Məhkəmə qərarları › İş №2-1(4-6)-265/2026

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(4-6)-265/2026

05.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(4-6)-265/2026 05.03.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “iddiaçının ailə üzvləri ilə birgə güzəştli mənzil-uçotuna siyahıya alınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ailə üzvləri ilə birgə güzəştli mənzil-uçotuna alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1950-ci ildə Ermənistan Respublikası Amasiya rayonu, Güllübulaq kəndində anadan olmuşdur. 30 sentyabr 2005-ci ildən bu günədək, ünvan 1 ünvanında 16 nəfər ailə üzvləri ilə birgə daimi qeydiyyatda olmaqla yaşayır. Həmin ünvanda xx.xx.1955-ci il təvəllüdlü həyat yoldaşı - X4, xx.xx.1973-cü il təvəllüdlü oğlu - X8, xx.xx.1976-cı il təvəllüdlü oğlu X7 və xx.xx.1979-cu il təvəllüdlü qızı X9 da onunla birlikdə qeydiyyatdadırlar və yaşayırlar. İddiaçı Xətai rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 024757 nömrəli vəsiqəyə əsasən Şəhid ailəsi hesab edilmişdir. Mərhum övladı X10 02 may 1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Şəhid” olmuşdur. O İddiaçı uzun illər Xətai rayonunda yaşadığından və mənzil şəraitin darısqal olduğundan Xətai rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısı aparatının Hüquq şöbəsinin müdiri T.Əzizovun xx.xx.2025-ci il tarixli, 5-11 /2-N-110-068/2025 saylı cavab məktubunda, araşdırma zamanı, xx.xx.2006-cı il tarixli, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən 27 nömrəli evin, yaşayış sahəsi 38.6 kv.m olan 3 otaqlı 29 saylı mənzil sizin şəxsi mülkiyyətində olduğu müəyyən edildiyi üçün imtina etmişdir. Lakin o həmin cavabla razı deyildir. Belə ki, qeyd olunan mənzilin yaşayış sahəsi 38.6 kv.m-dir və həmin mənzildə o və ailə üzvləri ilə birgə darısqal şəraitdə yaşayır. Bundan başqa, AR. İN-yi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Döviət Kadasrtı və Reyestri Publık Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, o İddiaçı adında mənzil mövcuddur. Qeyd edir ki, Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 03/N1517 nömrəli arayışında bildirilir ki, Sadıqcan küçəsi, ev 27, mənzil 29 ünvanında qeydiyyatda olan İddiaçı və ailə üzvləri olan X5, X1, X3 və X6 Xətai Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. Bundan başqa, AR. İpoteka və Kredit Zəmanət Fondunun 17 oktyabr 2025-ci il tarixli, 12- 3/2-N-19xx-xx-2057/2025 saylı məktubunda bildirilmişdir ki, hazırda Fondun mövcud informasiya sistemində İddiaçı ipoteka kreditinə və güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir. Hesab edir kı, Bakı şəhəri Xətai rayon İcra hakimiyyəti bununla bağlı İddiaçı qarşı haqsızlıq edir, onun hazırkı səhətini və sağlıq durumunu nəzərə alınmır və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsiərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamının tələblərini kobud surətdə pozur. Ona görə də iddiaçı məcburiyyət qaşısında qalıb bu məsələnin hüquq müstəvisində həll etmək üçün məhkəməyə müraciət etmək qərarına gəldi. İddiaçı hazırkı iş üzrə iddaçı olaraq, AR. İnzibati Prosessual Məcəlləsinin 13.-cü masddəsində göstərilən tələblərə əsasən, məhkəmədən bununla bağlı ona səlahiyyətləri daxilində hüquqi yardım göstərilməsini xahiş edir. Odur ki, yuxarıda qeyd olunanları əsas götürərək və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial - məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamını əldə rəhbər tutaraq, İddiaçı Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətində güzəştli mənzil uçotuna siyahıya alınması həmin organa həvalə edilməlidir.

3. Cavabdehin imtina məktubunda bildirilmişdir ki, “araşdırma zamanı xx.xx.2006-cı il tarixli, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən 27 nömrəli evin, yaşayış sahəsi 38.6 kv.m olan 3 otaqlı 29 saylı mənzil sizin şəxsi mülkiyyətinizdə olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara və qüvvədə olan mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq sizi mənzilə ehtiyacı olan şəxs hesab edilmədiyinizdən xahişinizi təmin etmək imkanımız xaricindədir.”

4. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan ******* nömrəli çıxarışında qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sadıqcan küçəsində istifadədə olan 0.12115 ha torpaq sahəsində yerləşən 27 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 6-cı mərtəbəsində 67.7 kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 29 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində kitabının 20877 nömrəli vərəqində qeydiyyata alınmışdır.

5. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-İİ seriyalı 364736 nömrəli ölüm haqqında şəhadətnamə qeyd edilmişdir ki, X10 xx.xx.1994-cü il tarixdə Azərbaycan torpaqları uğrunda həlak olmuşdur.

6. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı ondan otru kı, ona və ailə üzvləri olan X5.X1, X3, X6 Xəta rayon Xətai Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmayıb.

7. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş İpoteka və Kredit Zəmanət Fondunun xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, hazırda Fondun mövcud informasiya sistemlərində İddiaçı verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. II. İddianın növü və mümkünlüyü

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

12. İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

III. Məhkəmənin mövqeyi

13. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı ailə üzvləri ilə birgə güzəştli mənzil uçotuna alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.

14. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa); 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir.51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 15.Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2449 nömrəli Sərəncamı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2030-cu illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.

2. Yerli icra hakimiyyəti orqanları: 2.1. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər; 2.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etsinlər və hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən tədbirlər planının həyata keçirilməsi üçün tələb olunan vəsaitin 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) bölgüsünün layihəsində, 2022–2030-cu illərdə isə hər il dövlət büdcəsinin tərtibi prosesində dövlət əsaslı vəsait qoyuluşunda (investisiya xərclərində) nəzərdə tutulmasını təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 4.1. bu Sərəncamın icrası ilə bağlı görülmüş işlər barədə hər növbəti ilin birinci ayında Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

16. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, xx.xx.2006-cı il tarixli, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən 27 nömrəli evin, yaşayış sahəsi 38.6 kv.m olan 3 otaqlı 29 saylı mənzil iddiaçıya məxsusdur. Sözügedən mənzil iddiaçıya XDS-in xx.xx.1989-cu il tarixli orderi əsasında verilmişdir.

17. İddiaçıya Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 26-cı bəndinə uyğun olaraq (adambaşına 8 kv.m-dən az olmamaqla) XDS-in xx.xx.1989-cu il tarixli orderinə əsasən 7 nəfər ailə tərkibi ilə (hazırkı iddiaçı da daxil olmaqla və bütün ailə üzvləri nəzərə alınmaqla) 3 otaqlı, sahəsi 38,6 kv.m olan mənzil verilmişdir. Hazırda iddiaçı ailəsinə verilmiş mənzilin sahəsindən narazıdır və şəhid ailəsi kimi daha geniş sahəli mənzillə təmin olunmasını xahiş edir.

18. Məhkəmə hesab edir ki, xüsusi statuslarından irəli gələn əsasla qanunvericiliyə uyğun olaraq artıq bir dəfə mənzillə təmin edilmiş şəxs, yenidən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına və mənzillə təmin edilə bilməz. Belə ki, dövlət bir dəfə yaşayış sahələrinə ehtiyacı olan şəxsə mənzil verdikdə, bu, onun sosial vəzifəsini icra etməsi kimi qiymətləndirilməlidir. Çünki dövlətin öhdəliyi məhdud resurslar çərçivəsində bütün ehtiyacı olan şəxslərin minimum sosial rifahını təmin etməkdən ibarətdir. Mənzil hüququ bu kontekstdə mütləq hüquq deyil, sosial ehtiyacın mövcudluğu ilə şərtlənən hüquqdur. Ehtiyac aradan qalxdıqda, dövlətin həmin ehtiyacın təmin edilməsinə yönəlmiş sosial müdaxiləsinin də hüquqi əsası qalmır.

19. Yuxarıda qeyd edilən Sərəncam mənzil təminatını imtiyaz kimi deyil, sosial zərurətdən irəli gələn yardım mexanizmi kimi nəzərdə tutur, yaşayış sahələrinə ehtiyacı olan şəxsə bir dəfə mənzil verilməsi onun həmin hüququnun artıq reallaşdırılması kimi qiymətləndirilməlidir. Hüququn məqsədi mənzilə ehtiyacın aradan qaldırılmasıdır və bu məqsəd artıq həyata keçirilmişdirsə, hüququn yenidən tətbiqi üçün hüquqi və sosial əsas qalmır. Əks yanaşma, dövlət vəsaitlərinin səmərəsiz xərclənməsinə və sosial ədalət prinsipinin pozulmasına gətirib çıxara bilər.

20. Həmçinin məhkəmə qeyd edir ki, eyni statusa malik olub hələ də mənzil almamış şəxslərin mövcudluğu şəraitində bir şəxsə təkrar mənzil verilməsi bərabərlik prinsipinə zidd olar. Dövlətin sosial siyasəti bütün müharibə əlilləri arasında ədalətli bölgünü təmin etməyə yönəlmişdir və bu baxımdan prioritet mənzilə hələ də real ehtiyacı olan şəxslərə verilməlidir.

21. Bu səbəbdən cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddia rədd edilməlidir.

22. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

23. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

24. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar