Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(4-7)-26/2026 19.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “dövlət reyestrindən çıxarışın ləğv edilməsi ödənilməmiş yüksəkliyə görə pul məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi Gəncə İnzibati Məhkəməsinin hakimi Nurəli Hüseynov, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “dövlət reyestrindən çıxarışın ləğv edilməsi ödənilməmiş yüksəkliyə görə pul məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, məhkəmkə iclasında baxaraq aşağıdakıları müəyyən etdim. Təsviri hissə: a) Məhkəmə araşdırmasının predmeti
1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - icraçı X9 və payçı X6 arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan 10 mərtəbəli yaşayış evinin İİ blok, İİ mərtəbə, ümumi sahəsi 76 kv.m olan 50 nömrəli mənzili izolə olunmuş 1 otaqdan ibarə olun pay kimi verilmişdir; - icraçı X9 və payçı X11 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən, icraçı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan 10 mərtəbəli yaşayış evinin İİ blok, İİ mərtəbə, ümumi sahəsi 80 kv.m olan 50 №-li mənzili izolə olunmuş 1 otaqdan ibarət payçının istifadəsinə verilmişdir; - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 tərəfindən verilmiş “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, Gəncə şəhəri, X20 küçəsi, giriş 316, M2, m5 (Köhnə ünvan: Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsi, mənzil) ünvanında yerləşən **********45-05301- 093009 reyestr nömrəli mənzil üzərində X5 tam mülkiyyət hüququ xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2025-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
2. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər. b) Tərəflərin ərizəsi
3. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2026-cı il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, X20 küçəsi, giriş 316, M2, m5 (Köhnə ünvan: ünvan 3 əmlaka dair X5 adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair qərarın çıxarılmasını xahiş etmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, 20 may 2007-ci ildə iddiaçı X9 arasında bağlanmış müqaviləyə əsasən, o, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan 10 mərtəbəli yaşayış evinin 2-ci blok, 2-ci mərtəbəsində, ümumi sahəsi 76 kv.m olan 50 nömrəli izolə edilmiş 1 otaqdan ibarət mənzilini 22800 ABŞ dolları məbləğində almışdır. İddiaçı bildirir ki, o, qeyd edilən mənzillə bağlı son ödənişi xx.xx.2008-ci ildə etdikdən sonra əmlakla bağlı öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı maddi ehtiyac səbəbindən həmin yaşayış sahəsini notarial qaydada etibarnamə əsasında Gəncə şəhər sakini X2 33.000 manata satmış, bir neçə gün sonra Əliyeva Gülnur onunla əlaqə saxlayaraq evin başqa şəxsə mexsus olduğunu və həmin şəxsin onu evə buraxmadığını bildirmişdir. İddiaçı qeyd edir ki, o, bu məsələni araşdıranda binanın tikintisini həyata keçirən X3 ölməsindən istifadə edən həyat yoldaşı X4 yaşayış olmayan mənzillərlə bağlı yeni müqavilə tərtib edərək mənzilləri mənimsəməyə çalışdığını öyrənmiş, Əliyeva Gülnurdan aldığı 33000 manat pulu qaytarmışdır. İddiaçı sənədlərini isə Rüstəmova Veneraya göndərərək, evin pulunu tam ödədiyini və onun həmin mənzillə bağlı gözlənilən mülkiyyət hüququnun olduğunu demiş, bundan sonra Rüstəmova Venera bacısı X5 adı ilə hüquq mühafizə orqanlarına şikayət edərək, guya ki, saxta sənədlər əsasında evi əldə etdiyini bildirmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı X7 HK-1/651 saylı, 28 iyun 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə cinayət işinin başlanması AR CM-nin 39.1.2. (əməldə cinayət tərkibi olmadığından) maddəsi ilə rədd edilmiş və qərarın əsaslandırma hissəsində göstərilmişdir ki, istintaqa tədim edilmiş müqavilənin saxta olub-olmamasını müəyyən etmək mümkün olmadığından şübhələr iddiaçının xeyrinə təfsir edilməlidir. Bundan sonra iddiaçı Gəncə Şəhər Məhkəməsində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan 10 mərtəbəli yaşayış evinin 2-ci blok, 2-ci mərtəbəsində, ümumi sahəsi 76 kv.m olan 50 nömrəli izolə edilmiş mənzilə köçürülməyinə, cavabdehlər X10 və X11 tərəfindən mənzildən istifadə ilə bağlı törədilən hər cür maneənin qadağan edilməsinə dair iddia qaldırmış, məhkəmə zamanı qarşı tərəf mübahisə edilən mülkiyyət hüququna dair çıxarışı məhkəməyə təqdim etmişdir. Qeyd edilən çıxarışdan məlum olur ki, X11 xx.xx.2025-ci il tarixdə mülkiyyət hüququna dair çıxarış əldə etmişdir. İddiaçı bildirir ki, məhkəmədə həmçinin X11 mübahisəli mənzillə bağlı guya ki, xx.xx.2008-ci ildə müqavilə bağlamış, lakin maraqlı fakt ondan ibarətdir ki, polisdə araşdırılma aparılarkən Kazımova Esmira tərəfindən təqdim edilən bütün müqavilələrdə alıcının rekvizitləri (şəxsiyyət vəsiqəsinni tarixi, verən orqan) qeyd edildiyi halda, Kazımova Esmiranın müqaviləsində bu istisna təşkil etmişdir. Həmçinin, müqavilədəki xətlə polisə şikayə ərizəsində olan xətt də oxşardır (təbii ki, bu xətşünaslıq ekspertizası ilə müəyyən oluna bilər). Bundan başqa, Kazımova Esmiranın müqaviləsində düzəlişlər olmuş, evin sahəsinin 80 kv.m olduğu göstərilmiş, xıxarışda evin sahəsi 71.50 kvm olduğu göstərilmiş, iddiaçıyla bağlanan müqavilədə isə evin sahəsinin 76 kv.m olduğu göstərilmişdir.
Əsaslandırma hissəsi:
5. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır.
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
7. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 182. Vicdanlı əldə edən 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərti ilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli, 04 nömrəli Qərarı
4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.
17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.
9. Belə ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir.
10. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.
11. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının əsas niyyəti dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsindən ibarətdir.
12. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərti ilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
13. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
14. Məhkəmə müəyyən edir ki, iddiaçının əsas hüquqi marağı X5 adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı olmuşdur.
15. Belə ki, iddiaçının qeyd etdiyi və məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində yerləşən mənzil X1 ilə X9 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə əsasında istifadəsinə verilmiş, sözügedən mənzil üzərində mülkiyyət hüququ X5 adına xx.xx.2025-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda isə qeyd edilən çıxarış iddiaçı tərəfindən mübahisələndirilir.
16. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi qeydiyyat mülki-hüquqi əqd, yəni X1 ilə X9 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə əsasında aparılmışdır. Bu halda daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
17. Bir sözlə, iddiaçı tərəfindən hazırda mübahisələndirilən çıxarışın verilməsinə səbəb olan müqavilə qüvvədə olmaqla, onun ləğv edilməsi və ya etibarsız sayılması hallarının mövcudluğu hazırkı iş üzrə müəyyən edilmir.
18. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “dövlət reyestrindən çıxarışın ləğv edilməsi ödənilməmiş yüksəkliyə görə pul məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır.
19. Məhkəmə iddiaçı tərəfin nəzərinə çatdırır ki, iddiaçı hazırki tələb üzrə mülki məhkəmə icraatı qaydasında baxılması üçün aidiyyəti üzrə səlahiyyətli rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququna malikdir.
Nəticəvi hissə:
20. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1, 35.3, 58.7, 68.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “dövlət reyestrindən çıxarışın ləğv edilməsi ödənilməmiş yüksəkliyə görə pul məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya hazırki tələb üzrə mülki məhkəmə icraatı qaydasında baxılması üçün aidiyyəti üzrə səlahiyyətli rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, onun tam formada təqdim olduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov