Məhkəmə qərarları › İş №2-1(81)-5051/2019

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Qərar — İş №2-1(81)-5051/2019

18.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı Şəhəri İş № 2-1(81)-5051/2019 18.12.2019 1 SAYLI BAKI İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Bakı şəh., Səbail ray., Niyazi küç., ev 6, m. 39), cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X6 (Ünvanı: Sumqayıt şəh., Mik-1, ev 4/31, m. 54; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Hüquq şöbəsinin aparıcı məsləhətçisi) 3-cü şəxs X9 nümayəndəsi X1 (Ünvanı: Bakı şəh., Nərimanov ray., N.Nərimanov küç., 7a; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Hüquq təminat və insan resursları şöbəsi, böyük məsləhətçi) iştirakları ilə, iddiaçı -İddiaçı cavabdeh - Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (3-cü şəxs - X14) qarşı “müəyyən etmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (3-cü şəxs X14) İddiaçı Maliyyə Nazirliyinin Dövlət Borcunun X11ndə 04 03 2011-ci il tarixdən 18 01 2019-cu il tarixədək iş stajı nəzərə alınaraq Maliyyə Nazirliyinin Dövlət Borcunun X11, habelə Maliyyə Nazirliyi ilə həmin tarixlər üzrə etibarlı dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyənləşdirilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının (İddiaçı) müvafiq vakant vəzifə yarandıqda həmin vəzifəyə təyin olunmaq üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi öhdəliyinin Maliyyə Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqan məhkəməyə iddiaya dair yazılı etiraz təqdim etməmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclası xx.xx.2019-cu il tarixə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı bir hüquq münasibətinin mövcud olub-olmamasının müəyyən olunması müəyyən etmə və tanınma haqqında iddia növünə aid olmaqla öhdəliyin icrası haqqında iddia növünə münasibətdə subsidiar xarakter daşıyır. Məhkəmə hazırkı iddia növü üçün nəzərdə tutulan xüsusi mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi arasında yaranan mübahisənin əsasını inzibati qanunvericilikdə nəzərdə tutulan müddəalar təşkil etdiyindən, İddiaçı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi arasında yaranan münasibət də publik-hüquqi münasibətdir. İddiaçı hazırkı idida ilə etibarlı dövlət qulluğu münasibətlərinin qısa müddət ərzində mövcud olmasının müəyyən edilməsində marağı hüquqi və iqtisadi xarakterlidir. Belə ki, iddiaçı etibarlı dövlət qulluğu münasibətlərinin mövcud olmasını müəyyən etməklə dövlət qulluqçusu kimi işlə təmin edilmə hüququnun yaranmasını müəyyən etmiş olur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İPM-in 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın növünü və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmalıdı. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx.xx.2010 - xx.xx.2010-cu il dövrdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X16 X4 borcun uçotu və icmallaşdırılması şöbəsində məsləhətçi vəzifəsində işləmişdir (01 fevral 2010-cu il tarixli K-03 nömrəli əmr, müddətli müqavilə ilə). Daha sonra xx.xx.2010 - xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X16 X4 borcun uçotu və icmallaşdırılması şöbəsində aparıcı məsləhətçi vəzifəsində işləmişdir (23 fevral 2010-cu il tarixli K-05 nömrəli əmr, müddətli müqavilə ilə). Həmçinin, xx.xx.2011 - xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə X4 borcun uçot və icmallaşdırılması şöbəsində aparıcı məsləhətçi vəzifəsində işləmşdir (03 mart 2011-ci il tarixli, DA-02/03-315 nömrəli təhriri məruzə; 04 mart 2011-ci il tarixli K-02 nömrəli əmr, dövlət qulluğu) xx.xx.2011 - xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun X5 Daxili borcun uçotu və icmallaşdırılması şöbəsində Baş Məsləhətçi - (25 iyul 2011-ci il tarixli İ-05 nömrəli əmr; Daimi dövlət qulluğu), daha sona, yəni xx.xx.2017 - xx.xx.2019-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun X5 Daxili borcun idarə edilməsi şöbəsi, Daxili borcun icra və nəzarəti sektorunun müdiri vəzifəsində işləmişdir (xx.xx.2017- ci il tarixli K -14 nömrəli əmr; Daimi dövlət qulluğu). İşlədiyi dövrdə ona 3-cü, 2-ci və 1-ci dərəcə dövlət quluğu ixtisas dərcələri verilmişdir. Lakin 18 yanvar 2019-cu il tarixində onun dövlət qulluğuna xitam verilmişdir. xx.xx.2019 - xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının 17 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun X5 ləğvetməsini həyata keçirən Ləğvetmə Komissiyasının üzvü vəzifəsində işləmişdir.Azərbaycan Respublikasının Prezidentinin 25 iyun 2014-cü il tarixli 580 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. Hazırda iddiaçı Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və X2 X3 borcun idarə edilməsi şöbəsində müvəqqəti müqavilə əsasında baş məsləhətçi vəzifəsində çalışır və dövlət qulluğuna xitam verildiyindən faktiki surətdə qanunvericiliklə dövlət qulluqçusuna aid olan hüquq və vəzifələrdən məhrum olmaqla, eyni zamanda 2010-2019-cu illər boyunca qazandığı dövlət qulluqçusu kimi təcrübə illərindən (stajdan), habelə dövlət qulluğu haqqında qanunvericiliklə, habelə əmək pensiyaları haqqında qanunvericilikdə dövlət qulluqçusunun staj illəri üçün tələb olunan və uzun illər boyu qazandığı staj illərindən və digər hüquq və imtiyazlardan məhrum edilmişdir. Buna səbəb isə X9 Maliyyə Nazirliyinə daxil olmuş 2018-ci il 16 may tarixli, 01/xx-xx-1323 nömrəli məktubu olmuşdur. Belə ki, həmin məktubla iddiaçının dövlət qulluğuna qəbul olunarkən müsabiqədən keçmədiyi əsas gətirilməklə tutduğu vəzifədən kənarda qalmışdır. X14 qeyd edilən vəzifəyə müsabiqədən və müsahibədənkənar, yəni maddi normaların tələbləri pozularaq qəbul edildiyini hesab etsə də, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.12-ci maddəsini unutmuşdur. Belə ki, “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. İddiaçı isə 10 ilə yaxın müddətdə həmin vəzifədə qulluq keçmiş və dövlət qulluqçularına şamil edilən bütün təminatlar və məhdudiyyətlər ona aid edilib. Həmçinin DİM və həmin funksiyaları həyata keçirən əvvəlki qurumda onun 2009-cu ildən dövlət qulluğuna qəbul olunduğunu bildiyi halda buna dair heç bir reaksiya (işə qəbulla bağlı inzibati aktın (əmrin) ləğv edilməsini tələb etməmişdir) verməmişdir və həmin halın üstündən 10 ilə yaxın müddət keçmişdir. DİM-in və həmin funksiyaları həyata keçirən qurumun onun 2009-cu ildən həmin vəzifələrdə qulluq keçdiyini bildiyini təsdiq edən hal kimi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydalar”nı göstərmək olar. Belə ki, qulluğa qəbul edildiyi vaxtdan onun barəsində məlumatlar Dövlət Qulluqçularının Reyestrinə daxil edilmişdir. Bu cür yanaşma, ötən müddət ərzində mübahisəsiz qaydada dövlət qulluğundan kənarda qalması iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iddiaya dair etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İddia ərizəsindən göründüyü kimi hazırkı iş üzrə iddia tələbi iki hissədən ibarətdir: - İddiaçı Maliyyə Nazirliyinin Dövlət Borcunun X11ndə xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək iş stajı nəzərə alınaraq Maliyyə Nazirliyinin Dövlət Borcunun X11, habelə Maliyyə Nazirliyi ilə həmin tarixlər üzrə etibarlı dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyənləşdirilməsi - qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının (İddiaçı) müvafiq vakant vəzifə yarandıqda həmin vəzifəyə təyin olunmaq üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi. Məhkəmə iddia tələbinin birinci hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Borcunun X5 K-03 nömrəli əmri ilə İddiaçı xx.xx.2010-cu il tarixdə həmin Nazirliyin Maliyyə Nazirliyinin X16 X4 borcun uçotu və icmallaşdırılması şöbəsində məsləhətçi vəzifəsinə təyin edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Borcunun X5 K-05 nömrəli əmri ilə İddiaçı xx.xx.2010-cu il tarixdə həmin Nazirliyin Maliyyə Nazirliyinin X16 X4 borcun uçotu və icmallaşdırılması şöbəsində aparıcı məsləhətçi vəzifəsinə təyin edilmiş və onunla müddətli əmək müqaviləsi bağlanılmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Maliyyə NazirliyiDövlət Borcunun X5 K-02 nömrəli əmri ilə İddiaçı xx.xx.2011-ci il tarixdə həmin Nazirliyin Maliyyə Nazirliyinin X16 X4 borcun uçotu və icmallaşdırılması şöbəsində aparıcı məsləhətçi vəzifəsinə təyin edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Borcunun X5 “Ş.T.Məmmədonun daimi dövlət qulluğuna qəbul edilmə, ixtisas dərəcəsinin verilməsi və dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın ödənilməsi haqqında” İ-05 nömrəli xx.xx.2011-ci il tarixli Əmrinə əsasən İddiaçı Agentlikdə 2011-ci il 01 avqust tarixindən daimi dövlət qulluğuna qəbul edilmiş və Agentliyin Daxili borcun uçotu və icmallaşdırılması şöbəsinin Daxili borcun uçotu sektorunda baş məsləhətçisi vəzifəsinə təyin edilmiş və ona 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. İş materiallarından görünür ki, İddiaçı həmin vəzifədə çalışarkən xx.xx.2015-ci il tarixdə ona Maliyyə Nazirliyinin İ-01 nömrəli əmri ilə “2-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi verilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin K-14 nömrəli xx.xx.2017-ci il tarixli əmri ilə Maliyyə Nazirliyinin Dövlət Borcunun X5 Daxili borcun uçotu və icmallaşdırılması söbəsinin daxili borcun uçotu sektorunun baş məsləhətçisi X7 xx.xx.2017-ci il tarixdən Agentliyin Daxili borcun idarə edilməsi şöbəsinin daxili borcun icra və nəzarəti sektorunun müdiri vəzifəsinə təyin edilmişdir. İş materiallarından görünür ki, İddiaçı həmin vəzifədə çalışarkən xx.xx.2017-ci il tarixdə Maliyyə Nazirliyinin İ-67 nömrəli əmri ilə “1-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi verilmişdir. İş materiallarında olan İ-1408 nömrəli Azərbaycan Respublikasının Medalının Vəsiqəsindən görünür ki,İddiaçı “Dövlət qulluqçularının təltif edilməsi haqqında” xx.xx.2014-cü il tarixli 580 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərman ilə Maliyyə Nazirliyinin Dövlət Borcunun X5 ləğv edilməsi ilə əlaqədar İddiaçı dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Qanunun 33.1.2-ci maddəsinə (dövlət orqan ləğv edildikdə) əsasən xitam verilmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli imtina məktubunda bildirilmişdir: “Azərbaycan Respublikası Maliyyə Nazirliyinə Sizin adınızdan daxil olmuş, ehtiyat kadr kimi saxlanılmağınız və müvafiq analoji vakant vəzifə yarandıqda həmin vəzifəyə təyin edilməyinizə köməklik göstərilməsi barədə 12 noyabr 2019-cu il tarixli müraciətinizə baxılmışdır. Bildiririk ki, Siz xx.xx.2010-cu il tarixdən Maliyyə Nazirliyinin X16 X4 borcun uçotu və icmallaşdırılması şöbəsində müddətli müqavilə bağlamaq yolu ilə məsləhətçi vəzifəsinə təyin olunmuşsunuz (01 fevral 2010-cu il tarixli K-03 nömrəli əmr). xx.xx.2010-cu il tarixdən Nazirliyin X16 X4 borcun uçotu və icmallaşdırılması şöbəsində müddətli müqavilə bağlamaq yolu ilə aparıcı məsləhətçi vəzifəsinə keçirilmişsiniz (23 fevral 2010-cu il tarixli K-05 nömrəli əmr). xx.xx.2011-ci il tarixdən Nazirliyin X16 X4 borcun uçotu və icmallaşdırılması şöbəsində aparıcı məsləhətçi vəzifəsinə təyin olunmuşsunuz (04 mart 2011-ci il tarixli K-02 nömrəli əmr). xx.xx.2011-ci il tarixdən Nazirliyin Dövlət Borcunun X5 Daxili borcun uçotu və icmallaşdırılması şöbəsində baş məsləhətçi vəzifəsində işləmişsiniz (25 iyul 2011-ci il tarixli i-05 nömrəli əmr). xx.xx.2017-ci il tarixdən Maliyyə Nazirliyinin Dövlət Borcunun X5 Daxili borcun idarə edilməsi şöbəsinin Daxili borcun icra və nəzarəti sektorunun müdiri vəzifəsinə təyin olunmuşsunuz (xx.xx.2017- ci il tarixli K -14 nömrəli əmr). Maliyyə Nazirliyinin Dövlət Borcunun X11ndə işlədiyiniz dövrdə Sizə Agentlik tərəfindən dövlət qulluğu haqqında qanunvericiliyinə uyğun olaraq “3-cü dərəcə dövlət qulluqçusu (25 iyul 2011-ci il tarixli İ-05 nömrəli əmr),“2-ci dərəcə dövlət qulluqçusu (12 yanvar 2015-ci il tarixli 1-01 nömrəli əmr) və Maliyyə Nazirliyi tərəfindən “1-ci dərəcə dövlət qulluqçusu (22 iyun 2017-ci il tarixli İ-67 nömrəli əmr) ixtisas dərəcələri verilmişdir. “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanının 1-ci hissəsi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun X11 ləğv edilməsi ilə əlaqədar 18 yanvar 2019-cu il tarixdən Sizin dövlət qulluğuna xitam verilmişdir (18 yanvar 2019-cu il tarixli K-04/1 nömrəli Əmr). Sizin Maliyyə Nazirliyinin Dövlət Borcunun X11ndə dövlət qulluğu vəzifələrində stajınız 7 il 10 ay təşkil etmiş, bu dövrdə ixtisas dərəcəsinə və qulluq stajına görə vəzifə maaşına əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişsiniz. Məlumat üçün qeyd edirik ki, Azərbaycan Respublikası X9 Azərbaycan Respublikasının Prezidentinin Administyasiyasının müşayiət məktubu ilə daxil olmuş 16 may 2018-ci il tarixli 01/xx-xx/1323 nömrəli məktubunda Azərbaycan Respublikası Dövlət Qulluqçularının Reyestrində olan məlumatların araşdırılması zamanı Sizin Maliyyə Nazirliyində dövlət qulluğuna qəbulunuzun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozularaq müsabiqədənkənar aparıldığı qeyd olunmuşdur. Maliyyə Nazirliyinin Dövlət Borcunun X5 ləğvi ilə əlaqədar Azərbaycan Respublikasının 2011-ci il 01 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydasının" 5-ci hissəsinə uyğun olaraq şəxsi işiniz ehtiyat kadr kimi saxlanılmaq üçün X12 təqdim edilmişdir. Lakin dövlət qulluğuna qəbulunuzun dövlət qulluğu haqqında qanunvericiliyin tələblərinin pozularaq həyata keçirildiyini əsas götürməklə X14 Sizin ehtiyat kadrlar siyahısına daxil edilmək hüququnuzun olmadığını bildirmiş və şəxsi işinizi Maliyyə Nazirliyinə geri qaytarmışdır (X9 xx.xx.2019-cu il tarixli 01/05/-22/1861 nömrəli məktubu). Qeyd olunanları nəzərə alaraq, Sizin xahişinizi təmin etmək imkan xaricindədir.” İş materiallarından görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi xx.xx.2019-cu il tarixli məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, 2011-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qulluğu vəzifəsinə təyin olunmuş X8 barəsində məlumatlar ilk dəfə 2011-ci ildə Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə daxil edilmiş və həmin dövrdən mütəmadi olaraq Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydalan”nın 14-cü bəndinə və Azərbaycan Respublikasının Prezidenti yanında keçmiş X10 üzrə Komissiyasının 2011ci il 11 mart tarixli 01/08/262-DQ-ST nömrəli məktubuna uyğun olaraq əlavələr edilmiş və yenilənmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın 2-ci bəndinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. Həmin Qaydaların 3-cü bəndinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. Həmin Qaydaların 5-ci bəndinə uyğun Dövlət Reyestri Azərbaycan Respublikasının X14 tərəfindən aparılır. Həmin Qaydaların 12-ci bəndinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.11-ci maddəsinə əsasən maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. Həmin Qanunun 67.12-ci madddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, İddiaçı 2011-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyində dövlət qulluğu vəzifəsinə təyin olunmasına dair qəbul edilmiş inzibati akt, yəni Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İ-05 nömrəli əmri iddiaçıya müvafiq hüquq verdiyindən, əlverişli inzibati akt hesab olunur. “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində qeyd edildiyi kimi iddiaçının rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olması barədə işdə hər hansı sübut yoxdur və bu halla bağlı cavabdeh mübahisə açmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, İddiaçı barəsində qəbul edilən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İ-05 nömrəli əmri qanunsuz əlverişli inzibati akt hesab olunsa da belə, həmin aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Belə ki, İddiaçı barəsində Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə müvafiq məlumatlar ilk dəfə xx.xx.2011-ci il tarixdə daxil edilsə də, Dövlət Reyestrini aparan dövlət qurumu (Azərbaycan Respublikasının X14) tərəfindən müvafiq əmrin ləğv edilməsini şərtləndirən hal 2011-ci ilin mart ayında məlum idi və 2011-ci ilin mart ayından başlayaraq 1 il ərzində həmin əmr ləğv edilə bilərdi. Lakin həmin müddətdə bu səlahiyyətdən istifadə edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyində dövlət qulluğu vəzifəsinə təyin olunduğu vaxtdan, yəni 2011-ci ildən qanunvericilikdə dövlət qulluqçuları üçün nəzərdə tutulmuş vəzifələri yerinə yetirmiş və hüquqlardan istifadə etmişdir, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatlardan, işlədiyi dövrdə ixtisas dərəcəsinə və qulluq stajına görə vəzifə maaşına əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə qeyd edir ki, iddiaçı uzun müddət ərzində Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən dövlət orqanında dövlət qulluqçusu kimi çalışdığından, onun maliyyələşdirilməsi də dövlətin bu məqsədə ayrıdığı maliyyə vəsaiti hesabına cavabdeh təşkilat tərəfindən həyata keçirilmişdir. Mövcud büdcə qanunvericiliyinin tələblərinə görə aidiyyəti orqanlar, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanları, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar və digər dövlət orqanları maliyyə intizamının gücləndirilməsi, israfçılığa, izafi xərclərə yol verilməməsi və büdcə vəsaitindən qənaətlə istifadə olunması istiqamətində təsirli tədbirlər görməlidirlər. Məhkəmə qeyd edir ki, iddiaçı Maliyyə Nazirliyində dövlət qulluğu vəzifələrində 7 il 10 ay çalışmışdır və bu dövr ərzində ona dövlət qulluğunda fərqlənmə medalı verilmiş müvafiq ixtisas dərəcələri verilmiş və həmin ixtisas dərəcələrinə uyğun olaraq dövlət büdcəsindən vəzifə maaşına əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir, bu isə İddiaçı ixtisas səviyyəsinin, həmçinin peşəkar və təcrübəli dövlət qulluqçusu olmasının göstəricisi kimi qiymərləndirilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, İddiaçı işlədiyi dövr ərzində, yalnız dövlət qulluqçuları üçün nəzərdə tutulmuş “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 16.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Həmin Qanunun 17.3-cü maddəsinin 4-cü cümləsinə əsasən ixtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən dövlət qulluqçularının xidmətdə peşəkarlıq səviyyəsinin artması və vəzifə borcuna və andına sədaqəti dövlət tərəfindən qiymətləndirilməlidir. Onun xidmətlərinin dövlət tərəfindən təsdiq edilməsi «Vətənə xidmətə görə» ordeninin üç dərəcəsi, «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə, digər orden və medallarla təltif olunmasından, habelə Azərbaycan Respublikasının fəxri adlarını almasından ibarətdir. Dövlət qulluqçularının orden və medallarla təltif olunması və onlara fəxri adların verilməsi haqqında əsasnamələr və qaydalar qanunvericiliklə müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Maliyyə Nazirliyinin Dövlət Borcunun X11ndə xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək iş stajı nəzərə alınaraq Maliyyə Nazirliyinin Dövlət Borcunun X11, habelə Maliyyə Nazirliyi ilə həmin tarixlər üzrə etibarlı dövlət qulluğu münasibətinin mövcudluğu müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin ikinci “qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının (İddiaçı) müvafiq vakant vəzifə yarandıqda həmin vəzifəyə təyin olunmaq üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin birinci hissəsi əsaslı olduğundan, iddia tələbinin ikinci hissəsi də əsaslıdır və təmin olunmalıdır. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 21.1.6-cı maddəsinə əsasən dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük verilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 1-ci bəndinə əsasən bu Qayda dövlət qulluqçusunun (o cümlədən staj və ya sınaq müddətində olan şəxsin) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır və dövlət orqanının ləğvi, yaxud dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslərin ehtiyat kadr kimi saxlanılması və vakant vəzifəyə təyin edilməsi məsələlərini tənzimləyir. Həmin Qaydaların 2-ci bəndinə əsasən dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər, öz razılığı əsasında, ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilməlidirlər. Dövlət orqanının rəhbəri yeni dövlət orqanının əsasnaməsinin və ştat cədvəlinin təsdiq edildiyi gündən 10 iş günü müddətində həmin şəxsləri analoji vakant vəzifəyə təyin etməli və bu barədə Azərbaycan Respublikasının X12 məlumat verməlidir. Həmin Qaydaların 3-cü bəndinə əsasən ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında ştatların sayı həmin şəxslərin müvafiq vəzifələrə təyin edilməsinə imkan vermədiyi halda, ilk növbədə, peşəkarlığı və idarəçilik təcrübəsi daha yüksək olan şəxslər analoji vakant vəzifəyə təyin edilirlər. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPMin 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Maliyyə Nazirliyinin Dövlət Borcunun X11ndə xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək iş stajı nəzərə alınaraq Maliyyə Nazirliyinin Dövlət Borcunun X11, habelə Maliyyə Nazirliyi ilə həmin tarixlər üzrə etibarlı dövlət qulluğu münasibətinin mövcudluğu müəyyən edilməli və qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının (İddiaçı) müvafiq vakant vəzifə yarandıqda həmin vəzifəyə təyin olunmaq üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi öhdəliyi Maliyyə Nazirliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı Maliyyə Nazirliyinin Dövlət Borcunun X11ndə xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək iş stajı nəzərə alınaraq Maliyyə Nazirliyinin Dövlət Borcunun X11, habelə Maliyyə Nazirliyi ilə həmin tarixlər üzrə etibarlı dövlət qulluğu münasibətinin mövcudluğu müəyyən edilir və qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının (İddiaçı) müvafiq vakant vəzifə yarandıqda həmin vəzifəyə təyin olunmaq üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi öhdəliyi Maliyyə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun təqdim olunduğu gündən, 30 (otuz) gün müddətində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar