Məhkəmə qərarları › İş №2(1-8)-910/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-910/2026

26.05.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-910/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh4, Xaçmaz rayon * saylı Notariat ofisinə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Vərəsəliklə bağlı mübahisələr; vərəsəliyin mübahisələndirilməsi, vərəsəlik şəhadətnaməsinin, alqı-satqı müqaviləsinin və mənzilə dair çıxarışın etibarsızlığı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh4, Xaçmaz rayon * saylı Notariat ofisinə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz ərazi idarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı ildə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Xaçmaz şəhəri, Sabir küçəsində yerləşən 2 mərtəbəli 3 otaqlı yaşayış sahəsi 52-2 kv.metr, faydalı sahəsi 70,7 kv.metr, saman kərpicdən tikilmiş, üstü şifer olan ** nömrəli fərdi yaşayış evi şərikli 1990-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında və şəxsi mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında X2 və oğlu cavabdeh2 adına qeydə alınmışdır.

2. ## #### 2006-cı ildə tərtib edilmiş vəsiyyətnaməyə əsasən, Xaçmaz şəhəri Sabir küçəsi ev 53-də yaşayan X2 özünə məxsus olan Xaçmaz şəhəri Sabir küçəsində yerləşən ** nömrəli şəxsi evinin özünə çatası hissəsini nəvəsi İddiaçı vəsiyyət etmişdir.

3. Xaçmaz şəhər IƏD üzrə nümayəndəsinin ##.##.2019-cu il tarixli *** nömrəli arayışına əsasən, X2 şəhəri M.Ə.Sabir küçəsi ev 53 ünvanında yaşamış və ##.##.2006-cı il tarixdə vəfat etmişdir. IƏD üzrə nümayəndəlikdə olan məlumata görə ailə üzvləri haqqında aşağıdakı məlumatlar vardır; cavabdeh2. Ölümündən sonra sonra evi və təsərrüfatı cavabdeh2 idarə edir.

4. AN-İ № seriyalı ******* nömrəli ##.##.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, cavabdeh2 mülkiyyətində olan mübahisəli fərdi yaşayış evini cavabdeh4 satmışdır. Fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh cavabdeh2 Xaçmaz rayonu, Sabir küçəsi, ** saylı fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında ## #### 2021-ci il tarixli *V***- nömrəli reyestri ilə qeydə alınmış şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş ##.##.2019-cu il tarixli, ************-***** nömrəli reyestri ilə, ********** nömrəli qeydiyyat nömrəsi üzrə çıxarışın ləğv edilməsi, cavabdehlər cavabdeh2 ilə cavabdeh4 arasında Xaçmaz rayonu, Sabir küçəsi, ** saylı fərdi yaşayış evinə dair ## ###### 2021-ci il tarixli, AN-İ №******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Xaçmaz rayonu, Sabir küçəsi, ** saylı fərdi yaşayış evinə dair ##.##.2021-ci il tarixli, ********** nömrəli verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda cavabdeh2 barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ata babası Üzeyirov Nüsrət Seyfəddin oğlu ##.##.1989-cu il tarixdə vəfat etmişdir. X2 onun ata nənəsi olub. X3 uzun sürən xəstəlikdən sonra, ##.##.2006-ci il tarixdə vəfat etmişdir. Ölümündən əvvəl mərhum X3 xüsusi mülkiyyətində olan Xaçmaz rayonu, Sabir küçəsi, ** saylı evə dair Xaçmaz rayon notariat kontorunun ## ###### 1990-cı il tarixli, 1N-** №-li Qanun üzrə vərəsəlik hüququ haqqında və şəxsi mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında özünə düşən payını ##.##.2006-cı il tarixdə vəsiyyət etmişdir. Mərhum X3nın vəfatından sonra, dəfələrlə cəhd göstərmişdir ki, sözügedən torpaq sahəsini vəsiyyətnaməyə əsasən öz adına rəsmiləşdirsin. Bu barədə Xaçmaz rayon notariata və Daşınmaz əmlaka müraciətlər etmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Bu ilin aprel ayının əvvəllərində ona məlum olmuşdur ki, doğma əmisi cavabdeh cavabdeh2 mərhum X3ndan miras qalmış mübahisəli evə dair vərəsəliyi tək qəbul edib, baxmayaraq ki, bundan əlavə 3 vərəsəsi var, üstəlik doğma anası, yəni X2 (öz doğma oğlu İddiaçı) nəvəsinə verdiyi vəsiyyəti nəzərə almayaraq, tək vərəsəlik şəhadətnaməsini öz adına almışdır. Hətta sözügedən həmin mübahisəli həyətdə olan torpaq sahələrini ayrı-ayrılıqda satdığı müəyyən edilmişdir. Bu məlumatları bildikdən sonra, müəyyən dövlət qurumlarına, yəni Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi Idarəsinə vəkil sorğusuna əsasən müraciət etmişdir. ##.##.2024-cü il tarixli, N° *-**-*-**/*-****/**** nömrəli məktubunun məzmununda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi Idarəsinə daxil olmuş ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərziyə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmışdır. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz fərdi yaşayış evi üzərində mübahisə mövcud olduğundan nəticədə fərdi yaşayış evi üçün nəzərdə tutulmuş müayinə işlərinin aparılması mümkün olmamışdır. Çünki, həyətə cavabdeh cavabdeh2 tərəfindən evə və torpaq sahəsinə baxış keçirməyə buraxmamışdır. Ona görə də, imtina verilmişdir. ## ######## 2024-cü il tarixli, № *** nömrəli vəkil sorğusu ilə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət edilmişdir ki, hazırda Xaçmaz rayonu, Sabir küçəsi, ** saylı ev kimin mülkiyyətindədir. Cavabdeh cavabdeh2 onun doğma əmisidir, o qanunsuzluğa yol verməklə, özünü tək övlad kimi notariat kontoruna təqdim etmiş, ən maraqlısı da odur ki, özü evlər müdiri işləməklə ##.##.2019-cu il tarixli, № *** nömrəli arayış vermişdir ki, guya ailə üzrə evi və təsərrüfatı cavabdeh2 idarə edir. Halbuki, cavabdeh2 başqa, bir vərəsə kimi onun atası X4, (Üzeyirova) X8 və (Üzeyirova) X6 olmuşdur. (Üzeyirova) X8 hazırda vəfat etmiş, onun 4 övladı var. Göründüyü kimi, cavabdeh2 qanun üzrə vərəsələri və X3 tərəfindən ona verilmiş vəsiyyəti və evə dair olan bütün sənədlərin onda olmasına baxmayaraq, həmin sənədləri itmiş kimi elan edib yenisini almaqla, özünü yeganə vərəsə kimi təqdim etməklə, mülkiyyətə sahib olmuşdur. Bu da, qanunvericiliyin kobud surətdə pozulması deməkdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, cavabdeh cavabdeh2 nənəsindən ona vəsiyyət üzrə miras qalmış Xaçmaz rayonu, Sabir küçəsi, ** saylı evi cavabdeh4 adlı şəxsə satmışdır. Belə ki, cavabdehlər cavabdeh2 ilə cavabdeh4 ilə aralarında ## ###### 2024-cü il tarixdə Xaçmaz rayon * saylı notariat ofisində alqı-satqı müqaviləsi bağlanmışdır. Hal-hazırda Xaçmaz rayonu, Sabir küçəsi, ** saylı fərdi yaşayış evi ##.##.2021- ci il tarixli, ********** nömrəli çıxarışa əsasən cavabdeh4 xüsusi mülkiyyətindədir.

7. Məhkəmə iclasında cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh X10 oglunun Xaçmaz rayonunun Sabir kuçəsi, 53 sayli fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında ## #### 2021-ci il tarixli 2V870 reyestr nömrəsi ilə qeydə alınmış şəhadətnamənin etibarsız hesab edilməsini və onun əsasında verilmiş ##.##.2019-cu ii tarixli, 302013082746-***** reyestr nömrəli, ********** nömrəli qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini, cavabdehlər cavabdeh2 ilə cavabdeh4 Nəzaralı oğlu arasında mübahisəli fərdi yaşayış evinə dair ## ###### 2021-ci il tarixll, AN ******** nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında həmin fərdi yaşayış evinə dair ##.##.2021-ci ii tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsini xahiş edir. Sədrəddinlə Zahid arasında evin alqı-satqısı barədə 2024-cü ilin noyabr ayında uzaq tanıdığı adamlardan eşitmişdir, sonra maraqlanmış, evi satması təsdiqlənmişdir. Özləri deyib kirayə veriblər, fikirləşmişlər ki, elə şey ola bilməz ki, satarlar və kirayə qalarlar. Sonra dəqiqləşdirmişlər ki, həqiqətən evi satıblar və kirayə qalırlar. Keçən məhkəmə iclaslarında iddiaçı dindirilib. Forma 2-dən də görünür ki, iddiaçı mirası nə faktiki yaşamaqla, nə digər hərəkətlər etməklə qəbul etməyib. 2023-cü ilin dekabr ayınadək mirasın qəbulu ilə bağlı mübahisələrdə mirasın faktiki qəbulu məsələsinə hüquqi qiymət verilirdi. Cavabdeh miras əmlakı orada yaşamaqla faktiki qəbul edib. Icra Hakimiyyətinin də rəsmi arayışı var ki, mirası faktiki olaraq cavabdeh qəbul edib və bunun əsasında cavabdehə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilib. Iddiaçı həmin arayışı inzibati qaydada mübahisələndirməyib. Iddiaçının tələblərindən ##.##.2019-cu ii tarixili, 302013082746-***** reyestr nömrəli, ********** nömrəli qeydiyyat nömrəli çixarışın ləğv edilməsi isə Inzibati məhkəmənin səlahiyyətinə aid məsələdir. Cavabdehlər cavabdeh2 ilə cavabdeh4 Nəzaralı oğlu arasında Xaçmaz şəhəri Sabir küçəsi, ** saylı fərdi yaşayış evinə dair ## ###### 2021-ci il tarixli, AN ******** nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissədə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edir. Çünki iddiaçı həmin tələbinə dair münasibətdə 1 illik iddia müddətini ötürmüşdür. Həmçinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün kəsici müddət müəyyən edilib və iddiaçı tərəfindən həmin müddət də ötürülüb. Qeyd olunanlarla əlaqədar, həmçinin iddiaçının mirası nə faktiki olaraq, nə də notariat kontoruna ərizə ilə müraciət etməklə qəbul etmədiyi nəzərə alınmaqla, iddianın rədd edilməsini xahiş etmişdir.

8. Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Xaçmaz rayon * saylı notariat ofisində tərtib edilmiş ##.##.2021-ci il tarixli, reyestrdə 2V-870 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş ##.##.2021-ci il tarixli, ************-***** nömrəli reyestri ilə, ********** nömrəli qeydiyyat nömrəsi çıxarışın ləğv edilməsi, ##.##.2021-ci il tarixdə cavabdeh2 ilə cavabdeh4 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 127.30 kv.metr olan fərdi yaşayış evinə dair bağlanmış AN-İ № seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2021-ci il qeydiyyat tarixli, 302013082746-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Sərxan Səmədzadə)

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı adına vəsiyyətnamə ola-ola cavabdeh notariat ofisinə müraciət edərək, tək vərəsə olduğunu bildirmiş, Notariat Ofisinin notariusu Firdovsi Məmmədov isə qanunsuz olaraq cavabdeh2 adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir. X2 ##.##.2006-cı il tarixli vəsiyyətnaməsi və cavabdeh2 ##.##.2021- ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsi eyni notarius, yəni Firdovsi Məmmədov tərəfindən təsdiq edilmişdir. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 105-ci bəndində əsasən vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənə verilərkən vəsiyyətnamənin vərəsə tərəfindən təqdim olunmuş əsl nüsxəsi və ya dublikatı notariusda saxlanılır. Bu isə o deməkdir ki, Xaçmaz rayonunun notariusu işləmiş X11 Gözəl Bəhrəm qızının 2006-cı ildə nəvəsi Həmidə verdiyi vəsiyyətnamədən xəbərdar olmasına və ya olmalı olduğuna baxmayaraq, 2021-ci ildə vəsiyyət üzrə vərəsənin hüquqlarını kobud şəkildə pozmaqla X2 miras payına dair cavabdeh2 adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir.

10. Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, bir il kəsici müddətin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı bildirmişdir ki, iddia müddəti tətbiq edilməsi qanunsuzdur. Iddia tələbindən və işin hallarından görünür ki, iddiaçının cavabdehə qarşı olan mübahisəsi vərəsəliklə bağlıdır. Birinci cavabdeh cavabdeh2 və Xaçmaz rayonu Notariat Ofisinin keçmiş notariusu Firdovsi Məmmədovun qanunsuz əməlləri nəticəsində iddiaçının vərəsəlik hüquqları kobud şəkildə pozulmuşdur. Göründüyü kimi iddia tələbi ilk öncə cavabdehin adına rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və müvafiq çıxarışın etibarsız hesab edilməsi ilə bağlıdır. Bu tələblər əsaslı hesab olunacağı təqdirdə sonra hüquqi nəticələr, yəni alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ikinci cavabdehin adına çıxarışın verilməsi də, etibarsız hesab edilməlidir. Ona görə də, hazırki iddia tələbinə qarşı iki cavabdeh arasında bağlandığı alqı-satqı müqaviləsinə dair bir illik kəsici müddətin tətbiq edilməsi düzgün deyil.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Mülki Məcəlləsinin 152.1, 157.1, 324.1, 324.2, 327, 337.1, 337.4, 1133.1, 1133.2 və 1134.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Qətnamədən cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Cavabdeh cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi üçün qanunda müəyyən edilmiş əsaslar yoxdur. Işin mübahisəsiz hallarından görünür ki, X2 vəfatından sonra iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində notariusa miras qoyanın mirasının qəbul edilməsi ilə bağlı müraciət etməmişdir. Bundan başqa iddiaçı miras qoyanın ölümündən sonra mirası nə formal üsulla, nə də ki, faktiki qəbul etməmişdir. Iddiaçı məhkəmənin hazırlıq və baxış iclasında qeyd etmişdir ki, mübahisə predmeti olan evdə nənəsi Gözəl Imamova öləndən sonra nə yaşamış, nə mirası faktiki qəbul etməmiş, nə də ki mirasa sahiblik etməmişdir. Miras əmlakı iş üzrə cavabdeh olaraq cavabdeh2 qəbul etmişdir. Iddiaçının 19 il sonra iddia qaldırmaqla onun tərəfindən onlardan nəyinsə tələb edilməsi kifayət qədər əsassızdır, ağlabatan deyildir. Mülki Məcəllədə mirasın qəbulu və ondan imtina edilməsi barədə mübahisələrə dair 2 ay qısaldılmış iddia müddəti nəzərdə tutulmuşdur. Iddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini bilməli və bununla da həmin şəhadətnamənin onun hüquqlarını pozduğunu güman etsə və ya güman etməli olsa da, həmin vaxtdan 2 aydan artıq sonra hazırki iddianı qaldırmışdır. Beləliklə mübahisə qaldırmaq üçün iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2022-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Iddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il ## #### tarixli Qərar). cavabdeh2 ilə cavabdeh4 ilə aralarında Xaçmaz rayonu, Sabir küçəsi, ** saylı fərdi yaşayış evinə dair ## ###### 2021-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Xaçmaz rayonu, Sabir küçəsi,** saylı fərdi yaşayış evinə dair ##.##.2021-ci il tarixli, ********** nömrəli verilmiş çıxarışın ləğv edilməsinə dair mübahisəyə aid hissədə qeyd edir ki, alqı-satqı müqaviləsinin mübahisələndirilməsi üçün 1 illik kəsici müddəti itirmişdir. Həmçinin alqı-satqı edən cavabdeh4 vicdanlı alıcıdır, ona münasibətdə alqı-satqı müqaviləsi və çıxarış ləğv edilə bilməz.

14. Qətnamədən narazı qalan cavabdeh cavabdeh4 apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdeh cavabdeh4 apellyasiya şikayətini digər cavabdeh cavabdeh2 ilə eyni qaydada əsaslandırmışdır.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh4, Xaçmaz rayon * saylı Notariat ofisinə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz ərazi idarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir (Sədrlik edən və məruzəçi hakim X1, hakimlər X5 və X17).

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı miras qoyanın vəfatından sonra qanunla müəyyən edilmiş müddətdə notariat orqanına müraciət etməmiş, mirası nə formal qaydada, nə də faktiki olaraq qəbul etməmişdir. Iddiaçının öz izahatlarından da aydın olur ki, o, miras qoyanın ölümündən sonra mübahisə predmeti olan əmlakda yaşamamış, əmlaka sahiblik etməmiş və onu idarə etməmişdir. Bu hallar iddiaçının mirası qəbul etmək niyyətinin olmadığını və mirasın faktiki qəbul edilmədiyini təsdiq edir. Iddiaçı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verildiyini bilməli olduğu halda, bu tarixdən xeyli müddət keçdikdən sonra, yəni iki aylıq kəsici müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Bu isə onun mirasın qəbul edilməsi ilə bağlı mübahisə qaldırmaq hüququnun qanunvericiliyin tələbinə uyğun olaraq itirildiyini göstərir.

18. Eyni zamanda, mübahisəli əmlak cavabdeh cavabdeh2 tərəfindən qanuni əsaslarla qəbul edilmiş, sonradan isə cavabdeh4 alqı-satqı müqaviləsi ilə satılmışdır. Alqı-satqı müqaviləsinin mübahisələndirilməsi üçün qanunla nəzərdə tutulmuş bir illik kəsici müddət də ötürülmüşdür. cavabdeh4 əmlakı dövlət qeydiyyatında olan mülkiyyətçidən əldə etdiyindən, vicdanlı alıcı hesab olunur və ona münasibətdə mülkiyyət hüququnun müdafiəsi təmin edilməlidir.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin hallarını araşdırarkən iddiaçının tələblərinin təmin edilməsi üçün maddi və prosessual hüquqi əsasların mövcud olub-olmaması halını araşdırmamış, buna görə də düzgün olmayan nəticəyə gəlmişdir.

20. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəlləsinin 152.1, 157.1, 354, 1243, 1246 və 1272-ci; Mülki Prossesual Məcəlləsinin 14.2, 47.1, 77.1, 88, 217.4, 372., 384.0.2 və 402.1-ci maddələrinə həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Iddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi, mülki iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə geri qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə kollegiyası işə baxdığı zaman, kəsici müddətə istinad etsə belə, səhv nəticəyə gəlmişdir. Nəzərə alınmalı idi ki, iddiaçıda yalnız Xaçmaz rayonu, Sabir küçəsi, ** saylı fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsi və vəsiyyətnamə olmuşdur. Evə dair olan sənədləri Dövlət Reyestri Xidmətindən və notariat kontorundan alana qədər vaxt və aylar tələb olunurdu. Çünki hər bir sənədi almaq üçün vəkil sorğusu vermək və dövlət orqanlarından almaq vaxt tələb olunur. Iddiaçıya məlum olan andan o, hərəkətsiz durmamış, sənədlərin toplanması ilə məşğul olmuşdur, müvafiq sənədlər hazır olduqdan sonra, dərhal məhkəməyə iddia tələbi ilə müraciət etmişdir

23. Bundan əlavə, məhkəmə kollegiyası işdə olan zəruri hallara qiymət verməmiş və bununla da, məhkəmə qeyd olunan prosessual hüquq normalarını kobud surətdə pozmaqla və düzgün tətbiq etməməklə, qanunvericiliyin tələblərini kobudcasına pozmuşdur. Iddiaçı qeyd edir ki, ikinci məhkəmə iclası zamanı hakimin verdiyi suallar, iddiaçını sıxmağı və ona lazımı qədər işə aid olan hissələrə açıqlama vermək imkanı verməməyi açıq-aydın onu nümayiş etdirmişdir ki, işə qeyri-obyektiv baxmaqla, iddiaçının işimə müsbət nəticə verməyəcək.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

25. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

26. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

28. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

29. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiya məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir.

42. Kassasiya şikayətinin dəlili bundan ibarətdir ki, MM-nin 1272-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq müddətin kəsici müddət olduğuna apellyasiya məhkəməsi tərəfindən düzgün qiymət verilməmişdir.

43. Kollegiya bu dəlillə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2022ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Iddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi)

44. Apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarındakı hüquqi mövqeyə uyğun olduğundan qətnamənin kassasiya qaydasında ləğvi üçün əsas müəyyən edilmir.

45. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver