Məhkəmə qərarları › İş №2-1(81)-1750/2019

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Qərar — İş №2-1(81)-1750/2019

19.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı Şəhəri İş № 2-1(81)-1750/2019 19.06.2019 1 SAYLI BAKI İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİ hаkim Miminаt Tаcib qızı Hаcıbəyоvаnın sədrliyi, X1 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiya məbləğində yaranmış fərqlərin ödənilməsi tələbi barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi) qarşı hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində verilən müavinət, il ərzində müalicə üçün verilən iki aylıq əmək haqqı həcmində pul məbləği nəzərə alınmaqla, iddiaçının əmək pensiyanın xx.xx.2006-cı il tarixdən yenidən hesablanması və yaranacaq məbləğ fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı qarnizonu Hərbi Tribunalında hakim vəzifəsində 22 il 07 ay 11 gün işləmişdir. Ona hərbi tribunalın hakimi kimi 05 oktyabr 2000-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Qanununa əsasən hakimlərə məzuniyyətə çıxdıqları vaxt 2 aylıq əmək haqqı məbləğində müavinət verilir. 08 oktyabr 2010-cu il tarixli Azərbaycan Respublikasının qanunu ilə “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107-ci maddəsinin biricni hissəsinin ikinci cümləsində “iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı verilir” sözləri, “iki aylıq əmək haqqı məbləğində müavinət verilir” sözləri ilə əvəz edilmişdir. Həmin Qanununun 109-cu maddəsinin 4-cü hisəsinə əsasən hakimlərə müalicə olunmaları üçün 2 aylıq əmək haqqı məbləğində pul təminatı verilir. İddiaçıya pensiya təyin olunduğu vaxtdan hal-hazıra kimi bu əlavə məbləğlərdən pensiya hesablanmayıb. İddiaçı təyin olunmuş pensiyanın qanunamüvafiq qaydada yenidən hesablanması və pensiyanın almadığı fərqinin ödənilməsi üçün 25 yanvar 2019-cu il tarixdə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh 11 fevral 2019-cu il tarixli məktubla müraciətə imtina cavabı vermişdir. İddiaçı iddia tələbinin qanuni olduğundan təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən iddiаyа dаir еtirаzını təqdim еdərək bildirmişdir ki, iddiaçının iddiası tam əsassızdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsinə əsasən “hərbi qulluqçuya əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin edilir”. Həmin Qanunun 22.4-cü maddəsinə əsasən “hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən - “Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qeyd edilənlərin məhz hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə şamil edilməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmamış və ümumiyyətcə hesablanma mexanizmi qeyd edilməmişdir. Çünki məhz bu kateqoriyadan olan əmək pensiyaçılarının pensiya təminatı təminat xərcliyindən hesablanır ki, bu da özlüyündə - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. İddiaçının iddiası ilə bağlı əlavələrin verilməsi, “məlumat vərəqə”sində öz əksini tapmamış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən yeni məlumat vərəqəsi göndərilməmişdir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş tərəflər məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmişlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Оdur ki, məhkəmə işə tərəflərin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iş materiallarında olan sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: Cavabdehin **********0 nömrəli, xx.xx.2019-cu il tarixli məktubuna əsasən iddiaçının ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaların”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə təqdim edilir. Sözügedən Qatdaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən İdarəyə göndərilməlidir. İddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2000-ci il tarixində polkovnik-leytenant rütbəsi ilə Bakı qarnizonu hərbi tribunal hakim vəzifəsinə uyğun olaraq 22 il 07 ay 11 gün xidmət müddətinə görə hərbi qulluqçu kimi əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14-cü maddəsinə görə hərbi qulluqçuların əmək pensiyası onların təminat xərcliyi əsas götürülməklə təyin edilir. Həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq, təminat xərcliyi (pul təmintı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya işlədiyi müddətdə ödənilmiş müavinətin vəzifə maaşına əlavə kimi təminat xərcliyinin tərkibinə daxil edilmədiyindən əmək pensiyanın ümumi məbləğində nəzərə alınmasını cavabdeh mümkün hesab etmir. MN seriyalı ZE-52171 nömrəli “Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsi”nin surətinə əsasən, iddiaçıya xx.xx.2000-ci il tarixdən polkovnik-leytenant rütbəsi ilə Bakı qarnizonu hərbi tribunal hakimi vəzifəsinə uyğun olaraq 22 il 07 ay 11 gün xidmət illərinə görə hərbi qulluqçu kimi əmək pensiyası təyin edilmişdir. xx.xx.2007-ci il tarixli “Pensiya ödənişinə icazə”yə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanuna müvafiq olaraq Müdafiə Nazirliyinin pensiyaçısı İddiaçı xx.xx.2007-ci il tarixdən 630 manat 48 qəpik məbləğində pensiya, “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 613 №-li xx.xx.2001-ci il tarixli fərmanına əsasən 11 manat müavinət təyin edilmişdir. ZE-52171-009572 nömrəli “Pensiyaçının uçot vərəqi”nə əsasən iddiaçıya xx.xx.2013-cü il tarixdən (vəzifə maaşı – 1325 manat, rütbə maaşı 134 manat, xidmət illərinə görə əlavə 20% - 291 manat 80 qəpik, ərzaq təminatı – 64 manat və digər əlavələr 15% - 18 manat 75 qəpik olmaqla, təminat xərcləyinin cəmi 2013 manat 55 qəpik məbləğindən 56% - 1127 manat 58 qəpik), xx.xx.2018-ci il tarixdən (vəzifə maaşı – 1460 manat, rütbə maaşı 134 manat, xidmət illərinə görə əlavə 20% - 318 manat 80 qəpik, ərzaq təminatı – 64 manat və m/də görə əlavə 15% - 219 manat olmaqla, təminat xərcləyinin cəmi 2195 manat 80 qəpik məbləğindən % - 1127 manat 59 qəpik və kommunal müavinat 98 manat 42 qəpik olmaqla, cəmi 1226 manat 01 qəpik) pensiya yenidən hesablanmışdır. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı Bakı qarnizonu hərbi tribunalının hakimi vəzifəsində işləmiş, xx.xx.2000-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hakimlər məzuniyyətə çıxdıqda onlara verilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə üçün iki aylıq əmək haqqı məbləğində ödənilən pulun nəzərə alınmaqla, pensiyanın yenidən hesablanıb, hal-hazıra kimi yaranmış fərqin ödənilməsi barədə ərizə ilə cavabdehə müraciət etsə də, pensiyasının yenidən hesablanmasından cavabdeh tərəfindən əsassız olaraq imtina edilmişdir. Məhkəmə aşagıda göstərilən əsaslara görə iddiaçını öz tələbində haqlı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 107ci maddəsinə əsasən, hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Həmin Qanunun 109-cu maddəsinə görə hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Lakin cavabdeh iddiaçının yaşa görə əmək pensiyasının məbləğini müəyyən edərkən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 107-ci və 109-cu maddələrini nəzərə almamışdır. Azərbaycan Respublikasının Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. ”O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dairAzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 fevral 2014-cü il tarixli Qərarına əsasən, hakimlərin statusunun konstitusiya–hüquqi xüsusiyyətləri, onların fəaliyyətinin növü və xarakteri nəzərə alınaraq, sabiq hakimin sosial təminatı fəaliyyətdə olan hakimin müstəqilliyinin təminatı hesab olunur, belə ki, belə tənzimləmə gələcəkdə onların maddi təminatının zəmanəti kimi çıxış edir. “Hakimlərin Statusuna dair Avropa Xartiyasının” 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya verilməsinə təminat verilməlidir. İşin faktiki hallarına və qanunvericiliyin normalarına əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçının yaşa görə əmək pensiyası məbləğini müəyyən edərkən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarının (107-ci və 109-cu maddələrinin) nəzərə alınmaması Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarına ziddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməli, hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində verilən müavinət, il ərzində müalicə üçün verilən iki aylıq əmək haqqı həcmində pul məbləği nəzərə alınmaqla, iddiaçının əmək pensiyanın xx.xx.2006-cı il tarixdən yenidən hesablanması və yaranacaq məbləğ fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33-cü, 68-ci, 69-cü, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiа tələbi təmin еdilsin. Hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində verilən müavinət, il ərzində müalicə üçün verilən iki aylıq əmək haqqı həcmində pul məbləği nəzərə alınmaqla, İddiaçı əmək pensiyanın xx.xx.2006-cı il tarixdən yenidən hesablanması və yaranacaq məbləğ fərqinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına 1 sаylı Bаkı İnzibаti-İqtisаdi Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar