ayon XDS Icraiyyə Komitəsi tərəfindən 0.12 ha torpaq sahəsi ayrılan torpaq sahəsi üzrəində yerləşdiyi müəyyən edilir ki, həmin hissədə hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsi torpaq sahəsi ayrılan inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1ayon Kooperativ Cəmiyyəti və ya dövlət torpağı kimi Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən mübahisələndirilə bilər. Məhkəmə hesab etmişdir ki, həmin hissədə hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsində iddiaçı İddiaçı subyektiv hüququ olmamışdır. Iddiaçı ona qeyri yaşayış sahəsi ayrılan zaman 100 kv.m deyil, 0,12 ha torpaq sahəsinin ayrıldığını bildirsə də, iş materiallarına əlavə edilən və məhkəmə araşdırma nəticəsində əldə etdiyi sənədlərə əsasən qeyd edilən hal sübuta yetirilmir. Həmin hissədə iddiaçının anlaşılmazlığı aradan qaldırılması və ya hüquqi marağı üzrə torpaq sahəsi barədə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1ayon Kooperativ Cəmiyyətinə müraciət etmək hüququ tərəfin nəzərinə çatıdırılmışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Torpaq Məcəlləsinin 4-cü maddəsinə əsasən torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ### 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.” Kollegiya diqqətə çatdırır ki, iş materiallarından göründüyü kimi, Ağcabədi şəhəri Aslanov küçəsində çayxana tikilməsi üçün inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1ayon Kooperativ Cəmiyyətinə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1ayon XDS Icraiyyə Komitəsi tərəfindən 0.12 ha torpaq sahəsi ayrılmış və həmin sahədə 100 m2 ölçüdə tikilmiş yarımçıq çayxana 500 manata İddiaçı satılmışdır. Yuxarıda sadalanan mülki və torpaq qanunvericiliyinin normalarından göründüyü kimi, iddiaçının aldığı 100 m2 ölçüdə obyekt 0.12 ha torpaq sahəsində yerləşməklə torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi çıxış edir. Ona görə də iddiaçının subyektiv hüququnun olmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Bundan əlavə, iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən Ağcabədi şəhəri Aslanov küçəsində çayxana tikilməsi üçün inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1ayon Kooperativ Cəmiyyətinə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1ayon XDS Icraiyyə Komitəsi tərəfindən ayrılmış 0.12 ha torpaq sahəsinin mülkiyyət növü aydınlaşdırılmamışdır. Kollegiya hesab edir ki, qeyd olunan çatışmazlıq aradan qaldırılmalı, iddiaçının hüquqi marağı aydınlaşdırılmalı, onun konkret olaraq hansı şəxslərə münasibətdə hansı tarixli sərəncamları mübahisələndirdiyi dəqiqləşdirilməklə iddianın mümkünlük şərtləri yenidən yoxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilməli, iş üzrə iddianın mümkünlük şərtlərinə yenidən qiymət verilməsi və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilsin, inzibati iş Şirvan Inzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar