Məhkəmə qərarları › İş №2-1(3-9)-94/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-9)-94/2026

18.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(3-9)-94/2026 18.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və X3 ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları: Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş fevral 1964-cü il tarixli 768 inventar nömrəli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”dan görünür ki, ünvan 1 ünvanında yerləşən 113.90 kv.m fərdi yaşayış evinin və 1290 kv.m torpaq sahəsinin sahibi X4 qeyd edilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-287A Kod ******** nömrəli şəhadətnamədən görünür ki, Astara Rayon Aqrar İslahat Komissiyasının ## #### 1999-cu il tarixli qərarı ilə X11 və onun ailə üzvlərinə 0.06 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ## ######## 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd olaraq tərtib olunmuş 1964-cü il fevral tarixli *** nömrəli texniki pasport üzrə göstərilən yerlə elektron baza məlumatları arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Təqdim olunmuş sənədlərin ekspertizasının və faktiki yerində aparılan müayinənin, habelə aidiyyəti üzrə arxiv və baza məlumatlarının araşdırılması nəticəsində məlum olmuşdur ki, hüquqmüəyyənedici sənəd olaraq 768 inventar nömrəli texniki pasport üzrə göstərilən konfiqurasiyada yerləşən torpaq sahəsi mövcud xəritə məlumatlarına əsasən Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında “Torpağın mülkiyyətə verilməsinə dair” JN-287A Kod ******** nömrəli şəhadətnamə ilə mülkiyyət hüquqları tanınmış digər şəxsə məxsus torpaq sahəsinin üzərinə düşür. Qeyd olunan səbəbdən mülkiyyətdə olan həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması təmin olunmamışdır.” cavabdeh1n ** saylı Lənkəran ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, “...3-cü sual üzrə: 1964-cü il tarixli 768 inventar nömrəli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasporta” əsasən X8 adına qeydə alınmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.129 ha torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən 0.06 ha hissəsinin hüquqi statusunun xüsusi mülkiyyətə (JN-***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə üst-üstə düşən hissə), qalan hissəsinin hüquqi statusunun bələdiyyə mülkiyyətinə aid olması, torpaq sahəsinin kateqoriyasının yaşayış məntəqələrinin torpaqlarına aid və uqodiyasının tikinti altında olan torpaq sahəsi olması müəyyən edilmişdir. 4-cü sual üzrə: 1964-cü il tarixli 768 inventar nömrəli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasporta” əsasən X8 adına qeydə alınmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.129 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında müəyyən qədər uyğunsuzluqların (sərhəd, konfiqurasiya və həndəsi ölçü fərqləri) mövcud olması müəyyən olunmuşdur. 5-ci sual üzrə: Astara Rayon Aqrar İslahat Komissiyasının ##.##.1999-cu il tarixli ** saylı qərarı əsasında JN-287A (Kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə X11, X5, X1 və X9 mülkiyyətinə verilmiş Astara şəhəri ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə vəziyyətinin faktiki vəziyyətə uyğun olması müəyyən olunmuşdur. Lakin faktiki vəziyyətdə həmin torpaq sahəsinin X11, X5, X1 və X9 istifadələrində olmaması müəyyən olunmuşdur. JN-287A (Kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə X11, X5, X1 və X9 mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə koordinatlarının iddiaçı İddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. 6-cı sual üzrə: 1964-cü il tarixli 768 inventar nömrəli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasporta” əsasən X8 adına qeydə alınmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.129 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin faktiki olaraq digər şəxsin X12 istifadəsində olması və təyinatı üzrə istifadə edilməsi müəyyən olunmuşdur. 7-ci sual üzrə: Astara Rayon Aqrar İslahat Komissiyasının ##.##.1999-cu il tarixli ** saylı qərarı əsasında JN-287A (Kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə X11, X5, X1 və X9 mülkiyyətinə verilmiş Astara şəhəri ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin faktiki vəziyyətdə X11, X5, X1 və X9 istifadələrində olmaması, faktiki vəziyyətdə həmin torpaq sahəsinin X12 istifadəsində olması müəyyən olunmuşdur. 8-ci sual üzrə: 1964-cü il tarixli 768 inventar nömrəli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasporta” əsasən X8 adına qeydə alınmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.129 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin koordinatları ilə Astara Rayon Aqrar İslahat Komissiyasının ##.##.1999-cu il tarixli ** saylı qərarı əsasında JN-287A (Kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə X11, X5, X1 və X9 mülkiyyətinə verilmiş Astara şəhəri ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin koordinatlarının bütövlüklə üst-üstə düşməsi müəyyən olunmuşdur. 9-cu sual üzrə: 1964-cü il tarixli 768 inventar nömrəli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasporta” əsasən X8 adına qeydə alınmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.129 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin koordinatlarının başqa üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Əlavə olaraq bildiririk ki, araşdırma zamanı mübahisəli torpaq sahəsinin şimal-şərq istiqamətində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2008-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN- ***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında) X11 mülkiyyətində 0.06 ha torpaq sahəsinin olması müəyyən edilmiş, lakin 2019-cu il tarixdə həmin torpaq sahəsinin X11 tərəfindən daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında X10 bağışlanması, sonuncu tərəfindən torpaq sahəsinin daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında X13 və hazırda həmin torpaq sahəsinin X14 mülkiyyətində və istifadəsində olması müəyyən olunmuşdur.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “JN-287 A nömrəli şəhadətnaməyə əsasən mərhum X8 adına torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1964-cü il tarixli 768 inventar nömrəli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasporta” əsasən Astara şəhəri, Nizami küçəsi 10 (əvvəllər 24) yerləşən 1290 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 113.90 kv.m fərdi yaşayış evi X6na məxsusdur. X6 ##.##.1994-cü ildə vəfat etmişdir. Mərhumun bir qızı, bir oğlu olmaqla iki övladı olmuş və hər ikisi vəfat etmişdir. X2 sağlığında anasından miras qalmış əmlakın bölgüsü barədə məhkəmədə iddia qaldırmışdır. Astara Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli *(***)-*** saylı qətnaməsi ilə iddia rədd olunmuşdur. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə qismən təmin olunmuş, Astara Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli *(***)-*** saylı qətnaməsi ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş ##.##.2021-ci il tarixli *(***)- ***/**** saylı qətnaməsinə əsasən evin mülkiyyətini təsdiq edən sənəd olmadığı üçün mübahisəli əmlakın bölgüsü mümkün hesab olunmamışdır. Bundan sonra anası anasından miras qalmış əmlakı sənədləşdirməkdən ötrü cavabdeh1n ** saylı Lənkəran ərazi idarəsinə müraciət etmişdir. İdarənin əməkdaşları miras qalmış evə daxil ola bilmədiklərindən hüquqların dövlət qeydiyyatının qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsindən imtina olunmuşdur. X2 yenidən məhkəməyə müraciət etmişdir. Astara Rayon məhkəməsinin ## #### 2021-ci il tarixli *(***)-*** saylı qətnaməsinə əsasən cavabdeh təşkilatın əməkdaşlarının miras qalmış evə daxil olması təmin olunmuşdur. Cavabdeh təşkilat evə daxil olub ölçü işlərini apadıqdan sonra anasının müraciəti həll olunmamış qalmışdır. X2 ##.##.2022-ci ildə vəfat etdikdən sonra məcbur qalıb məhrumun qız nəvəsi kimi nənəsindən miras qalmış əmlakın nənəsinin adına sənədləşdirilməsi üçün cavabdeh təşkilata yenidən müraciət etmişdir. Cavabdeh təşkilat yenidən imtina məktubu göndərərək, elektron baza məlumatlarında torpaq sahəsinin bir hissəsinin qonşunun JN-***A saylı şəhadətnaməsində olan torpaq sahəsinin səhvən üstünə düşməsini bildirmişdir. Əlaqədar təşkilatların səhlənkarlığı ucbatından qonşu ilə aralarında heç bir torpaq mübahisəsi olmadığı halda hüququn rəsmiləşdirilməsi mümükün olmamışdır. Cavabdehin etirazları: İddaya etirazın dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərardadı (hakim Amilya Hüseynova) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Lənkəran ərazi idarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 Publik Hüquqi Şəxs ilə əvəz edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, ekspert rəyindən açıq aydın müəyyən olunur ki, cavabdeh “Torpağın mülkiyyətə verilməsinə dair” JN-287A Kod ******** nömrəli şəhadətnamə əsasında verilmiş torpaq sahəsinin faktiki vəziyyətinə görə mülkiyyət hüququnu qeydə almışdır. Belə olan halda cavabdehin hüququn qeydiyyatından imtinası qanuni deyil. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər və səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərardadının ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş cavabdeh1 ** saylı Lənkəran ərazi idarəsində mühəndis vəzifəsində işləyən Quliyev Qiyas İmanxan oğlu bildirdi ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-287A Kod ******** nömrəli şəhadətnamə əsas götürülərək, 0.06 hektar həyətyanı torpaq sahəsi üzərində faktiki istifadə vəziyyətinə görə X11 və onun ailə üzvlərinin mülkiyyət hüququ qeydiyyata alınmış və çıxarış verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: ... 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik ... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” ## #### 2016-cı il tarixli *** nömrəli Fərmanı: Bənd 2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi.

Azərbaycan Respublikası Prezidentinin ## ### 2020-ci il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”: Bənd 2.0. Xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.6. daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, daşınmaza əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək; 2.0.7. ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək.

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## ####### 2021-ci il tarixli F-*** nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh1n Nizamnaməsi”: Bənd 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaza əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək; 2.0.4. ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək; 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibini həyata keçirmək.

Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin Məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, baxılan mübahisəyə münasibətdə iddiaçının mübahisəli torpaq sahəsinə dair subyektiv hüququnun mövcudluğu iş üzrə materiallar ilə təsdiq olunmur. İddiaçının subyektiv hüququnun olmaması, qeyd edilən torpaq sahəsinə dair qərarın qəbulunu cavabdehdən tələb etmək imkanını istisna edir. Başqa sözlə, iddiaçının hüquqmüəyyənedici sənəd olmadan torpaq sahəsindən istifadə faktına istinad etməsi onun həmin torpaq sahəsi ilə bağlı tələb hüququnun mövcud olması və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıması kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, qəbul edilmiş məhkəmə aktı üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə işə yenidən baxılarkın iddiaçının hüquqi marağı müəyyən edilməli və bu yönümdə iddiaçıya hüquqi yardım edilməlidir. Məhkəmə ##.##.2023-cü il tarixli qərardadı ilə “JN-287 A nömrəli şəhadətnaməyə əsasən mərhum X8 adına torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın dəyişdirilməsi barədə ərizəni icraata qəbul etmiş və tələbə bu formada baxmışdır. Halbuki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-287A Kod ******** nömrəli şəhadətnamədən görünür ki, Astara Rayon Aqrar İslahat Komissiyasının ## #### 1999cu il tarixli qərarı ilə X11 və onun ailə üzvlərinə 0.06 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı başqa şəxslərə verilmiş torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etmir. Məhkəmə düzgün şəkildə şəxsə hüquqi yardım etmək vəzifəsi daşıyır. İş materiallarında olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş fevral 1964-cü il tarixli 768 inventar nömrəli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”dan görünür ki, ünvan 1 ünvanında yerləşən 113.90 kv.m fərdi yaşayış evinin və 1290 kv.m torpaq sahəsinin sahibi X4 qeyd edilmişdir. İşdə olan mütəxəssis rəyinin və rəyə əlavə edilmiş yerquruluşu planının qarşılıqlı şəkildə təhlili onu deməyə əsas verir ki, cavabdeh orqan hazırda iddiaçının müraciətinin imtina edilməsinə səbəb olan məsələni həll edərək, yəni Astara Rayon Aqrar İslahat Komissiyasının ## #### 1999-cu il tarixli qərarı ilə X11 və onun ailə üzvlərinə verilmiş və buna dair tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-287A Kod ******** nömrəli şəhadətnamənin koordinatlarını faktiki istifadə vəziyyətinə uyğun, yəni Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş fevral 1964-cü il tarixli 768 inventar nömrəli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”da göstərilən torpaq sahəsindən çıxarılmaqla mülkiyyət hüququnu qeydiyyata alaraq, çıxarış vermiş, lakin iddiaçıya münasibətdə isə həmin hala əsaslanmaqla imtina etmişdir. Belə ki, inzibati orqan vətəndaşın birinin mülkiyyət sənədini faktiki istifadə vəziyyətinə uyğunlaşdırmış, digər şəxsə isə bu əsasla imtina vermişdir. Halbuki, qeyd edildiyi ki, inzibati orqan tərəfindən həmin hal aradan qaldırılmışdır. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş fevral 1964-cü il tarixli 768 inventar nömrəli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”da yerləşən torpaq sahəsinə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-287A Kod ******** nömrəli şəhadətnamə düşmür. “İnzibati icraat haqqında” Qanuna görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir (mad. 11.1, 12.1). Bundan başqa, birinci instansiya məhkəməsi qərarında Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş fevral 1964-cü il tarixli 768 inventar nömrəli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”u hüquq müəyyənedici sənəd kimi qəbul etməmişdir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına əsasən həmin sənəd mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsasdır. İşə yenidən baxılarkən birinci instansiya iddianın mümkünlük məsələsinə yenidən baxmalı, işin araşdırılması ilə bağlı yaranmış vəziyyətə uyğun şəxsə hüquqi yardım etməli, icraata cəlb edilmiş şəxslərin həmin statusda prosesdə davam etmələrinə əsasın olub-olmamasına nəzər yetirməli, araşdırma ilə bağlı qarşıya çıxacaq məsələləri qanunvericiliyə uyğun şəkildə həll etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin Məhkəməyə göndərilməlidir. Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar