Azərbaycan Respublikası adından QƏRAR Bakı Şəhəri İş № 2-1(81)-581/2019 21.02.2019 1 SAYLI BAKI İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı İskəndər oğlunun (ünvan 1 ünvanda qeydiyyatdadır, ixtisası: hərbçi, işləmir), iddiaçının vəkili İsmayılov Səlimxan İsa oğlunun (ünvan 2 ünvanda qeydiyyatdadır, ixtisası hüquqşünas, 6 saylı Bakı vəkil bürosunda vəkil) iştirаkı ilə, İddiaçı İskəndər oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı pensiyanın yenidən hesablanması tələbi barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İskəndər oğlu cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə göndərilmiş məlumat vərəqəsinə müvafiq olaraq (vəzifə maaşı 910 manat, rütbə maaşı 138 manat, xidmət illərinə görə 50 faiz əlavə-524 manat, usta məharəti dərəcəsinə görə 35 faiz əlavə-318,50 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat) təyin edilmiş pensiyanın 100 faiz miqdarında olmaqla yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi iləməhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1972-ci ildən 2000-ci ilin dekabr ayına qədər Silahlı Qüvvələrdə hərbi xidməti keçmişdir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci ilin iyul ayında imzaladığı müvafiq fərmana əsasən ali təhsil müəssisələrində hərbi kafedralar ləğv edilmişdir. Təşkilati-ştat dəyişiklikləri ilə əlaqədar olaraq iddiaçı Bakı Dövlət Universitetində hərbi kafedranın atəş və hərbi texnika hazırlığı silsiləsində baş müəllim vəzifəsindən ehtiyata buraxılmışdır və 2000-ci ilin dekabr ayında pensiya ilə təmin olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirinin 2004-cü il 22 iyul tarixli əmri ilə hərbi mütəxəssis kimi, o təkrarən Silahlı Qüvvələrə hərbi xidmətə çağırılmışdır. 22 iyul 2004-cü il tarixdən 05 noyabr 2011-ci il tarixədək Müdafiə Nazirliyinin Baş Qərargahında Təşkilat-Səfərbərlik İdarəsində rəis müavini, 05 noyabr 2011-ci il tarixdən 18 noyabr 2016-cı il tarixədək SHXÇDX-nın Xətai rayon İdarəsinin rəisi vəzifəsində və 18 noyabr 2016-cı il tarixdən 14 sentyabr 2018-ci il tarixədək SHXÇDX-nın Nizami rayon İdarəsinin rəisi vəzifəsində hərbi xidmət etmişdir. 2018-ci ilin sentyabr ayında istefaya buraxılmışdır. 22 iyul 2004-cü il tarixdən 2011-ci ilin 05 noyabr tarixinə qədər Müdafiə Nazirliyinin baş Qərargahında Təşkilat-Səfərbərlik İdarəsində rəis müavini vəzifəsində hərbi xidmət keçərkən mütəmadi olaraq döyüş bölgələrində keçirilən təlimlərin birbaşa iştirakçısı olmuşdur. Ümumi güzəştli xidmət illəri 05 il 04 ay 12 gün və ümumi xidmət illəri 42 il 05 ay 29 gün olmaqla, ümumilikdə 47 il 10 ay 11 gün Silahlı Qüvvələrdə hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələr Veteranıdır, Müharibə Veteranıdır. İddiaçı 2007-ci ildən 2018-ci ilədək sosial sığorta ödəyicisi olmuşdur, odur ki, pensiyanın yenidən hesablanması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh 31 oktyabr 2018-ci il tarixli, 03/89/02-696 nömrəli cavab məktubu ilə pensiyanın hesablanmasından imtina etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən iddiаyа dаir еtirаzını təqdim еdərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumat vərəqinə əsasən 06 dekabr 2000-ci il tarixdə sonuncu tutduğu vəzifəyə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının adına 18 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən yenidən məlumat vərəqi İdarəyə daxil olmuş və iddiaçı tərəfindən ərizə verilərək pensiyanın yenidən sonuncu məlumat vərəqinə əsasən hesablanıb ödənilməsi xahiş edilmişdir. 26 oktyabr 2018-ci il tarixli qərar ilə iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir.Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.6-cı madəsinə əsasən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır.Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçı və onun vəkili S.İsmayıov məhkəmə iclasında iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmişdir.Odur ki, məhkəmə işə cavabdehin iştirakı ilə baxmışdır. Məhkəmə iddiaçının və vəkilinin izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı İskəndər oğlu Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1955-ci il təvəllüdlüdür. 000701 nömrəli və 055003 nömrəli vəsiqələrə əsasən iddiaçı silahlı qüvvələr və müharibə veteranıdır. Cavabdehin etirazına əlavə edilmiş pensiyaçının uçot vərəqinə, məlumat vərəqinə cavabdehin pensiya təyin edilməsi haqqında qərarına, pensiyanın məbləğinin artırılması barədə qərarlarına əsasən “Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsi”nə əsasən iddiaçı 28 il təqvimi xidmət ili, 7 il 18 gün güzəştli xidmət ili, cəmi 35 il 18 gün xidmət ili ilə, 2000-ci ildə polkovnik-leytenant rütbəsi ilə yaşa görə ordu sıralarından tərxis edilmişdir, tərxis olunan zaman pul təminatı məlumat vərəqində 400,45 manat göstərilmişdir. xx.xx.2018-ci il tarixli “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqi”nə əsasən iddiaçı xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən hərbi xidmətdən polkovnik hərbi rütbəsi ilə yaşa görə tərxis olunmuş, iddiaçının təqvimi xidmət illəri 42 il 5 ay 29 gün, cəmi iş stajı və xidmət illəri 47 il 10 ay 11 gün olmuşdur, tərxis olunan zaman iddiaçının pul təminatı cəmi 1954,50 manat (o cümlədən 910 manat vəzifə maaşı, 138 manat rütbə maaşı, 524 manat xidmət illərinə görə əlavə, 64 manat ərzaq payı əvəzinə kompensasiya, 318,50 manat məharət dərəcəsinə görə ödənilən məbləğ) olmuşdur. Cavabdehin xx.xx.2018-ci il tarixli, 18/3488 nömrəli qərarına əsasən iddiaçının pensiyasının yenidən hesablanması haqqında müraciətinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tərtib etdiyi “Hərbi qulluqçunun xidmət illərinin hesablanması” haqqında sənədə əsasən iddiaçı 1972-ci ildən 2000-ci ilə qədər, 2004-cü ildən 2018-ci ilə qədər cəmi 42 il 05 ay 29 gün xidmət etmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********2 nömrəli məktubuna əsasən iddiaçıya xx.xx.2000-ci ildə hərbi qulluqçu kimi 35 il 18 gün xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir,xx.xx.2018-ci ildə təqdim etdiyi sənədlərə görə iddiaçı daha 12 il xidmət etmişdir. İddiaçı xx.xx.2000-ci ildə əmək pensiyasına çıxdığına görə keçdiyi xidmət illərinin nəzərə alınması ilə hesablanan təminat xərcliyi əsas götürülməklə iddiaçının pensiyasının yenidən hesabanmasından imtina edilmişdir. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, 1972-ci ildən 2000-ci ilə qədər hərbi xidmətdə olmuş və yaşa görə hərbi xidmətdən tərxis edilmişdir, sonradan 2004-cü ildən yenidən hərbi xidmətə cəlb edilmiş, xx.xx.2004-cü ildən xx.xx.2011-ci ilədək Müdafiə Nazirliyinin Baş Qərargahında Təşkilat-Səfərbərlik İdarəsində rəis müavini, xx.xx.2011-ci ildən xx.xx.2018-ci ilədək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hərbi xidmət etmiş və xx.xx.2018-ci ildə yaşa görə ehtiyata buraxılmışdır. Cavabdeh tərəfindən iddiaçıya 2000-ci ildə ilk dəfə hərbi xidmətdən ehtiyata buraxılan zaman həmin dövrdə verilmiş məlumat vərəqi əsas götürülərək pensiya təyin edilmişdir, 2018-ci ildə iddiaçı yenidən hərbi xidmətdən ehtiyata buraxılandan sonra iddiaçı xx.xx.2018-ci il tarixli məlumat vərəqəsi əsasında pensiyasının yenidən hesablanması barədə cavabdehə müraciət etsə də cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə aşağıdakılara görə cavabdehin imtinasını əsassız hesab edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Vətəndaşların sosial təminat hüquqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair 27 mart 2014-cü il tarixli qərarında qeyd olunur ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Həmçinin, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin əvvəlcədən gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətlərinin iştirakçılarında öz davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsi və özlərinin rəsmi tanınmış hüquqi statusunun, əldə edilmiş hüquqlarının dəyişilməməzliyində əminlik yaratmaqla, dövlətin hüquq siyasətinə etibarını artırır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir; “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli, xx.xx.1992-ci il tarixli Qərarının 1-ci bəndində göstərilir:“1. Müəyyən edilsin ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir:... silahlı qüvvələrin ehtiyatda olan yüksək ixtisaslı pensiyaçı zabit kadrlarının Azərbaycan Ordusunda, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Dövlət Sərhəd Xidməti orqanlarında xidməti. Bu müddət qurtarandan sonra pensiya qüvvədə olan qanunvericiliyə əsasən yenidən hesablanır.”. Göründüyü kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti birmənalı şəkildə müəyyən etmişdir ki, silahlı qüvvələrin ehtiyatda olan zabitləri yenidən, o cümlədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Dövlət Sərhəd Xidməti orqanlarında xidmət etdikdə həmin xidmət müddəti başa çatdıqdan sonra pensiya yenidən hesablanır. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş quluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır Həmin qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 2-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) –hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artırmlar da nəzərə almaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənd göstərilən pul təminatından hesablanır. Qaydaların 4-cü bəndinə əsasən hərbi quluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. İddiaçıya həqiqi hərbi xidmətdən təxris olunduqdan sonra 2004-2018-cı illərdə hərbi qulluğunu davam etdirmiş və 2018-cı ildə yenidən hərbi xidmətdən təxris olunmuşdur və iddiçının işlədiyi orqan da qanuni olaraq cavabdehə yeni məlumat vərəqəsini təqdim etmişdir. Belə olduğu halda, iddiaçıya təxris olunduğu gündən yeni məlumat vərəqəsinə əsasən əmək pensiyasının yenidən hesablanmasına qanunla hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Həmin məlumat vərəqəsinə əsasən iddiaçının pensiyasını yenidən hesablanması cavabdeh qanuni vəzifəsi olsa da, cavabdeh bundan imtina etmiş, bununla da qüvvədə olan maddi hüquq normalarını, iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini pozmuşdur. Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməli, İddiaçı İskəndər oğluna Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə göndərilmiş məlumat vərəqəsinə müvafiq olaraq (vəzifə maaşı 910 manat, rütbə maaşı 138 manat, xidmət illərinə görə 50 faiz əlavə-524 manat, usta məharəti dərəcəsinə görə 35 faiz əlavə-318,50 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat) təyin edilmiş pensiyanın 100 faiz miqdarında olmaqla yenidən hesablanması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 33, 68, 69, 73, 85, 110-maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiа tələbi təmin еdilsin. İddiaçı İskəndər oğluna Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə göndərilmiş məlumat vərəqəsinə müvafiq olaraq (vəzifə maaşı 910 manat, rütbə maaşı 138 manat, xidmət illərinə görə 50 faiz əlavə-524 manat, usta məharəti dərəcəsinə görə 35 faiz əlavə- 318,50 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat) təyin edilmiş pensiyanın 100 faiz miqdarında olmaqla yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə edilsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına 1 sаylı Bаkı İnzibаti-İqtisаdi Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(81)-581/2019
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Qərar — İş №2-1(81)-581/2019
21.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver