Azərbaycan Respublikası adından QƏRAR Bakı Şəhəri İş № 2-1(81)-4208/2019 21.10.2019 1 SAYLI BAKI İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİ HakimƏsədovaTahirəƏlifqızınınsədrliyiilə, MəhkəməiclaskatibiƏsədzadə Solmaz Elçin qızının, Cavabdehinnümayəndəsivə vəkili X1iştiraklarıilə İddiaçı cavabdeh AzərbaycanRespublikası Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyi yanındaDövlət Sosia lMüdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın təyin olunması tələbi barədəinzibatimübahisəyədairişəməhkəməninbinasında (Bakışəhəri, N.Vəzirovküçəsi 56) açıqməhkəməbaxışıiclasındabaxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (sonradan - İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1957-ci ildə Zəngilan rayonu Alıbəyli kəndində doğulmuşdur. xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuş, 1977-1979-cu illərdə isə Bakı Bədən Tərbiyəsi Texnikumunda təhsil almış, təhsilini bitirdikdən sonra xx.xx.1979-cu ildən xx.xx.1993-cü ilə qədər Zəngilan rayon Keçikli kənd orta məktəbində bədən tərbiyəsi müəllimi vəzifəsində işləmişdir. Zəngilan rayonu erməni işğalçıları tərəfindən zəbt olunduğuna görə xx.xx.1993cü ildən xx.xx.1996-cı ilə qədər Zəngilan rayon Təhsil Şöbəsi tərəfindən orta aylıq əmək haqqı almışdır. xx.xx.1996-cı ildən xx.xx.2006-cı ilə qədər Bakı şəhəri 3 saylı Təmir Tikinti İdarəsində yük yük maşını sürücüsü vəzifəsində, xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilə qədər «Azneft» İB «Azərdənizneftinşaat» X3 Xidməti üzrə Filialında sürücü, xx.xx.2006-cı ildən xx.xx.2009-cu ilə qədər «Azərdənizneftinşaat» Tresti 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialında asfalt-betonçu vəzifəsində, xx.xx.2009-cu ildən xx.xx.2014-cü ilə qədər «Neftqaztikinti» Tresti Yoltikinti Təmir İdarəsində asfalt-betonçu vəzifəsində, xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilə qədər «Neftqaztikinti» Tresti 5 saylı Tikinti Quraşdırma İdarəsində asfalt-betonçu vəzifəsində işləmişdir. xx.xx.2015-ci ildən halhazıra qədər isə «Neftqaztikinti» Tresti 5 saylı Tikinti-Quraşdırma Bölməsində asfaltbetonçu vəzifəsində işləyir. Onun 12 il 6 ay zərərli iş stajı xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. Zərərli iş stajını təsdiq edən «Neftqaztikinti»Trestitərəfindən müvafiq Arayış verilmişdir.xx.xx.2019-cu il tarixə qədər isə ümumi iş stajı təhsil və hərbi xidmət dövrlərim də nəzərə alınmaqla 41 il 5 ay 18 gün təşkil edir. xx.xx.2019-cu il tarixdə isə 62 yaşı artıq tamamlanmışdır. Yəni, “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinin tələbləri ona münasibətdə tətbiq olunmalıdır. Nəhayət güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi xx.xx.2019-cu il tarixli **********4 №-li imtina məktubu ilə onagüzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir.İmtinanın səbəbi kimi, xx.xx.1979-cu ildən xx.xx.1993-cü ilə qədər Zəngilan rayon Keçikli kənd orta məktəbində bədən tərbiyəsi müəllimi vəzifəsində və xx.xx.1996-cı ildən xx.xx.2006-cı ilə qədər Bakı şəhəri 3 saylı Təmir Tikinti İdarəsində yük yük maşını sürücüsü vəzifəsində işlədiyi dövrün əmək kitabçası qeydlərinin heç bir sənədə istinadən yazılmadığı göstərilmişdir.Məlum olduğu kimi Zəngilan rayonu xx.xx.1993-cü ildə erməni işğalçıları tərəfindən zəbt olunmuşdur.Həmin dövrdə bütün arxiv sənədləri orada qaldığından sonradan Zəngilan rayon Təhsil Şöbəsi tərəfindən adına yeni əmək kitabçası tərtib edilmiş və işlədiyi dövrlər ora qeyd olunmuşdur.Buna dair Zəngilan rayon Təhsil Şöbəsində müvafiq arayış əldə edib cavabdeh inzibati orqana təhvil vermişdir. Eyni zamanda işğal səbəbindən heç bir idarə-müəssisənin sənədlərinin Arxivə təhvil verilmədiyinə dair Zəngilar rayon Dövlət Arxivindən də arayış əldə etmişdir. 1996-2006-cı illərdə işlədiyim müəssisə ilə bağlı onu qeyd etmişdir ki, AR DSMF-nin Kollegiyasının 2011-ci il 21 noyabr tarixli, 17 №-li Qərarı ilə təsdiq olunmuş və «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci bəndinə əsasən pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə xx.xx.2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. Əmək kitabçasında olan məlumatlara əsasən 1996-2006-cı illərdə, eləcə də 1979-1993-cü illərdə işlədiyi iş yerləri dövlət müəssisələri olmuşdur. AR ƏƏSMN Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.1-ci bəndinə əsasən xx.xx.2006-cı ilədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da xx.xx.2006-cı ilə qədər sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Bundan başqa, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin1-dən qüvvəyə minir. Göründüyü kimi, qanunvericiliklə həmin müəssisə də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinmişdir. Bu əsasdan hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada xəbərdarlıq edilmiş, lakin o, iddia ərizəsini məhkəməyə təqdim edərkən işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəməiclasındaiştirakedəncavabdehin nümayəndəsi və vəkili X2 iddianı qəbul etməyərək onun rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunan aşağıdakı hallardan ibarət olmuşdur. Məhkəmə tərəfindən iddiaçının adına tərtib olunmuş pensiya işinin əsli İdarədən tələb olunmuş və iddiaçıya pensiya təyin olunmasından imtina olunduğu üçün həmin qovluq materialları məhkəməyə təqdim olunmamışdır. İddiaçı xx.xx.1957-ci ildə Zəngilan rayonu, Alıbəyli kəndində doğulmuşdur (AZE 0******* №-li Şəxsiyyət Vəsiqəsi). İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur (NZ ******* №-li Hərbi Bilet). İddiaçı 1977-ci ildən 1979-cu ilə qədər Bakı Bədən Tərbiyəsi Texnikumunda təhsil almışdır (VT020767 №-li xx.xx.1979-cu il tarixli Diplom). İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1993-cü ilə qədər Zəngilan rayon Keçikli kənd orta məktəbində bədən tərbiyəsi müəllimi vəzifəsində işləmiş, Zəngilan rayonu erməni işğalçıları tərəfindən zəbt olunduğuna görə xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilə qədər Zəngilan rayon Təhsil Şöbəsi tərəfindən orta aylıq əmək haqqı almış, xx.xx.1996-cı ildən xx.xx.2006-cı ilə qədər Bakı şəhəri 3 saylı Təmir Tikinti İdarəsində yük yük maşını sürücüsü vəzifəsində, xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilə qədər «Azneft» İB «Azərdənizneftinşaat» X3 Xidməti üzrə Filialında sürücü, xx.xx.2006-cı ildən xx.xx.2009cu ilə qədər «Azərdənizneftinşaat» Tresti 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialında asfalt-betonçu vəzifəsində, xx.xx.2009-cu ildən xx.xx.2014-cü ilə qədər «Neftqaztikinti» Tresti Yoltikinti Təmir İdarəsində asfalt-betonçu vəzifəsində, xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilə qədər «Neftqaztikinti» Tresti 5 saylı Tikinti Quraşdırma İdarəsində asfalt-betonçu vəzifəsində işləmiş, xx.xx.2015-ci ildən hal-hazıra qədər isə «Neftqaztikinti» Tresti 5 saylı Tikinti-Quraşdırma Bölməsində asfalt-betonçu vəzifəsində işləyir (əmək kitabçası). İddiaçı işlədiyi asfalt betonçu peşəsi üzrə 12 il 7 ay 7 gün iş stajının olması barədə Arayış tərtib olunmuşdur (xx.xx.2019-cu il tarixli SOCAR **********80020123X00004 №-li «NEftqaztikinti» Trestinin Arayışı). İddiaçı ərizə ilə xx.xx.2019-cu il tarixdə İdarəyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. İdarə tərəfindən iddiaçıya onun müraciətinin təmin olunmaması barədə məktub ünvanlanmışdır (xx.xx.2019-cu il tarixli **********4 №-li məktub). İmtinaya səbəb kimi xx.xx.1979-cu ildən xx.xx.1993-cü ilə qədər Zəngilan rayon Keçikli kənd orta məktəbində bədən tərbiyəsi müəllimi vəzifəsində və xx.xx.1996-cı ildən xx.xx.2006-cı ilə qədər Bakı şəhəri 3 saylı Təmir Tikinti İdarəsində yük yük maşını sürücüsü vəzifəsində işlədiyi dövrün əmək kitabçası qeydlərinin heç bir sənədə istinadən yazılmadığı göstərilmişdir. Hazırda iddiaçı ona xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını istəyir. Məhkəmə cavabdeh inzibati orqanın imtinası ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məlum olduğu kimi Zəngilan rayonu xx.xx.1993-cü ildə erməni işğalçıları tərəfindən zəbt olunmuşdur. Həmin dövrdə bütün arxiv sənədləri orada qaldığından sonradan Zəngilan rayon Təhsil Şöbəsi tərəfindən iddiaçının adına yeni əmək kitabçası tərtib edilmiş və işlədiyi dövrlər ora qeyd olunmuşdur. Bununla bağlı olaraq Zəngilan rayon Təhsil Şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixli 283 №-li arayış tərtib olunmuşdur. Eyni zamanda işğal səbəbindən heç bir idarə-müəssisənin sənədlərinin Arxivə təhvil verilmədiyinə dair Zəngilan rayon Dövlət Arxivi tərəfindən iddiaçıya 11 №-li xx.xx.2019-cu il tarixli Arayış verilmişdir. AR DSMF-nin Kollegiyasının 2011-ci il 21 noyabr tarixli, 17 №-li Qərarı ilə təsdiq olunmuş və «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci bəndinə əsasən pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə xx.xx.2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyridövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. Əmək kitabçamda olan məlumatlara əsasən 1996-2006-cı illərdə, eləcə də 1979- 1993-cü illərdə işlədiyi iş yerləri dövlət müəssisələri olmuşdur. AR ƏƏSMN Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.1-ci bəndinə əsasən xx.xx.2006-cı ilədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da xx.xx.2006-cı ilə qədər sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Bundan başqa, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin1-dən qüvvəyə minir. Göründüyü kimi, qanunvericiliklə həmin müəssisə də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinmişdir. Eyni zamanda, iddiaçı tərəfindən Zəngilar rayonunda işlədiyi dövrlərin iş stajı kimi qəbul edilməsinə dair ümumi məhkəmədə iddia qaldırılmış, lakin məhkəmə tərəfindən onun iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina olunmuşdur (Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)5384/2019 №-li qərardadı). Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əməkpensiyalarıhaqqında” AzərbaycanRespublikasıQanunu: 9.1-ci maddəsinəəsasənaxırıncıişyerindənasılıolmayaraqyeraltıişlərdə, incəsənətin xüsusi sahələrində, həmçininəməkşəraitixüsusiləzərərlivəağırolanişlərdə (istehsalatların, peşələrin, vəzifələrin vəgöstəricilərin müvafiqicrahakimiyyətiorqanıtərəfindən təsdiqolunansiyahısıüzrə) çalışansığortaolunanlarınkişilər – 60 yaşınaçatdıqda, azı 25 ilsığortastajınamali kolduqdavəbumüddətinazı 12 il 6 ayını həminişlərdə, qadınlar – 55 yaşınaçatdıqdaazı 20 ilsığortastajınamalikolduqda vəbumüddətinazı 10 ilinihəminişlərdə çalışmışlarsa, əməkşəraitinə görəgüzəştlişərtlərlə yaşagörəəməkpensiyası hüququvardır. “Əməkpensiyalarıhaqqında” ARQanunu xx.xx.2006-cıiltarixdəqüvvəyəminmiş, həmin tarixə qədərisə “Vətəndaşların pensiyatəminatıhaqqında” ARQanunuqüvvədə olmuşdur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, hazırki qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. AR Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İddiaçının güzəştli iş stajı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda sadalanan hallardan göründüyü kimi, iddiaçının işlədiyi peşə asfaltbetonçu peşəsi olmuşdur. Hərfi mənada «Asfalt-betonçu» peşəsi AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahıda əks olunmasa da, həmin Siyahının 29-cu Bölməsi olan «Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri»nin «A» yarımbəndində «asfalt-beton döşəyənlər» və «asfalt-beton bişirənlər» peşələri qeyd olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə işlədiyi müəssisə tərəfindən təsdiq edilmiş Peşə təlimatı təqdim olunmuşdur. X5 «Asfaltbetonçu» işinin xüsusiyyəti kimi «asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan yol örtüyünün düzəldilməsi və təmirində mürəkkəb işlərin icrası» qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi peşənin iş funksiyası AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu Bölməsi olan «Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri»nin «A» yarımbəndindəki «asfalt-beton döşəyənlər» peşəsinə uyğundur. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli iş stajı mübahisələndirilməmişdir. İddiaçının güzəşhtli şərtlərlə pensiya hüququ yaranması üçün 12 il 6 ay zərərli iş stajı xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. Baxmayaraq ki, həmin tarixdə iddiaçının 62 yaşı olmuş, lakin o, güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün zəruri olan şərtləri həmin tarixdə tamamladığından, ona xx.xx.2019-cu il tarixdən pensiya təyin olunmalıdır. Belə ki, tədqiqolunmuşsənədlərdən müəyyənolunurki, iddiaçının xx.xx.2019-cu il tarixə qədər isə ümumi iş stajı təhsil və hərbi xidmət dövrləri də nəzərə alınmaqla 41 il 5 ay 18 gün təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiatəminedilsin. İddiaçı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosia lMüdafiəsi Nazirliyi yanında Dövlət Sosia lMüdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsininüzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində AzərbaycanRespublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsininİnzibati- İqtisadi Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim TahirəƏsədova
Məhkəmə qərarları › İş №2-1(81)-4208/2019
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Qərar — İş №2-1(81)-4208/2019
21.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver