Məhkəmə qərarları › İş №2-1(4-8)-31/2026

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(4-8)-31/2026

26.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(4-8)-31/2026 26.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ X5 Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Slavyan Universitetinə qarşı “ “Univers” tətbiqi üzrə onun adına qanunsuz qeyd edilmiş məcburi köçkün sosial statusunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh Bakı Slavyan Universitetinə qarşı “ “Univers” tətbiqi üzrə onun adına qanunsuz qeyd edilmiş məcburi köçkün sosial statusunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddia ərizəsində göstərilən hallar texniki səhv kimi tərəflərindən aradan qaldırılaraq bsu.empro.az sistemində redaktə edilmişdir. Qeyd edilənlərin nəzərə almamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, cavabdeh tərəfindən müvafiq tətbiqdə edilmiş qanunsuz qeyd onların özləri tərəfindən aradan qaldırılmışdır. Hesab edir ki, iş üzrə həmin əsaslarla xitam verilməsi və məhkəmə qərarında müvafiq qeydlərin olması zəruridir. Belə ki, cavabdeh ilə çoxsaylı mübahisələri olmuş və müvafiq qurumdan ehtiyat edir. Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və cavabdehin həmin mübahisəni mahiyyəti üzrə həll edilməməsi mövcud olmalıdır. Cavabdehin məhkəməyə təqdim etdiyi vəsatətdən müəyyən olunur ki, cavabdeh iddiaçının müraciətini mahiyyəti üzrə həll etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi öz həllini tapdığından məhkəmədə baxıla bilməz. Bu səbəbdən də iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Bakı Slavyan Universitetinə qarşı “ “Univers” tətbiqi üzrə onun adına qanunsuz qeyd edilmiş məcburi köçkün sosial statusunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə icraata xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar