Azərbaycan Respublikası adından QƏRAR Bakı Şəhəri İş № 2-1(81)-827/2019 30.04.2019 1 SAYLI BAKI İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X1katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Binəqədi rayon Şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Binəqədi rayon Şöbəsinə qarşı onun xx.xx.1975-ci il tarixdən xx.xx.2015-ci il tarixədək zərərli istehsalat sahəsində işləməsi barədə illərin nəzərə alınaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının 52 yaşdan, yəni xx.xx.2013-cü il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4.-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunmuş və iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2019-cu il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası barədə iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1.-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası barədə iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə əsasən (digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır.) hesab edir ki, işə aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 20 iyul 1978-ci ildən 02 iyun 1981-ci ilədək zəhmət sahəsində işləmişdir. 09 iyun 1981-ci ildən 30 dekabr 1982-ci ilədək Tikiş fabrikində işləmiş, 19 yanvar 1983-cü ildən 16 dekabr 1994-cü ilədək “Bakı Poladtökmə” zavodunda maşinist vəzifəsində, 1980-ci ildən 1987-ci ilədək Bakı maşınqayırma texnikomu neft və qaz mədənləri avadanlığı ixtisası üzrə təhsil almış, 17 may 2006-cı il ildən xx.xx.2008-ci ilədək “Azərpoçt”-un 6 saylı poçt filialında poçtalyon, 07 mart 2008-ci ildən 01 dekabr 2009-cu ilədək 6 saylı poçt filialında poçtalyon işləmiş, 13 noyabr 2017-ci ildən 15 aprel 2018-ci ilədək "xxxx" ASC-də işləmişdir. Onun zərərli sahədə işləməsi ilə bağı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə cavabdeh tərəfə müraciəti nəticəsiz qalmış, heç bir tədbir görülməmiş və şöbə tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmadığı bildirilmişdir. O, 11 il ərzində zərərli istehsalat sahəsində işləmiş, 1,2,3 növbəli iş qrafiki zərərli işə görə südlə təmin edilirdilər. “X2” ASC tərəfindən verilmiş KŞ-036 saylı, 26 aprel 2018-ci il tarixi arayışda onun işlədiyi peşə üzrə bütün iş vaxtının zərərli iş şəraitində keçməsi qeyd edilmişdir. Həmin arayışda göstərilən peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahının 35-ci ümumi peşələr bölməsində “qaz kompressorlarına xidmət ilə məşğul olan texnoloji kompressorların maşinistləri” şifrəsinə aid olması qeyd edilmişdir. Heç bir tədbir görməməklə cavabdeh tərəf hərəkətsizliyə yol vermişdir. Ona zərərli sahədə işləməsi ilə bağlı pensiya təyin edilməməsi hüquqlarının həyata keçirilməsinə maneəçilik törədir, məhdudiyyətlər yaradır. Onun 19 yanvar 1983-cü ildən 16 dekabr 1994-cü ilədək işləməsi barədə məlumatlar əmək kitabçasında qeyd edilmişdir. Lakin, cavabdeh tərəf bunu nəzərə almamış və ona güzəştli şərtlərlə pensiya təyin edilməsində maraqlı olmamışdır. Cavabdeh DSMF-nun Binəqədi rayon Şöbəsinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi təqdim edilərək bildirilmişdir ki, İddiaçı şöbəyə təqdim etdiyi sənədlərdə işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bölməsində göstərilən qaz kompressorlarına (hava kompressorlarından başqa) xidmət ilə məşğul olan texnoloji kompressorlarına (hava kompressorlarından başqa) xidmət ilə məşğul olan texnoloji kompressorların maşinistləri peşəsinə uyğun olduğu göstərilmişdir. Lakin, şöbənin əməkdaşları tərəfindən “X2” ASC-də (keçmiş “Bakı Poladtökmə” zavodu) aparılmış qarşılıqlı yoxlama zamanı G.Q.Quliyevnın işləmiş olduğu peşənin yuxarıda qeyd edilən peşəyə aid olduğu öz əksini tapmamışdır. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı işlədiyi peşənin “İş yerlərinin attestasiya keçirilməsi qaydaları”na uyğun olaraq iş yerində keçirilmiş attestasiya nəticəsində, zərərli və ağır hesab olunmasına dair və işlədiyi müddətdə zərərli iş şəraitinə görə əlavə əmək haqqı və əlavə məzuniyyət alması haqqda müvafiq sənədlər olmadığından, işlədiyi peşənin ağır və zərərli olmasını təsdiq etmək mümkün olmamışdır. Bu səbəbdən də, iddianın əsassız hesab edilərək təmin edilməməsini xahiş etmişlər. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərinmülahizəsini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli imtina məktubunun surətindən görünür ki, İddiaçı bildirilmişdir ki, onun “Bakı Poladtökmə” zavodunda işləmiş oldğu 10 nömrəli və 17 nömrəli istilik, ventilyasiya və santexnika sahəsində kompressor qurğusunun maşinist peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. İşdə olan “X2” ASC tərəfindən verilmiş KŞ-036, xx.xx.2018-ci il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı xx.xx.1983-cü il tarixdə “Bakı Poladtökmə” zavoduna işə qəbul edilmiş, xx.xx.1994-cü il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçı kompressor qurğusunun maşinisti peşəsi üzrə bütün iş vaxtını zərərli iş şəraitində keçirmişdir. Göstərilən bu peşə Azərbaycan Respublikası Nazirlər Kabintinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş siyahının 35-ci Ümumi peşələr bölməsində “qaz kompressorlarına (hava kompressorlarından başqa) xidmət ilə məşğul olan texnoloji kompressorların maşinistləri” şifrəsinə aiddir. İşdə olan iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1978-ci il tarixdə əmək faəliyyətinə başlamış, 19 yanvar 1983cü ildən “Bakı Poladtökmə” zavoduna işə qəbul edilmiş, xx.xx.1994-cı il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.2006-cı il tarixdə “Azərpoçt” DM-nın 6 saylı Poçt Filialının 53 saylı Poçt Şöbəsində 5-ci dərəcə ilə poçtalyon vəzifəsinə qəbul edilmiş, xx.xx.2008-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2008-ci il tarixdə 6 saylı Poçt filialının 52 saylı poçt şöbəsində poçtalyon təyin edilmiş, xx.xx.2009-cu il tarixdə işdən azad edilmişdir. xx.xx.2017-ci il tarixdə "xxxx" ASC-də işə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsinə görə işdən azad edilmişdir. İşdə olan KT 022193 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1980-1987-ci illərdə Bakı Maşınqayırma Texnikomu neft və qaz mədənləri avadanlığı ixtisası üzrə təhsil almışdır. İşdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İşdə olan noyabr 2018-ci il tarixli, DSMF-nun Binəqədi rayon Şöbəsinin pensiya təyinatı sektorunun məsləhətçisi, gəlirlər sektorunun məsləhətçisi, “X4” ASC-nin baş direktoru və icraçısı tərəfindən təsdiq edilmiş aktın surətindən görünür ki, İddiaçı Qurbansmayl qızı xx.xx.1983-cü il tarixdən 9/k saylı əmrlə “Bakı Poladtökmə” zavodunun 10 nömrəli Energetika qurğunlarının təmiri sexinə qəbul edilmiş, xx.xx.1994-cü il tarixdən 101/k saylı əmrə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. Üzləşmə zamanı məlum olmuşdur ki, vətəndaş İddiaçı hesablanmış əmək haqqında əlavə % (faiz) hesablanmamış və əlavə əmək günü məzuniyyəti verilməmişdir. Həmçinin F-2 blokuna baxış zamanı da güzəştli şərtlərə aid olan heç bir əmrlərlə tanışlıq olmamışdır. İşdə olan məhkəmənin sorğusuna cavab olaraq “X4” ASC tərəfindən məhkəməyə ünvanlanmış KŞ-041 nömrəli məktubun surətindən müəyyən olunur ki, İddiaçı 19.0.1983-cü il tarixində “Bakı Poladtökmə” zavodunun 10 nömrəli Energetika qurğularının təmiri sexinə kompressor qurğusunun maşinist-şagirdi peşəsinə qəbul edilmişdir. xx.xx.1987-ci il tarixində 10 nömrəli istilik, ventilyasiya və santexnika sahəsinə 3-cü dərəcəli kompressor qurğusunun maşinisti keçirilmişdir, xx.xx.1993-cü il tarixində 17 nömrəli santexnika və kompressor xidməti sahəsinə 5-ci dərəcəli kompressor qurğusunun maşinisti keçirilmişdir. xx.xx.1994-cü il tarixində qazanxana, santexnika və kompresdə ventilyasiya təsərrüfatı sexinə 5-ci dərəcəli kompressor qurğusunun maşinisti keçirilmişdir. xx.xx.1994-cü il tarixində Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. İddiaçı işlədiyi peşənin adı yuxarıda qeyd edilən Siyahının 35-ci Ümumi peşələr bölməsində “qaz kompressorlarına (hava kompressorlarndan başqa) xidmət ilə məşğul olan texnoloji kompressorların maşinistləri” şifrəsinə uyğun gəlir. “X2” ASC əvvəllər dövlət müəssisəsi olmuşdur. 1999-cu ildə Səhmdar Cəmiyyətinə çevrilmişdir. İddiaçı müəssisədə xx.xx.1983-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək çalışmışdır. Həmin dövr Cəmiyyətə məxsus arxivə verilmiş sənədlər yarasız vəziyyətə düşmüşdür. Ona görə də həmin vaxt Cəmiyyətin rəhbərliyi komissiya yaradaraq, komissiyaya Cəmiyyətin aidiyyəti şöbələrinin nümayəndələrini və Azərbaycan Respublikası Dövlət Arxivinin nümayəndəsinin də iştirakını təmin etmişdir. Həmin akta əsasən arxivdə saxlanılan sənədlərə komissiya tərəfindən yenidən baxış keçirilmiş və sənədlərin uzun müddət baxımsız qaldığı səbəbindən, şəraitsizlik baxımından gəmiricilər tərəfindən yararsız hala düşüb, oxunması mümkün olmadığından aktda qeyd edilən qaydada siyahıya alıb məhv edilmişdir. Bu səbəbdən İddiaçı əmək haqqına zərərli iş şəraitinə görə əlavələrin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçının oxuduğu illər də nəzərdə alınmaqla ümumilikdə 20 ildən çox əmək stajı vardır. O, xx.xx.1983-cü il tarixdə “Bakı Poladtökmə” Zavodunun 10 nömrəli Energetika qurğularının təmiri sexinə kompressor qurğusunun maşinist-şagirdi peşəsinə qəbul edilmişdir. xx.xx.1987-ci il tarixində 10 nömrəli istilik, ventilyasiya və santexnika sahəsinə 3-cü dərəcəli kompressor qurğusunun maşinisti keçirilmişdir, xx.xx.1993-cü il tarixdə 17 nömrəli santexnika və kompressor xidməti sahəsinə 5-ci dərəcəli kompressor qurğusunun maşinisti keçirilmişdir. xx.xx.1994-cü il tarixdə qazanxana, santexnika və kompresdə ventilyasiya təsərrüfatı sexinə 5-ci dərəcəli kompressor qurğusunun maşinisti keçirilmişdir. xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. “X4” tərəfindən verilmiş arayışlarla da, təsdiq edilir ki, İddiaçı işləmiş olduğu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli, 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci “Ümumi peşələr” bölməsində “qaz kompressorlarına (hava kompressorlarından başqa) xidmət ilə məşğul olan texnoloji kompressorların maşinistləri” şifrəsinə uyğun gəlir. Cavabdeh eləcə də, məhkəməyə təqdim etdiyi etirazında İddiaçı işləmiş olduğu peşənin “İş yerlərinin attestasiya keçirilməsi qaydaları”na uyğun olaraq iş yerində keçirilmiş attestasiya nəticəsində, zərərli və ağır hesab olunmasına dair və işlədiyi müddətdə zərərli iş şəraitinə görə əlavə əmək haqqı və əlavə məzuniyyət alması haqqda müvafiq sənədlər olmadığından, işlədiyi peşənin ağır və zərərli olmasının təsdiq edilməsinin mümkün olmasına istinad etsə də, işin faktiki halları ilə müəyyən edilir ki, həmin dövrdə cəmiyyətə məxsus sənədlər yararsız vəziyyətə düşmüş, sənədlər uzun müddət baxımsız qaldığı üçün, şəraitsizlik baxımından gəmiricilər tərəfindən yararsız hala düşmüş, oxunması mümkün olmamışdır. Bu səbəbdən də, cavabdeh tərəfindən Cəmiyyətdə araşdırma aparılan zaman həmin sənədlər aşkar edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı işləmiş olduğu peşələr Azərbaycan Respublikaksı Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Sıyahısı»nda göstərilən vəzifələrə daxil olduğundan və o, 20 ildən çox ümumi və 10 ildən çox xüsusi iş stajına malik olmaqla xüsusilə zərərli və ağır olan işlərdə işlədiyindən İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir. “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. DSMF-nun 21 noyabr 2011-ci il tarixli, 17 saylı qərarı ilə təsdiqedilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydaları»nın 2.1.6-ci bəndinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslərin Qanunun 9.1-9.8-ci maddələrində nəzərdə tutulmuş şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qaydaların 2.17-ci bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Beləliklə, İddiaçı işləmiş olduğu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında göstərilən peşələrin və vəziələrin göstəricilərinin siyahısında öz əksini tapdığından, o, güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir. Buna görə də, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinin İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etməsi əsassızdır. İddiaçı mövcud iddiasının hüquqi əsasları işin halları ilə təsdiq olunduğundan, iddia təmin edilməlidir. Məhkəmə eləcə də, qeyd edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan (xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş) “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndində qeyd olunmuşdur ki, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Eyni zamanda, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hansı vaxtdan pensiya təyin edilməsindən və pensiya hüququ yaranmasından asılı olmayaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə əldə edilmiş Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndində sadalanan təhsil müddəti şəxsin iş stajına daxil edilməlidir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki,iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan, yəni xx.xx.2013-cü il tarixdən təyin edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(81)-827/2019
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Qərar — İş №2-1(81)-827/2019
30.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver