Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(4-6)-872/2026 30.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Milli Arxiv İdarəsi, Azərbaycan Respublikası Dövlət Arxivi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat və X2 İdarəsi Arxiv Fondu və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Xətai Rayon Qeyddiyyat şöbəsinə qarşı “qərarın qəbul edilməsi” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Milli Arxiv İdarəsi, Azərbaycan Respublikası Dövlət Arxivi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat və X5 İdarəsi Arxiv Fondu və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı Şəhər Xətai Rayon Qeyddiyyat şöbəsinə qarşı “qərarın qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə dair işə 30 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29) baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Milli Arxiv İdarəsi, Azərbaycan Respublikası Dövlət Arxivi Ədliyyə Nazirliyi Notariat və X5 İdarəsi Arxiv Fondu və Ədliyyə Nazirliyinin Bakı Şəhər Xətai Rayon Qeyddiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun nənəsi X3 valideyinləri atası Hüseyn Heydərov və anası Mariya Heydərovanın represiya nəritəsində ölmələri barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun ata nənəsi X7 xx.xx.1934-cü il tarixdə Göygöl (Xanlar) rayonunda anadan olmuşdur, ona nənəsinin atası Heydərov Hüseyn ata adı göstərilməmiş və nənəsi Heydərova Mariya ata adı götərilməmişdir. Heydərov Hüseyn ata adı göstərilməmiş və nənəm Heydərova Mariya 1937-1938-ci illərdə represiya qurbanları olmuşlar, onların iki övladları X8 digər övladı Göygöl (Xanlar) rayon 1 nömrəli Uşaq evinə verilmişlər. Nənəsi Göygöl rayon Uşaq evində verilmiş və Sovetlər birliyi dövründə Maskva şəhərində ali təhsil almışdır. Hazırda atasının anası X1 qalmış mənzili vərəsəlik əsasında qəbul etmək üçün Notaraiat kontoruna müraciət etdikdə oradan mərum nənəsi X4 atası Heydərov Hüseyn və Mariya Heydərovanın ölüm haqqında şəhadtnamələrini tələb etmiş, buna görədə o 6 saylı Bakı ASAN Xidmət Mərkəzinə müraciət etmiş, atasının babası və nənəsi haqqında Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivi Ədliyyə Nazirliyi yanında Notariat və X5 idarəsinin arxiv Fonduna bir məlumat olmadığı haqqında 23 dekabr 2025-ci il tarixli məktub verilmişdir. Eyni zamanada o qeydiyatda olduğu Ədliyyə Nazirliyinin Bakı şəhər, Xətai rayon Qeydiyat Şöbəsinə müraciət etmişdir ki, atasının anası X6 atası Heydərov Hüseynin və anası Heydərova Mariya barədə ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Xətai rayon Qeydiyat Şöbəsi xx.xx.2026-cı il tarixli məktubla imtina edilərərk məhkəməyə müraciət etməyimi tövsiyyə edilmişdir. İddiaçı xx.xx.2026-cı il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə ünvanlayaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə ərizənin əsaslarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. İPM-in 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qanunun mənasına görə məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmaqla hərəkətsizlik göstərərək, onun iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Buna görə də məhkəmə tərəfindən iddia geri götürülmüş sayılır. Məhkəmə hesab edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması (götürülməsi) barədə qərardad qəbul etməlidir. İPM-in 55.5-ci maddəsinə uyğun olaraq iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının həmin Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İPM-in 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apelyasiya qaydasında apelyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «M.Məmmədovun şikayəti əsasında İPM-in 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair» 29 aprel 2014-cü il tarixli Qərarının 2-ci bəndində belə qənaətə gəlinmişdir ki, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Beləliklə, məhkəmənin qənaətinə görə iddiaçı tərəfin ərizəsi təmin edilməli, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Milli Arxiv İdarəsi, Azərbaycan Respublikası Dövlət Arxivi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat və X5 İdarəsi Arxiv Fondu və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Xətai Rayon Qeyddiyyat şöbəsinə qarşı “qərarın qəbul edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iş üzrə icraata xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Milli Arxiv İdarəsi, Azərbaycan Respublikası Dövlət Arxivi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat və X5 İdarəsi Arxiv Fondu və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Xətai Rayon Qeyddiyyat şöbəsinə qarşı “qərarın qəbul edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(4-6)-872/2026
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(4-6)-872/2026
30.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver