Məhkəmə qərarları › İş №2(1-8)-280/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-280/2026

02.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-280/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 Publik Hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: əqdin etibarsızlığı, əqdi bəyənmə, ər və ya arvadın əqdin bağlanmasının bəyənilməsinə yönəlmiş hərəkətləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh2 Publik Hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “birgə nikah dövründə əldə olunmuş əmlakdan imtinanın qanunsuz hesab edilməsi, çıxarışın bərpa edilməsi, əmlakın bölünməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı (vəkil Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə # ##### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. cavabdeh1 ilə Şirinova Gülbuta Əkbər qızı ## #### 1992-ci il tarixində rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar.

2. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ##.##.2021-ci il tarixli çıxarışa əsasən, Qusar rayonu Avaranqışlaq kəndində yerləşən 30 ha. torpaq sahəsi üzrə cavabdeh1 mülkiyyət hüquqları qeydiyyata alınmışdır.

3. Daşınmaz əmlakın alğı-satqısı haqqında ##.##.2021-ci il tarixli, *Ə-*** nömrəli müqaviləyə əsasən, cavabdeh1 mülkiyyətində olan Qusar rayonu Avaranqışlaq kəndində yerləşən 30,0 ha. torpaq sahəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 30.000 manata satmışdır.

4. “Alğı-satqı-müqaviləsinin ləğvinə dair ##.##.2022-ci il tarixli, *M-*** nömrəli müqavilədən görünür ki, cavabdeh1 Qusar rayonu Avaranqışlaq kəndində yerləşən 30,0 ha. torpaq sahəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 satması barədə alğı-satqı müqaviləsi ləğv edilmiş, cavabdeh1 30.000 manatı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 qaytarmağı öhdəsinə götürmüşdür.

5. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ##.##.2022-ci il tarixli çıxarışa əsasən, Qusar rayonu Avaranqışlaq kəndində yerləşən 30 ha. torpaq sahəsi üzrə cavabdeh1 mülkiyyət hüquqları qeydiyyata alınmışdır.

6. cavabdeh1 Qusar rayonu Avaranqışlaq kəndində yerləşən 30,0 ha. torpaq sahəsindən ##.##.2022-ci il tarixli, 8İ-3413 nömrəli notarial qaydada təsdiq edilmiş ərizə əsasında Qusar rayon Kuzunqışlaq Bələdiyyəsinin xeyrinə imtina etmişdir.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinin ##.##.2022-ci il tarixli, ************ nömrəli məktubunda göstərilmişdir ki, cavabdeh1 - hüquq sahibinin ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında mülkiyyət hüquqları ləğv edilmişdir.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında cavabdeh2 Publik Hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinin Qusar Rayon Məhkəməsinə ünvanlanmış ##.##.2025ci il tarixli məktubundan görünür ki, Qusar rayonu Avaranqışlaq kəndində yerləşən 30 ha. torpaq sahəsi ilk olaraq ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən cavabdeh1 adına qeydiyyata alınmışdır. Bakı şəhəri ** saylı notariat ofisinin ##.##.2021-ci il tarixli, *Ə-*** nömrəli alğı-satqı müqaviləsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 alğı-satqı olunmuş və ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi Bakı şəhəri ** saylı notariat ofisinin ##.##.2022-ci il tarixli, *M-*** nömrəli “Alğı-satqı müqaviləsinin ləğvinə dair saziş” əsasında ləğv olunmuşdur. cavabdeh1 Qusar rayon notariat ofisinin 8İ-3413 nömrəli ərizəsi əsasında 30,0 ha torpaq sahəsi üzərində hüquqları ləğv edilmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qərarına əsasən, iddiaçı Qusar rayonu Kuzunqışlaq bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “çıxarışların ləğv edilməsi tələbinə dair” iddiası təmin edilərək, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ********** saylı, ##.##.2022-ci il tarixli və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ********** saylı, ##.##.2021-ci il tarixli çıxarışların ləğv edilməsi qərara alınmışdır.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli qərarına əsasən, Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçı Qusar rayonu Kuzunqışlaq bələdiyyəsinin cavabdeh * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışların ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Məhkəmə həmin nəticəyə gələrkən qeyd etmişdir ki, iddia tələbi üçüncü şəxslər cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adına olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ********** saylı, ##.##.2022-ci il tarixli və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ********** saylı, ##.##.2021-ci il tarixli çıxarışların ləğv edilməsi barədə olsa da, cavabdehin iddia ərizəsinə etirazından və qərardan verdiyi apellyasiya şikayətindən aydın olur ki, iş üzrə üçüncü şəxslər həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarını itirmişlər və bu barədə qeydiyyat artıq ləğv edilmişdir.

11. “Elektron məhkəmə” informasiya sistemindən müəyyən edilir ki, cavabdeh1 ilə Şirinova Gülbuta Əkbər qızı Bakı şəhəri, Xətai rayonu General Şıxlinski küçəsi ev 59, mənzil 105-də birlikdə yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

12. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil cavabdehlər cavabdeh1 və cavabdeh2 Publik Hüquqi şəxsinin * saylı Xaçmaz ərazi idarəsinə (bundan sonra cavabdehlər, yaxud ad, soyadı, Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh1 ilə birgə nikah dövründə əldə etdikləri Qusar rayonu, Avaranqışlaq kəndində yerləşən, Daşınmaz əmlakın dövlət reyestrində ##.##.2022-ci il tarixli, ********** nömrəli çıxarışla qeydə alınmış kənd təsərrüfatı təyinatlı 30 ha. torpaq sahəsindən cavabdeh1 imtinasının qanunsuz hesab edilməsi, çıxarışın bərpa edilərək həmin torpaq sahəsinin bərabər şəkildə bölünməklə 1/2 hissəsinə iddiaçının mülkiyyət faktının müəyyən edilməsi və iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasının * saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh cavabdeh1 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə nikahından 3 övladı anadan olmuşdur. İddiaçı əri ilə birgə nikah dövründə Qusar rayonu, Avaranqışlaq kəndində 30 ha torpaq sahəsi əldə etmişdir. Bu əmlaka ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Bir neçə il bundan öncə iddiaçının cavabdeh1la münasibətləri pisləşmişdir. İddiaçı birgə nikah dövründə əldə olunmuş əmlakları böldürmək qərarına gəlmişdir. Bununla əlaqədar, Qusar rayonu, Avaranqışlaq kəndində yerləşən 30 ha torpaq sahəsini böldürmək üçün cavabdeh olan İdarəyə müraciət etmişdir. Oradan iddiaçıya bildirmişlər ki, ərinin ondan xəbərsiz birgə nikah dövründə əldə etdiyi Qusar rayonu, Avaranqışlaq kəndində yerləşən 30 ha. torpaq sahəsindən imtina etməsi nəticəsində reyestrdən çıxarış ləğv edilmişdir.

14. Cavabdeh cavabdeh1 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, o, həmin torpaq sahəsindən qanunsuz olaraq imtina etmişdir. Qanunsuzluq ondan ibarətdir ki, birgə nikah dövründə əldə etdiyi əmlakdan təkbaşına yəni arvadından xəbərsiz imtina etmişdir. Heç bir dövlət orqanı imtinanın qanunsuz olduğunu ona bildirməmişdir. Hətta imtinası əsasında birgə nikah dövründə əldə etdiyi əmlaka dair mülkiyyəti təsdiq edən çıxarışı ləğv edilib. Hazırda etdiyi hərəkətdən peşmandır. Buna görə də, iddia tələbini tam qəbul edir, iddianı tam etiraf edir.

15. Məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

16. Qusar Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2025-ci il tarixli qərardadı ilə iddia tələbinin iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasının * saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi hissəsində icraatına xitam verilmişdir.

17. Qusar Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)- ***/**** nömrəli, ## ##### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddianın təmin edilməsi, cavabdeh cavabdeh1 ilə iddiaçı İddiaçı birgə nikah dövründə əldə etdikləri Qusar rayonu, Avaranqışlaq kəndində yerləşən, Daşınmaz əmlakın dövlət reyestrində ##.##.2022-ci il tarixli, ********** nömrəli çıxarışla qeydə alınmış kənd təsərrüfatı təyinatlı 30 ha. torpaq sahəsindən cavabdeh1 imtinasının qanunsuz hesab edilməsi, çıxarışın bərpa edilməsi, həmin torpaq sahəsinin bərabər şəkildə bölünməklə 1/2 hissəsinə İddiaçı mülkiyyət hüququnun müəyyən edilməsi qət olunmuşdur.

18. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh1 ilə İddiaçı rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. İddiaçı cavabdeh1la birgə nikah dövründə Qusar rayonu, Avaranqışlaq kəndində 30 ha torpaq sahəsi əldə etmişdir. Bu əmlak Daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydə alınaraq ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. cavabdeh1 həmin torpaq sahəsində qanunsuz olaraq imtina etmişdir. Qanunsuzluq ondan ibarətdir ki, birgə nikah dövründə əldə etdiyi əmlakdan təkbaşına yəni arvadından xəbərsiz imtina etmişdir. Bu hal, cavabdeh1 məhkəməyə ünvanladığı teleqramda da öz əksini tapmış, cavabdeh1 həmin halı təsdiq etmişdir. İddiaçı həmin torpaq sahəsinin alğı-satqısından və ya imtinasından məlumatsız olmuşdur. Məlumatsız olduğuna görə həmin hərəkətləri bəyənməsi də mümkün deyildir.

19. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab etmişdir ki, cavabdeh cavabdeh1 ilə İddiaçı birgə nikah dövründə əldə etdikləri Qusar rayonu, Avaranqışlaq kəndində yerləşən, Daşınmaz əmlakın dövlət reyestrində ##.##.2022-ci il tarixli, ********** nömrəli çıxarışla qeydə alınmış kənd təsərrüfatı təyinatlı 30 ha torpaq sahəsindən cavabdeh1 imtinası qanunsuz hesab edilməklə, çıxarış bərpa edilməli, həmin torpaq sahəsi bərabər şəkildə bölünməklə 1/2 hissəsinə İddiaçı mülkiyyət hüququ müəyyən edilməlidir.

20. Məhkəmə həmçinin qeyd etmişdir ki, gələcəkdə tərəflər arasında mübahisə olmazsa, qətnamə qanuni qüvvəyə minərsə, İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması * saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilə bilər.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 140, 141.1, 141.3, 146.2, 148.2, 149.2, 151.1, 157.1, 157.2, 157.4, 213.1, 213.2, 215.5, 225.1, 225.6, 324.1, 324.2, 324.4, 329.1, 334.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 351.1, 567 və 646.1-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1, 33.3 və 33.4-cü maddələrinə, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli qərarının 7.6 və 7.8-ci bəndlərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 52.2, 106.3, 191.1, 191.3, 220.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

22. Cavabdeh * saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh1 adına Qusar rayonu, Avaranqışlaq kəndində yerləşən 30 ha torpaq sahəsinə dair ********** saylı, ##.##.2021-ci il tarixli çıxarış verilmişdir. cavabdeh1 Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ##.##.2021-ci il tarixli 4Ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 satmışdır və sonuncunun adına ********** qeydiyyat nömrəli, ##.##.2021-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Qusar rayonu Kuzunqışlaq Bələdiyyəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinə, cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 qarşı iddia qaldıraraq kənd təsərrüfatı məqsədilə torpaq sahəsinin ayrılması barədə DT və XK-nın Qusar rayon şöbəsinin rəyinin və torpaqların alğı-satqısına dair aktın, cavabdeh1 adına verilmiş çıxarışın və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adına olan qeydiyyat nömrəsi ********** olan qeydiyyat tarixi ##.##.2021-ci il olan çıxarışın etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı tələbini dəqiqləşdirərək, cavabdeh qismində yalnız Əmlak Məsələləri Dövlət Xidməti yanında xxxx publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsi saxlanmaqla? üçüncü şəxslər cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adına olan çıxarışların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu Avaranqışlaq bələdiyyəsinə məxsus, kənd sakinlərinə mal-qaranın otarılması üçün ayrılmış, hal-hazırda da kənd camaatının istifadəsində olan örüş sahəsindən 30 ha. torpaq sahəsinin saxta sənədlərlə qeyri-qanuni yolla digər şəxslərin adlarına keçirilməsi barədə qeyri-rəsmi məlumatlar bələdiyyəyə daxil olmuşdur. Həmçinin həmin kəndin bir qrup sakinləri bələdiyyəyə ərizə ilə müraciət edərək bu barədə onlara köməklik göstərilməsini xahiş etmişlər. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ********** saylı, ##.##.2022-ci il tarixli və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ********** saylı, ##.##.2021-ci il tarixli çıxarışların ləğv edilməsi qərara alınmışdır. xxxx publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən, hüquqi əsas olmuş Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ##.##.2021-ci il tarixli 4Ə*** reyestr nömrəli alğı-satqı müqaviləsi, Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ## ##.2022-ci il tarixli 3M-*** reyestr nömrəli saziş əsasında ləğv edildiyindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adına olan ********** qeydiyyat nömrəli, ##.##.2021 qeydiyyat tarixli dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Həmin saziş əsasında torpaq sahəsinə cavabdeh1 mülkiyyət hüquqları bərpa edilərək adına ********** qeydiyyat nömrəli, ##.##.2021-ci il qeydiyyat tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Zeynalovun daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə mübahisəni həll etməzdən əvvəl həm işin məhkəmə aidiyyətini, həm də daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınıb-alınmaması, özgəninkiləşdirilməsini, həbsdə olub-olmamasını və bununla da qətnamənin gələcəkdə icrasının mümkünlüyü məsələsini araşdırmamışdır.

24. Məhkəmə kollegiyası tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

25. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 sədri Nümayəndə apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi örüş sahəsidir. Torpaq sahəsi cavabdeh1 tərəfindən Bələdiyyənin xeyrinə imtina edilmişdir.

26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, # ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Almaz Süleymanova (sədrlik edən və məruzəçi) Səyyad Qafari və Fuad Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin ## ##### 2025-ci il tarixli qətnaməsi ləğv olunmaqla iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

27. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsinin tərəflərin birgə nikah dövründə əldə edilməsi və ər-arvadın əmlakının qanuni rejiminə daxil olması işin mübahisəsiz halıdır. İş üzrə araşdırılmalı hal cavabdeh1 həmin torpaq sahəsindən Qusar rayon Kuzunqışlaq Bələdiyyəsinin xeyrinə imtinanın qanunsuz hesab edilməsi üçün əsaslarının olub-olmamasının yoxdanılmasından ibarətdir. Müəyyən edilmiş faktiki hallar Mülki Məcəllənin 357-ci maddəsi (Bəyənmə (sonradan verilən razılıq) üzrə qiymətləndirməlidir.

28. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, ər-arvadın birgə mülkiyyətində olan əşyaya sərəncam verilməsi barədə əqdin etibarsızlığına dair işlərə baxarkən məhkəmələr xidməti vəzifəsinə görə işin əqdin bəyənilməsinə dəlalət edən mübahisəsiz və ya müəyyən edilmiş hallarına qiymət verməlidirlər. Belə ki, ərin və ya arvadın müqaviləni bəyənməsi nəticəsində əqd etibarlı hala gəlmiş olur (Mülki Məcəllənin 357-ci maddəsi). Oxşar mübahisələrlə bağlı “F.Nəcəfovanın şikayəti üzrə” Konstitusiya Məhkəməsinin 2023-cü il # #### tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidirlər. Beləliklə, ər-arvadın ümumi birgə mülkiyyətində olan əşyalara dair sərəncam əqdlərinin mübahisələndirilməsi ilə bağlı işlərə baxarkən məhkəmələr Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında ifadə edilmiş hüquqi mövqeləri, həmçinin ərarvadın əqdin bağlanmasından sonra ailə birliyi içərisində yaşadığı dövrü, əqdin bağlanmasından sonra keçən müddəti, bu zaman ərzində razılığı alınmayan tərəfin əşyaya münasibətini və işin diqqətəlayiq digər hallarını nəzərə almaqla, ağlabatan mühakimə əsasında əqdin bəyənilib-bəyənilmədiyi barədə əsaslandırılmış qənaət formalaşdırmalıdırlar.

29. Məhkəmə kollegiya şərh olunan kontekstdən işin faktiki halları üzrə dəyərləndirmə apararaq qeyd etmişdir ki, mübahisələndirilən imtina ərizəsi ##.##.2022-ci il tarixdə verilmişdir. İddiaçı araşdırılan tələblə # ###### 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bu müddət ərzində iddiaçının torpaqdan imtina edilməsi ilə bağlı cavabdeh olan ərinin hərəkətlərindən məlumatsız olması ağlabatan və inandırıcı deyildir. İddiaçı iddia ərizəsində cavabdehlə ailə münasibətlərinin pisləşdiyini göstərsə də, mübahisələndirilən imtina ərizəsi verildiyi vaxtdan (##.##.2022-ci il tarixdən) iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi # ###### 2025-ci il tarixlər aralığında birgə yaşamadıqları, birgə təsərrüfat aparmadıqları, ailə münasibətlərinə xitam verilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, cavabdeh1 iddiaçının əri olaraq qeyd olunmuşdur. İmtina həyata keçirildiyi bu müddət ərzində razılığı alınmayan tərəfin, yəni iddiaçının torpaq sahəsi ilə maraqlanması, bu istiqamətdə hər hansı bir hərəkət etməsi, əksinə hərəkətsizliyinin müşahidə edilməsi onun bu barədə məlumatlı olması və bu əqdi bəyənməsi qənaətinə gəlməyə əsas verir.

30. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş üzrə toplanmış sənədlərdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı Qusar rayonu X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılaraq, apellyasiya şikayəti qismən təmin edilmiş, iddia mümkün sayılmamışdır. Həmin qərardadın məzmunundan görünür ki, iddianın mümkün sayılmamasına dair gəldiyi nəticəni məhkəmə bu göstərilənlərlə əsaslandırmışdır: mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adına olan ********** qeydiyyat nömrəli, ##.##.2021-ci il qeydiyyat tarixli dövlət reyestrindən çıxarış, onun verilməsi üçün əsas olmuş Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ##.##.2021-ci il tarixli 4Ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsi, Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ##.##.2022-ci il tarixli 3M-*** reyestr nömrəli saziş əsasında ləğv edilmişdir. Həmin saziş əsasında torpaq sahəsinə cavabdeh1 mülkiyyət hüquqları bərpa edilərək adına ********** qeydiyyat nömrəli, ##.##.2021-ci il qeydiyyat tarixli dövlət reyestrindən çıxarış verilmişdir. cavabdeh1 öz növbəsində həmin çıxarış əsasında mülkiyyətində olan torpaq sahəsindən Qusar rayonu X2 xeyrinə imtina edilməsi barədə notariat qaydasında təsdiq edilmiş ərizə ilə xxxx publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir və mülkiyyət hüquqları ləğv edilmişdir.

31. Araşdırılan mübahisə üzrə mübahisələndirilən imtina ərizəsinin iddiaçı tərəfindən imzalanmaması (və ya razılıq ərizəsinin olmaması) işin aşkar halıdır. Lakin forma tələbə riayət edilməməsi araşdırılan mübahisə üzrə iddianın təmin edilməsinin əsasları kimi qəbul edilə bilməz. Həmin formal mülahizələrdən çıxış edərək iddianın təmin edilməsi məhkəmə qərarının ədalətlilik prinsiplərinə uyğun gəlmir və işin faktiki halları ilə uzlaşmır. İşin müəyyən edilmiş faktiki halları həmin imtinanın sonradan cavabdehin arvadı olan iddiaçı İddiaçı tərəfindən bəyənilməsi qənaətinə gəlməyə əsas verir. Hazırkı halda qeyd olunan imtina ərizəsinin mübahisləndirilməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir

32. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 16.1, 357, 560.1, 560.3.4-ci maddəsinə, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarına və “F.Nəcəfovanın şikayəti üzrə” Konstitusiya Məhkəməsinin 2023-cü il # #### tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372, 384.0.2, 402.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

33. Qətnamədən iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının bərabər payının olduğu torpaq sahəsinə dair sərəncam verilməsinin qanunsuz olmasının işin mübahisəsiz halı olmasına baxmayaraq, məhkəmə ehtimal və mülahizələrə söykənib əsassız qərar qəbul etmişdir. Ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Birgə mülkiyyət sayılan əmlakdan cavabdehin imtina etməsi və onun barəsində iddiaçının razılığı olmadan sərəncam verməsinin qanunsuz olmasını məhkəmə nəzərə almamışdır. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. İddiaçının rəsmi və ya qeyrirəsmi məlumat və razılığı olmadan torpaq sahəsi barədə əqd bağlanmışdır. Bu halı cavabdehin özü də etiraf etmişdir. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.

35. Məhkəmə qərarında imtina ərizəsinin ##.##.2022-ci il tarixdə verilməsini, iddiaçının araşdırılan tələblə # ###### 2025-ci il tarixdə məhkəməyə müraciət etməsini, bu müddət ərzində onun torpaqdan imtina edilməsi ilə bağlı cavabdeh olan ərinin hərəkətlərindən məlumatsız olması ağlabatan və inandırıcı hesab etməmişdir. Hansıki qeyd edilən hal da ehtimal və fərziyyədir. Belə ki, iddiaçı cavabdehin imtina ərizəsindən məlumat tutduqdan dərhal sonra məhkəməyə müraciət etmişdir. Bunu iddia tələbini etiraf etməklə, cavabdehin də təsdiqləməsinə baxmayaraq məhkəmə həqiqətə nail olmaq üçün qeyd edilən halları nəzərə almamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehlərdən cavabdeh1 iddia tələbini etiraf etmiş, lakin digər cavabdeh isə ümumiyyətlə iddiaya heç bir münasibət bildirmədən apellyasiya şikayəti vermişdir. Məhkəmə isə şikayətdə qeyd edilən əsassız halları və məhkəmənin özünün gəldiyi ehtimalları əsas tutaraq şikayəti təmin etmişdir. Qərarda kollegiya özü də etiraf edir ki, həmin torpaq sahəsində iddiaçının pay hüququ var. Buda onu göstərir ki, pay hüququ olduğu halda onun razılığı və məlumatı olmadan mülkiyyət hüququndan imtina edilə bilməz. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

36. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

37. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

38. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

39. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

40. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

41. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

42. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

43. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

44. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

45. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Maddə 560.1 və 560.2. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan suiistifadəyə

46. yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

47. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarı.

48. Bənd 7.13. Ər-arvadın birgə mülkiyyətində olan əşyaya sərəncam verilməsi barədə əqdin etibarsızlığına dair işlərə baxarkən məhkəmələr xidməti vəzifəsinə görə işin əqdin bəyənilməsinə dəlalət edən mübahisəsiz və ya müəyyən edilmiş hallarına qiymət verməlidirlər. Belə ki, ərin və ya arvadın müqaviləni bəyənməsi nəticəsində əqd etibarlı hala gəlmiş olur (Mülki Məcəllənin 357-ci maddəsi). “F.Nəcəfovanın şikayəti üzrə” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsinin 2023-cü il # #### tarixli Qərarı.

49. “...əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.

50. ... müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidirlər”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

53. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

60. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

61. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

63. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

64. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

66. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

67. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, əqdin bağlanmasına zahirən razılığı olmayan mülkiyyət sahibinin bu əqdin bağlanmasından sonra həmin əqdi bəyəndiyini göstərən hərəkət və rəftar nümayiş etdirməsi işin hallarından aydın şəkildə məlum olduğuna görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin həmin halları tam və hərtərəfli araşdırılaraq bu hallara hüquqi qiymət verilmişdir. Ona görə də iddiaçının kassasiya şikayətində qeyd olunan dəlillərə təkrar hüquqi qiymət verməyə lüzum yoxdur.

68. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

69. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

70. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

71. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

72. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

73. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

74. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

75. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

76. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir..

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver