Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(4-7)-235/2026 26.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın yekun protokolunun və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair Giriş hissəsi: Gəncə İnzibati Məhkəməsinin hakimi Nurəli Hüseynov, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın yekun protokolunun və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə iclasından kənar baxaraq müəyyən etdim. Təsviri hissə: a) Məhkəmə araşdırmasının predmeti
1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)-1174/2025 nömrəli məktuba əsasən, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)-1174/2025 nömrəli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)-1174/2025 nömrəli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Odur ki, mülki iş üzrə yekun məhkəmə aktından hazırda yenidən kassasiya şikayəti daxil olmamış və məhkəmə aktı qanuni qüvvəsini almışdır; - Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)-1174/2025 nömrəli qətnaməsinə əsasən, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il, 2(062)-985/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilmiş, Tovuz rayonu, Düz Cırdaxan kəndində 0.45 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 125.4 kv.m olan fərdi yaşayış evi ilə bağlı "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş hərrac və xx.xx.2023-cü il tarixli, 52/01-1 saylı protokol əsasında cavabdeh "xxxx" MMC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsi etibarsız hesab edilmiş, ödənilmiş dövlət rüsumu İddiaçı aid edilmişdir; - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən **********09-10301 reyestr nömrəli 125.4 kv.m fərdi yaşayış evi üzərində X1 (7/8 hissə) və İddiaçı (1/8 hissə) paylı mülkiyyət hüququ xüsusi mülkiyyət hüququ əsasında müvafiq ardıcıllıqla xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə və xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır; - 24.08.2017-ci il tarixli, **********09-10301 reyestr nömrəli texniki pasporta əsasən, Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinin hüquq subyektləri İddiaçı 1/8 və X2r 7/8; - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 tərəfindən verilmiş “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən **********09-10301 reyestr nömrəli 125.4 kv.m fərdi yaşayış evi üzərində X1 tam mülkiyyət hüququ xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
2. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraat materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər. b) Tərəflərin ərizəsi
3. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə xx.xx.2026-cı il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən keçirilmiş hərracın yekun protokolunun və onun əsasında X1 adına olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmasına dair qərarın çıxarılmasını xahiş etmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)- 1174/2025 saylı qətnaməsinə əsasən, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(0621)-985/2025 saylı qətnaməsi ləğv edilmiş,belə ki, iddiaçıya və X3 məxsus fərdi yaşayış evi hərraca çıxarılmış və Sadəgül xanıma satılmışdır. İddiaçı bildirir ki, bu hal qanunsuz olmuş və məlumatı olmamış, sonra Sadəgül xanım öz adına hərracın yekun nəticələrini, yəni alqı-satqını guya udmuş və öz adına yeni ********** saylı xx.xx.2024-cü il tarixli çıxarış almışdır. İddiaçı qeyd edir ki, həmin hərracın nəticəsi əsasında verilmiş alqısatqının ləğvi ilə bağlı məhkəmədə iddia qaldırmış, buna baxmayaraq onlar çıxarış almışdır. Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-1174/2025 saylı qətnaməsinə əsasən, Tovuz rayonu, Düz Cırdaxan kəndində 0,45 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 125.4 kv.m olan fərdi yaşayış evi ilə bağlı "Külək” MMC tərəfindən 01 noyabr 2023-cü il tarixdə keçirilmiş hərrac və 01 noyabr 2023-cü il tarixli 52/01-1 saylı protokol əsasında cavabdeh "xxxx" MMC ilə cavabdeh X4 arasında bağlanılmış 01 noyabr 2023-cü il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməsi qət olunmuşdur. Ona görə də iddiaçı hesab edir ki, X1 adına olan çıxarış ləğv edilməli, iş əvvəlki vəziyyətə qayıtmalıdır. Yəni köhnə çıxarış qüvvədə olması bərpa olunmalıdır.
Əsaslandırma hissəsi:
5. İddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır.
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 236-1. İcrada dönüş 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. 236-1.2. Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. 236-1.3. Məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. 236-1.4. İcrada dönüş haqqında məsələ üzrə məhkəmə qərardadından şikayət verilə bilər. 236-1.5. İşə kassasiya, əlavə kassasiya, hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə məhkəmə icraatı qaydasında baxan məhkəmə, yeni qərar qəbul edirsə və ya iş üzrə icraata xitam verirsə, yaxud iddianı baxılmamış saxlayırsa, qətnamənin icrasında dönüş barədə məsələni həll etməli, yaxud da onu apellyasiya instansiyası məhkəməsinin həllinə verməlidir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1 İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərti ilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli, 04 nömrəli Qərarı
4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.
10. Qeyd etməyi zəruri hesab edirəm ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
11. İş üzrə inzibati icraatı materiallarına əsasən müəyyən edilir ki, iddiaçının əsas hüquqi marağı hərracın yekun protokolunun və onun əsasında X1 adına olan dövlət reyestrindən çıxarışın etibarsız hesab edilmələri olmuşdur. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025ci il tarixli, 2(104)-1174/2025 nömrəli qətnaməsi ilə Tovuz rayonu, Düz Cırdaxan kəndində 0.45 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 125.4 kv.m olan fərdi yaşayış evi ilə bağlı "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş hərrac və xx.xx.2023-cü il tarixli, 52/01-1 saylı protokol əsasında cavabdeh "xxxx" MMC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir.
12. Hesab edirəm ki, iddiaçının hazırkı hüquqi marağına çatması üçün o, qəbul edilmiş məhkəmə qətnaməsinin qəbul edildiyi məhkəməyə qanuni qüvvəsini almış məhkəmə qətnaməsində icrada dönüş ilə bağlı müraciət etməlidir. Çünki hazırda mübahisəli hal, yəni dövlət reyestrindən verilmiş çıxarış hərrac əsasında dövlət qeydiyyatına alınmış, lakin həmin hərracın rəsmiləşdirilməsi ilə bağlı alqı-satqı müqaviləsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(104)- 1174/2025 nömrəli qətnaməsi ilə etibarsız hesab edilmişdir.
13. Beləliklə, iddiaçı hazırkı tələblə bu aktı qəbul etmiş məhkəməyə icrada dönüşlə bağlı müraciət etməlidir.
14. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMCyə qarşı “hərracın yekun protokolunun və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbi inzibati hüquq münasibətlərindən irəli gələn mübahisə olmadığından və inzibati məhkəmə icraatı qaydasında baxılmadığından iddia mümkün sayılmamalıdır.
Nəticəvi hissə:
15. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1, 35.3, 58.7, 68.1, 80.1 və 85.1-ci maddələrinin tələblərinə əsasən
Qərara aldı:
İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın yekun protokolunun və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov