Məhkəmə qərarları › İş №2(1-8)-540/2026

Ali Məhkəmə Qərardad — İş №2(1-8)-540/2026

26.02.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(1-8)-540/2026 26.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verildikdə Bakı şəhəri, 27 fevral 2026-cı il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi və maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2025-ci il tarixli 2(103)-4732/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. İş materiallarından müəyyən edilir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək, ‘İnşaat Konstruksiyaları’ MMC arasında bağlanmış 24 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının ümumi sahəsi 78 kv. m., 2 otaqlı, 53 saylı mənzilin ona təhvil verilməsi öhdəliyinin cavabdeh ‘İnşaat Konstruksiyaları’ MMC üzərinə qoyulması və mənzilin təmir edilməsi üçün ‘İnşaat Konstruksiyaları’ MMC tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli 2(007)-1490/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Rauf Əhmədov). Birinci instansiya məhkəməsinin qətnaməsindən maraqlı şəxs X1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2025-ci il tarixli 2(103)-4732/2025 nömrəli qətnaməsi ilə maraqlı şəxsin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməs inin qətnaməsi ləğv olunaraq, iş üzrə yeni qətnamə çıxarılmış və iddia təmin olunmamışdır. Qətnamədən cavabdeh kassasiya şikayəti verərək, onun ləğv olunmasını və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Göründüyü kimi apellyasiya məhkəməsinin qətnaməsi ilə cavabdehə qarşı iddia tələbi təmin edilməmişdir. Ona görə də, bu hal cavabdehin həmin qətnamədən kassasiya şikayəti vermək hüququnu istisna edir. MPM-in 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarı lır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.1 və 408.3cü maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2025-ci il tarixli 2(103)-4732/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar