Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1141/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh3, cavabdeh1, cavabdeh4, Quba Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı və bağışlama müqavilələrinin etibarsızlığı, uydurma əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(*-*)- **/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh3 və cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. cavabdeh3 mülkiyyətində XXX rayonunun XXX kəndində yerləşən 0,315 ha, XXX rayonunun XXX kəndində yerləşən 0,36 ha, 0,8404 ha, 0,025 ha, 0,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri olmuşdur.
2. Quba Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh3 103000 manat məbləğində pulun, iddia tərəfindən ödənilmiş 435 manat dövlət rüsumunun və hüquqi yardımla bağlı ödənilmiş 900 manat məbləğində pulun yarısının, yəni 450 manat məbləğində pulun tutularaq Iddiaçı ödənilməsi qət edilmişdir.
3. Qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmiş və cavabdeh3 mülkiyyətində olan həmin torpaq sahələri üzərinə Quba Rayon Məhkəməsinin ## ###### 2024-cü il qərardadı ilə həbs qoyulmuşdur.
4. Lakin, bundan əvvəl, ## ##### 2024-cü il tarixli, 4Ə-**** reyestr nömrəli alqı-satqı müqaviləsi ilə cavabdeh3 mülkiyyətində olan XXX rayonu, XXX kəndində yerləşən 0,96 ha torpaq sahəsini 5000 manata cavabdeh4 satmışdır. Torpaq sahəsi üzərində cavabdeh4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ## ###### 2025-ci il tarixdə qeydiyyata alınmışdır.
5. Həmçinin, ## ##### 2024-cü il tarixli, 4Ə-**** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə cavabdeh3 mülkiyyətində olan XXX rayonu, XXX kəndində yerləşən 0,36 ha torpaq sahəsini qardaşı - cavabdeh1 bağışlamışdır. Torpaq sahəsi üzərində cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ## ###### 2024-cü il tarixdə qeydiyyata alınmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh3, cavabdeh1, cavabdeh4, Quba Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə və daha sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh3 mülkiyyətində olmuş XXX rayonu, XXX kəndində yerləşən 0,36 ha torpaq sahəsinin qardaşı cavabdeh1 bağışlaması haqqında Quba Regional “ASAN Xidmət” mərkəzinin notariat ofisində qeydə alınmış ## ##### 2024-cü il tarixli, 4Ə-**** reyestr nömrəli bağışlanma müqaviləsinin və həmin müqaviləyə əsasən ## ###### 2024-cü il tarixdə DƏDKR PHŞ-dən onun adına verilmiş reyestr nömrəsi ************, qeydiyyat nömrəsi XXX Çıxarışın ləğv edilməsi, habelə cavabdeh cavabdeh3 mülkiyyətində olmuş XXX rayonu, XXX kəndində yerləşən 0,84 ha torpaq sahəsinin yaxın qohumu (xalası oğlu) cavabdeh4 satması haqqında Quba Regional “ASAN Xidmət” mərkəzinin notariat ofisində qeydə alınmış ## ##### 2024-cü il tarixli, 4Ə-**** reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin müqaviləyə əsasən ## ###### 2025-ci il tarixdə DƏDKR PHŞ-dən onun adına verilmiş reyestr nömrəsi ************, qeydiyyat nömrəsi XXX Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddia onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh cavabdeh3 103000 manat məbləğində pulun alınaraq, iddiaçı Iddiaçı verilməsi, tərəfindən ödənilmiş 435 manat dövlət rüsumunun cavabdeh cavabdeh3 tutularaq iddiaçı Iddiaçı ödənilməsi, tərəfindən hüquqi yardımla bağlı ödənilmiş 900 manat məbləğində pulun yarısının, yəni 450 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi qərara alınmışdır. Qeyd olunan qətnamə ## ###### 2024-cü il tarixdən icra edilməsi üçün Quba Rayon Icra və Probasiya Şöbəsinə yönləndirilmişdir. Bu zaman cavabdeh cavabdeh3 mülkiyyətində XXX rayonu, XXX kəndində yerləşən 0,0250 ha, 0,36 ha, 0,8404 ha və XXX rayonu, XXX kəndində yerləşən 0,3190 ha torpaq sahələri müəyyən edilmiş və icra sənədinin icrasını təmin etmək məqsədilə Quba Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərardadı ilə torpaq sahələri üzərinə həbs qoyulmuşdur. Bundan başqa, Quba Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərardadı ilə borclu cavabdeh3 mülkiyyətində olan “VAZ-21061” minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Quba Rayon Icra və X1 cavabdeh oğlunun mülkiyyətində olan “VAZ-21061” minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil 2500 manat dəyərində qiymətləndirilmişdir. cavabdeh3 məxsus üzərinə həbs qoyulmuş əmlak ona təklif edilmiş, o da, bununla razılaşmışdır. Cavabdeh cavabdeh3 mülkiyyətində olan torpaq sahələri üzərinə həbs qoyulduqdan sonra qiymətləndirilməsi üçün mütəxəssis təyin edilmişdir. Lakin bu zaman cavabdeh3 mülkiyyətində olan XXX rayonu, XXX kəndində yerləşən 0,36 ha və 0,8404 ha torpaq sahələrinin müqavilə əsasında özgəninkiləşdirildiyi müəyyən olunmuşdur. cavabdeh3 məhkəmə qətnaməsini icra etməkdən yayınmaq üçün mülkiyyətində olan torpaq sahələrini uydurma və həqiqəti pərdələmək niyyəti ilə bağışlanma yolu ilə 0,36 ha torpaq sahəsini ## ##### 2024-cü il tarixli, *Ə-**** nömrəli bağışlanma müqaviləsi əsasında yaxın qohumu sayılan qardaşı – cavabdeh1 bağışlamış, 0,8404 ha torpaq sahəsini isə ## ##### 2024-cü il tarixli, *Ə- **** nömrəli alqı-satqı müqaviləsi əsasında qohumu – cavabdeh4 satmışdır. Həmin müqavilələrin uydurma əqd olması ikisinin eyni gündə cavabdeh tərəfindən qohumlarına bağışlanması və satmasıdır. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikası adından qəbul edilmiş qətnaməni icra etməkdən yayınmaq üçün saxta yollara əl atmışdır.
8. Cavabdeh cavabdeh3 iddiaya etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı ona və qeyrilərinə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Iddiaçı qeyd olunan müqavilələrin tərəfi deyildir, bağışlanan əmlaklara dair onun paylı, birgə mülkiyyət hüququ və hər hansı başqa hüququ olmamışdır. Həmçinin, müqavilə obyekti olan torpaq sahələri onun xeyrinə, öhdəliyin icrasının təminatı olaraq girov qoyulmamışdır. Belə olduğu halda, iddiaçının mübahisələndirilən bağışlama müqavilələrinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yaranmamışdır. Iddiaçı ona heç bir aidiyyəti olmayan müqavilələri mübahisələndirir. Iddia ərizəsində qeyd olunan məhkəmə qətnaməsi ilə onun iddiaçıya borcunun olması, gələcəkdə həmin torpaq sahələrinin satışı hesabına borcun ödənilməsinin mümkün olması əsası ilə bağışlama müqavilələrinin ləğvinə dair iddiaçı tərəfindən iddianın qaldırılması üçün hüquqi ixtiyarı, bununla da tələb etmək hüququ yaranmamışdır. Hazırkı iş üzrə ## ##### 2024-cü il tarixli, *Ə- **** nömrəli və ## ##### 2024-cü il tarixli, *Ə-**** nömrəli əqdlərlə, o, öz mülkiyyətində olan torpaq sahələrini digər şəxslərə bağışlamış, həmin şəxslər isə hədiyyəni qəbul etmişlər, burada onların hansısa başqa bir əqdi bağlamaq niyyəti olmamışdır. Bağışlama zamanı mülki qanunvericiliyin və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilmişdir.
9. Birinci instansiya məhkəməsində cavabdeh cavabdeh1 Seyicamal oğlu iddia tələbinə etiraz edərək, cavabdehin qardaşı olmasını qeyd etməklə, daşınmaz əmlakın ona bağışlanması ilə bağlı razılığın cavabdehlə çoxdan əldə edilməsini, lakin rəsmiləşdirmənin sonrakı tarixlərdə həyata keçirilməsini qeyd etmişdir. Belə ki, torpaq sahəsi uzun müddətdir ki, onun istifadəsindədir.
10. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh4 iddia tələbinə etiraz edərək, cavabdehin xalası oğlu olduğunu bildirməklə, torpaq sahəsinin alqı-satqısının sonradan rəsmiləşdirilməsinin səbəbini digər cavabdehin istinad etdiyi eyni hallarla əsaslandırmışdır.
11. Quba Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim G.Kamilli) iddia təmin edilərək, cavabdeh cavabdeh3 mülkiyyətində olmuş və XXX rayonu, XXX kəndində yerləşən 0,36 ha torpaq sahəsinin qardaşı - cavabdeh1 bağışlaması haqqında Quba Regional “ASAN Xidmət” mərkəzinin notariat ofisində qeydə alınmış ## ##### 2024-cü il tarixli, 4Ə-**** reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ## ###### 2024-cü il qeydiyyat tarixli, ************ reyestr nömrəli, ********** nömrəli çıxarışın ləğv edilməsi, cavabdeh cavabdeh3 mülkiyyətində olmuş və XXX rayonu, XXX kəndində yerləşən 0,84 ha torpaq sahəsinin yaxın qohumu (xalası oğlu) cavabdeh4 satması haqqında Quba Regional “ASAN Xidmət” mərkəzinin notariat ofisində qeydə alınmış ## ##### 2024-cü il tarixli, 4Ə-**** reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ## ###### 2025-ci il qeydiyyat tarixli, ************ reyestr nömrəli, ********** nömrəli Çıxarışın ləğv edilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində əqdin etibarsızlığını yalan əqd olması ilə əlaqələndirsə də, məhkəmə iddia tələbindən və onun əsaslandırıldığı hallardan çıxış edərək, əqddə uydurma əqdin əlamətlərinin mövcudluğu qənaətinə gəlir.
13. Belə ki, iddiaçı ona istinad etmişdir ki, mübahisə olunan əqdlərin rəsmiləşdirilməsində məqsəd borclunun müqavilələrin predmeti olan əşyaların mülkiyyətçisi kimi görünməməsini təmin etməklə tələbin həmin əmlaka yönəldilmənin qarşısını almaqdır. Belə olan halda, alacağının borclunun əmlakı hesabına ödənilməsi imkanı aradan qalxır və tələbkar kimi hüquqları pozulur.
14. Bununla belə, işin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən müqavilə bağlanılan zaman tərəflərin iradə ifadəsi real bağışlama münasibətlərinə daxil olmağa yönəlməmişdir.
15. Məhkəmə tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh mülkiyyətində olan 0,36 ha və 0,8404 ha torpaq sahələrini məhz ## ###### 2024-cü il tarixli məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən qısa zaman sonra, eyni tarixdə bağlanmış müqavilələr əsasında, yəni ## ##### 2024-cü il tarixdə özgəninkiləşdirmişdir. Belə ki, 0,36 ha torpaq sahəsi qardaşı cavabdeh1 ilə bağlanmış bağışlama müqaviləsi və 0,8404 ha torpaq sahəsi isə xalası oğlu cavabdeh4 ilə bağlanmış alqı-satqı müqaviləsi əsasında sonuncuların adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır.
16. Əlavə olaraq məhkəmə qeyd etmişdir ki, hazırda 0,8404 ha təşkil edən torpağın sahəsi ## ##### 2024-cü il tarixli alqı-satqı müqaviləsində 0,96 ha olaraq qeyd edilsə də, işin araşdırılması zamanı, eyni zamanda cavabdehin də məhkəmə iclasında verdiyi izahatdan aydın olmuşdur ki, həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zamanı sahəsinin azalması müşahidə edilməklə sonradan 0,8404 ha olaraq qeyd edilmişdir. Belə ki, həm 0,96 ha, həm də 0,84 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrində çıxarış verilməsi eyni günə təsadüf etmişdir.
17. Məhkəmə iclasında cavabdehlər verdiyi izahatlarda cavabdeh1 və cavabdeh4 torpaq sahələrinin özgəninkiləşdirilməsi ilə bağlı razılığın uzun müddətdir əldə edilməsinə baxmayaraq, rəsmiləşdirmənin ## ##### 2024-cü il tarixdə həyata keçirilməsini iddia etsələr də, məhkəmə müqavilə tərəflərinin kimliyini (cavabdehlə qohumluq münasibətlərini), müqavilələrin bağlanmasının eyni tarixə və qətnamədən qısa müddət sonraya təsadüf etməsini, sözügedən şəxslərin torpaq sahəsindən uzun müddətdir istifadə etməsi ilə bağlı hər hansı bir sübutun təqdim edilmədiyini nəzərə alaraq, müqavilələrin cavabdehin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından yayınması məqsədilə bağlandığı qənaətinə gəlmişdir. Belə ki, torpaq sahələrinin niyə məhz eyni gündə özgəninkiləşdirildiyi və müqavilənin digər tərəflərinin hər ikisinin cavabdehlə qohumluq münasibətində olması faktı bağlanmış müqavilələrin etibarlılığının şübhə altında qoyulmasına səbəb olur.
18. Işdən məlum olmuşdur ki, icra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə cavabdehin mülkiyyətində olan torpaq sahələrinin üzərinə həbs qoyulmasına baxmayaraq, hazırda mübahisələndirilən sahəsi 0,36 ha və 0,84 ha təşkil edən torpaq sahələrinin ## ##### 2024-cü il tarixdə özgəninkiləşdirildiyi məlum olmaqla, onların üzərinə həbsin qoyulması mümkün olmamışdır.
19. Işin bütün faktiki halları onu deməyə əsas vermişdir ki, cavabdehin məqsədi bağışlama və alqı-satqı müqavilələrinin real məqsədlərinə xidmət edəcək hüquqi nəticə yaratmaqdan ibarət olmadığından həmin əqdlər uydurma əqd hesab edilməlidir.
20. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 340-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ##### 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
21. Cavabdeh cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Məhkəmə iclaslarında bildirdiyi kimi hazırkı iş üzrə mübahisələndirilən torpaq sahələrini - XXX rayonu, XXX kəndində yerləşən 0,84 ha torpaq sahəsini cavabdeh4 Quba Regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisində qeydə alınmış ## ##### 2024-cü il tarixli, 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında satmış, XXX rayonu, XXX kəndində yerləşən 0,36 ha torpaq sahəsini isə cavabdeh1 Quba Regional “ASAN Xidmət” mərkəzinin notariat ofisində qeydə alınmış ## ##### 2024-cü il tarixli, 4Ə-**** reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən bağışlamışdır. Bağışlanan və satılan torpaq sahələri bu barədə razılaşma əldə etdiyi vaxtdan hədiyyə alanın və alıcının mülkiyyətində, sahibliyində və istifadəsindədir. Bu fakt apellyasiya şikayətinə əlavə edilmiş, torpaq vergisinin ödəyicisi kimi bələdiyyədə qeydə alınma barədə sənəd və tədiyyə bildirişi ilə də təsdiq edilir. Həmin müqavilələr bağlanarkən torpaq sahələri üzərində heç bir məhdudiyyət olmamışdır. Müqavilələrin eyni gündə bağlanması, qohumluğu olan şəxslərlə bağlanması heç də bu müqavilələrin uydurma əqd hesab edilərək etibarsız hesab edilməsi üçün əsas deyildir. Müqavilələrin bağlanmamışdan əvvəl torpaq sahələrinə dair sənədlərin notarial təsdiq üçün hazırlanması, torpaq sahələrinin torpaqların elektron kadastr sistemində edilmiş dəyişikliklər və mülkiyyət hüququna dair yeni sənədin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması ilə əlaqədar vaxt tələb edildiyindən, çıxarışların verilməsi və müqavilələrin bağlanması qeyd olunan zamana təsadüf etmişdir. Mübahisələndirilən müqavilələr qanunvericiliyin tələblərinə əməl edilməklə, tərəflərin iradə ifadəsini əks etdirməklə bağlanmışdır. Iddiaçının iddia ərizəsində və məhkəmə iclasında bildirdiklərinin əksinə olaraq müqavilələr bağlanarkən torpaq sahələri üzərinə həbs qoyulmamışdır. Iş materiallarından da göründüyü kimi, alqı-satqı və bağışlanma müqavilələri ## ##### 2024-cü ildə bağlandığı halda, torpaq sahələri üzərinə həbs qoyulması barədə qərardad ## ###### 2024-cü ildə qəbul edilmişdir. Onun mülkiyyətində olan digər torpaq sahəsinin və Quba Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərardadı ilə ona məxsus avtomobilin üzərinə həbs qoyulmuşdur. Göründüyü kimi mübahisələndirilən müqavilələrin bağlandığı vaxtdan sonra da mülkiyyətində əmlak olmuş, hansı ki, həmin əmlakların özgəninkiləşdirilməsi üçün kifayət qədər vaxt imkanı olub, amma həmin əmlakları özgəninkiləşdirməmişdir. Bu da bir daha təsdiq etmişdir ki, bağladığı müqavilələr üzrə onun və əldə edənlər üçün hüquq və vəzifələr yaranmışdır, alqı-satqıda və bağışlanmada niyyət əmlakın digər şəxslərə özgəninkiləşdirilməsi olmuşdur, heç bir başqa məqsəd olmamışdır. Hədiyyə alanın və alıcının məhkəmə iclasında verdiyi izahatlarından da qeyd olunanlar məlum olur. Tərəfindən özgəninkiləşdirilən torpaq sahələri hal-hazırda əldə edənlərin mülkiyyətindədir. Bu müqavilələrin bağlanması nəticəsində onun və əldə edənlərin niyyəti torpaq sahələrinin digər cavabdehlərinin mülkiyyətinə keçməsi olmuşdur. Iddiaçı torpaq sahələrinin əldə edənlərin istifadəsində olmamasına, əqdlərin görünüş üçün bağlanmasına və bununla da həmin əqdlərin uydurma əqd olmasına dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Belə bir sübutun olması qeyri-mümkündür, çünki torpaq sahəsi digər cavabdehlərin istifadəsindədir. Məhkəmə iclasında əldə edənlər də izahatlarında torpaq sahəsinin onların istifadəsində olmasına dair izahat vermişlər. Şikayətə əlavə edilmiş bələdiyyənin vergi sənədi və tədiyyə bildirişindən də torpağın özgəninkiləşdirilən şəxslərin istifadəsində olması təsdiq olunur.
23. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bağışlanan torpaq sahəsini Quba Regional “ASAN Xidmət” mərkəzinin notariat ofisində qeydə alınmış ## ##### 2024-cü il tarixli, 4Ə-**** reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən əldə etmişdir. Ona bağışlanan torpaq sahəsi razılaşma əldə etdiyi vaxtdan onun istifadəsindədir. Müqavilə tam qanuni formada notariat ofisində bağlanmışdır. Torpaq sahəsi üzərində yüklülük olmamışdır. Müqavilə hər ikisinin razılığı ilə, könüllü bağlanmışdır. Bağışlayan şəxsin qardaşı olmasına gəldikdə isə bildirmişdir ki, məhz buna görə bağışlanma müqaviləsi bağlanmışdır. Torpaq sahəsinin guya onun istifadəsində olmaması barədə deyilənlərə münasibət bildirmiş və yenə də qeyd etmişdir ki, torpaq sahəsi istifadəsində olmuş və istifadəsindədir. Hal-hazırda qəbul edilən qətnamə ilə mülkiyyət hüququ pozulur. Bağışlanma barədə razılığı əvvəl olmuş, sadəcə olaraq torpaqlarla əlaqədar sənədləşmə yenidən həyata keçirilmiş və yubanma olmuşdur. Iddiaçının bağışlanma müqaviləsini formal bağlanması barədə iddiası tam əsassızdır. Niyyətlərinə uyğun olaraq müqavilə bağlamışlar. Bağışlanan torpaq sahəsinin hal-hazırda cavabdeh3 heç bir aidiyyəti yoxdur. Bu torpaq sahəsini neçə ildir ki, əkib becərir. Iddiaçının iddia ərizəsində və məhkəmədəki izahatında əks olunan subyektiv fikirləri onların arasındakı bağışlanma müqaviləsinin etibarsızlığı üçün əsas deyildir. Iddiaçı sübutsuz, dəlilsiz fikirlər irəli sürərək ona qarşı belə bir iddia qaldırmışdır. Məhkəmənin qətnaməsi ilə bu iddia təmin edilmişdir ki, bu da ədalətsiz qənaətə gəlinməsi ilə nəticələnmişdir. Bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur.
25. Həmçinin, cavabdeh cavabdeh4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aldığı torpaq sahəsinin pulunu tam ödəmiş və torpaq sahəsi onun mülkiyyətindədir. Torpaq sahəsini özü əkibbecərmiş,26. hazırda da əkib-becərir. Torpaq sahəsini cavabdeh3 Quba Regional “ASAN Xidmət” mərkəzinin notariat ofisində bağlanmış ## ##### 2024-cü il tarixli, 4Ə-**** reyestr nömrəli alqısatqı müqaviləsi əsasında almışdır. Onların qohum olması müqavilənin etibarsızlığı hesab oluna bilməz. Onların məqsədi alqı-satqı müqaviləsi bağlamaq olmuş, istəklərinə uyğun olaraq belə müqaviləni də bağlamışlar. Ona görə də müqavilənin etibarsız hesab olunması barədə Quba Rayon Məhkəməsinin, hazırda barəsində şikayət verdiyi qətnamə qanunsuz, ədalətsizdir. Həmin qətnamə ilə hüquqları pozulmuşdur. Min bir zəhmətlə pul qazanıb aldığı torpaq sahəsi əlindən alınır. Pulunu ödəməklə torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Iddiaçıya heç bir hüquqi bağlılığı olmayan torpaq sahəsini tam qanuni əsaslarla əldə etdiyi halda, həmin müqavilənin etibarsız hesab edilməsi ilə onun mülkiyyət hüququ pozulur.
27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qətnaməsi ilə (hakim A.Hüseynzadənin sədrliyi və məruzəsi ilə, hakimlər A.Mahmudov və L.Rəhimli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və gəldiyi nəticəni əsaslandırması ilə tam razılaşmaqla, əlavə olaraq qeyd etmişdir ki, cavabdehlər apellyasiya şikayətlərində mübahisəli torpaq sahələrinin daha əvvəl əldə etdiklərini, lakin üzrlü səbəblərdən öz mülkiyyətlərinə keçirə bilmədiklərini, o cümlədən həmin torpaq sahəsini mübahisələndirilən əqdlər bağlanmamışdan çox əvvəldən istifadə etdiklərini bildirsələr də buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişlər. Cavabdehlərdən yalnız cavabdeh1 tərəfindən apellyasiya şikayətinə vergiyə dair sənədlər əlavə edilmişdir ki, həmin sənədlər də mübahisələndirilən əqdlər bağlandıqdan sonrakı ilə, yəni 2025-ci ilə aid olmuşdur. Digər tərəfdən isə həmin sənədi, torpaq sahəsini alqı-satqı əsasında əldə edən cavabdeh4 deyil, cavabdeh1 təqdim etməsi də anlaşılan olmamışdır.
29. Apellyasiya kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 340-cı maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
30. Cavabdeh cavabdeh3 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu, Mülki Məcəlləsinin 152, 340, 390-cı, Mülki Prosessual Məcəlləsinin 77, 88-ci maddələrinin tələbləri pozulmuşdur.
32. Belə ki, o, mülkiyyətində olan əmlak üzərində sərəncam verməklə mülkiyyət hüququndan istifadə etmişdir. Həmin əmlak üzərində mülkiyyət hüququ hər hansı formada məhdudlaşdırılmamışdır, torpaq sahələrinə digər şəxs və ya şəxslərin hər hansı hüququ olmamışdır. Ona görə də mülkiyyətində olan əmlaklar barədə sərbəst surətdə sərəncam verməyi barədə müqavilələrin etibarsız hesab edilməsini əsassız hesab etmişdir. O, öz hüququndan istifadə edərək hazırkı iş üzrə mübahisələndirilən müqavilələri bağlamış, həmin müqavilələr onun iradəsinə və əldə edənlərin iradəsinə uyğun olmuşdur. Özgəninkiləşdirilən torpaq sahələrinə üçüncü şəxslərin hüququ yoxdur. Borclu olmağı onu müqavilə bağlamaq azadlığından məhrum edə bilməz. Tərəfindən özgəninkiləşdirilən torpaq sahələri əldə edənlərin mülkiyyətində, sahibliyində və istifadəsindədir. Bu müqavilələrin bağlanması nəticəsində onun niyyəti və əldə edənlərin niyyəti torpaq sahələrinin digər cavabdehlərinin mülkiyyətinə keçməsi olmuşdur.
33. Cavabdeh cavabdeh4 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
34. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2023-cü il tarixli Qərarının və Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri pozulmuşdur.
35. Belə ki, hazırkı iş üzrə məhkəmələr mübahisəli halları qiymətləndirərkən tərəflərin iradə ifadəsinin həqiqi məzmununu, o cümlədən müqavilədən əvvəlki danışıqları və vəziyyəti nəzərə almamışdır. Bununla yanaşı, iş üzrə qiymətləndirmə aparılarkən vicdanlılıq prezumpsiyası və estoppel prinsipindən irəli gələn tələblərə də əməl olunmamışdır. Nəticədə, mübahisəyə baxılarkən mülki qanunvericiliyin tələb etdiyi hərtərəfli və obyektiv yanaşma təmin edilməmişdir. Məhkəmə Mülki Məcəllənin 337 və 340-cı maddələrinə əsaslanaraq alqı-satqı müqaviləsini uydurma əqd olduğu üçün etibarsız hesab etmişdir. Lakin bu yanaşma ilə formal mülahizələrə üstünlük verərək mahiyyətin nəzərə alınmaması hüququn ümumi prinsiplərinə, xüsusilə də vicdanlılıq prinsipinə ziddir və mülki dövriyyənin sabitliyinin pozulmasına səbəb olur. Hüquq doktrinasına və məhkəmə təcrübəsinə əsasən hüquqi əməliyyatların mahiyyətinə baxılmadan müqavilənin etibarsız sayılması hüququn məqsədinə və ədalət prinsipinə zidd hesab olunur. Işə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi XXX rayonu, XXX kəndində yerləşən 0,84 ha torpaq sahəsi üzrə ## ##### 2024-cü il tarixli, 4Ə-**** reyestr nömrəli alqısatqı müqaviləsinin tərəfləri olan cavabdeh cavabdeh3 ilə cavabdeh cavabdeh4 əqd bağlayarkən hüquqi nəticə əmələ gətirmək arzusunda olmadıqları, həmin müqaviləni üçüncü şəxsləri aldatmaq və sanki alqı-satqı münasibəti varmış kimi görünmək məqsədilə bağladıqları nəticəsinə gəlmək üçün mötəbər və kifayətedici sübutlara istinad etməmişdir. Belə ki, müqavilənin digər müqavilə ilə bağlanma tarixinin eyni olması və alıcı cavabdehin satıcı cavabdehin yaxın qohumunun olması özü-özlüyündə əqdin əhəmiyyətsiz olması üçün kifayət deyil. Belə ki, mübahisə halında qeyd olunan faktların yaranma səbəbləri məhkəmə tərəfindən hərtərəfli araşdırılmalı, tərəflərin əsl iradəsinin konkret hüquqi nəticə əldə etməyə yönəlibyönəlmədiyi müəyyən edilməlidir. Bu zaman müqavilədə əks olunan iradə ifadələrinin yalnız formal məzmunu ilə kifayətlənilməməli, onların həqiqi mahiyyəti üzə çıxarılmalı, tərəflərin müqavilə bağlanmazdan əvvəlki və sonrakı davranışları kompleks şəkildə qiymətləndirilməlidir. Xüsusilə, torpaq sahəsinin faktiki olaraq alıcının istifadəsinə verilib-verilmədiyi, alıcının həmin sahə üzərində real sahiblik və istifadə hüququnu həyata keçirib-keçirmədiyi (torpaq sahəsi müqavilə bağlanmazdan uzun müddət öncə alıcının istifadəsinə verilmiş və alıcı tərəfindən əkin işləri aparılmışdır), habelə alıcının verdiyi etibarnamə əsasında əmlakın formal olaraq satıcının sahibliyində qalıb-qalmadığı kimi mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmalı və sübutlar məcmu halında qiymətləndirilməlidir. Bundan əlavə, nəzərə alınmalıdır ki, satıcı digər əmlaklarda olduğu kimi, sözügedən torpaq sahəsini də bağışlama yolu ilə cavabdehin mülkiyyətinə keçirə bilərdi. Lakin tərəflər məhz alqı-satqı müqaviləsi bağlamağı seçmiş, bu müqavilə çərçivəsində alıcı tərəfindən satıcıya müvafiq ödəniş həyata keçirilmişdir. Bu hal isə tərəflərin hüquqi nəticə yaratmaq niyyətində olduqlarını göstərən mühüm göstəricilərdən biri kimi qiymətləndirilməlidir. Hazırkı işdə XXX rayonu, XXX kəndində yerləşən 0,84 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin uydurma əqd olduğunu iddiaçı bildirdiyi üçün həmin alqısatqı müqaviləsi üzrə əşyanı əldə edən cavabdeh cavabdeh4 vicdanlı olmadığını sübut etmək yükü iddiaçıya aiddir. Buna baxmayaraq iddiaçının həmin sübutetmə vəzifəsini yerinə yetiribyetirmədiyi, nəticə etibarilə cavabdeh cavabdeh4 vicdanlı olmadığına dair işdəki sübutlar lazımi qaydada qiymətləndirilməmiş, əqdin etibarlılığına qeyd edilən maddi hüquq normasının dispozisiya şərtləri baxımından hüquqi qiymət verilməmişdir.
36. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
37. Iddiaçı Iddiaçı kassasiya şikayətlərinə qarşı yazılı etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
38. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisəli əqdlər cavabdehin sərbəst iradəsinin deyil, məhkəmə qətnaməsinin icrasından yayınmaq məqsədinin nəticəsidir. Iş materiallarından tam aydın görünmüşdür ki, cavabdeh cavabdeh3 mübahisəli əqdləri adi mülki dövriyyə qaydasında deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından yayınmaq məqsədilə bağlamışdır.
Kassasiya baxışının hədləri:
39. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
40. Cavabdehlər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlüklə mübahisələndirdiklərindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin hazırkı kassasiya şikayətlərinin dəlillərinə oxşar olan apellyasiya şikayətlərinin dəlillərinə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, cavabdehlər arasında bağlanmış müqavilələrin uydurma əqd olmalarına dair nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
45. Kassasiya şikayətlərinin dəlilləri üzrə məhkəmə kollegiyası ilk olaraq izah edir ki, hazırkı tələbin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 340.1-ci maddəsinin dispozisiyasından görünür ki, uydurma əqdin aşağıdakı əlamətləri mövcuddur: 1) bu əqdi bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə uyğun hüquqi nəticə, yəni tərəflər üçün hüquq və vəzifələr yaranmır, belə niyyət də mövcud deyildir; 2) əqdin tərəfləri bununla formal hüquqi görünüş yaradaraq, tam başqa məqsəd güdürlər. Bu məqsədin hüquqazidd xarakter daşıması: vergi ödəməkdən yayınması, cinayət yolu ilə əldə edilmiş əmlakı müsadirə olunmaqdan xilas edilməsi, öhdəliyini icra etməkdən boyun qaçırması, birgə nikah dövründə əldə olunmuş əmlakın ər-arvad arasında bölünməsinin qarşısının alınması və s. istisna olunmur. Göstərilən hallara görə uydurma əqd qanunazidd və məzmunu qüsurlu olduğu üçün əhəmiyyətsizdir.
46. Bu səbəblərə görə, müqavilənin etibarsızlığı tələbini irəli sürmək hüququna yalnız müqavilə tərəfi deyil, həmin müqavilə ilə hüquq və mənafelərinə toxunan şəxs də malikdir.
47. Hazırkı işdə bağlanmış bağışlama müqavilələrinin iddiaçının tələbi üzrə qəbul edilən məhkəmə qətnaməsinin icrasının qeyri-mümkünlüyünə səbəb olduğundan, iddiaçının bu tələbi irəli sürməyə hüququ olmuşdur.
48. Kassasiya şikayətlərinin digər dəlilləri işin faktiki hallarının araşdırılmaması və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlıdır. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdehlər cavabdeh3 və cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.