Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(4-6)-460/2026 05.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Baş İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nəsimi rayon İdarəsinə qarşı "medalın verilməsi" iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Baş İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nəsimi rayon İdarəsinə qarşı medalı əvəz edən arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 2 dəfə məhkəməsi olmuş, 1-ci də medalın özü və sənədi, 2-ci də nüsxəsinə dair heç bir işdə məhkəmə medalının verilməsinə dair qərar çıxarılmamışdır. İddiaçının 2-1(112)-14329/2024 nömrəli iş də daxil olmaqla, 2 dəfə məhkəməsi olmuşdur. Medalın özü və iki nüsxəsi verilməmiş, lakin xidmət etdiyi dövrdə 90 illik yubiley medalı ilə təltif olunmağı xx.xx.2009 13-15/551 10 nömrəli məktubla komisarlığa göndərilmişdir, çünki o noyabr ayı 2008-ci ildə ixtisarla əlaqədar tərxis olunmuşdur ona görə məktubla komisarlığa göndərilmiş amma onlarda medalı ona verməmişdir. Cavabdehin etirazından görünür ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sabiq hərbi qulluqçusu, ehtiyatda olan kiçik çavuş İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı “medalın verilməsi” tələbinə dair iddiası əsassız və qanunvericiliyin tələblərinə zidd olduğundan təmin olunmamalıdır.Belə ki, iddiaçı tələbini onunla əsaslandırmağa çalışmışdır ki, 1918-2008-ci il yubiley medalının arayışının verilməsinə dair 2 dəfə məhkəməsi olmuş, məhkəmə medalın verilməsinə dair qərar çıxartmamış, ehtiyata buraxılması ilə əlaqədar xidmət etdiyi dövrdə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə təltif olunması xx.xx.2009-cu il tarixli 13-15/551 nömrəli məktubla SHXÇDX-nin Bakı şəhəri Nəsimi rayon İdarəsinə göndərilmiş, lakin medal ona verilməmişdir.Həmçinin, iddiaçı ərizəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Baş İdarəsinə və həmin xidmətin Nəsimi rayon İdarəsinə müraciət etdiyini, xx.xx.2024-cü il tarixli 3-43-78/2-651/24 nömrəli məktubla arxiv-uçot sənədlərində ona aid “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubliey medalı aşkar edilmədiyi bildirilmişdir.İddiaçı ərizəsində “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalının özü və sənədinin, əsl sənədi əvəz edən 2-ci nüsxəsinin və ya bu barədə arayışın ona verilməsinə köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. N saylı hərbi hissə komandirinin N nömrəli, xx.xx.2008-ci il tarixli nizami hissə üzrə əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı maddəsinə müvafiq olaraq müddətli həqiqi hərbi xidmət keçən və müddətdən artıq xidmət etmək haqqında öhdəlik vermiş ehtiyatda olan əsgər X2 “kiçik çavuş” hərbi rütbəsi verilərək xüsusi təyinatlı dəstədə xüsusi vasitələrin tətbiqi qrupunun 2-ci yanmqrupunda atıcı vəzifəsinə təyin edilməklə hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir. N saylı hərbi hissə komandirinin N nömrəli, xx.xx.2008-ci il tarixli nizami hissə üzrə əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “q” bəndinə (ştatların ixtisarına görə) müvafiq olaraq, daxili işlər nazirinin müavini - daxili qoşunlar komandanının xx.xx.2008-ci il tarixli 26 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən həqiqi hərbi xidmətdən azad edilib Silahlı Qüvvələrə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2008-ci il tarixli 1719 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə təltif edilmişdir. İddiaçı xx.xx.2008-ci il tarixdə Silahlı Qüvvələrə ehtiyata buraxıldığından həmin medal xx.xx.2009-cu il tarixli 13-15/551 nömrəli məktubla Bakı şəhəri Nəsimi Rayon Hərbi Komissarlığına göndərilmiş, bu barədə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medallarının və vəsiqələrinin paylanışı kitabında 312-ci sıra nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı medalla təltif olunması barədə əmrin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinə göndərilməsini təsdiq edən xx.xx.2009-cu il tarixli 13-15/551 nömrəli məktub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında istifadə olunan sənədlərin saxlanılma yeri və müddətləri haqqında siyahı”ya əsasən saxlanılma müddəti başa çatdığına görə 09.03,2013-cü il tarixdə məhv edilmişdir. Bundan başqa, iddiaçının ərizəsində “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalının özü və sənədinin, əsl sənədi əvəz edən 2-ci nüsxəsinin və ya bu barədə arayışın ona verilməsinə köməklik göstərilməsini məhkəmədən xahiş etməsinə münasibətdə bildiririk ki, Azərbaycan Respublikasının 605-İİİQ nömrəli, 16 may 2008-ci il tarixli Qanununa əsasən, “Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2004-cü il tarixli Sərəncamının və 05 iyun 2008-ci il tarixli Fərmanının tələblərinə əsasən Daxili Qoşunların hərbi qulluqçularının “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə təltif edilməsi daxili işlər nazirinin səlahiyyətləri daxilindədir. Eyni zamanda, Azərbaycan Respublikasında hazırlanan medalların nömrəli olduğunu nəzərə alaraq, həmçinin yuxanda qeyd olunan qanun və ya digər normativ hüquqi aktlarda medalın itirilməsi, zədələnməsi və s. hallarda onun dublikatmın və ona dair arayışın verilməsi nəzərdə tutulmamışdır. İddiaçı, sabiq hərbi qulluqçu, ehtiyatda olan kiçik çavuş İddiaçı “medalın verilməsi” tələbinə dair iddiası mümkün hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-43-78/2- 661/2024 nömrəli məktubundan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsinin arxiv-uçot sənədlərində şəxsə aid “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı aşkar edilmədi. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8387/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Baş İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nəsimi rayon İdarəsinə qarşı medalın verilməsi barədə iddiası mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14329/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Baş İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nəsimi rayon İdarəsinə qarşı medalın özünün, sənədinin, əvəz edən 2 nüsxəsinin verilməsi barədə iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xx.xx.2026-cı il tarixli 3-13-14/2-539/2026 nömrəli məktubundan görünür ki, təqdim edilmiş sənədlərdə qeyd olunan vəzifə adları xidməti xarakter daşıyır. Odur ki, qeyd olunan sənədlərin iddiaçı və digər şəxslər tərəfindən tanış olduqdan sonra surətinin çıxarılması, foto və video çəkilişinin aparılması və başqa üsullarla yayılması qadağandır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinin xx.xx.2026-cı il tarixli 3-43-78/2-7114/2026 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1987-ci il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə Xidmətin Nəsimi rayon idarəsindən hərbi qeydiyyatdan çıxaraq Xidmətin Sabunçu rayon idarəsinə hərbi qeydiyyatda alındığından və şəxsi işi aidiyyəti üzrə göndərildiyindən şəxsi işində olan sənədlərin məhkəməyə təqdim edilməsi tərəfimizdən mümkün deyildir. Əlavə olaraq bildirilir ki, xx.xx.2026-cı il tarixli Məhkəmə bildirişi Xidmətin Sabunçu rayon idarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-13-14/2-V-11040/1/2024 nömrəli məktubundan görünür ki, İddiaçı Daxili Qoşunlarda həqiqi hərbi xidmətdə olarkən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə təltif olunmuşdur və həmin medal xx.xx.2009-cu il tarixli 13-15/551 nömrəli məktubla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsinə göndərilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdehin nümayəndəsi isə iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 saylı qərarından: 1.1 Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2 İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4 Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Hazırda iddia tələbi mənzillə təmin edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiadır. Məhkəmə qeyd edir ki, eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktları mövcuddur. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8387/2024 saylı, xx.xx.2024-cü il tarixli və 2-1(112)-14329/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadlarına əsasən İddiaçı cavabdehlər Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Baş İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nəsimi rayon İdarəsi qarşı "medalın verilməsi” barədə iddia tələbi mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-4011/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8387/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və şikayətin qəbulundan imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14329/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında qeyd edilir: iddiaçının bundan əvvəl qaldırdığı iddia ilə eyni mahyyətdə olan hazırkı iddası yenidən mümkünlük şərtlərinə cavab vermir. Məhkəmə eyni zamanda iddiaçının medalın və ya sənədinin ikinci nüsxəsinin (dublikatın) verilməsi ilə bağlı tələb hissəsinə münasibətdə qeyd edir ki, sözügedən “Daxili Qoşunların hərbi qulluqçularının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”yubley medalı Azərbaycan Respublikasının 605-İİİQ nömrəli, 16 may 2008-ci il tarixli Qanununa əsasən, “Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2004-cü il tarixli Sərəncamının və 05 iyun 2008-ci il tarixli Fərmanının tələblərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2008-ci il tarixli 1719 ş/h nömrəli əmri ilə verilmişdir. Eyni medalın və onun sənədinin 2-ci nüsxəsinin verilməsi bu halda medalla təltif etmə barədə əmri vermiş qurumun səlahiyyətində olan məsələ olmaqla hazırkı cavabdeh qismində qoyulmuş inzibati orqanlarının səlahiyyətlərindən kənarda qalır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8387/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında qeyd edilir: Belə ki, işin hallarından müəyyən olunur ki, İddiaçı N saylı hərbi hissədə xüsusi təyinatlı dəstədə xüsusi vasitələrin tətbiqi qrupunun 2-ci yarımqrupunda atıcı olarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2008-ci il tarixli 1719 ş/h nömrəli əmri ilə “Daxili Qoşunların hərbi qulluqçularının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)"yubley medalı ilə təltif edilmişdir. İddiaçı həmin medalın ona təqdim edilmədiyini əsas gətirərək onun hazırkı halda tapılıb verilməsini cavabdehlərdən tələb edir. Eyni zamanda müəyyən olunur ki, sözügedən medalla təltif edilmə barədə əmr olsa da lakin medal fiziki olaraq aşkar olunmadığından onun təqdim edilməsi də mümkün olmamışdır. Məhkəmə hesab edir ki, hazırkı halda inzibati mübahisəyə əsas ola biləcək predmet-1 dəfə üçün verilməsi nəzədə tutulmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubley medalı fiziki cəhətdən mövcud olmadığından həmin medalın iddiaçıya verilməsi də mümkün deyildir.Hazırkı halda inzibati orqandan tələb edilən predmet mövcud olmadığından və həmin medalın yenidən hazırlanaraq təqdim edilməsi ilə bağlı qanunla inzibati orqan üçün hər hansı vəzifə və ya səlahiyyət müəyyən olunmadığından, bununla da cavabdeh qismində qoyulmuş inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüquq və qanunla qorunan mənafeləri pozulmadığından ona qarşı yönəlmiş qeyd edilən iddia tələbi mümkün hesab edilə bilməz. Bundan əlavə məhkəmə tələb edilən medalın təqdim edilməsi tələbi ilə bağlı həm də iddia müddətinin ötürüldüyünə də diqqəti çəkir. Hazırkı işdən görünür ki, iddiaçı 2008-ci ildə təqdim edilmiş medalın verilməsindən və xidmətdən tərxis olunduğu vaxtdan 16 il sonra xx.xx.2024-cü tarixdə hazırkı iddianı qaldırmışdır. Halbuki, 2000-ci ildən sonra ümumi (publik) hüquq münasibətlərindən irəli gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası MPM-in "Müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərin qərarları və hərəkətləri ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərin qərarı, hərəkəti ilə əlaqədar mübahisə qaldıra bilər. Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə hüququna malikdir (298-ci maddə) (Həmin fəsil 10 iyun 2011 -ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır). Məhkəmə iddia tələbində qeyd edilən “medalı əvəz edən və ya təsdiq edən arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsinə iddiaçı tərəfindən əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-13-14/2-V-11040/1/2024 nömrəli məktubu ilə təsdiq olunur ki, İddiaçı Daxili Qoşunlarda həqiqi hərbi xidmətdə olarkən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə təltif olunmuşdur. Eyni medalın və onun sənədinin əvəz edən (təsdiq edən) sənədin verilməsi bu halda medalla təltif etmə barədə əmri vermiş qurumun səlahiyyətində olan məsələ olmaqla hazırkı cavabdeh qismində qoyulmuş inzibati orqanlarının səlahiyyətlərinə aid deyil. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət etmək hüququnun qeyd edilən şəkildə məhdudlaşdırılması prosessual qənaət prinsipinə əsaslanmaqla qanuni məqsəd daşıyır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(4-6)-460/2026
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(4-6)-460/2026
05.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver