Məhkəmə qərarları › İş №2(1-8)-865/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-865/2026

11.06.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzildən çıxarılma - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Sair öh
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-865/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ilk, QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, bağışlama müqaviləsi, mənzil mübahisələri, mənzildən çıxarılma, mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və s." tələbinə dair ilk, Cavabdeh cavabdehlər İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, X14 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı "fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və fərdi yaşayış evindən çıxarılma" tələbinə dair qarşılıqlı iddia tələbi ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ** saylı evin yarısı ##.##.1947-ci il tarixdə X6 tərəfindən notariat kontorunda ***** saylı reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən X19.

2. X19 1975-ci il ## ### tarixdə vəfat etmiş, qanun üzrə vərəsəlik hüququ haqqında 1976ci il ## ###### tarixli şəhadətnaməyə əsasən X15 miras qoyan X19 vərəsəsi tanınmış, şəhadətnamə verilən miras əmlak isə ünvan 1 ünvanında yerləşən mənzilin 6/12 hissədən ibarət olmuşdur.

3. X15 ##.##.1980-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən 29.1 kv.m-dən 1 otağı və 12,8 kv.m-dən ibarət köməkçi sahəni X10, ##.##.1983-cü il tarixdə isə 35.6 kv.m-dən ibarət 2 otağı və köməkçi sahəsi 33.1 kv.m 3/12 hissəni X7 satmışdır.

4. X15 1999-cu il # ###### tarixli bağışlama müqaviləsi ilə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 2/12 hissəsini Cavabdeh bağışlamışdır. 5.

6. İddiaçı cavabdeh Cavabdeh qarşı mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və sərəncam vermə faktının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2012-ci il ## ### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə ##.##.1999-cu il tarixli ** saylı Dövlət Notariat X68 tərəfindən cavabdeh Cavabdeh bağışlamasına dair müqavilənin etibarsız hesab edilməsi, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 108,79 kv.m. yaşayış və 15,81 kv.m. həyətyanı sahəsi olan mənzilə (2/12 hissə) dair cavabdeh Cavabdeh barədə Daşınmaz Əmlakın Dövlət Reyestrinin qeydinin etibarsız hesab edilməsi, həmin mənzil barədə alqı-satqı müqaviləsinin İddiaçı ilə bağlanmış hesab edilməsi, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 108,79 kv.m. yaşayış və 15,81 kv.m. həyətyanı sahəsi olan mənzil üzərində İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və Texniki Pasportun verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi Idarəsinə həvalə edilməsi qət edilmişdir.

7. Bu qətnamə çıxarıldıqdan sonra ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında 2/12 hissədə İddiaçı, 1/12 hissədə X2, 1/12 hissədə X39, 3/12 hissədə X7, 2/12 hissədə X12, 1/12 hissədə X45, X4, X1 və X5, 1/12 hissədə X13 və 1/12 hissədə isə X8 məxsus olmuşdur. 8.

9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli *(***)- ****/**** nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2012-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin icrasında dönüş edilərək, ünvan 2 ünvanında yerləşən mənzil barədə alqı-satqı müqaviləsinin İddiaçı ilə bağlanmış hesab edilməsi, ##.##.1999-cu il tarixdə ** saylı Dövlət Notariat X68 tərəfindən cavabdeh Cavabdeh bağışlanmasına dair müqavilə, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 108,79 kv.m yaşayış və 15,81 kv.m həyətyanı sahəsi olan mənzilə (2/12 hissə) dair cavabdeh Cavabdeh barədə Daşınmaz Əmlakın Dövlət Reyestrinin qeydinin bərpa edilməklə əvvəlki vəziyyətə gətirilməsi qərara alınmışdır.

10. Bundan sonra ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 382.10 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında 2/12 hissədə 112369009 qeydiyyat nömrəsi ilə ##.##.2023-cü il tarixdə Cavabdeh adına, 1/12 hissədə 1112070031 qeydiyyat nömrəsi ilə ##.##.2012-ci il tarixdə X13 adına, 1/12 hissədə X2 adına, 3/12 hissədə 30/267 qeydiyyat nömrəsi ilə ##.##.1983-cü il tarixdə X7 adına, 1/12 hissədən ¼ hissədə X45, 1/12 hissədən ¼ hissədə X4, 1/12 hissədən ¼ hissədə X1, 1/12 hissədən ¼ hissədə X5 adına, 1/12 hissədə 1123130220 qeydiyyat nömrəsi ilə ##.##.2023-cü il tarixdə X57 adına, 2/12 hissədə 1119097906 qeydiyyat nömrəsi ilə ##.##.2019-cu il tarixdə X16 adına və 1/12 hissədə 1121143301 qeydiyyat nömrəsi ilə ##.##.2021-ci il tarixdə X9 adına qeydiyyata alınmışdır.

11. ##.##.1957-ci il təvəllüdlü İddiaçı ##.##.1982-ci il tarixindən Yasamal rayonu, Ismayılbəy Qutqaşınlı küçəsi, ev 27 ünvanında qeydiyyatdadır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat 12.

13. Iddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad olunmaqla belə əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2012-ci il ## ### tarixli qətnaməsi qüvvəyə minmiş, icra olunmuş və iddiaçının adına çıxarış verilmişdir. Sonradan cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmiş və apellyasiya məhkəməsinin müvafiq qərardadı ilə qətnamə ləğv edilərək iddia ərizəsi baxılmamış saxlanılmışdır. Iddiaçı yalnız 2011-ci ildə məhkəməyə müraciət etdikdən sonra öyrənmişdir ki, mübahisəli əmlaka dair cavabdehlə bağışlama müqaviləsi bağlanmış və hüquqlar qeydə alınmışdır. Mübahisəli əmlak 1957-ci ildə iddiaçının babası X27 tərəfindən X19 alınmış, lakin alqı-satqı müqaviləsi notarial qaydada rəsmiləşdirilməmiş, faktiki istifadə və qeydiyyat yolu ilə həyata keçirilmişdir. Iddiaçı 1960-cı ildən həmin ünvanda yaşayır və 1973-cü ildən qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ##.##.2012-ci il tarixli məlumatına əsasən, X19 əmlakın yarısını ##.##.1947-ci il tarixli notarial müqavilə ilə əldə etmiş, ##.##.1976-cı ildə vəfatından sonra əmlakın 6/12 hissəsi üzrə vərəsəlik hüququ X15 keçmiş, sonuncu ##.##.1999-cu il tarixdə bağışlama müqaviləsi ilə əmlakın 2/12 hissəsini Cavabdeh bağışlamış və bunun əsasında ##.##.1999-cu il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Bağışlama müqaviləsi bağlanarkən həmin yaşayış sahəsində qeydiyyatda olan şəxslərin razılığı alınmamışdır ki, bu da notariat qaydalarının tələblərinə ziddir. Cavabdeh həmin evdə yaşamamış, onun saxlanmasında iştirak etməmiş və əmlaka dair faktiki iradə ifadə etməmişdir. Mübahisəli əmlakda yalnız iddiaçı və ailə üzvləri yaşamış, üçüncü şəxslər tərəfindən hər hansı etiraz irəli sürülməmişdir. Kommunal xidmətlər iddiaçının adına rəsmiləşdirilmişdir. Evin ilkin vəziyyəti 2 otaqlı olmuş, sonradan isə genişləndirilərək 4 otağa çatdırılmış, daha sonra iddiaçı tərəfindən yenidən tikilərək əsaslı şəkildə təmir edilmiş, o cümlədən 2020-ci ildə sonuncu təmir işləri aparılmış və əhəmiyyətli vəsait xərclənmişdir.

14. Cavabdeh da mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, X14 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qarşı qarşılıqlı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi və sonuncu olaraq iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd olunması, İddiaçı 25.000 manat məbləğində kompensasiyası ödənilməklə onun və ailə üzvlərinin (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və X14) mübahisəli əmlaka dair istifadə hüquqlarına xitam verilməsi, pul kompensasiyasının ödənilməsi ilə hazırkı iddia üzrə cavabdehlərin istifadə hüququna xitam verilməsinin eyni vaxtda icra olunması, onların evdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Qarşılıqlı iddia ərizəsi də işin yuxarıda sadalanan faktiki hallarına istinad olunmaqla belə əsaslandırılmışdır ki, iddiaçı İddiaçı mübahisəli əmlak üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etmədiyindən, bu tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Onun həmin ünvanda qeydiyyatda olması, ona bağışlama müqaviləsini mübahisələndirmək hüququ vermir. Bundan əlavə, müqavilə 1999-cu ildə bağlandığı halda iddia yalnız 2012-ci ildə qaldırılmış, beləliklə iddia müddəti ötürülmüşdür. Müqavilənin yalan əqd olmasını təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Eyni zamanda, iddiaçı İddiaçı uzun müddət həmin mənzildə yaşaması və qeydiyyatda olması bağışlama müqaviləsinin etibarsızlığı üçün əsas hesab edilə bilməz. Iddiaçı alqı-satqı müqaviləsinin onunla bağlanılmasını tələb etsə də, qüvvədən düşmüş hüquq normasına istinad etmiş və iddiasını vaxtında irəli sürməməsinin səbəblərini sübut etməmişdir. Notariat təsdiqindən boyun qaçırılmasını göstərən sübutlar da təqdim olunmamışdır. Iddiaçının cavabdehə məxsus mənzildə qeydiyyatda qalması mülkiyyət hüququnu pozduğundan, cavabdeh tərəfindən kompensasiya ödənilməklə iddiaçının istifadə hüququna xitam verilməsi və onun ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması tələb olunur. Təqdim edilmiş qiymətləndirməyə əsasən, üç il üzrə kirayə dəyəri 14.400 manat təşkil etsə də, cavabdeh 14.500 manat kompensasiya ödəməyə hazır olduğunu bildirmişdir. Dəqiqləşdirmə ərizəsində göstərilmişdir ki, məhkəmə ekspertizasının ##.##.2023-cü il tarixli rəyi ilə, əmlakın orta aylıq kirayə haqqı 450 manat müəyyən edildiyindən, üç il üçün ümumi məbləğ 16.200 manat təşkil etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı həmin məbləğdən artıq, yəni 17.000 manat kompensasiya ödəməyə hazır olduğunu bildirmişdir. Artırılma ərizəsində isə qeyd olunmuşdur ki, mübahisəli ünvanda qeydiyyatda olan şəxslər barədə rəsmi məlumat əsasında iddiaçının ailə üzvləri də müəyyən edilmişdir. Istifadə hüququna xitam və çıxarılma tələbi ilə bağlı olaraq həmin şəxslərin də cavabdeh qismində cəlb edilməsi zəruridir. Bundan əlavə, ekspert rəyinə əsasən hesablanmış 16.200 manat məbləğ nəzərə alınaraq, qarşılıqlı iddia üzrə iddiaçı kompensasiyanın məbləğini artıraraq 25.000 manat ödəməyə hazır olduğunu bildirmişdir.

16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il ## ###### tarixli */**** nömrəli rəyi ilə, mübahisəli əmlakın icarə haqqının orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 450 manat müəyyən edilmişdir.

17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.A.Xəlilov) 2024-cü il ## ### tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin olunaraq, İddiaçı Cavabdeh tərəfindən 25.000 manat məbləğində pul kompensasiyası ödənilməklə qarşılıqlı iddia üzrə cavabdehlərin mübahisəli əmlaka istifadə hüquqlarına xitam verilməsi və onların evdən çıxarılması, 25.000 manat məbləğində pul kompensasiyanın verilməsi ilə cavabdehlərin evdən çıxarılmasının eyni vaxtda icra edilməsi qət edilmişdir.

18. Birinci instansiya məhkəməsi ilk və qarşılıqlı iddialar üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisəli mənzildə qeydiyyatda olması və orada yaşaması, bununla əlaqədar olaraq da bağışlama müqaviləsi bağlandığı zaman onun razılığının alınmaması həmin mübahisəli mənzilə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas sayıla bilməz və həmin müqavilə qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanıldığından, ilkin iddia tələbi həmin hissədə əsassız hesab edilməli və təmin edilməməlidir.

19. Həmçinin, məhkəmə qeyd etmişdir ki, həm əvvəlki mülki qanunvericilikdə, həm də ki hazırkı qanunvericilikdə qeydiyyatda olan şəxslərin razılığının alınmaması mülkiyyətçinin öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnun məhdudlaşdırılması kimi nəzərdə tutulmamış və mülkiyyətçinin üstün sərəncamverici hüquqları gözlənilmişdir. Bu halda isə iddiaçının əvvəlki mülki qanunvericilikdə nəzərdə tutulan mənzilə dair istifadə hüquqları mövcud olmuşdur ki, bu hüquq barədə isə qarşılıqlı iddia üzrə iddiaçı müvafiq kompensasiya verməklə həmin mövcud hüquqlara xitam verilməsini mübahisələndirmişdir.

20. Məhkəmə mübahisəli əmlakın 2/12 hissənə dair cavabdeh barədə reyestrdəki qeydinin etibarsız hesab edilməsi və həmin mənzil barədə alqı-satqı müqaviləsinin X27 hüquqi varisi qismində iddiaçı ilə bağlanmış hesab edilməsi hissələrinə münasibətdə qeyd etmişdir ki, ilk iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən və digər hissələr də əsas hissə ilə birbaşa əlaqəli olduğundan həmin hissələrinə ayrılıqda münasibət bildirilməsinə zərurət qalmamışdır.

21. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə cavabdehlərin mübahisəli mənzildə uzun müddət yaşadıqlarını və onların həmin mənzilə istifadə hüquqlarının mövcud olmasını, həmçinin qanunvericilikdə kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi halının nəzərdə tutulmasını əsas gətirərək və eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ekspert rəyi əsasında müəyyən edilən məbləğdən də çox və ədalətli şəkildə daha yüksək kompensasiya məbləğinin verildiyini qeyd edərək hesab etmişdir ki, qarşılıqlı iddia tələbi təmin edilməlidir.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cü, ##.##.1999-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 39, 42, 43, 44-cü, ##.##.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 123cü, MM-in 228.2-ci maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2001-ci il ## #### tarixli qərarının 1-ci bəndinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2016cı il ## #### tarixli Qərarına istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

23. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın təmin, qarşılıqlı iddianın təmin olunmamasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisəli mənzildə qeydiyyatda olması və bağışlama müqaviləsi bağlanarkən onun razılığının alınmaması həmin əqdin etibarsızlığı üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas deyildir. Lakin iddiaçı bildirmişdir ki, bağışlama müqaviləsinin etibarsızlığı təkcə razılığın alınmaması ilə deyil, həm də əmlakın faktiki olaraq başqa şəxsə məxsus olması ilə bağlıdır. Belə ki, mübahisəli ev 1957ci ildə iddiaçının babası tərəfindən alınmış, alqı-satqı notarial qaydada rəsmiləşdirilməsə də, ailənin faktiki istifadəsinə verilmişdir. Iddiaçı 1960-cı ildən həmin evdə yaşayır və 1973-cü ildən qeydiyyatdadır. Cavabdeh isə heç vaxt həmin evdə yaşamamış və əmlaka münasibətdə faktiki sahiblik həyata keçirməmişdir. Bu səbəbdən, 1999-cu il tarixli bağışlama müqaviləsinin predmeti olan əmlakın faktiki sahibinin başqa şəxs olduğu, müqavilənin formal xarakter daşıdığı və hüquqi nəticə yaratmaq niyyəti olmadan bağlandığı iddia olunmuşdur. Iddiaçı həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələblərini düzgün ardıcıllıqla araşdırmamış, əvvəlcə alqı-satqı münasibətlərinin mövcudluğunu qiymətləndirmədən birbaşa bağışlama müqaviləsinin etibarlılığına dair nəticəyə gəlmişdir. Məhkəmə işin hallarını hərtərəfli araşdırmadan, formal əsaslarla iddianı rədd etmişdir. Bundan əlavə, vərəsəlik münasibətləri və mülkiyyət hüququnun keçməsi ilə bağlı halların araşdırılması üçün verilmiş vəsatətlər təmin edilməmişdir. Eyni zamanda, qarşılıqlı iddia üzrə qəbul edilmiş qətnamədə cavabdehin hüquqları yalnız 2/12 hissə (63,68 kv.m) ilə məhdud olduğu halda, məhkəmə bütün sahəyə dair qərar qəbul etmişdir. Əmlakın qalan hissəsinin iddiaçı tərəfindən tikildiyi və genişləndirildiyi nəzərə alınmamış, faktiki ölçülər müəyyən edilməmişdir. Beləliklə, məhkəmə mübahisəli əmlakın hüquqi statusunu, tərəflərin faktiki münasibətlərini və tikilinin kim tərəfindən inşa edildiyini araşdırmadan, sübutlara düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir ki, bu da onun qanunsuz və əsassız olmasına səbəb olmuşdur.

25. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili-nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddia tələbi bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsinə yönəldiyindən texniki pasportun təqdim olunmasına zərurət yoxdur. Sübutetmə yükünün iddiaçının üzərinə düşməsinə baxmayaraq, o, iddiasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Qarşılıqlı iddia tələbinin həcmi əvvəlki məhkəmə qətnaməsinə uyğun müəyyən edilmişdir. Cavabdehin uzun müddət əmlakdan istifadə etməməsi onun mülkiyyət hüququnun itirilməsinə səbəb olmur. Bildiriş və qətnamənin yanlış ünvana göndərilməsi səbəbindən cavabdeh əvvəlki məhkəmə prosesindən xəbərsiz qalmışdır. Vəkilin izahına görə, iddiaçının qeydiyyatı müvəqqəti xarakter daşımış, yalnız onun özünə razılıq verilmiş, ailə üzvlərinin qeydiyyatı isə ayrıca razılığa əsaslanmamışdır. Bununla belə, qeydiyyatın 2000-ci ildən əvvəl baş verməsi nəzərə alınaraq iddiaçının istifadə hüququ qəbul edilmişdir. Cavabdeh artırmaların iddiaçıya məxsus olduğunu qəbul etməmiş və paya düşən sahənin ölçüsü barədə məlumatsız olduğunu bildirmişdir. Eyni zamanda, mübahisəli əmlakın faktiki olaraq iddiaçının istifadəsində olduğu qəbul edilmiş, buna görə də, kompensasiya ilə bağlı qeyd olunmuşdur ki, ekspert rəyinə əsasən hesablanan məbləğdən artıq olaraq 25.000 manat ödənilməsi təklif edilmişdir. Vəkil əlavə etmişdir ki, iddiaçı nə bağışlama müqaviləsinin etibarsızlığını, nə də əmlakın əvvəlcədən əldə olunmasını təsdiq edən sübut təqdim etmişdir ki, bu da onun subyektiv hüququnun olmadığını göstərir və iddianın rədd edilməsi üçün əsasdır.

26. Apellyasiya icraatı zamanı iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin bütün məhkəmə tərkibinə etiraz etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2024-cü il ## ####### tarixli *(***)-****/**** nömrəli qərardadı ilə iddiaçının Bakı Apellyasiya Məhkəməsinin bütün məhkəmə tərkibinə verilmiş etirazı təmin edilmiş, mülki işin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – A.H.Hüseynzadə (sədrlik edən və məruzəçi), A.M.Süleymanova və L.E.Rəhimli) 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən - qarşılıqlı iddianın təmin edilmiş hissəsində ləğv edilməklə, həmin hissədə yeni qətnamə çıxarılmış, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə cavabdehlərin hər birinə 6.250 manat olmaqla, ümumilikdə 25.000 manat kompensasiya ödənilməklə, mübahisəli əmlakın 2/12 hissəsinə olan istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin mübahisəli əmlakın 2/12 hissəsindən çıxarılması, kompensasiyanın verilməsi ilə cavabdehlərin evdən çıxarılmasının eyni vaxtda icra edilməsi, qarşılıqlı iddia və apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

28. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının babası tərəfindən 1957-ci ildə mübahisəli mənzili şifahi alqı-satqı müqaviləsi əsasında əldə etməsi barədə iddiası hüquqi əsaslı deyildir. Belə ki, həmin dövrdə qüvvədə olmuş 1923-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinə əsasən daşınmaz əmlakın alqısatqısı notarial qaydada təsdiqlənməli idi və bu tələbə əməl olunmaması müqavilənin etibarsızlığına səbəb olurdu.

29. Iş materialları ilə təsdiq olunmuşdur ki, mübahisəli əmlak 1975-ci ilədək X19 mülkiyyətində olmuş, onun vəfatından sonra isə vərəsəlik qaydasında digər şəxslərə keçmiş və sonradan qismən özgəninkiləşdirilmişdir. Bu hallar əmlakın əvvəlcədən başqa şəxsə verilməsini istisna etmişdir.

30. Məhkəmə kollegiyası bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı iddianı təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə və iddiaçının mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması ilə əlaqədar gəldiyi nəticənin əsaslandırması ilə tam razılaşaraq, onun bağışlama müqaviləsini mübahisələndirmək üçün subyektiv hüququnun olmadığını əsaslı saymışdır.

31. Qarşılıqlı iddia üzrə isə müəyyən edilmişdir ki, mübahisəli əmlakın 2/12 hissəsi xüsusi mülkiyyət hüququ əsasında qarşılıqlı iddiaçıya məxsus olmuş və bu pay 382,10 kv.m-lik yaşayış evinin 63,68 kv.m hissəsini təşkil etmişdir. Texniki pasportlara əsasən həmin pay 20, 21, 22 və ** nömrəli otaqlardan ibarət olmaqla ümumilikdə 66,7 kv.m sahəni əhatə etmiş və mülkiyyət payına uyğun olmuşdur. Bu səbəbdən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi əsaslı hesab edilməmişdir. Həyətyanı sahə yaşayış evinə xidmət etdiyindən onun üzrə istifadə hüququna ayrıca xitam verilməsinə zərurət müəyyən edilməmişdir.

32. Məhkəmə kollegiyası cavabdehlərin evin əvvəlcə 2 otaqlı olması, sonradan isə yenidənqurma və təmir nəticəsində 4 otağa çevrilməsi barədə dəlillərini əsassız hesab edərək bildirmişdir ki, texniki pasportlara əsasən mübahisəli əmlakın 2/12 hissəsinə aid otaqların 1920–1953-cü illərdə inşa edildiyi, sonrakı sənədlərin müqayisəsinin isə evin konfiqurasiyasında dəyişiklik olmadığını göstərdiyi müəyyən edilmişdir. Bu səbəbdən göstərilən hallar qarşılıqlı iddianın təmin edilməməsi üçün hüquqi əsas təşkil etməmişdir. Bununla yanaşı, iddiaçı tərəfindən əmlakın yaxşılaşdırılması sübuta yetirilərsə, o, çəkdiyi xərclərin əvəzini tələb etmək hüququna malikdir.

33. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etmişdir ki, qarşılıqlı iddiaçı kompensasiya ödənilməsi yolu ilə istifadə hüquqlarına xitam verilməsi tələbi irəli sürə bilər. Kompensasiya məbləği mənzilin bazar dəyərinə bağlı olmayıb, ədalətli və ağlabatan müəyyən edilməlidir. Nəticə etibarilə, 25.000 manat məbləğində kompensasiyanın yalnız bir şəxsə deyil, istifadə hüququ olan bütün şəxslər arasında bərabər bölünməsi məqsədəuyğun hesab edilmiş və hər birinə 6.250 manat olmaqla ödənilməsi şərti ilə onların mübahisəli əmlakdan istifadə hüquqlarına xitam verilməsi qənaətinə gəlinmişdir.

34. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan SSR Mülki Məcəlləsinin (1923) 27, 29, 180, 185-ci, MM-in 152, 228-ci, MPM-in 14.2, 62.1, 77.1, 119, 217-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il ## ### tarixli və “R.Ağalarovun şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il ## #### tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

35. Iddiaçı (vəkil X28) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi ilə bağlı yeni qərar qəbul edilməsi və ya işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

36. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, 1957-ci ildə Məhəmmədəli Kərimov ilə Püstə Həsənova arasında bağlanmış alqı-satqı müqaviləsi həmin dövrün qanunvericiliyinə uyğun etibarlı olmuş və mübahisəli əmlak Kərimovun mülkiyyətinə keçmişdir. Iddiaçı onun hüquqi varisi olmaqla, yaşayış sahəsinə fasiləsiz və etirazsız sahiblik etdiyindən əmlakın mülkiyyət hüququnun ona keçdiyini iddia etmişdir. Həmçinin qeyd olunmuşdur ki, mübahisəli sahə cavabdehə faktiki verilmədiyindən və o, həmin sahədən istifadə etmədiyindən, ##.##.1999-cu il tarixli bağışlama müqaviləsi etibarsız sayılmalı idi. Bununla yanaşı, məhkəmələrin 1957-ci il müqaviləsi üzrə notarial forma tələbinin pozulmasını etibarsızlıq əsası kimi qəbul etdiyi halda, 1999-cu ildə qüvvədə olan qanunvericiliyə əsasən ailə üzvlərinin razılığının alınmamasını nəzərə almamaları ziddiyyətli qiymətləndirilmişdir.

37. Cavabdeh (vəkil Nümayəndə) apellyasiya məhkəməsinin qətnaməsini “qarşılıqlı iddianın ləğv edildiyi hissədə” ləğv olunması və qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlili olmamasına və hətta iclaslarda belə müzakirə edilməməsinə baxmayaraq, əsassız olaraq kompensasiya məbləğini şəxslərə uyğun bölüşdürərək, qarşılıqlı iddia üzrə cavabdehlərin hər birinə 6.250 manat olmaqla, müəyyən etmişdir. Halbuki, bununla bağlı apellyasiya şikayətində hər hansı bir qeyd şərt mövcud deyildir və məhkəmə araşdırmasının da müzakirə mövzusu olmamışdır. Nəticədə birinci instansiya məhkəməsinin qətnaməsi “qarşılıqlı iddianın” təmin edilən hissəsində əsassız olaraq qismən ləğv edilmişdir. Apellyasiya məhkəməsi öz qətnaməsində bu bölüşdürməni zəruri edən halı əsaslandırmamış və heç maddi hüquq normasına istinad etməmişdir.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il # ###### tarixli *(***)-****/**** nömrəli qərarı ilə (hakimlər – R.M.Həsənov (məruzəçi), A.Ə.Abbasov və Ə.G.Nurməmmədov) Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən - qarşılıqlı iddia üzrə kompensasiya məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yeni apellyasiya baxışına göndərilməsi qərara alınmış, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

40. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qarşılıqlı iddia üzrə cavabdehlərin mübahisəli yaşayış sahəsinə olan istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsinə dair gəldiyi nəticə doğru olsa da, kompensasiyanın hesablanması və məbləğinin müəyyən edilməsi hissəsində gəlmiş olduğu nəticə natamam olmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsinin özünün müəyyən etdiyi hallardan görünür ki, qarşılıqlı iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan yaşayış sahəsi paylı mülkiyyətdə olan əmlakın 2/12 hissəsini təşkil etmişdir. Məhkəmə daha sonra müəyyən etmişdir ki, qeyd edilən əmlakın ümumi sahəsi nəzərə alınmaqla onun 2/12 hissəsi 63,8 kv.m təşkil etsə də, işdə olan texniki pasportlara əsasən həmin sahə 66,7 kv.m təşkil edir.

41. Eyni zamanda işin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisəli əmlakın hazırkı faktiki vəziyyətində sahəsi 108,79 kv.m təşkil edir. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli yaşayış evinin bu günkü mövcud vəziyyətdə faktiki sahəsi onun əvvəllər mövcud olan sahəsindən əhəmiyyətli dərəcədə artıq olmuşdur.

42. Məhkəmə birinci instansiya məhkəməsinin qətnaməsini qarşılıqlı iddianın təmin olunmuş hissəsində ləğv edib iddianı həmin hissədə qismən təmin edərkən də yuxarıda göstərilən hallara istinad etmiş və belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia üzrə cavabdehlərin istifadə hüququna evin 108,79 kv.m hissəsinə münasibətdə deyil, məhz 2/12 hissəsinə münasibətdə xitam verilməlidir. Lakin digər tərəfdən, qarşılıqlı iddia üzrə cavabdehlərin bütün bu müddət ərzində həmin ünvanda mübahisəsiz qaydada yaşamalarına rəğmən, məhkəmə mübahisəli yaşayış evində tikinti aparmaqla onun sahəsini genişləndirmələri və əsaslı təmir işləri aparmaları ilə bağlı onların dəlillərini əsassız hesab etmiş və bu dəlilin qarşılıqlı iddianın rədd edilməsi üçün əsas təşkil etmədiyini qeyd etmişdir.

43. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mübahisəli tikilinin sahəsinin tikiliyə aid sənədlərdə göstəriləndən əhəmiyyətli dərəcədə artıq olduğunu müəyyən etsə də, bu artımın kimin hesabına baş verməsi ilə bağlı araşdırma aparmamışdır. Halbuki, qeyd edilən hal mübahisənin ədalətli həlli və kompensasiya məbləğinin müəyyən edilməsi baxımından əhəmiyyətli olmuşdur.

44. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, belə tikinti və təmir işlərinin aparılması ilə bağlı qarşılıqlı iddia üzrə cavabdeh vicdanlı sahib kimi əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir.

45. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin bu qənaəti ilə razılaşmayaraq bildirir ki, bu cür tələbin hüququ əsası kimi MM-nin 157.7-ci maddəsi çıxış edir. Həmin maddənin dispozisiya şərtinə görə vicdanlı sahib əmlakın yaxşılaşdırılması üçün çəkilən məsrəfləri mülkiyyətçidən tələb edə bilər. Maddənin dispozisiya şərtindən də göründüyü kimi, qeyd edilən tələb mahiyyət etibarı ilə vicdanlı sahibin yaxşılaşdırma üçün çəkmiş olduğu xərclərin mülkiyyətçi tərəfindən kompensasiyasını ehtiva edir. Göründüyü kimi, həm qarşılıqlı iddia tələbi, həm də bu tələb üzrə cavab verməli şəxsin tələbə dair etirazları kompensasiya xarakteri daşıyan pul məbləği ilə bağlıdır.

46. Doğrudur, qarşılıqlı iddia üzrə cavabdeh həmin kompensasiyanın ödənilməsi ilə bağlı ayrıca tələb irəli sürməmişdir, lakin o, bu dəlildən verilmiş qarşılıqlı iddiadan müdafiə məqsədilə istifadə edərək, faktiki olaraq, təklif edilən kompensasiyanın məbləği ilə razı olmadığını ifadə etmişdir. Həm də nəzərə almaq lazımdır ki, hazırkı iddia qarşılıqlı iddia üzrə cavabdehlərin mübahisəli əmlakla bağlı mövcud hüquqlarına xitam verilməsi və bununla da onların həmin yaşayış sahəsi ilə bütün hüquqi bağlılıqlarının kəsilməsinə yönəlmişdir.

47. Bu isə onu deməyə əsas verir ki, yaranmış vəziyyətdə yaxşılaşdırma üçün çəkilmiş xərcin kompensasiyasına dair ayrıca məhkəmə mübahisəsinin açılmasına ehtiyac qalmır və belə xərcin çəkilməsi təsdiq olunacağı halda, bu məbləğ qarşılıqlı iddia üzrə cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün ödənilməli olan kompensasiya ilə birlikdə hesablanmaqla nəzərə alınmalıdır. Lakin göründüyü kimi, işə baxan apellyasiya instansiyası məhkəməsi göstərilən istiqamətdə araşdırma aparmamış, bu isə iş üzrə kompensasiya məbləğinin müəyyən edilməsi ilə bağlı düzgün olmayan nəticəyə gəlinməsinə səbəb olmuşdur.

48. Kassasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan SSR Mülki Məcəlləsinin (1923) 27, 29, 180, 185-ci, MM-in 152.1, 157.7, 228.2-ci, MPM-in 14.2, 77.1, 88, 407.2, 416.1, 416.2, 417.1.1, 417.1.4, 418.1, 418.3-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il ## ### tarixli Qərarına istinad edərək əsaslandırmışdır.

d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

49. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakimlər - M.M.Hüseynov (sədrlik edən və məruzəçi), Z.T.Məmmədov və İ.K.Dəmirov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən - qarşılıqlı iddia tələbinə aid hissədə ləğv edilməklə, həmin hissədə yeni qətnamə çıxarılmış, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə cavabdehlərin hər birinə 6.250 manat hesabı ilə cəmi 25.000 manat məbləğində kompensasiya və fərdi yaşayış evinin yaxşılaşdırılmasına çəkilmiş xərclərin əvəzi qismində hər birinə 11.250 manat hesabı ilə cəmi 45.000 manat məbləğində əlavə ödəniş olmaqla, ümumilikdə hər birinə 17.500 manat hesabı ilə cəmi 70.000 manat məbləğində pul vəsaitinin ödənilməsi müqabilində onların mübahisəli əmlakın 2/12 hissəsinə olan istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin mübahisəli əmlakın 2/12 hissəsindən çıxarılması, kompensasiyanın verilməsi ilə cavabdehlərin evdən çıxarılmasının eyni vaxtda icra edilməsi, apellyasiya şikayətinin qalan hissədə təmin olunmaması qət edilmişdir.

50. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdehlər mübahisəli mənzildə uzun müddət yaşamış (cavabdeh İddiaçı 1973-cü ildə sözügedən mənzilə qeydiyyata düşmüş) və onların həmin mənzilə istifadə hüquqları mövcud olmuşdur. Hətta, 2012- 2023-cü illər ərzində qarşılıqlı iddia üzrə cavabdehlər mübahisəli mənzilin mülkiyyətçisi statusunda olmuşlar. Ona görə də qarşılıqlı iddia üzrə cavabdehlərin mübahisəli mənzili özlərinin əmlakı və daimi yaşayış yerləri hesab edərək orada hansısa dəyişiklik, yenidənqurma və əsaslı təmir işləri aparmaları təbiidir. Hazırkı apellyasiya baxışı zamanı İddiaçı vəkilinümayəndəsi Vəkil izahatında bildirmişdir ki, qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən axırıncı dəfə 2021-ci ildə mübahisəli mənzildə əsaslı təmir işləri aparılmış və həmin işlərə 25.000 manata yaxın məbləğdə pul vəsaiti xərclənmişdir. Bu baxımdan mübahisəli mənzilin qanuni mülkiyyətçisi olan qarşılıqlı iddiaçı həmin mənzili qarşılıqlı iddia üzrə cavabdehlərdən geri tələb edənədək (2023-cü ilədək) sonuncular bu əmlakın vicdanlı sahibi olmuş və orada yaxşılaşdırmalar etmişlər.

51. Məhkəmə kollegiyası Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən hesab edib ki, qarşılıqlı iddia üzrə cavabdehlər 108,79 kv.m yaşayış sahəsi olan mübahisəli mənzili və ona aid 15,81 kv.m həyətyanı sahəni yaxşılaşdırmaq üçün çəkdikləri məsrəflərin əvəzini hazırkı mülkiyyətçidən (qarşılıqlı iddiaçıdan) əlavə olaraq, yəni istifadə hüququna xitam verilməsi əvəzində onlara ödəniləcək kompensasiyadan asılı olmayaraq tələb etməyə haqlıdırlar.

52. Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə cavabdehlər (onların vəkili-nümayəndəsi) tərəfindən mübahisəli mənzilin yaxşılaşdırılmasına çəkilmiş məsrəflərin həcminin müəyyən olunması üçün müvafiq ekspertizanın təyin edilərək keçirilməsi tələb olunsa da, buna zərurət görməmiş və konkret halda ekspertizanın keçirilməsini lüzumsuz hesab etmişdir. Ona görə ki, əvvəla, mübahisəli yaşayış sahəsi yeni yaşayış binasının tikintisi üçün nəzərdə tutulmuş ərazidə yerləşir və belə (köhnə) tikililərin sökülməsinə görə tikinti sahiblərinə müəyyən kompensasiya (pul, yaxud yeni yaşayış sahəsi) verilir. Tikinti sahiblərinə verilən kompensasiyanın həcmi (məbləği) isə tikintinin vəziyyətindən və dəyərindən deyil, onun sahəsindən asılı olaraq müəyyənləşdirilir. Qarşılıqlı iddiaçının vəkili-nümayəndəsinin sorğusuna sözügedən ərazidə yeni yaşayış binasının tikintisini aparan “xxxx” MMC tərəfindən verilmiş cavabda bildirilir ki, sakinlərə standart təklif olaraq yaşayış sahəsinin hər kv.metri üçün 3000 AZN kompensasiya təklif edilməkdədir... Göründüyü kimi, mövcud vəziyyətdə mübahisəli yaşayış sahəsinin hazırkı mülkiyyətçisi üçün də geri qaytarılacaq həmin sahənin (mənzilin) vəziyyəti və bazar dəyəri heç bir maraq və əhəmiyyət kəsb etmir. Digər tərəfdən, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı əvvəlki apellyasiya baxışında verdiyi izahatında mübahisəli yaşayış sahəsinin hazırda 60000-70000 manat dəyərində olduğunu bildirmişdir. Hazırkı apellyasiya baxışında isə qarşılıqlı iddia üzrə cavabdehlərin vəkili-nümayəndəsi axırıncı dəfə 2021-ci ildə mübahisəli mənzildə aparılmış yaxşılaşdırma işlərinə cavabdehlər tərəfindən 25.000 manata yaxın məbləğdə pul vəsaitinin xərcləndiyini bildirmişdir.

53. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qarşılıqlı iddiaçı tərəfindən cavabdehlərə mübahisəli yaşayış sahəsində yaxşılaşdırmalara çəkilmiş xərclərin əvəzi olaraq təklif edilən 45000 (qırx beş min) manat məbləğində pul vəsaitini kifayət qədər yüksək və müvafiq xərclərin hamısını yetərincə qarşılayan kompensasiya kimi qiymətləndirmişdir.

54. Apellyasiya məhkəməsi öz mövqeyini MM-in 157.7-ci, MPM-in 372.1, 372.6, 372.7, 384.0.2, 385.1.4, 390-cu maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

55. Iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və kompensasiyanın məbləğinə dair halların yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

56. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin yaxşılaşdırılmasına çəkilmiş məsrəflərin həcminin müəyyən olunması üçün müvafiq ekspertizanın təyin edilərək keçirilməsi tələb olunsa da, məhkəmə kollegiyası buna zərurət görməmiş və konkret halda ekspertizanın keçirilməsini lüzumsuz hesab etmişdir.

57. Məhkəmə kompensasiyanı yalnız sahə ilə əlaqələndirməklə səhvə yol vermişdir. Çünki tikinti şirkətləri ilə bağlanan müqavilələrdə kompensasiyanın məbləği sahə ilə yanaşı həmçinin evin təmiri, orada yaşayan şəxslərin sayı, yerləşdiyi ərazi kimi amillərlə də bağlıdır. Digər tərəfdən, “xxxx” MMC tərəfindən verilmiş cavab məktubunda sakinlərə yaşayış sahəsinin hər kv.metri üçün 3000 manat standart təklif verildiyi bildirilmişdir. Lakin faktiki olaraq həmin ərazidə sakinlərin bağladıqları müqavilənin dəyəri daha yüksək olur. Məhkəmənin yalnız tikinti şirkətinin verdiyi arayışı əsas götürməsi mübahisənin düzgün və ədalətli həlli üçün yetərli deyil. Həmçinin məhkəmə İddiaçı əvvəlki apellyasiya baxışında verdiyi izahatında mübahisəli yaşayış sahəsinin hazırda 60000-70000 manat dəyərində olduğunu bildirməsinə istinad edərək, məhkəmə tərəfindən təyin edilmiş hazırki kompensasiyanın da həmin məbləğdə olmaqla düzgün olmasına işarə etmişdir. Halbuki, yaşayış sahəsinin dəyəri şəxsin verdiyi izahatla deyil, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna əsasən, qiymətləndiricilər tərəfindən müəyyən edilir. Evin dəyəri hazırda tikinti şirkəti tərəfindən verilən kompensasiya ilə birbaşa bağlıdır. Ona görə də evin dəyəri adi vaxtda satışda olarkən təyin olunan bazar qiyməti ilə hazırki vaxt arasında kifayət qədər böyük fərq vardır. Bu xüsusat iş üzrə Ali Məhkəmənin qərarında da əksini tapmışdır. Apellyasiya məhkəməsi Ali Məhkəmənin göstərişlərini düzgün şəkildə tətbiq etməmiş, bir sıra halları araşdırmamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

58. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

59. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

60. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır.

61. Maddə 29, II hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

62. Maddə 29, III hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

63. Maddə 29, IV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

64. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

65. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

66. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

Azərbaycan SSR Mülki Məcəlləsi (1923)

67. Maddə 27. Əqdlər sözlə (şifahi) və yazılı formada ola bilər. Yazılı əqdlər iki yerə ayrılır. Sadə əqdlər və notariat qaydası ilə təsdiq edilən əqdlər.

68. Maddə 29. Qanunda tələb edilən formaya riayət edilməməsi, əqdin etibarsız hesab olunmasına yalnız o halda səbəb olur ki, formaya riayət etməməyin nəticəsi qanunda açıq göstərilmiş olsun.

69. Maddə 180. Alqı-satqı müqaviləsi üzrə bir tərəf (satıcı), əmlakı digər tərəfin (alıcının) mülkiyyətinə verməyi, alıcı isə həmin əmlakı qəbul etməyi və şərtləşmiş (qiyməti) ödəməyi öhdəsinə götürür.

70. Maddə 185. Tikililərin və tikinti hüquqlarının alqı-satqısı etibarsız olmamaq üçün notariat qaydası ilə təsdiq edilməli və sonra müvafiq yerli təsərrüfat şöbəsində (kommunal şöbədə) qeydə alınmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

71. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

72. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

73. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

74. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

75. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

76. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

77. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

78. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

79. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

80. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yaşayış evindən istifadə hüququna xitam verilməsi üçün ödənilməli kompensasiyanın məbləğinin müəyyən edilməsinə dair hissədə mübahisələndirildiyinə görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissə üzrə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

81. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı fərdi yaşayış evinin yaxşılaşdırılmasına çəkilmiş xərclərin əvəzi qismində cəmi 45.000 manat məbləğində əlavə ödəniş olmaqla, mübahisəli yaşayış evinin 2/12 hissəsinə olan istifadə hüquqlarına xitam verilməsi hissədə dəyişdirilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

82. Belə ki, Cavabdeh İddiaçı kompensasiyası ödənilməklə onun və ailə üzvlərinin mübahisəli əmlaka dair istifadə hüquqlarına xitam verilməsi, pul kompensasiyasının ödənilməsi ilə hazırkı iddia üzrə cavabdehlərin istifadə hüququna xitam verilməsinin eyni vaxtda icra olunması, onların evdən çıxarılması tələbi üzrə məhkəmələr tərəfindən müəyyən olunan işin hallarına görə, qarşılıqlı iddia üzrə cavabdehlər mübahisəli mənzildə uzun müddət yaşamış (cavabdeh İddiaçı 1973-cü ildə sözügedən mənzilə qeydiyyata düşmüş) və onların həmin mənzilə istifadə hüquqları mövcud olmuşdur. Ötən müddət ərzində İddiaçı və ailəsi tərəfindən mübahisəli evdə əsaslı təmir işləri aparılmışdır.

83. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə cavabdehlərin hər birinə 6.250 manat hesabı ilə cəmi 25.000 manat məbləğində kompensasiya verilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

84. Bununla yanaşı, kompensasiya verilməsi məsələsi həll edilərkən kompensasiyanın məbləği cavabdehin əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələbi etmə haqqı ilə paralel təhlil olunmalıdır (bu iş üzrə Ali Məhkəmənin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli qərarının 86-90-cı paraqrafları).

85. Çünki Mülki Məcəllənin 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

86. Iş materiallarından görünən odur ki, evə dair hüquqmüəyyənedici sənədlər üzrə Cavabdeh mülkiyyətində olmuş sahə 63,67 kv.m təşkil edib. Hazırda isə İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan sahə 108,67 kv.m təşkil edir. Başqa sözlə, yaşayış evinin əvvəl mövcud olmuş hissəsində təmir işləri görülməsi nəticəsində yaranan yaxşılaşmadan fərqli olaraq, 45,12 kv.m sahəsi bütünlüklə İddiaçı tərəfindən inşa edilmişdir. Bu baxımdan Mülki Məcəllənin 157.7-ci maddəsində nəzərdə tutulan yaxşılaşdırmanın əvəzi, müəyyən mənada İddiaçı yaratdığı əmlak artımının tam ekvivalenti ola bilər. Lakin bu məbləğ yenidən tikilmiş hissənin dəyərini aşmamalıdır.

87. Həmçinin, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş diqqət çəkən hal odur ki, mübahisəli yaşayış sahəsi yeni yaşayış binasının tikintisi üçün nəzərdə tutulmuş ərazidə yerləşir və belə tikililərin sökülməsinə görə tikinti sahiblərinə müəyyən kompensasiya (pul, yaxud yeni yaşayış sahəsi) verilir. Tikinti sahiblərinə verilən kompensasiyanın həcmi (məbləği) isə tikintinin vəziyyətindən və dəyərindən deyil, onun sahəsindən asılı olaraq müəyyənləşdirilir. Yeni yaşayış binasının tikintisini aparan “xxxx” MMC tərəfindən verilmiş cavabda bildirilir ki, sakinlərə standart təklif olaraq yaşayış sahəsinin hər kv.m üçün 3.000 AZN kompensasiya təklif edilməkdədir.

88. Aydındır ki, İddiaçı tərəfindən artırılmış hissə söküləcəyi halda, həmin tikilinin bazar dəyəri və ya söküntü kompensasiyası Cavabdeh çatacaq. Bu da həmin artımın İddiaçı qismən də olsa kompensasiya edilməməsi, əsassız varlanma elementləri yarada bilər.

89. Buna görə də məhkəmə kollegiyası İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və X14 hər birinə fərdi yaşayış evinin yaxşılaşdırılmasına çəkilmiş xərclərin əvəzi qismində 16.875 manat hesabı ilə cəmi 67.500 (altmış yeddi min beş yüz) manat məbləğində əlavə ödəniş edilməklə mübahisəli yaşayış evinin 2/12 hissəsinə olan istifadə hüquqlarına xitam verilməsi qənaətinə gəlir. Məhkəmə kollegiyası bu məbləği müəyyən edərən İddiaçı və ailə üzvlərinin həmin evdə uzun müddət fasiləsiz yaşadığını, yaxşılaşdırmaların nisbətini, habelə pilot layihə əsasında orada yerləşən evlərin sökülməsinə görə ödənilən məbləğləri müqayisəli təhlil etməklə, ədalətlilik və mütənasiblik meyarlarından istifadə etmişdir.

90. Məhkəmə kollegiyası kassatorun mübahisəli mənzilin yaxşılaşdırılmasına çəkilmiş məsrəflərin həcminin müəyyən olunması üçün müvafiq ekspertizanın keçirilməməsi barədə vəsatətin apellyasiya məhkəməsi tərəfindən qanunsuz rədd edilməsi barədə dəlilini əsassız sayır.

91. Çünki apellyasiya instansiyası məhkəməsi müəyyən edib ki, mübahisəli yaşayış sahəsi yeni yaşayış binasının tikintisi üçün nəzərdə tutulmuş ərazidə yerləşməklə belə tikililərin sökülməsinə görə tikinti sahiblərinə müəyyən kompensasiya verilir.

92. Apellyasiya instansiyası məhkəməsi bu hala istinad etməklə bildirmişdir ki, tikinti sahiblərinə verilən kompensasiyanın həcmi (məbləği) isə tikintinin vəziyyətindən və dəyərindən deyil, onun sahəsindən asılı olaraq müəyyənləşdirilir.

93. Apellyasiya instansiyası məhkəməsinin bu əsaslandırması qanuni və əsaslıdır.

94. Bundan baqşa, kassator kassasiya şikayətinə əlavə ilə məhkəməyə müraciət edərək, baxılan işin halları baxımından Mülki Məcəllənin 178.5-ci maddəsinin tətbiqinə münasibət bildirilməsini xahiş etmişdir.

95. Mülki Məcəllənin 178.5-ci maddəsində deyilir ki, əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır.

96. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kompensasiya məbləğinin müəyyən edilməsi hissəsində mübahisələdirilir və həmin hissədə qətnamənin ləğv olunması tələb edilir. Hazırkı kassasiya araşdırmasının predmeti olan kompensasiya məbləği ilə bağlı məsələlər Mülki Məcəllənin 178.5-ci maddəsi ilə tənzimlənən münasibətlərlə əhatə olunmur.

97. Belə ki, İddiaçı Cavabdeh qarşı bağışlama müqavilənin etibarsız hesab edilməsi, reyestr qeydinin etibarsız hesab edilməsi və mənzil barədə alqı-satqı müqaviləsinin X27 hüquqi varisi qismində onunla bağlanmış hesab edilməsi barədə tələbi hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2024-cü il ## ### tarixli qətnaməsi ilə rədd olunub. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı iddiasını rədd olunmasına aid hissədə qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin Mülki kollegiyasının 2025-ci il # ###### tarixli *(***)- ****/**** nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia üzrə kompensasiya məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni apellyasiya baxışına göndərilməsi qərara alınmış, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

98. Göründüyü kimi İddiaçı Cavabdeh qarşı bağışlama müqavilənin etibarsız hesab edilməsi, reyestr qeydinin etibarsız hesab edilməsi və mənzil barədə alqı-satqı müqaviləsinin X27 hüquqi varisi qismində onunla bağlanmış hesab edilməsi tələbinin rədd olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. Kassator kassasiya şikayətinə əlavədə qeyd olunan, Mülki Məcəllənin 178.5-ci maddəsinə istinadla irəli sürdüyü dəlilləri məhz Cavabdeh qarşı bağışlama müqavilənin etibarsız hesab edilməsi, reyestr qeydinin etibarsız hesab edilməsi və mənzil barədə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinin araşdırılmnası zamanı irəli sürə bilərdi.

99. MPM-in 417.1.2-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər.

100. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

qərara aldı:

Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi «fərdi yaşayış evinin yaxşılaşdırılmasına çəkilmiş xərclərin əvəzi qismində hər birinə 11.250 manat hesabı ilə cəmi 45.000 manat məbləğində əlavə ödəniş olmaqla, ümumilikdə hər birinə 17.500 manat hesabı ilə cəmi 70.000 manat məbləğində pul vəsaitinin ödənilməsi müqabilində onların ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 2/12 (on ikidə iki) hissəsinə olan istifadə hüquqlarına xitam verilməsi» hissədə dəyişdirilsin. Qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və X14 hər birinə fərdi yaşayış evinin yaxşılaşdırılmasına çəkilmiş xərclərin əvəzi qismində 16.875 manat hesabı ilə cəmi 67.500 (altmış yeddi min beş yüz) manat məbləğində əlavə ödəniş olmaqla, ümumilikdə hər birinə 23.125 manat hesabı ilə cəmi 92.500 (doxsan iki min beş yüz) manat məbləğində pul vəsaitinin ödənilməsi müqabilində onların ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 2/12 (on ikidə iki) hissəsinə olan istifadə hüquqlarına xitam verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver