Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(4-10)-352/2026 10.03.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə nazirliyi Yevlax rayon qeydiyyat şöbəsinə qarşı “ölüm haqqında akt qeydində düzəliş edilməsinə dair qərar qəbul edilməsi” barədə iddia tələbinə və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının oğlu mərhum X1 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli 146 saylı ölüm haqqında akt qeydində ölüm səbəbinin “döyüş əməliyyatlarında güllə yarasından aldığı xəsarətdən vəfat etməsi” səbəbinə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əsasən müəyyən edilir ki,iddiaçı hazırkı tələblə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir.Şəki İnzibati Məhkəməsinin 2-1(116)-3286/2025 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yevlax rayon Qeydiyyat Şöbəsinə qarşı “iddiaçının oğlu mərhum X1 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli 146 saylı ölüm haqqında akt qeydində ölüm səbəbinin “döyüş əməliyyatlarında güllə yarasından aldığı xəsarətdən vəfat etməsi “səbəbinə düzəliş edilməsinə dair qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.İddiaçı tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmiş,iş hazırda apellyasiya instansiyasının icraatındadır. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə hesab edir ki,hazırkı iddia ərizəsindən göstərəilən tələbin hər bir halda mümkünlük şərtlərini ödəməyəcəyinə görə prosessual qənaət prinsipi baxımından da İPMin 13-cü maddəsinə əsasən təkrar hüquqi yardım edilməsi zərurəti yoxdur. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Göründüyü ki, hazırkı iddia ilə eynilik təşkil edən,eyni predmetə dair əvvəlki iddiaya artıq mahiyyəti üzrə baxılaraq qərar qəbul edilmişdir. Belə olan halda, göstərilən tələbə yenidən məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. "C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında formalaşdırdığı mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.Qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə nazirliyi Yevlax rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm haqqında akt qeydində düzəliş edilməsinə dair qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə.
Məhkəmə qərarları › İş №2-1(4-10)-352/2026
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(4-10)-352/2026
10.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver