Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(82)-1059/2019 01.07.2019 2 SAYLI BAKI İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi ilə Tərəflərin iştirakı olmadan İddiaçı Namazov Səməndər Əmiraslan oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı “iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Bakı şəhəri 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində inşaatçı mühəndis vəzifəsində çalışdığı illərın sığorta stajına daxil edilməsi və ona xx.xx.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏ N ETDİ: İddiaçı Namazov Səməndər Əmiraslan oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının 1995-2005ci illərdə Bakı şəhəri 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində inşaatçı mühəndis vəzifəsində işlədiyi əmək stajının 2-ci qrup əlillik pensiyası aldığı gündən başlayaraq təqaüdünə hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1982-ci il tarixdə əmək fəaliyyətinə başlamışdır. O 1989-cu ildən 1995-ci illərdə Tağıyev adına tikiş kombinatında işləmişdir. O sonuncu olaraq 1995-ci ildən 2005-ci illərdə Bakı şəhər 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində mühəndis vəzifəsində işləmişdir. İddiaçının ümumilikdə 1982-ci ildən 2005-ci il daxil olmaqla əmək stajı vardır. Hazırda xəstələnərək əmək sığorta Komissiyasının qərarı ilə təqaüdə çıxarılmışdır. Cavabdeh 05 noyabr 2018-ci il tarixli məktubu ilə xx.xx.1992-ci ildən xx.xx.2005-ci illərdə olan dövrlər əmək kitabçasının düzgünlüyünü yoxlamaq mümkün olmadığından həmin dövrlər tərəflərindən sığorta stajını iddiaçının təqaüdünə daxil etmədiklərini qeyd etmişdir. Hesab edir ki, cavabdeh şöbənin məsul şəxsləri iddiaçıya qarşı qanunsuz hərəkətə yol verərək onun 1995-2005-ci illərdə əmək stajını pensiyasına əlavə etməmişlər. O əmək kitabçasını təqdim etsə də, cavabdeh şöbənin işçiləri qanun üzrə iddiaçının əmək stajını pensiyasına əlavə etməkdən imtina etmişlər. Bütün bunlara baxmayaraq cavabdeh tərəfindən iddiaçının əmək stajı təqaüdünə əlavə edilməmişdir. Belə ki, onun rəsmi məktubuna xx.xx.2017-ci il i tarixdə yox cavabı verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X2 rayon şöbəsi 19 fevral 2019-cu il tarixdə məhkəməyə **********4 saylı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları xx.xx.2006-cı ildən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci ildən xx.xx.2005-ci ilədək olan dövrlərin düzgünlüyünü yoxlamaq mümkün olmadığından həmin dövrlər tərəflərindən sığorta stajına daxil edilməmişdir və nəticədə də tələb olunan iş stajı nə də pensiya kapitalı yaranmadığından ərizənin təmin edilməsi mümkün deyildir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Bakı şəhəri 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində inşaatçı mühəndis vəzifəsində çalışdığı illərin sığorta stajına daxil edilməsi və ona xx.xx.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda sadalanan əsaslara görə təmin edilməlidir. Belə ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən xx.xx.2011-ci ildə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, xx.xx.1961-ci il tarixdə Tovuz rayonunda doğulmuş İddiaçı oğlu ünvan 1 ünvanında qeydiyyatdadır. ИТ-İ seriyalı ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə əmək fəaliyyətinə başlamış, o cümlədən xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində çalışmışdır. Onun ümumilikdə 22 ildən çox ümumi iş stajı vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan çıxarışda görünür ki, İddiaçı ümumi xəstəlik səbəbindən xx.xx.2018-ci il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə müraciət edərək əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin inzibati orqan ərizəyə cavab olaraq 05 noyabr 2018-ci il tarixli **********1 saylı məktubla bildirmişdir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları xx.xx.2006-cı ildən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin Qanunun 12.1ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci ildən xx.xx.2005-ci ilədək olan dövrlərin düzgünlüyünü yoxlamaq mümkün olmadığından həmin dövrlər tərəflərindən sığorta stajına daxil edilməmişdir və nəticədə də tələb olunan iş stajı nə də pensiya kapitalı yaranmadığından ərizənin təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir Hazırkı işdən məlum olur ki, iddiaçının tələbi iki hissədən- həm 1995-2005-ci illərdə Bakı şəhəri 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində işaatçı mühəndis vəzifəsində çalışdığı müddətin əmək stajına daxil edilməsi, həm də ona əlilliyə görə əmək pensiyası təyin edilməsindən ibarətdir. Məhkəmə iddia tələbinin ilkin hissəsi, yəni iddiaçı tərəfindən mübahisələndirilən illərə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində inşaatçı mühəndis vəzifəsində işləməsi faktı ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçası ilə öz təsdiqini tapır. Bundan əlavə məhkəmə bildirir ki, iddiaçının çalışdığı idarənin fəaliyyəti ilə bağlı məhkəmə tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş və sorğuya cavab olaraq Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi X1 İdarəsinin 01 may 2019-cu il tarixli **********948200 saylı məktubu ilə bildirmişdir ki, Bakı şəhəri 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsi xx.xx.1995-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, lakin VÖEN-in alınması üçün vergi orqanına müraciət etməmişdir. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən, sığortaçının hüquqları aşağıdakılardır: bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək; sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək; könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Həmin Qanunun 10-cu maddəsinə əsasən, sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: sosial sığortanın bütün formalarında iştirak etmək; könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək; sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək. Həmin Qanunun 11-ci maddəsinə əsasən, sığortaedənlərin vəzifələri aşağıdakılardır: məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla); müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək; hesabat dövründə fəaliyyət göstərmədiyi halda sığortaçıya hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Göründüyü kimi, hazırkı iş üzrə sığorta edən Bakı şəhəri 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsinin "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə müvafiq olaraq, məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək vəzifəsi olmuş, Azərbaycan Respublikası DSMF-nin isə sığortaçı kimi, sözügedən Qanunun 9cu maddəsinə müvafiq olaraq sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək vəzifəsi olmusdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin idarənin sığortaedən kimi qeydiyyatdan keçməməsi iddiaçının çalışdığı illərin nəzərə alınmamasına dəlalət edə bilməz. İddia tələbinin əlilliyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçıya 25 yanvar 2018-ci il tarixdən əlillik təyin edildiyindən ona xx.xx.2017-ci il tarixdən sonra qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun normaları tətbiq edilməlidir. Belə ki, həmin Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Cavabdeh iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində çalışdığı müddəti sığorta stajına daxil etmədiyindən tələb olunan iş stajı və pensiya kapitalı yaranmadığını əsas gətirərək əliliiyə görə pensiya təyin edilməsindən imtina etmişdir. Məhkəmə berlə qənaətə gəlir ki, iddiaçının 1995-2005-ci illərdə çalışması faktı öz təsdiqini tapdığından, qanunvericliyin tələblərinə əsasən 14 il ( 57-15 x 4ay /12 ay=14 ) tələb olunduğu halda iddiaçının 22 ildən çox ümumi iş stajı və pensiya kapitalı mövcud olduğundan ona əlillik təyin edildiyi tarixdən, yəni xx.xx.2018-ci il tarixdən pensiya təyin edilməlidir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə görə əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Bakı şəhəri 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində inşaatçı mühəndis vəzifəsində çalışdığı illərın sığorta stajına daxil edilməsi və ona xx.xx.2018ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Namazov Səməndər Əmiraslan oğlunun xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Bakı şəhəri 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində inşaatçı mühəndis vəzifəsində çalışdığı illərın sığorta stajına daxil edilməsi və ona xx.xx.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Xətai rayon Şöbəsinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına (ünvan: ünvan 3 Hakim Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №2-1(82)-1059/2019
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Qərar — İş №2-1(82)-1059/2019
01.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver