Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1392/2026 09.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi üzrə öhdəliyin pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, # #### 2026cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. ##.##.2023-cü il tarixdə sifarişçi- İddiaçı ilə icraçı- Cavabdeh arasında sifarişçinin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində təmir-tikinti işlərinin aparılması barədə əmlakın təmiri və tikintisi üçün əmlak sahibi ilə icraçı arasında müqavilə bağlanmışdır.
2. Həmin müqavilənin şərtlərinə görə, təmir-tikinti işləri ilə əlaqədar, sifarişçi- İddiaçı icraçı Cavabdeh 90.000 manat məbləğində pul ödəməli idi.
3. İcraçı- Cavabdeh, sifarişçi- İddiaçı ## ###### 2023-cü il tarixdə hasarın tikilməsi üçün 2.000 manat, ## ###### 2023-cü il tarixdə hasarın tikilməsi üçün qalıq 2.000 manat, bağlanmış müqavilə üzrə beh olaraq ## #### 2023-cü il tarixdə 1.000 manat, ## #### 2023- cü il tarixdə 24.000 manat, ## ###### 2023-cü il tarixdə 20.000 manat, ## ####### 2023-cü il tarixdə 15.000 manat, ## ###### 2023-cü il tarixdə 15.000 manat almışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra- cavabdeh) qarşı dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən görülməmiş işlərin müqabilində 23.162 manat, 18 ay ödənilmiş kirayə haqqına görə 9.000 manat olmaqla, cəmi 32.162 manatın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ona məxsus torpaq sahəsində bağ evi tikdirmək qərarına gəlmişdir. Mülkiyyət hüquqi ilə ona məxsus qeyd olunan ünvanda yerləşən 180 kv.m. evin tikintisi məqsədi ilə, evi tikib təmir edib, tam təhvil verməsi üçün cavabdehlə ## #### 2023-cü ildə müqavilə bağlamışdır. Təmir tikinti işinin bitmə müddəti 2024-cü ilin yanvar ayına müəyyən edilmişdir. Bundan sonra, cavabdeh evin tikintisinə başlamış, lakin 2024-cü ilin yanvar ayında evi müqavilədə razılaşdıqları kimi çatdıra bilməyəcəyini bildirib, əlavə olaraq ondan bir ay da vaxt istəmişdir. Başqa çıxış yolu olmadığı üçün, o, cavabdehlə razılaşmışdır ki, ən geci mart ayının əvvəllərinə evi təhvil versin. Lakin, artıq razılaşmadan 4 aydan artıq vaxt keçməsinə baxmayaraq, cavabdeh hər dəfə bir bəhanə gətirib, evin təmirini yekunlaşdırıb təhvil vermir. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh heç bir hərəkət etmir. O, isə cavabdehin bu hərəkətindən çox əziyyət çəkir, belə ki, o, kirayədə qalır. Hər ay 500 manat kirayəyə pul xərcləyir. Müqavilənin şərtinə uyğun olaraq, evin tikintisi üçün cavabdehə cəmi 90.000 manat ödəməli idi. Razılaşmaya uyğun olaraq o, bu günə qədər cavabdeh evin tikintisi üçün 75.000 manat ödəmişdir. Həmçinin, torpaq sahəsinin kənar divarlarının çəkilməsi üçün də, əlavə olaraq 4000 manat ödəmişdir. Cavabehə cəmi 79.000 manat ödəməsinə baxmayaraq, müqavilədə şərtləşdiyi kimi ödənilən məbləğə uyğun işlər görülməmişdir.
6. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli ekspert rəyində göstərilir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində, ****L nömrəli ünvanda yerləşən fərdi yaşayış evi üzrə aparılmış tikinti və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq, ümumi dəyəri 51.838,0 manat müəyyən olunur.
7. Mərkəzi Ekspertiza Bürosunun ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatında göstərilir ki, Mərkəzi Ekspertiza Bürosunun qiymətləndici mütəxəssisləri tərəfindən aparılmış hesablamalar və təhlillər əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində, ****L nömrəli ünvanda yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin təmir-tikinti işlərinə 2024-cü ilin iyun ayınadək görülmüş işlərin dəyəri 57.714 manat təşkil edir.
8. Şamaxı Rayon Məhkəməsinin e-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Yaqubov) iddia qismən təmin edilərək, dəymiş zərərin əvəzinə görə 21.286 manat, vəkilə xidmət haqqı olaraq ödənilmiş 419,75 manat, ekspertiza tədqiqatının dəyəri olaraq ödənilmiş 500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 150 manat olmaqla, cəmi 22.355,75 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.
9. Məhkəmənin mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq podrat müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə əsasında iddiaçıdan razılaşdırılmış pul məbləğini almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında təmir işlərini şərtləndirilmiş müddətdə və qüsursuz görməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh podrat müqaviləsi əsasında iddiaçıdan pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin işləri tam, vaxtında və qüsursuz görməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən podrat müqaviləsi üzrə yaranmış zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır.
10. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, iddiaçı tikinti-təmir işlərinə görə cavabdehə verdiyi 79.000 manatdan görülməmiş işlərin müqabilində 23.162 manatın qaytarılmasını tələb etsə də, məhkəmə iclasında araşdırılmış sübutlarla (ekspertiza tədqiqatı) müəyyən olunmuşdur ki, cavabdeh ödənilmiş vəsaitin müqabilində 57.714 manatlıq işlərin yerinə yetirilməsini təmin etmiş, 21.286 manatlıq işlərin yerinə yetirilməsini isə təmin etməmişdir.
11. Həmçinin, məhkəmə qeyd etmişdir ki, iddiaçı 18 ay ödənilmiş kirayə haqqının əvəzi olaraq 9.000 manatın cavabdehdən tutulmasını tələb etsə də, iddiaçı həmin hissədə tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir
12. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 442, 445.2.1, 448.1, 752.1, 753.1, 759.1, 759.2, 762.1, 762.2, 765-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.3, 217.4, 218.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə yanlış nəticəyə gəlmişdir. Məhkəmə öz qərarında sübutlara yer verməli olduğu halda qanun və sübutlardan kənara çıxaraq yekun məhkəmə aktı çıxarmışdır. Belə ki, iş materiallarında olan Mərkəzi Ekspertiza Bürosunun ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatında göstərilir ki, qiymətləndici-mütəxəssislər tərəfindən aparılmış hesablamalar və təhlillər əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində, ****L nömrəli ünvanda yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin təmir-tikinti işlərinə 2024-cü ilin iyun ayınadək görülmüş işlərin dəyəri 57.714 manat təşkil edir. Qeyd edir ki, qiymətləndirmə hesabatına nəzər yetirdikdə aydın olur ki, göstərilən xidmətin içərisində podratçı şirkətin qazancına qiymət qoyulmamışdır ki, bütün tikinti şirkətləri öz gəlirini də müəyyən edirlər. Bundan əlavə hesabatda göstərilən ölçülər, miqdarlar və qiymətlər heç bir halda reallığı əks etdirmir. Bunun da səbəbi ekspertin yalnız bir tərəfin iştirakı ilə tədqiqat aparmasıdır. Əgər cavabdehin iştirakı təmin edilsəydi, real istifadə edilmiş materialların qiyməti və görülən işlər dəqiq müəyyən ediləcəkdi ki, bu halla ədalətli qətnamənin çıxarılmasına nail oluna bilərdi. Məhkəmə bu halları nəzərə almadan yalnız 57.714 manatı əsas götürərək qərar qəbul etmişdir ki, bu da üzərinə əlavə öhdəlik qoyulmasına gətirib çıxarmaqla hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə istinad etdiyi sübutları araşdırmamış, işinə ədalətli yanaşmamış və qanun tələblərini pozaraq işin həqiqi mahiyyətindən çox-çox fərqli və əks bir qənaətə gəlmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, # #### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Ayaz Mahmudov (sədrlik edən, məruzəçi), Afiq Hüseynzadə və lalə Rəhimli) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə görə, iddiaçı özünə məxsus fərdi yaşayış evinin tikinti-təmir işlərinin görülməsini cavabdehə həvalə etmiş, bunun üçün iddiaçı razılaşdırılmış 90.000 manatın 79.000 manatını cavabdehə vermiş, lakin cavabdeh aldığı məbləğin qarşılığında işlərin yerinə yetirilməsini təmin etməmiş, bununla da, öhdəliyini tam icra etməmişdir. Odur ki, iddiaçı cavabdehdən podrat müqaviləsi üzrə yaranmış zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır.
17. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazırkı halda apellyator şikayətində iddia tələbində qeyd olunan formada münasibətlərin mövcudluğunu inkar etməmiş, sadəcə verilmiş rəyin reallığı əks etdirmədiyini bildirməklə, dəllilərini təsdiq edəcək hər hansı sübutu təqdim etməmiş, şikayətini qısa şəkildə formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. Apellyasiya şikayətinin dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu konkret açıqlanmamış, əlavə və ya təkrar ekspertizanın (qiymətləndirmənin) keçirilməsinin zəruriliyinə dair ciddi dəlillər göstərilməmişdir. Hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə ekspertizasının keçirilməsi də təmin oluna bilməz.
18. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
19. Şərh olunanları ümumiləşdirərək apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, AR MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
20. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 385.1, 399.1, 425.1, 442, 448.1, 752.1, 752.2, 753.1, 753.2, 753.3, 754.1, 754.2, 759.1, 759.2, 760.1, 760.2, 762.1ci, habelə MPM-in 14.2, 77.1, 88, 384.0.1, 385.2, 402.1-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır.
Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh fərdi yaşayış evində tikintitəmir 22.işləri aparmış və evin əsas konstruktiv elementlərini – bünövrə, sütunlar, divarlar, örtük, pilləkən və digər işləri yerinə yetirmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli ekspert rəyində göstərilir ki, həmin ünvanda aparılmış tikinti və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 51.838,0 manat (Mərkəzi Ekspertiza Bürosu isə bu dəyəri 57.714 manat olaraq göstərmişdir) məbləğində müəyyən edilmişdir. Bu o, deməkdir ki, cavabdeh aldığı 79.000 manat məbləğindən əhəmiyyətli hissəsini işlərin icrasına sərf etmişdir. Lakin apellyasiya məhkəməsi AR Mülki Məcəlləsinin 753.2-ci maddəsini düzgün tətbiq etməmişdir. Bu maddəyə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. İddiacının özü də etiraf edir ki, müqavilədən sonra əlavə işlərin görülməsi barədə şifahi razılaşmalar olmuşdur (məsələn, torpaq sahəsinin kənar divarlarının çəkilməsi üçün 4.000 manat ödənilməsi). Bu hal müqavilə şərtlərinin dəyişməsinə dəlalət edir və məhkəmə tərəfindən nəzərə alınmalı idi. İş üzrə keçirilmiş iki ekspertiza arasında 5.876 manat fərq vardır. Həmçinin Mərkəzi Ekspertiza Bürosunun ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatına nəzər yetirdikdə aydın olur ki, göstərilən xidmətin içərisində podratçı şirkətin qazancına qiymət qoyulmamışdır ki, bütün tikinti şirkətləri öz gəlirini də müəyyən edirlər. Bundan əlavə hesabatda göstərilən ölçülər, miqdarlar və qiymətlər heç bir halda reallığı əks etdirmir. Bunun da səbəbi ekspertin yalnız bir tərəfin iştirakı ilə tədqiqat aparmasıdır. Əgər cavabdehin iştirakı təmin edilsəydi, real istifadə edilmiş materialların qiyməti və görülən işlər dəqiq müəyyən ediləcəkdi ki, bu halla ədalətli qətnamənin çıxarılmasına nail oluna bilərdi. Məhkəmə bu halları nəzərə almadan yalnız 57714 manatı əsas götürərək qərar qəbul etmişdir ki, bu da cavabdehin üzərinə əlavə öhdəlik qoyulmasına gətirib çıxarmaqla hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə istinad etdiyi sübutları araşdırmamış, işinə ədalətli yanaşmamış və qanun tələblərini pozaraq işin həqiqi mahiyyətindən çox-çox fərqli və əks bir qənaətə gəlmişdir. Buna baxmayaraq, apellyasiya məhkəməsi bu zəddiyyəti aradan qaldırmaq üçün təkrar ekspertiza təyin etməmiş, həmçinin hər iki ekspertizadan hansının daha etibbarlı olduğunu ətraflı əsaslandırmamışdır. Bu, AR MPM-nin 88-ci maddəsinin tələblərinin pozulmasıdır, belə ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Apellyasiya məhkəməsi öz qətnaməsində AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə istinad etsə də, vicdanlılıq prinsipini yalnız cavabdehin əleyhinə tətbiq etmişdir. Lakin bu prinsip hər iki tərəfə eyni dərəcədə şamil olunmalıdır. İş materiallarından aydın görünür ki, iddiaçı özü də müqavilə şərtlərinin dəyişdirilməsinə səbəb olmuşdur — müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini şifahi şəkildə tələb etmiş, əlavə ödənişlər etmiş, lakin müqavilənin müddəti və şərtləri barədə yazılı razılaşma tərtib etməmişdir. Belə olan halda, yalnız cavabdehi vicdansız tərəf kimi qiymətləndirmək AR Mülki Məcəlləsinin 399.1-ci maddəsində nəzərdə tutulan tərəflərin qarşılıqlı vicdanlılıq öhdəliyinə ziddir. Qeyd olunmalıdır ki, iddiaçı cavabdehin gördüyü işlərdə qüsurların mövcudluğunu iddia etsə də, bu qüsurların konkret olaraq hansı tikinti-texniki normalara uyğun gəlmədiyini sübut etməmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli ekspert rəyində birinci, ikinci və üçüncü suallara, yəni tikinti işlərinin normalara uyğunluğu, divarlardakı çatların yaranma səbəbi və təhlükə dərəcəsi barədə — cavab verilməmiş qalmışdır, çünki Fövqəladə Hallar Nazirliyinin mütəxəssis rəyi təqdim olunmamışdır. Beləliklə,iddiaçının işlərin qüsurlu olduğu barədə iddiası yalnız onun öz ifadəsinə əsaslanır və müstəqil texniki sübut ilə təsdiqlənməmişdir. AR MPM-nin 77.1cimaddəsinə əsasən, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir, lakin iddiaçı bu öhdəliyini yerinə yetirməmişdir. İddiaçı ilə cavabdeh arasında olan müqaviləyə əsasən hər kv.m üçün tikinti zamanı 250 manat, evin təmiri üçündə hər kv.m üçün 250 manat razılaşdırılmışdır. Ekspertizaya təqdim edilmiş səkillərin heç biri möcvud tikilinin halını əks etdirmir, çünki ekspertizaya təqdim edilmiş şəkillər köhnə şəkillər idi. Cavabdeh tərəfindən görülməyən işlər yalnız “ emusiya və pintuslar”dan ibarət idi. Bu isə 20.000 manat kimi göstərilə bilməz. Yuxarıda da qeyd edildiyi kimi, ekspertiza zamanı qoyulan ilk 3 suala da cavab verilməmiş, buda həmin rəyin natamam və əsaslı olmadığını göstərir. Belə bir natamam rəy məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
30. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
31. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
32. Maddə 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır.
33. Maddə 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir.
34. Maddə 754.1. Əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir.
35. Maddə 754.2. Müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur.
36. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.
37. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
38. Maddə 760.1. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun.
39. Maddə 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
40. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 43.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 44.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 45.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 46.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 47.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Cavabdehin kassasiya şikayətində qətnamə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, apellyasiya məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı.
Kassasiya məhkəməsinin hüquqi mövqeyi
50. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
51. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
52. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə görə, iddiaçı özünə məxsus fərdi yaşayış evinin tikinti-təmir işlərinin görülməsini cavabdehə həvalə etmiş, bunun üçün iddiaçı razılaşdırılmış 90.000 manatın 79.000 manatını cavabdehə vermiş, lakin cavabdeh aldığı məbləğin qarşılığında işlərin yerinə yetirilməsini təmin etməmiş, bununla da, öhdəliyini tam icra etməmişdir. Odur ki, iddiaçı cavabdehdən podrat müqaviləsi üzrə yaranmış zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
53. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırkı halda apellyator şikayətində iddia tələbində qeyd olunan formada münasibətlərin mövcudluğunu inkar etməmiş, sadəcə verilmiş rəyin reallığı əks etdirmədiyini bildirməklə, dəllilərini təsdiq edəcək hər hansı sübutları təqdim etməmiş, şikayətini qısa şəkildə formal mülahizələrlə əsaslandırmağa çalışmışdır.
54. Apellyasiya məhkəməsi eyni zamanda qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu konkret açıqlanmamış, əlavə və ya təkrar ekspertizanın (qiymətləndirmənin) keçirilməsinin zəruriliyinə dair ciddi dəlillər göstərilməmişdir. Hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə ekspertizasının keçirilməsi də təmin oluna bilməz.
55. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən dəlillərə kifayət qədər ətraflı qiymət verilmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
56. Şərh olunanları ümumiləşdirərək apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
57. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Q ə r a r a aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # #### 2026-cı il tarixli, 2(3- 8)-199/2026 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.