Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(4-23)-31/2026 10.03.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X1 Heydər oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə qarşı "ötürmə xətti elektrik dirəyinin ona məxsus Ordubad rayonu, Düylün kəndində yerləşən 0.7557 ha torpaq sahəsinin hüdudlarından kənara çıxarılmasının cavabdehə həvalə edilməsi tələbi”nə dair işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərişıq” ASC-yə qarşı Ordubad rayonu, Düylün kəndində yerləşən 0.7557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair İddiaçı pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi, həmin torpaq sahəsində quraşdırılmış elektrik dirəyi və digər qurğuların sökülməsi, torpaq sahəsində elektrik dirəyinin quraşdırılması və elektrik xəttinin çəkilməsi ilə əlaqədar dəymiş zərərin kompensasiya olaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 10 fevral 2026-cı il tarixli məhkəmə iclasında iddiaçı məhkəməyə ərizə təqdim edərək, “Azərişıq" ASC-yə qarşı "Ordubad rayonu, Düylün kəndində yerləşən 0.7557 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mənim pozulmuş mülkiyyət hüquqlarımın bərpa edilməsi, həmin torpaq sahəsində quraşdırılmış elektrik dirəyi və digər qurğuların sökülməsi, torpaq sahəsində elektrik dirəyinin quraşdırılması və elektrik xəttinin çəkilməsi ilə əlaqədar dəymiş zərərin kompensasiya olaraq ona ödənilməsi tələbi”nə iddia tələbinin məhkəmənin icraatında olduğunu, prossesual zərurət yarandığından cavabdeh "xxxx" ASC-in əsl Cavabdeh2 ASC ilə əvəz edilərək, iddia tələbinə “ötürmə xətti elektrik dirəyinin ona məxsus Ordubad rayonu, Düylün kəndində yerləşən 0.7557 ha torpaq sahəsinin hüdudlarından kənara çıxarılmasının cavabdehə həvalə edilməsi” məzmununda baxılmasını xahiş etmişdir. Məhkəmənin 10 fevral 2026-cı il tarixli protokol qərardadı ilə "xxxx" ASC əsl Cavabdeh2 ASC ilə əvəz edilərək, dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmiş, hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 10 mart 2026-cı il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı cavabdeh “Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə qarşı 2-1(4-23)-31/2026 nömrəli iş məhkəmənin icraatında olduğunu, “ötürmə xətti elektrik dirəyinin ona məxsus Ordubad rayonu, Düylün kəndində yerləşən 0.7557 ha torpaq sahəsinin hüdudlarından kənara çıxarılması öhdəliyinin cavabdeh “Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi tələbi”nə dair iddia tələbindən imtina etdiyini, iddia tələbindən imtina etməyinin hüquqi nəticələri ona məlum olduğunu bildirərək, ərizənin qəbul edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi və bu barədə 10 mart 2026-cı il tarixli ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə aşağıda qeyd edilən normaların tələblərinə uyğun olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 50.0 və 50.0.2-ci maddələrinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir. 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə qarşı "ötürmə xətti elektrik dirəyinin ona məxsus Ordubad rayonu, Düylün kəndində yerləşən 0.7557 ha torpaq sahəsinin hüdudlarından kənara çıxarılmasının cavabdehə həvalə edilməsi tələbi”nə dair iş üzrə İddiaçı ərizəsi təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı 10 mart 2026-cı il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh “Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə qarşı "ötürmə xətti elektrik dirəyinin ona məxsus Ordubad rayonu, Düylün kəndində yerləşən 0.7557 ha torpaq sahəsinin hüdudlarından kənara çıxarılmasının cavabdehə həvalə edilməsi tələbi”nə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(4-23)-31/2026
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(4-23)-31/2026
10.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver