Azərbaycan Respublikası adından QƏRAR Bakı Şəhəri İş № 2-1(81)-2182/2019 23.10.2019 1 SAYLI BAKI İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi barədə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 141 saylı evin, 8 saylı mənzilin yerləşdiyi torpaq sahəsinə dair adına çıxarışın verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 141 saylı evin, 8 saylı mənzili xüsusi mülkiyyətindədir. Həmin ev 1 mərtəbəli yaşayış evi olmaqla mülkiyyətini təsdiq edən çıxarış verildikdə evinin altında olan və qanuni əsaslarla ona məxsus olan torpaq sahəsinə dair ona çıxarış verilməmişdir. Cavabdehə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 141 saylı evin, 8 saylı mənzilinin yerləşdiyi torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışın ona təqdim edilməsinə dair müraciəti rədd edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ərizədə sənədlərin surətləri əlavə edilmiş, həmçinin Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən torpaq sahəsinə dair çıxarışın verilməsi qeyri-mümkündür. Hesab edir ki, imtina əsassız olduğundan iddianın təmin edilməsi barədə qərar qəbul edilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh iddia ərizəsinə qarşı məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən daşınmaz əmlak dövlət reyestrindən mənzil kimi qeydiyyatdan keçdiyindən yerləşdiyi torpaq sahəsinin mülkiyyətə verilməsi qanunvericiliyə uyğun deyildir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********52saylı, xx.xx.2019-cu il tarixli məktub ünvanlanmışdır. Sözügedən daşınmaz əmlaka yerində aparılmış müayinə (baxış) zamanı müəyyən edilmişdir ki, 5 saylı sahə anbar kimi fəaliyyət göstərir. 4,5 saylı sahələrin pəncərə oyuqları qapı ilə əvəz olunub. Mənzilin ümumi sahəsi hüquqmüəyyənedici sənəd üzrə 59.5 kv.m, faktiki isə 80,4 kv.m-dir. Bundan əlavə, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 141 saylı evdə 16 ədəd mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən şifahi məhkəmə baxışı iclasında işə iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş **********52 nömrəli, xx.xx.2019-cu il tarixli imtina məktubun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, sözügedən daşınmaz əmlak dövlət reyestrindən mənzil kimi qeydiyyatdan keçdiyindən yerləşdiyi torpaq sahəsinin mülkiyyətə verilməsi qanuvnericiliyə uyğun deyildir. Bu səbəbdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. İmtinaya qanuni əsas kimi, “Torpaq islahatları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə istinad edilmişdir. İşdə olan Daşınamz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində istifadədə olan 0.055 ha torpaq sahəsində yerləşən 141 nömrəli, 1 mərtəbəli binada 59.5 kv.m ümumi, 50.5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 8 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İşdə olan məhkəmə sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş, iddiçının mülkiyyətində olan mənzilə dair sənədlərdən müəyyən edilir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 8 saylı mənzili alğı-satqı qaydasında 1993-cü ildə X1 almışdır. İşdə olan məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş **********14 nömrəli, xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, ünvan 2, 8 saylı mənzil ilə bağlı texniki pasport tərtib edilməsinə dair İdarənin arxivində məlumat aşkar edilməmişdir. İşdə olan cavabdeh tərəfindən təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli və MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışların surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində istifadədə olan 0.055 ha torpaq sahəsində yerləşən 141 nömrəli, 1 mərtəbəli binada yerləşən 4 və 5 saylı mənzillər digər şəxslərin mülkiyyətindədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən hallara əsaslanmaqla irəli sürdüyü mövcud iddia tələbi əsassızdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən 8 saylı mənzil Daşınmaz Əmlakın dövlət Reyestrində qeydiyyata alınmış mülkiyyət hüququ ilə iddiaçıya məxsus olsa da, həmin mənzilin yerləşdiyi binada 16 ədəd digər mənzillər başqa şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin bina yaşayış binasıdır. Binanın yerləşdiyi torpaq sahəsi isə binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyekt olub ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Bu səbəbdən də, iddiaçının hazırki tələbi əsassızdır. Azərbaycan Respublikası Mənzil Məcələsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyəçilərə məxsusdur. Bu obyektlərə mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liflər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş torpaq sahəsi aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o, cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompelksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9. Azərbaycan Rspublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyekitləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Odur ki, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İPM–in 68, 69, 75, 81, 85cimaddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(81)-2182/2019
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Qərar — İş №2-1(81)-2182/2019
23.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver