Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(4-23)-96/2026 13.03.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X16 Heydər oğlunun sədrliyi, X17 oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X18 nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X9rşı "Alışar kəndində aparılan planaalma işləri ilə bağlı JN-249 А (КОD ********) kadastr nömrəli torpaq sahəsinin cənub hissəsinin gediş gəliş yolu kimi ümumi istifadədə olan torpaq sahəsi kimi uçota alınmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və JN-249 A (KOD ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəliş edilərək gediş gəliş yolu olaraq ümumi istifadədə olan torpaq sahəsi kimi uçota alınmış torpaq sahəsinin uçotunun ləğv edilərək xüsusi mülkiyyətə verilmiş torpaq sahəsinə əlavə edilib ümumilikdə 0,16 ha torpaq sahəsinə dair yeni şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Alışar kəndində aparılan planaalma işləri ilə bağlı JN-249 А (КОD ********) kadastr nömrəli torpaq sahəsinin cənub hissəsinin gediş gəliş yolu kimi ümumi istifadədə olan torpaq sahəsi kimi uçota alınmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və JN-249 A (KOD ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəliş edilərək gediş gəliş yolu olaraq ümumi istifadədə olan torpaq sahəsi kimi uçota alınmış torpaq sahəsinin uçotunun ləğv edilərək xüsusi mülkiyyətə verilmiş torpaq sahəsinə əlavə edilib ümumilikdə 0,16 ha torpaq sahəsinə dair yeni şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X18 üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 13 mart 2026-cı il tarixə təyin olunmuşdur. Məhkəmə tərəfindən iddiaçılara 25 fevral 2026-cı il tarixli yardım məktubu ünvanlanaraq JN249 A (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair X1 və onun ailə üzvlərinə torpaq sahəsi ayrılması barədə Şərur rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarının mübahisələndirilməsi və həmin qərarın onlara məlum olduğu anı müəyyən etməyə imkan verən sübutların məhkəməyə təqdim edilməsi üçün müddət təyin olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: -1.1, 1.2, 1.3 və 1.4-cü bəndlərində qeyd olunan hüquqi mövqelərə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -2.2-ci bəndinə əsasən işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. -3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. -3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Məhkəmənin əsaslandırması: İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının tələbi iki hissədən ibarətdir:
1. Alışar kəndində aparılan planaalma işləri ilə bağlı JN-249 А (КОD ********) kadastr nömrəli torpaq sahəsinin cənub hissəsinin gediş gəliş yolu kimi ümumi istifadədə olan torpaq sahəsi kimi uçota alınmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi;
2. JN-249 A (KOD ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəliş edilərək gediş gəliş yolu olaraq ümumi istifadədə olan torpaq sahəsi kimi uçota alınmış torpaq sahəsinin uçotunun ləğv edilərək xüsusi mülkiyyətə verilmiş torpaq sahəsinə əlavə edilib ümumilikdə 0,16 ha torpaq sahəsinə dair yeni şəhadətnamənin verilməsi. Məhkəmə icraatı gedişində əldə olunmuş JN- 249A, kod nömrəsi 10207028 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Şərur Rayon Aqrar İslahat Komissiyasının 13 aprel 1997-ci il tarixli, 03 nömrəli qərarı ilə X10 və onun ailə üzvləri İddiaçı1 Yadulla qızı, İddiaçı3 və İddiaçı2 mülkiyyətinə 0.13 ha torpaq sahəsi verilmişdir. Nəzərə alınmalıdır ki, 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həmin fəslin müddəalarında hüququ pozulmuş şəxsin məhkəməyə müraciət etməsi üçün müəyyən edilmiş 1 aylıq müddətin axımının başlanğıcı maraqlı şəxsin hüquq və azadlığının pozulduğunu bildiyi vaxtla müəyyən edilirdi. İddiaçıların 1967-1969-cu illərə dair Təsərrüfatbaşına kitabda mərhum X7 adına 0.16 ha torpaq sahəsinin qeyd edilməsi barədə arxiv arayışına əsaslanaraq irəli sürdükləri hazırkı tələb əslində mahiyyət etibarilə torpaq sahəsinin hüquqi rejimini müəyyən edən inzibati aktın nəticələrinin aradan qaldırılmasına yönəldiyindən faktiki olaraq mübahisələndirmə haqqında iddia xarakteri daşıyır. Belə ki, iddiaçıların hazırkı tələbi ilə bağlı Şərur Rayon Aqrar İslahat Komissiyasının 13 aprel 1997-ci il tarixli, 03 nömrəli qərarı olduğundan, iddiaçılar tərəfindən həmin qərarın mübahisələndirilməsi daha məqsədəmüvafiq idi. Lakin onlar həmin hüquqi vəziyyətin əsasını təşkil edən Şərur Rayon Aqrar İslahat Komissiyasının 13 aprel 1997-ci il tarixli qərarını birbaşa mübahisələndirməmiş, yalnız onun nəticələrinə etiraz etmişlər. Lakin məhkəmə onu da qeyd etməyi vacib sayır ki, sözügedən qərarın qəbul edilməsindən 29 il müddət keçməsi də nəzərə alındıqda, mübahisələndirildiyi halda belə, qanunvericiliklə nəzərdə tutulmuş müddət iddiaçılar tərəfindən ötürülmüş olacaqdır. Belə ki, Şərur Rayon Aqrar İslahat Komissiyasının 13 aprel 1997-ci il tarixli, 03 nömrəli qərarın qəbul olduğu vaxtdan 29 il müddət keçməsinə və məhkəmə prosesində verdikləri izahata əsasən bu halın iddiaçılara məlum olmasına baxmayaraq, onlar qərarı mübahisələndirməmiş, eləcə də, prosessual müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı hər hansı mümkün və mötəbər sübutu da məhkəməyə təqdim edə bilməmişdirlər. Beləliklə, 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktlara qarşı əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə imkanı 2011-ci il 1 yanvar tarixədək artıq itirilmişdirsə, onlar yeni qanuna görə də (o cümlədən, yeni qanunda bu növ iddialarla bağlı məhkəməyə müraciət etmə müddətlərinin nəzərdə tutulmaması əsası ilə) mübahisələndirilə bilməzlər. Başqa sözlə, iddiaçı artıq həmin aktlarla hüququnun pozulduğunu iddia edə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisə açmaq imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı nəzərdə tutmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Məhkəmə həmçinin qeyd edir ki, Şərur Rayon Aqrar İslahat Komissiyasının 13 aprel 1997-ci il tarixli, 03 nömrəli qərarın ləğv edilməsi barədə iddia mümkünsüz olduğundan, hüquqi müqəddəratı həmin qərarın ləğvi ilə bağlı mübahisənin həllindən bilavasitə asılı olan tələblər də, belə bir hüquqi zərurət olmadığı üçün müzakirə edilmədən mümkün sayılmamalıdır. Beləliklə, məhkəmə iddiaçılar X3, X4 və X5 cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X9rşı "Alışar kəndində aparılan planaalma işləri ilə bağlı JN-249 А (КОD ********) kadastr nömrəli torpaq sahəsinin cənub hissəsinin gediş gəliş yolu kimi ümumi istifadədə olan torpaq sahəsi kimi uçota alınmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və JN-249 A (KOD ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəliş edilərək gediş gəliş yolu olaraq ümumi istifadədə olan torpaq sahəsi kimi uçota alınmış torpaq sahəsinin uçotunun ləğv edilərək xüsusi mülkiyyətə verilmiş torpaq sahəsinə əlavə edilib ümumilikdə 0,16 ha torpaq sahəsinə dair yeni şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35, 38.1, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı:
İddia mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Elnur Hüseynov