Azərbaycan Respublikası adından QƏRAR Bakı Şəhəri İş № 2-1(81)-4619/2019 25.12.2019 1 SAYLI BAKI İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçılar İddiaçı (Ünvanı: Kəlbəcər rayonu, Xöləzək k.), X2 (Ünvanı: Kəlbəcər rayonu, Taxtabaşı k.) və X3 (Ünvanı: Kəlbəcər rayonu, Taxtabaşı k.) cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin nümayəndəsi X4 (Ünvanı: Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 91; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsi, Hüquq sektorunun baş məsləhətçisi) iştirakları ilə, iddiaçılar - İddiaçı,X2 və X3 cavabdeh - Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinə qarşı 13.10.1999-cu il təvəllüdlü X6, 30.12.2001-ci il təvəllüdlü X7 və 28.09.2005-ci il təvəllüdlü X13 məcburi köçkün statusunun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) 25.12.2019-cu il tarixdə məhkəməyə təqdim edilmişdir. 09.12.2019-cu il tarixli hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında X2 və X3 birgə iddiaçılar kimi məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclası 25.12.2019-cu il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı 1993-cü ildə Kəlbəcər rayonunun işğalı ilə əlaqədar olaraq məcburi köçkün düşmüşdür. 1998-ci ildə X5 ilə faktiki nikaha daxil olmuşdur. Birgə nikahdan 13.10.1999-cu il təvəllüdlü X9, 30.12.2001-ci il təvəllüdlü X10 və 28.09.2005-ci il təvəllüdlü X18 doğulmuşdur. İddaçı “məcburi köçkün” statusuna və onu təsdiq edən vəsiqəyə malikdir. Lakin həyat yoldaş X5 əslən işğal olunmuş Kəlbəcər rayonundan olsa da məcburi köçkün statusuna malik deyil. Övladlarının hər üçü Kəlbəcər rayonu Taxtabaşı kəndində qeydiyyatdadırlar. Övladlarına məcburi köçkün statusunun verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh 09.09.2019-cu il tarixli 01/10841 nömrəli cavab məktubu ilə övladlarına məcburi köçkün statusunun verilməsindən imtina etmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında qaçqınların və məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Əsasnaməsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ına uyğun olaraq həyata keçirilir. İddiaçı 2019-cu ilin oktyabr ayında övladları 13.10.1999-cu il təvəllüdlü X6, 30.12.2001-ci il təvəllüdlü X7 və 28.09.2005-ci il təvəllüdlü X13 məcburi köçkün staatusunun verilməsi ilə bağlı Komitəyə müraciət etmişdir. Təqdim edilmiş sənədlər Komitənin Status sektorunda araşdırılmış və müəyyən olunmuşdur ki, İddiaçı 1993-cü ildə Kəlbəcər rayonun işğalı zamanı məcburi köçkün düşmüş, işğaldan sonra 1998-ci il tarixdə məcburi köçkün statusu olmayan şəxslə - X1 ilə faktiki nikaha daxil olmuşdir. Eyni zamanda “atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrlə uşaqların hər üçünün atasının X1 olması müəyyən edilmişdir. Göstərilənlərə əsasən uşağın atası X1 məcburi köçkün olmadığından Qaydanın 4.1.6-cı bəndinə əsasən X6, X7 və X13 məcburi köçkün statusunun verilməsindən imtina edilmişdir. “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ının 1.1-ci bəndinə uyğun olaraq “Azərbaycan Respublikasının Qaçqınların və X16 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənini verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 4.1.1-ci bəndinə əsasən, sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına məcburi köçkün vəsiqəsi verilir. Həmin Qaydaların 4.1.6-cı bəndində qeyd olunur ki, valideynlərindən yalnız atası “məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının, şəxsiyyət vəsiqəsini almış uşaqlara (16 yaşlı) məcburi köçkün statusu verilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il Qanununun 1-ci maddəsinin 3-cü bəndində də göstərilir ki əsasən məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Beləliklə, X2, X3 və X11 atası X1 məcburi köçkün olmadığından və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa və “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar’’ın tələblərinə əsasən onlara məcburi köçkün statusu verilə bilməz. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. İş materiallarından görünür ki, məhkəmə zamanı əslinə baxış keçirilmiş 068460 nömrəli Məcburi köçkün vəsiqəsinə əsasən İddiaçı 1993-cü ildən Kəlbəcər rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Səbail rayonunda müvəqqəti məskunlaşmışdır. İş materiallarından görünür ki, X8 və İddiaçı birgə faktiki nikahlarından 13.10.1999cu il tarixdə X9, 30.12.2001-ci il tarixdə X10 və 28.09.2005-ci il tarixdə X18 doğulmuşdur. İş materiallarından görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə Nümayəndəliyinin 5394 nömrəli 24.10.2019-cu il tarixli arayışına əsasən Əşrəfova X15 rayonundan məcburi küçkün kimi Abşeron rayonu Masazır kəndində məskunlaşmışdır. Ailə tərkibi: X9, X10 və X18. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdeh 09.09.2019-cu il tarixli cavab məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinada bildirmişdir: “Sizin, övladlarınıza məcburi köçkün statusunun verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinə daxil olmuş ərizənizə baxılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hüquqi akt kimi qeydə alınmış “Qaydalar”ın tələblərinə əsasən verilir. Həmin “Qaydalar”ın 4.1.6-cı bəndinə görə, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış (16 yaşlı) uşaqlara məcburi köçkün statusu və bu barədə vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Əlavə olaraq bildiririk ki, qeyd olunan “Qaydalar”ın 2.4.4 bəndinin tələblərinə görə rayonun işğalından sonra nikahı pozulmuş qadınlar və onların övladları məcburi köçkün statusu almaq üçün aşağıda qeyd olunan sənədləri Komitənin Miqrasiya, məşğulluq, status və sosial təminat şöbəsinin status sektoruna təqdim etməlidirlər. 1 .Ərizə formasi,
1. Qadının və uşağın şəxsiyyət vəsiqələrinin əsli və surəti,
2. Uşağın doğum şəhadətnaməsinin əsli və surəti,
3. Boşanmaya dair məhkəmə qətnaməsinin və nikahın pozuimasına dair şəhadətnamənin əsli və surəti,
4. Ərin (atanın) işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə SHXÇDX-nin rayon şöbəsi və ya DİNnin rayon şöbəsi tərəfindən verilmiş arayış,
5. Qadının və ərinin məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış,
6. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.” Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur və iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmişdir “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qaydalara əsasən “Azərbaycan Respublikasının Qaçqınların və X16 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X16 üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra - qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin 2.4-cu bəndinə əsasən Komitə qaçqınların və məcburi köçkünlərin miqrasiyasının tənzimlənməsində iştirak etmək vəzifəsini həyata keçirir. Həmin Əsasnaməsinin 3.6-cı bəndinə əsasən məskunlaşma yerləri üzrə qaçqınların və məcburi köçkünlərin uçotunun aparılmasını, onlar haqqında vahid informasiya bazasının yaradılmasını təşkil edir. Həmin Əsasnaməsinin 3.10-cu bəndinə əsasən qaçqınların və məcburi köçkünlərin miqrasiyasının səbəblərini təhlil edir, onun tənzimlənməsi üzrə təkliflər hazırlayır və səlahiyyətləri daxilində müvafiq tədbirlər görür. Həmin Əsasnaməsinin 3.11-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə qaçqınların və məcburi köçkünlərin miqrasiyası ilə bağlı işlərin həyata keçirilməsini təmin edir. Həmin Əsasnaməsinin 3.22-ci bəndinə əsasən qaçqınların və məcburi köçkünlərin şəhər və rayonlarda müvəqqəti yerləşdirilməsini və məskunlaşmasını planlı surətdə təmin etmək üçün onların mənzil-məişət problemləri üzrə layihələrə müvafiq dövlət orqanları ilə birlikdə baxılmasını təşkil edir. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtinasını, həmçinin iddiaya dair yazılı etirazını Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ının 4.1.6-cı bəndi ilə əsaslandırmışdır. Belə ki, Qaydaların 4.1.6-cı bəndinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Bununla bağlı məhkəmə qeyd edir ki, qeyd edilən norma “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununda məcburi köçkünlərə verilmiş anlayışının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində normativ hüquqi aktlar hüquqi qüvvəsinə əsasən iyerarxik olaraq sadalanmışdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 8.0.2-ci maddəsinə əsasən normayaratma fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilən prinsiplərlə yanaşı, aşağı dövlət orqanlarının aktlarının yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu prinsipi əsasında həyata keçirilir. Həmin Qanunun 64.1.5-ci maddəsinə əsasən normativ hüquqi aktda dövlət orqanının (vəzifəli şəxsin) səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olan tipik suiistifadə amillərinə hüquqların həcminin əsassız dəyişdirilməsi aiddir. Həmin Qanunun 64.6-cı maddəsinə əsasən normativ hüquqi aktda lazım olduğundan yüksək və artıq tələblərin irəli sürülməsinə, fiziki və hüquqi şəxslər tərəfindən təqdim edilən sənədlərin, yaxud başlanmış inzibati prosedur çərçivəsində ona imtina üçün əsasların açıq (natamam) siyahısının mövcudluğuna, hüququn həyata keçirilməsinə imtina üçün subyektiv qiymətləndirici ifadələrdən istifadə olunmasına yol verilmir. Qaçqınların və X16 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndinə əsasən sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, İddiaçı Kəlbəcər rayonundan məcburi köçkün olduğundan, iddiaçının rəsmi nikahı olmadığından, 13.10.1999-cu il tarixdə X9, 30.12.2001-ci il tarixdə X10 və 28.09.2005-ci il tarixdə X18 doğulduğundan, İddiaçı malik olduğu “məcburi küçkün” statusu onun uşaqlarına da şamil olunmasına mövcud qanunvericilikdə hər hansı məhdudiyyət olmadığından, iddia əsaslıdır və təmin olunmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 13.10.1999-cu il təvəllüdlü X6, 30.12.2001-ci il təvəllüdlü X7 və 28.09.2005-ci il təvəllüdlü X13 məcburi köçkün statusunun verilməsi Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı:
İddia təmin edilsin. İddiaçı 13.10.1999-cu il təvəllüdlü X6, 30.12.2001-ci il təvəllüdlü X7 və 28.09.2005-ci il təvəllüdlü X13 məcburi köçkün statusunun verillməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və X16 üzrə Dövlət Komitəsinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Elvin Əliyev