Məhkəmə qərarları › İş №2(1-8)-692/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-692/2026

13.05.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzildən çıxarılma - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan̈Respublikası̈adından Qərar Bakı̈şəhəri İş̈№̈2(1-8)-692/2026 13.05.2026 ALÏMƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər X, cavabdeh3 və cavabdeh1 qarşı ilk, iddiaçı X cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası barədə iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin hüququnun müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər̈qızı̈(məruzəçi),̈Əliyev̈Zaur̈Əlïoğlüvə̈Babayev̈ZəkïBabäoğlundan̈ibarəẗtərkibdə, iddiaçı İddiaçı cavabdehlər X, cavabdeh3 və cavabdeh1 qarşı torpaq sahəsi və üzərində inşa edilmiş evdən çıxarılma tələbinə dair və X cavabdeh İddiaçı qarşı pul barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən cavabdeh X tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasındäbaxaraq,̈aşağıdakı̈qərarı̈qəbul̈etdi. Işin halları

1. cavabdeh3 X ilə İddiaçı arasında ##.##.2013-cü il tarixdə nikah bağlanmışdır. Digər cavabdehlər̈Əliyev̈X19̈atası,̈cavabdeh1̈anasıdır.

2. X12 ilə X6 arasında bağlanmış ##.##.2010-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, X12 ona məxsus olan Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 0,06 ha sahəsi olan *** saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən 0,03 ha torpaq sahəsinï̈X6̈̈satmışdır.̈

3. X6 ilə X4 arasında bağlanmış ##.##.2013-cü il tarixli “Torpaq sahəsinin bağışlama müqaviləsi”nə əsasən, X6 Sumqayıt şəhəri, 21-ci mikrorayon, 241C-də mülkiyyətində olan 0,0168 ha torpaq sahəsini qızı X4 bağışlamış, ## ###### 2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə X4 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

4. Işin mübahisəsiz halıdır ki, qeyd edilən torpaq sahəsi üzərində qeydiyyatsız fərdi yaşayış evi mövcuddur və iddiaçı ailə həyatı qurduqdan sonra cavabdehlərlə birlikdə həmin evdə̈yaşamışdır.

5. Tərəflər arasındakı mübahisə həmin evin cavabdehlər tərəfindən, onların vəsaiti hesabınäinşäedilib-edilməməsïilə̈bağlı̈olmuşdur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 Sulidin oğluna qarşı iddia qaldıraraq cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən ***C saylı torpaq sahəsi və üzərində inşa edilmiş evdən çıxarılmalarına dair̈qətnamə̈qəbul̈edilməsinïməhkəmədən̈xahiş̈etmişdir.

7. Iddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 21-ci mikrorayon ünvanında yerləşən ***C saylı həyətyanı torpaq sahəsi üzərində ##.##.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə onun mülkiyyətindədir. Həmin torpaq sahəsini atası B X6 ##.##.2010-cu ildə vətəndaş X12 alqı-satqı müqaviləsi ilə almış və ##.##.2013-cü ildə bağışlama müqaviləsi ilə ona bağışlanmışdır. Cavabdehlərdən X qayınatası, cavabdeh1 qayınanası və cavabdeh3 isə həyat yoldaşıdır. Cavabdehlərdən cavabdeh3 ilə 2010-cu ildə faktiki, ##.##.2013-cü ildə isə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahdan ##.##.2011-ci il təvəllüdlü X5 və ##.##.2024-cü il təvəllüdlü X7 adlı iki övladı olmuşdur. Mülkiyyətində olan torpaq sahəsi və üzərində inşa edilmiş evi ailə həyatı qurduğu üçün atası ona görə almışdır. Belə ki, cavabdehlər kirayədə yaşayırdılar. Atası evi aldıqdan sonra cavabdehlərlə birgə yaşamağa başlamışdır. Hal-hazırda cavabdehlərdən cavabdeh3 ilə münasibətləri pozulmuş və cavabdehlərin təzyiqi nəticəsində mülkiyyətində olan torpaq sahəsindən və evindən çıxarılmışdır. Artıq cavabdehlərlə birgə yaşamaq mümkün deyil. Nikahlarının pozulması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Iki uşağı ilə birlikdə valideynlərinin evində yaşamaq məcburiyyətindədir. Mülkiyyətindən isə cavabdehlər qeyriqanunïistifadə̈edirlər.̈Onägörə̈də,̈məhkəməyə̈müraciəẗetməlïolmuşdur.

8. Əliyev X11 Ceyhunə Nizam qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20.000 manat pulun alınıb ona verilməsi, həmçinin tərəfindən ödənilmiş 150 manat dövlət rüsumunun da ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilməsïbarədə̈qətnamə̈qəbul̈edilməsinïxahiş̈etmişdir.

9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 21-ci mkr, ev 241 C-də yerləşən sahəsi 0,0168 ha torpaq sahəsində yerləşən fərdi evi isə öz vəsaiti hesabına tikmiş və həmin evdə hazırda ailəsi ilə birlikdə yaşayır. Həmin torpaq sahəsində yerləşən fərdi evi cavabdehin razılığı ilə oğlu ilə ailəli dövrdə onların mənzil şəraitlərini yaxşılaşdırmaq üçün həmin evi tikmişdir. Həmin evin tikintisinə 20000 manat pul vəsaiti xərcləmişdir. Evin tikintisində iştirak edən şəxslər X6, X1, X2 və X3 olmuşdur və həmin şəxslərin məhkəmə iclasında şahid qismində iştiraklarını təmin edəcək və onlar həmin evin tərəfindən tikildiyini təsdiq edəcəklər. Həmçinin digər şəxslərin də şahid qismində iştiraklarını təmin edəcək. Hazırda ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh torpaq sahəsinin onun mülkiyyətində olmasından və hüquqdan sui-istifadə edərək həmin evdən onun və ailə üzvlərinin çıxarılmasını tələb edir. Ona görə də hesab edir ki, evin tikintisi üçün xərclədiyi 20000 manat pul ilkin iddia üzrə iddiaçı qarşılıqlı̈iddiäüzrə̈cavabdehdən̈alınıb̈onäverilməlidir.

10. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən ***C saylı torpaq sahəsi və üzərində inşa edilmiş evdən çıxarılmaları, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh Əliyev Suliddin Lətif oğlunun İddiaçı qarşı İddiaçı 20000 manat pulun alınıb ona verilməsi, həmçinin tərəfindən ödənilmiş 150 manat dövlət rüsumunun da İddiaçı aid edilməsinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi, cavabdehlər Əliyev Suliddin Lətif oğlu, cavabdeh3 və cavabdeh1 ödənilmiş dövləẗrüsumunun̈əvəzïqismində̈50̈manaẗməbləğində̈pul̈vəsaitïtutularaq̈iddiaçı̈İddiaçı Nizam qızına ödənilməsi, cavabdehlər Əliyev Suliddin Lətif oğlu, cavabdeh3 və cavabdeh1 müştərək qaydada 100 (yüz) manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim̈VəfäŞirəliyeva).

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyindən görünür ki, baxış zamanı tədqiq olunmuş tikilinin koordinatı “Google Yer” proqramı ilə müqayisəli tədqiq olunan zaman 2009-2011-ci illərdə̈həmin̈ərazidə̈tikilinin̈mövcud̈olduğümüəyyən̈olunur.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırda iddiaçı cavabdehlərin ona məxsus torpaq sahəsindən və üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmalarını məhkəmədən xahiş edir. Cavabdeh X isə sözügedən torpaq sahəsində yerləşən fərdi yaşayış evinin onun tərəfindən inşa edildiyini və tikintisinə 20000 manat xərc çəkdiyini iddia edərək həmin vəsaitin ona qaytarılmasını məhkəmədən xahiş edir. Beləliklə sözügedən torpaq sahəsinin iddiaçı İddiaçı atası tərəfindən bağışlanması işin mübahisə edilməyən halıdır. Həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə gəldikdə isə, məhkəməyə sorğu əsasında daxil olmuş “Google earth” proqramı vasitəsilə çəkilmiş 2009- 2011-ci illərə aid olmuş fotoşəkillər, habelə ekspert rəyi əsasında tərəflərin rəsmi, habelə faktiki nikaha daxil olduğu dövrdən öncə, 2009-cu ildə həmin torpaq sahəsində fərdi yaşayış evinin mövcud olduğu müəyyən edilmişdir. Beləliklə qeyd edilən məlumatlar əsasında cavabdehlərin həmin torpaq sahəsində 2010-cu ildə ev tikmələri ilə bağlı izahatları təkzib olunur. Hazırki halda torpaq sahəsinin atası tərəfindən notarial qaydada bağlanmış bağışlama müqaviləsi ilə İddiaçı bağışlanması, həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evini də ona bağışladığı qənəatinə gəlməyə əsas verir. Həmin fərdi yaşayış evinin bağışlama müqaviləsində öz əksini tapmaması, qanunvericiliyin tələbinə uyğun olaraq bağışlanmasına dair notarial qaydada müqavilənin bağlanmaması, bununla bağlı məcburi forma şərtinə riayət edilməməsi həmin fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması səbəbindən mümkün olmamışdır. Həmin tikilidə hər hansı təmir işlərinin aparılmasını, tikilinin cavabdehlər tərəfindən inşa edilməsini sübutetmə yükü bu dəlilləri irəli sürən cavabdehlərin üzərində olmasına baxmayaraq, onlar bunu təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Iddiaçının mübahisə obyekti olan torpaq sahəsinin və üzərində yerləşən tikilinin qanuni sahibi olduğu və cavabdehlərin hazırda da həmin evdə yaşayıb, iddiaçının tələbinə baxmayaraq, sözügedən torpaq sahəsindən və evdən çıxmadığı, habelə, cavabdehlərin iddiaçının ailə üzvü olmadığı (cavabdeh cavabdeh3 arasında nikahlarının pozulması) və sonuncunun razılığı olmadan evdə yaşadığı işin mübahisəsiz halı olduğu halda, cavabdehlərin mənzildə yaşamağa davam etmək üçün iddiaçı ilə hər hansı qaydada razılığa gəldiyi (müqavilə bağladığı) və məhz bu əsasla cavabdehin mübahisəli torpaq sahəsi və tikili üzərində hər hansı bir hüququnun olduğu müəyyən edilməmişdir. Cavabdehlərdən cavabdeh3 iddiaçının keçmiş əri olduğunu nəzərə alaraq məhkəmə tələbin ona aid hisəsinə münasibətdə əlavə olaraq qeyd edir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ərarvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir:əmlakın ər-arvadın nikah müddətində əldə olunması;- əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Ikinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir.̈ Göründüyü kimi, nikah müddətində alınmış hər hansı bir əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün əmlak həm də tərəflərin ümumi gəlirləri hesabına əldə edilməlidir. Işin faktiki halları onu göstərir ki, İddiaçı ilə cavabdeh cavabdeh3 ## ###### 2023-cü tarixdə nikah bağlamışlar, mübahisə predmeti olan torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə 2009-cu ildə, yəni tərəflər nikah bağlamamışdan, hətta faktiki nikaha daxil olmamışdan öncə inşa edilmiş və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi tərəflər rəsmi nikaha daxil olmamışdan öncə iddiaçıya bağışlanmışdır. Bu baxımdan da cavabdeh cavabdeh3 həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə və üzərində yerləşən tikiliyə (tikilinin dəyərinə) dair hər hansı hüququ yoxdur və əmlakın hazırda onların sahibliyində olmasının qanuni əsası mövcud deyil. Həmin fərdi yaşayış evində təmir işlərinin aparılmasına gəlincə isə məhkəmə qeyd edir ki, həmin evdə təmir işlərinin aparılması yalnız iddiaçı İddiaçı məhkəmə iclasında verdiyi izahat həcmində öz təsdiqini tapmışdır. Belə ki, o izahatında həmin evə divar kağızı vurulduğunu, kombi sistemi çəkildiyini və həyətyanı sahəsinin müəyyən hissəsinə beton tökdürüldüyünü və bu işlərin də atasının dayısı oğlu tərəfindən görüldüyünü bildirmişdir. Iş materiallarında iddiaçının izahatından əlavə həmin fərdi yaşayış evində həmin evin dəyərini əhəmiyyətli dərəcədə artıracaq hər hansı əsaslı təmir işlərinin görüldüyünü təsdiq edən sübutlar̈mövcud̈deyildir.̈

13. Iddiaçının təmir xərcləri ilə bağlı izahatına münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin təmir işləri cavabdehlər tərəfindən aparılmış olsa belə onlar 2013-cü ildən hal hazıradək, yəni 10 ildən artıq müddətdə həmin mənzildən faydalanaraq orada yaşamışlar. Evdə aparılan azsaylı təmir işləri isə həmin evdə yaşayan şəxslərin rahat yaşamaları üçün zəruri şəraitin yaradılmasına yönəlmiş və uzun illər ərzində onların yaşayış üçün olan ehtiyaclarını təmin etməklə, həmin işlərin uzun illər bundan öncə aparılması səbəbindən texniki və vizual baxımdan köhnəlmiş, başqa sözlə desək məhz cavabdehlərin də istifadəsi nəticəsində dəyəri azalmışdır. Məhkəmə qeyd edilən təmir işlərinin həcminin az olması, cavabdehlərin 12 ildən çox müddət ərzində təmənnasız həmin evdən və torpaq sahəsindən faydalanmaları, mənzildə əsaslı təmir işlərinin aparıldığını təsdiq edən hər hansı bir mötəbər sübutun̈məhkəməyə̈təqdim̈edilməməsïsəbəbindən̈qarşılıqlı̈iddianı̈əsaslı̈hesab̈etmir.̈

14. Həmçinin, nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun, yaxud qarşı tərəf həmin izahatda ifadə edilən faktiki halları mübahisələndirməsin və bu, işin mübahisəsiz hallarını̈müəyyən̈etməyə̈imkan̈versin.

15. Məhkəmə hesab etmişdir ki, ilkin iddia təmin edilməli, cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən ***C saylı torpaq sahəsi və üzərində inşa edilmiş evdən çıxarılmalı, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyası 43-cü maddəsinin II hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 139.1, 157.2, 157.8, 152.1, 152.2, 152.3, 152.4, 180.1, 180.3-cü maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1, 2-ci hissələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin̈14.1,̈14.2,̈77.1̈və̈119.1-cïmaddələrinə̈istinad̈etməklə̈əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(060) **/**** nömrəli qətnaməsinin ləğv olunmasını və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi bir neçə mühüm hüquqi və faktiki əsaslarla ziddiyyət təşkil edir. Əvvəla, cavabdehlər tərəfindən evin tikintisinə dair təqdim edilən şahidlərin (X6, X1, X2 və X3) məhkəmə iclasına dəvət olunmasına şərait yaradılmamış, onların dindirilməsi təmin edilməmişdir. Halbuki, həmin şəxslər birbaşa tikintidə iştirak etmiş və məhkəməyə təqdim olunacaq dəlillər vasitəsilə obyektiv həqiqətin müəyyənləşdirilməsinə yardım edə bilərdilər. Sübutların araşdırılmasına bu cür birtərəfli yanaşma prosessual hüquqların pozulması ilə nəticələnmişdir. Ekspertiza keçirilməsi ilə bağlı təqdim edilmiş vəsatət təmin edilməmiş, cavabdehlərin iddialarının əsaslı olub-olmadığını müəyyən etmək məqsədilə zəruri texniki qiymətləndirmə aparılmamışdır. Məhkəmə qarşılıqlı iddia üzrə tələblərin obyektiv və hərtərəfli qiymətləndirilməsini təmin etmədən, yalnız sənədlərlə deyil, vizual şəkillər əsasında nəticəyə gəlmişdir. Bu hal isə işin mahiyyətinə düzgün və hərtərəfli baxılmaması ilə nəticələnmişdir. Məhkəmənin evin 2009-cu ildə hazır vəziyyətdə olduğuna dair gəldiyi qənaət də hüquqi şübhə doğurur. Çünki “Google Earth” şəkilləri texniki cəhətdən ümumi vizual görünüş təqdim etsə də, evin hansı mərhələdə olduğunu tam olaraq müəyyən etməyə imkan vermir. Bundan əlavə, evin təmiri və ya genişləndirilməsi halları istisna edilməmiş, bu imkanlar araşdırılmamışdır. Torpaq sahəsinin İddiaçı atası tərəfindən bağışlanması faktı, onun üzərindəki tikilinin də avtomatik ona məxsus olması anlamına gəlmir. Məhkəmə bu məsələdə qanuni tələbləri, yəni daşınmaz əmlakın müstəqil hüquqi statusa malik olduğunu, və onun üzərində ayrıca mülkiyyət hüququnun mövcud ola biləcəyini nəzərə almamışdır. Nəticə olaraq, məhkəmənin qeyd olunan qənaətləri cavabdehlərin hüquqlarının tam və obyektiv araşdırılmadan məhdudlaşdırılmasına, qarşılıqlı iddia tələbinin isə əsassız yerə rədd olunmasına gətirib çıxarmışdır. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi qanunvericiliyin tələblərinə və hüquq prinsiplərinə zidd olduğu üçün ləğv olunmalı, qarşılıqlı iddia təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə yalnız torpaq sahəsinin dövlət qeydiyyatındakı formal mülkiyyətçisini əsas götürmüş, ancaq tikilinin kim tərəfindən və hansı vəsaitlə inşa edildiyini araşdırmamışdır. Belə ki, cavabdeh cavabdeh2 tərəfindən torpaq sahəsində 20.000 (iyirmi min) manatlıq tikinti və təmir işləri aparılmışdır. Həmin evdə 12 ildən çox yaşayış olmuş, əmlak faktiki olaraq onların istifadəsində olmuşdur. Məhkəmə bu real sahibliyi və sərf olunmuş əmlakı nəzərə almadan, cavabdehlərin mülkiyyətdən çıxarılması qənaətinə gəlmişdir. Mülkiyyətin toxunulmazlığı prinsipi birtərəfli və formal şəkildə tətbiq olunmuşdur. Belə ki, məhkəmə yalnız torpaq sahəsinin dövlət qeydiyyatındakı formal mülkiyyətçisini əsas götürmüş, ancaq tikilinin kim tərəfindən və hansı vəsaitlə inşa edildiyini araşdırmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən pozulmuş hüquqların və qanunla qorunan mənafelərin real qanunla qorunan̈mənafelərin̈real̈bərpası̈təmin̈olunmamışdır.̈

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Afiq Hüseynzadə) apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin mübahisələndirilən̈hissədə̈dəyişdirilmədən̈saxlanılması̈qəẗedilmişdir.

20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmişdir. Belə ki, həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi ilə bağlı birinci instansiya məhkəməsində icraat zamanı sorğu əsasında daxil olmuş “Google earth” proqramı vasitəsilə çəkilmiş 2009-2011-ci illərə aid olmuş fotoşəkillər, habelə ekspert rəyi əsasında tərəflərin rəsmi, habelə faktiki nikaha daxil olduğu dövrdən öncə, 2009cüildə̈həmin̈torpaq̈sahəsində̈fərdïyaşayış̈evinin̈mövcud̈olduğümüəyyən̈edilmişdir.

21. Cavabdeh qarşılıqlı iddiasını, eləcə də apellyasiya şikayətinin dəlillərini əsaslandırarkən göstərmişdir ki, həmin torpaq sahəsində yerləşən fərdi evi ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin razılığı ilə tikmişdir. Belə ki, həmin vaxt o, oğlu ilə ailəli idi və mənzil şəraitlərini yaxşılaşdırmaq üçün həmin evi tikmişdir. Həmin evin tikintisinə 20000 manat pul vəsaiti xərcləmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, işin faktiki halları onu göstərir ki, İddiaçı ilə cavabdeh cavabdeh3 ## ###### 2013-cü tarixdə nikah bağlamışlar, mübahisə predmeti olan torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə 2009-cu ildə, yəni tərəflər nikah bağlamamışdan, hətta faktiki ailə münasibətlərə daxil olmamışdan öncə inşa edilmişdir. Evin dəyərini əhəmiyyətli dərəcədə artıracaq hər hansı əsaslı təmir işlərinin görüldüyünü təsdiq edən sübutlar mövcud deyildir. Beləliklə, qarşılıqlı iddia tələbində̈göstərilən̈halları̈təsdiq̈edə̈biləcək̈sübutlar̈təqdim̈olunmamışdır.

22. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən̈dəlillər̈isə̈mahiyyətcə̈düzgün̈olan̈qətnamənin̈ləğvïüçün̈əsas̈oläbilməz.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Avropa Insan Hüquqları Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.8-ci maddələrinə istinad edərək̈əsaslandırmışdır.̈

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

24. X kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, 2(105) ****/**** saylı qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul̈edilməsinïxahiş̈etmişdir.̈

25. Şikayətdə AR Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə istinad edilərək qeyd edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən qeyd edilmişdir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mülkiyyətin toxunulmazlığı prinsipi birtərəfli və formal şəkildə tətbiq olunmuşdur, apellyasiya instansiyası bunu nəzərə almamışdır və AR Konstitusiyasının qarşılıqlı cavabdehə münasibətdə məhkəmə müdafiəsini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin yalnız torpaq sahəsinin dövlət qeydiyyatındakı formal mülkiyyətçisini əsas götürməsinə, ancaq tikilinin kim tərəfindən və hansı vəsaitlə inşa edildiyinə qiymət verilməməsi ilə apellyasiya instansiyası məhkəməsi maddi normaların tələbinin pozulması ilə qətnamə qəbul etmişdir. AR MM-nin 1091.1-ci maddəsi: Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. cavabdeh2 apellyasiya şikayətində öz vəsaiti hesabına torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş, evə 20.000 (iyirmi min) manat vəsait xərcləməsi barədə verdiyi izahat və ailə üzvlərinin verdiyi izahatlarla tam təsdiq olunsa da, İddiaçı mübahisəli mənzilin tam mülkiyyətçisi hesab edilməklə, öz əmlakının dəyərini artırmaqla qarşılıqlı iddiaçı Əliyev Suliddin Lıətif oğlunun hesabına əsasssız varlanmışdır, apellyasiya instansiyası isə həmin maddi normaların birinci instansiya məhkəməsi tərəfindən pozulmasını nəzərə almamışdır. AR MM-nin 439.4-cü maddəsi: Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Apellyasya məhkəməsi eyni zamanda apellyasiya şikayətində “Google Earth” proqramı ilə mübahisəli mənzildəki otaqların vəziyyəti haqqında tam məlumat olmamasına istinad edilərək mənzildə artırmalar və təmirin edilməsinə görə xərclənmiş pulun Əliyev Suliddin Lətif oğlu tərəfindən öhdəliksiz edildiyinə görə AR MM-nin 439.4-cü maddəsinin tələbinin pozulmasına dair şikayətin dəlilləri nəzərə almamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli Qərarı: Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən müəyyənlik prinsiplərinin pozmasına baxmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini rədd etmişdir, halbuki, mənzildə aparılmış əlavə tikintilərin dəyərinin müəyyən edilməsi üçün mülki iş üzrə ekspertiza təyin edilməməsi, şahidlərin dindirilməməsi və sair sübutların araşdırılmaması hər iki məhkəmədə aydın olmuşdur. Ekspertiza aparılmaması, şahidlərin dindirilməməsi, tikintiyə dair sübutların araşdırılmaması şəraitində bu cür qətnamə hüquqların real müdafiəsini təmin etmir, əksinə, onları̈tam̈şəkildə̈nəzərdən̈kənardäqoyur.

26. Kassasiya şikayətində MPM-nin 88-ci maddəsinə əsasən qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsi tərəfindən sübutlara dair mülki prosessual maddələrin tələbinin pozulmasına dair apellyasiya şikayətinin dəlillərinə fikir verməmiş və əksinə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Əliyev Suliddin iddia tələbini sübut edə bilməmişdir. Halbuki iş üzrə cavabdeh cavabdeh2 qarşılıqlı iddiada mübahisəli əmlakın (fərdi yaşayış evinin) tikintisində iştirak etdiyini, 20.000 (iyirmi min) manat həcmində xərclər şahidlərinin olduğunu və tikinti işlərində konkret olaraq iştirak etmiş şəxslər –X6, X1, X2 və X3 məhkəməyə şahid qismində təqdim olunmaq üçün bildirilmiş, lakin bu şəxslərin məhkəmə iclasında dindirilməsinə şərait yaradılmamış, məhkəmə bu şahidlərin ifadəsini araşdırmamış və dəyərləndirməmişdir. Bu isə MPM-nin 88-ci maddəsinin tələb etdiyi “hərtərəfli və tam” araşdırma prinsipinin pozulması deməkdir. Bundan əlavə, çəkilmiş xərclərin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunması da təklif olunmuşdu. Bütün bu vacib sübutlar araşdırılmadan,̈qarşılıqlı̈iddiäəsassız̈şəkildə̈rədd̈edilmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiyäşikayətinə̈qarşı̈etiraz̈daxil̈olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan̈Respublikasının̈MülkïMəcəlləsi

28. Maddə 157.6. Istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin̈ödənilməsinïmülkiyyətçidən̈tələb̈edə̈bilər.

29. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün̈çəkdiyïməsrəflərin̈əvəzinin̈ödənilməsinïtələb̈edə̈bilər.

30. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan̈başqäşəxsin̈(məhrum̈olanın)̈hesabınäəmlak̈əldə̈etsin.

31. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasävə̈yäsonralar̈aradan̈qalxmış̈əsasäsöykənir.

32. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.̈

33. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

Azərbaycan̈Respublikasının̈MülkïProsessual̈Məcəlləsi

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasınäistinad̈etməyə̈yol̈verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən̈maddïvə̈prosessual̈hüquq̈normalarının̈düzgün̈tətbiq̈edilməsinïyoxlayır.

Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiyäinstansiyası̈məhkəməsinin̈faktikïhalları̈araşdırması̈kimïqiymətləndirilməməlidir.̈

37. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası̈məhkəməsinin̈aktı̈bütövlükdə̈yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

38. Məhkəmə̈kollegiyası̈hesab̈edir̈ki,̈kassasiyäşikayətïtəmin̈edilməməlidir.

39. Ilk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan,̈bünormadänəzərdə̈tutulan̈pozuntularäyol̈verilməmişdir.̈

40. Işdən görünür ki, apellyasiya baxışının predmeti qarşılıqlı iddia tələbinin təmin edilmədiyi hissə olmuşdur. Işin müəyyən edilmiş hallarına əsasən cavabdehlər iddiaçının razılığı ilə onun mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş evdə yaşamışlar. Qarşılıqlı iddiada qeyd edilən evin cavabdeh Əliyev Suliddin Lətif oğlunun vəsaiti hesabına inşa edildiyi iddia edilərək həmin evin tikintisinə çəkilmiş xərc tələb edildiyindən tələbin qanuni əsası kimi MM-nin 157.7, MM-nin 1092.1-cïmaddələrïçıxış̈edir.

41. Sübutlara qiymət vermək səlahiyyətinə malik məhkəmələr tərəfindən sübutlar araşdırılaraq qarşılıqlı iddia ərizəsinin əsassız olduğunun, sübutlarla təsdiq edilmədiyi müəyyən̈edilmişdir.

42. Kollegiya apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin yaxşılaşdırılması üçün Əliyev Suliddin Lətif oğlu tərəfindən xərc çəkildiyi və mülkiyyətçinin onun hesabına varlandığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından qarşılıqlı iddiaya düzgün hüquqi qiymət verilmişdir. Işin faktiki hallarının və sübutların düzgün qiymətləndirilməməsïilə̈bağlı̈dəlillər̈isə̈kassasiyäbaxışının̈predmetïoläbilməz.̈

43. Işə baxılarkən kassasiya şikayətində qeyd edilmiş maddi və prosessual pozuntularäyol̈verildiyïmüəyyən̈edilməmişdir.̈

44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417̈və̈419-cümaddələrinin̈tələblərinïrəhbər̈tutaraq̈kassasiyäinstansiyası̈məhkəməsi

Qərara aldı:

CavabdeḧẌtərəfindən̈verilmiş̈kassasiyäşikayətïtəmin̈edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-cïil̈tarixlïqətnaməsïdəyişdirilmədən̈saxlanılsın. Qərar̈qəbul̈edildiyïandan̈qüvvəyə̈minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver