Məhkəmə qərarları › İş №2-1(81)-181/2019

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Qərar — İş №2-1(81)-181/2019

09.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı Şəhəri İş № 2-1(81)-181/2019 09.04.2019 1 SAYLI BAKI İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əliyeva Sevinc Əhməd qızının katibliyi, İddiaçı (ünvan 5-də qeydiyyatdadır), iddiaçının nümayəndəsi və vəkili Babayev Toğrul Babaəli oğlunun (ünvan 1 ünvanda qeydiyyatdadlr, ixtisası hüquqşünas, Bakı şəhəri 5 saylı Hüquq Məsləhətxanasında vəkil) iştirakı ilə, cavabdehin iştirakı olmadan, iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı pul tələbi barədə inzibati işə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5-də 0,01248 kv metr sahədə yerləşən 109 kv metr fərdi yaşayış evinə görə iddiaçıya 180000 manat məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 5-də 0,01248 kv metr sahədə yerləşən 109 kv metr fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 18 mart 2014-cü ildə verilmiş çıxarışla təsdilənir. Bakı şəhəri Cavabdeh onun evinin qiymətinin 61690 manat olmasını bildirmişdir. İddiaçı həmin məbləğlə razı deyildir, hesab edir ki, evin qiyməti 180000 manat təşkil edir.Eyni zamanda iddiaçının adına açılan depozitə 61690 manat deyil, 40000 manat qoyulmuşdur.Bundan başqa cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Vidadi küçəsi, dalan 3, ev 2-də 1986-cı ildən kirayədə yaşayan X4 93000 manat kompensasiya ödənilmişdir.Halbuki həmin kompensasiya qeyd edilən şəxsə deyil, iddiaçıya ödənilməli idi.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə iddiaya dair etirazın tələb edilməsinə baxmayaraq cavabdeh iddia tələbinə etirazını məhkəməyə bildirməmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh hazırki məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin sökülməsi ilə bağlı kompensasiya verilməsi həyata keçirilərkən iddiaçının uzun müddətdir ki, həmin evdə yaşamadığı,evdən istifadə etmədiyi, həmin evdə Əlibəyova Əsmayə Qoçu qızının ailə üzvləri ilə birlikdə faktiki yaşaması və onların fərdi yaşayış evindən istifadə hüquqlarının qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə tanınması aşkar edilmişdir.Belə ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)-4413/2014 nömrəli iş üzrə qəbul edilmiş qətnaməsinə əsasən X7 1986-cı ildən, X5 1996-cı ildən və Əlibəyova Xəyalə Sabit qızı 1999-cu ildən qeydiyyatda olmuşlar və həmin evdən yaşayış sahəsi kimi istifadə etmək hüquqları mövcuddur.Bakı şəhəri Yasamal rayon məhkəməsinin qeyd edilən qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9592/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə qüvvədə saxlanılmışdır. Odur ki, fərdi yaşayış evinin sökülməsi ilə bağlı olan iddiaçıdan başqa evin sökülməsi anında həmin evdə faktiki yaşayan və istifadə hüququ olan Əlibəyova Əsmayə Qoçu qızına da 93000 manat kompensasiya ödənilmişdir.Eyni zamanda iddiaçının depozit hesabına da kompensasiya məbləği köçürülmüşdür. Cavabdehin nümayəndəsi A.Əliyev çıxışının sonunda məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və onun nümayəndəsinin və vəkilinin izahat və çıxışını dinləyib, cavabdehin nümayəndəsinin əvvəlki məhkəmə iclaslarında verdiyi izahatı nəzərə alaraq, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının vətəndaşının ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Sadıqova Amaliya Kamal qızı Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu, Vidadi küçəsi, dalan 3, ev 2-nin üzərində İddiaçı Kamal qızı paylı (2/6 hissəsi) mülkiyyəti dövlət qeydiyyatına alınmışdır. Cavabdeh Bakı şəhəri Cavabdeh iddiaçı Sadıqova Amaliya Kamal qızına ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubuna əsasən Cavabdeh cəlb etdiyi müstəqil qiymətləndiricilər tərəfindən iddiaçının paylı mülkiyyətçisi olduğu yaşayış sahəsinin iddiaçıya məxsus hissəsi 61690 manat dəyərində qiymətləndirilmişdir. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli “Qiymətləndirmə hesabatından çıxarış”a əsasən iddiaçının fərdi yaşayış evinin yaşayış sahəsi 24,0 kv metr, yardımçı sahəsi 16,46 kv metr, ümumi sahəsi 40,46 kv metrdir.Mülkiyyətçi ona məxsus olan çıxarışda qeyd edilən evdə yaşamadığına və faktiki sahəsini göstərə bilmədiyinə görə çıxarışda qeyd edilən və İddiaçı Kamal qızına məxsus olan fərdi yaşayış evi 4085/1A şərti kodu ilə qeydiyyata alınmış və sənədli sahəyə əsasən 40000 manat qiymətləndirilmişdir. xx.xx.2018-ci il tarixli akta əsasən ünvan 5 ünvanda İddiaçı məxsus yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar İddiaçı Cavabdeh təşkil etdiyi komissiyaya dəvət edilmiş və xx.xx.2018-ci ildə həmin komissiya tərəfindən qəbul edilmişdir. Qəbul zamanı iddiaçıya ona məxsus yaşayış sahəsinə görə iddiaçıya 40000 manat məbləğində kompensasiya təklif edilmişdir, lakin iddiaçı razılığını bildirməmişdir Beləliklə, iş materiallarından məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, dalan 3-də yerləşən 2 nömrəli ev 2/6 hissədə paylı mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və cavabdeh tərəfindən dövlət ehtiyacları ilə bağlı sökülmüşdür. Sökülmə zamanı əmlaka görə 93000 manat həmin evdən istifadə hüquqları qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanınmış Əlibəyova Əsmayə Qoçu qızına verilmiş, iddiaçının adına depozitə 40000 manat keçirilmişdir.Hazırda iddiaçı evinin sökülməsi ilə bağlı cavabdeh tərəfindən ona 180000 manat kompensasiya verilməli olduğunu, X1 almaq hüququnun olmadığını bildirərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir. Azərbaycan Respublikasının Nazirlər Kabineti «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarına əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyriyaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhər Cavabdeh müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Bakı şəhəri Cavabdehnə tapşırılmışdır ki, göstərilən torpaq sahələrinindövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq həyata keçirməsi və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. İş materiallarından görünür ki, iddiaçıya paylı mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsində yerləşən daşınmaz əmlak yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı 16 fevral 2018-ci il tarixli qərarının təsiri altına düşmüş və həmin əmlakla bağlı həm iddiaçının depozit hesabına, həm də iddiaçının mülkiyyətində olan evdən istifadə hüququ olan şəxs Əlibəyova Əsmayə Qoçu qızının hesabına kompensasiya məbləğləri köçürülmüşdür. Azərbaycan Respublikasının Mənzil Məcəllənin 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Həmin Məcəllənin 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. İşin faktiki hallarına əsasən iddiaçı Sadıqova Amaliya Kamal qızı 1986-cı ildən Bakı şəhəri, Vidadi küçəsində paylı mülkiyyətində olan evində yaşamamışdır, həmin evdən istifadə etməmiş, payının olduğu binanın saxlanması xərclərində iştirak etməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir.İddiaçının özünün məhkəməyə təqdim etdiyi yazılı izahatına əsasən onun mülkiyyətində olan evdə 1986-cı ildən əmlak sökülənə qədər 30 ildən çox müddətdə Əlibəyova Əsmayə Qoçu qızı ailəsi ilə birlikdə yaşayaraq evdən istifadə etmişlər. Belə olan halda iddiaçının paylı mülkiyyətində evdən sökülmə anında faktiki istifadə edən, əmlaka faktiki sahiblik edən, bununla əlaqədar əmlakın saxlanması xərclərini çəkən şəxs Əlibəyova Əsmayə Quçu qızı və onun ailə üzvləri olmuşlar və həmin şəxslərin də qeyd edilən əmlakdan istifadə hüquqları qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanınmışdır, odur ki, məhkəmə iddiaçının kompensasiya məbləğinin 93000 manat hissəsinin ona yox, X4 ödənilməsi ilə bağlı cavabdeh Bakı şəhəri Cavabdeh hərəkətlərinin qanunsuz olması barədə birdirdiklərini əsaslı hesab etmir. Çünki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.1-ci madəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 228.3-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Eyni zamanda iddiaçı Sadıqova Amaliya Kamal qızı paylı mülkiyyətində olan əmlaka görə niyə məhz 180000 manat tələb etdiyini əsaslandırmamış, paylı mülkiyyətində olan əmlaka görə 180000 manat məbləğində kompensasiya tələb etmək hüququnun mövcud olmasını təsdiq edən hallar barədə məhkəməyə heç bir məlumat təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı iddia ərizəsində evinin sahəsinin 109 kv metr olmasını göstərsə də daşınmaz əmlakın dövlət reyestrindən iddiaçının adına verilmiş çıxarışa əsasən iddiaçının mülkiyyətində olan əmlakın ümumi sahəsi 40,46 kv metr, yaşayış sahəsi 24,0 kv metr, yardımçı sahəsi isə 16,46 kv metr olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə işin bütün hallarına məcmu qiymət verərək, yuxarıda sadalanan qanunvericilik aktlarını rəhbər tutaraq hesab edir ki iddiaçı Sadıqova Amaliya Kamal qızının ünvan 5-də 0,01248 kv metr sahədə yerləşən 109 kv metr fərdi yaşayış evinə görə iddiaçıya 180000 manat məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə iddia tələbi rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdehnə qarşı ünvan 5-də 0,01248 kv metr sahədə yerləşən 109 kv metr fərdi yaşayış evinə görə iddiaçıya 180000 manat məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar