Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(82)-136/2019 10.01.2019 2 SAYLI BAKI İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehə ( üçüncü şəxs "xxxx" MMCnə) qarşı “sərəncamın ləğvi” tələbinə dair inzibati işə 10 yanvar 2018-ci il tarixdə məhkəmənin binasında (Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi “8”) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehə (üçüncü şəxslər "xxxx" MMC-nə) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı Şəhər Cavabdehin xx.xx.2018-ci il tarixli 98 saylı “çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamının qanunsuz əlverişsiz inzibati akt kimi ləğv edilməsi və inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması, bu mümkün olmadıqda isə cavabdeh tərəfindən iddiaçılara kompensasiyanın ödənilməsi barədə qərar edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Sizin Mənzil" MMC-i tərəfindən 2018-ci ilin may ayından etibarən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin (qarajlar) söküntüsünə başlanılmışdır. 19 may 2018-ci il tarixdə İddiaçı1, 28 may 2018-ci ltarixdə isə İddiaçı2 məxsus qarajlar razılıq alınmadan və xəbərdarlıq olunmadan sökülmüşdür. Bundan xəbər tutduqda MMC-nin işçilərindən qanunsuz hərəkətlərə son vermələrini bildirməklə qarajları hansı əsasla sökdüklərini öyrənməyə çalışmışlar. Bu zaman söküntü işlərini həyata keçirən şirkətin nümayəndəsi tərəfindən şifahi olaraq bildirildi ki, söküntüniin həyata keçirilməsi səlahiyyəti onlara Nərimanov Rayon İcra Başçısının sərəncamı ilə verilib və söküntü tam əsaslıdır. Həmin sərəncam barədə vətəndaşların xəbərdar edilmədiyini və həmin sənədlə tanış olmaq istədiylərini bildirsələr də mmc-nin əməkdaşı həmin sənədi icra hakimiyyətindən əldə etməli olduqlarını bildirdi. Bundan sonra xx.xx.2018-ci il tarixdə RİH-ə rəsmi məktub ünvanlayaraq sözügedən söküntü-tikinti işlərinin həyata keçirilməsinə əsas olan sərəncamın rəsmi qaydada təqdim edilməsi barədə müraciət etmiş. Lakin həmin sərəncam yenə də təqdim olunmamış və yalnız məhkəməyə vermiş olduqları “müvəqqəti xarakterli müdafiə tədbiri barədə" ərizənin baxışı əsnasında xx.xx.2018 tarixdə bəhs olunan sərəncam ilə tanıs olmaq imkanları yaranmışdır. Aşağıda qeyd olunan səbəblərdən Cavabdehin xx.xx.2018-ci il tarixli 98 saylı “Çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” Sərəncamının qanunsuz əlverişsiz inzibati akt olduğunu hesab edirlər. Sərəncamda qeyd olunan ünvan (Əliyar Əliyev “22”) qarajların yerləşdiyi ərazini əhatə etmir. Belə ki, qarajlardan öncə gələn birinci binanın nömrəsi “150”, qarajlardan sonra isə gələn birinci binanın nömrəsi “54"dür. Eyni zamanda, qarajla üzbəüz, yolun o biri tərəfində yerləşən binanın nömrəsi “63-69”dur. Sərəncamın 2.6-cı bəndində yaşayış binalarının sakinlərinin “qarşılıqlı razılaşma əsasında” yeni mənzillərlə təmin edilməsinin qeyd olunmasına baxmayaraq, həmin sərəncamın 3-cü bəndində RİH qeyri-yaşayış sahələrinin yalnız “sökülməsi”nə dair qeydlə kifayətlənmişdir. Halbuki, AR Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarının 1.2-ci bəndində aşağıdakılar göstərilmişdir: hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması”. Göründüyü kimi, yaşayış və ya qeyri-yaşayış məqsədləri daşımasından asılı olmayaraq həmin obyektlərin əvvəlcədən dəyəri ödənilməli və ya onlar əvəzləşdirilməlidir.Nəzərə alsaq ki, Normativ hüquqi aktlar haqqında qanununa əsasən yerli icra hakimiyyəti orqanlarının sərəncamları “Qeyri-normativ hüquqi akt”, Nazirlər Kabinetinin Qərarları isə “Normativ hüquqi akt” hesab edilir və qeyri-normativ aktlar müvafiq normativ hüquqi akt əsasında qəbul edilməli, həmçinin onun müvafiq normasına istinad etməlidir, deməli RİH-in Sərəncamı AR Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarı ilə ziddiyyət təşkil edir, çünki Sərəncamda Qərarın əksinə yalnız yaşayış sahələrinin sakinlərinin razılığının əldə edilməsi nəzərdə tutulur. Beləliklə, sözügedən RİH-nin Sərəncamı Nazirlər Kabinetinin Qərarı ilə ziddiyyət təşkil etdiyindən qanunsuzdur və ləğv olunmalıdır. Eyni zamanda, AR MM-nin 246.5-ci maddəsinə əsasən Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alman torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da şamil edilir. Beləliklə, mülki qanunvericilikdə bəhs olunan məqsədlər üçün “torpaq” dedikdə həmçinin tikililər, qurğular və bu kimi digər obyektlər də başa düşülür. Sərəncamda "xxxx" MMC şirkətinə söküntü işlərinin aparılması ilə bağlı səlahiyyət verilmir. Belə ki, sərəncamın yalnız 2-ci bəndində "xxxx"MMC-yə həvalə olunan məsələlər qeyd olunur. Əliyar Əliyev küçəsi ünvanında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsinə dair müddəa isə Sərəncamın 3-cü bəndində öz əksini tapır. Sərəncamın 5-ci bəndində sözügedən inzibati aktın yalnız layihələndirmə üçün əsas olduğu göstərilir. Bu da o deməkdir ki, adı çəkilən sərəncam əsasında hər hansı söküntü işlərinin aparılmasına icazə verilməmişdir. AR İnzibati İcraat Haqqında Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Beləliklə, sözügedən Sərəncam ilə yaşayış və qeyriyaşayış sahələrinin sökülməsinin nəzərdə tutulmasına baxmayaraq, inzibati aktın qəbul edilməsindən əvvəl RİH tərəfindən maraqlı şəxslərin nəinki mülahizələri dinlənilməmiş, onlara ümumiyyətlə məlumat belə verilməmiş və bununla da maraqlı şəxsləri inzibati icraatdan qanunsuz kənarlaşdıraraq nəticədə birtərəfli qayda inzibati orqanın maraqlarına uyğun olan Sərəncam qəbul etmişdir. Halbuki, AR İnzibati İcraat Haqqında Qanunun 51-ci maddəsində inzibati icraat haqqında xəbərdar etmə nəzərdə tutulmuş və aşağıda göstərilən kimidir: İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Bu Oanunun 51.1-ci maddəsində göstərilən şəxslərə miivqfıq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. 51.3. Bildiriş inzibati icraatda iştirak edən şəxs tərəfindən göstərilən ünvana göndərilir. Bildiriş işdə iştirak edən şəxsə və ya onun nümayəndəsinə, habelə vətəndaşın onımla birgə yaşayan yaxın qohumlarına verilir. İnzibati icraatla bağlı iclasa vaxtında gəlmək və iş üzrə hazırlaşmaq üçün işdə iştirak edən şəxslərin sərəncamında kifayət qədər vaxt olmalıdır. Həmçinin, AR Şəhərsalma və Tikinti Məcəlləsinin 76-cı maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanı (Yerli İcra Hakimiyyəti orqanları) və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. Beləliklə, Mübahisələndirilən inzibati akt maraqlı şəxslərin maraqlarına toxunan inzibatı akt olduğu üçün maraqlı şəxslərin, yəni qaraj sahiblərinin inzibatı prosesə cəlb edilməsi məcburi hal olduğu halda inzibatı icraata cəlb edilməmişdirlər. AR İnzibati İcraat Haqqında Qanunun 58-ci maddəsinə əsasən inzibati akta dair ümumi tələblər aşağıdakılardır: İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Oanunc: və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt əlverişsiz (yiikləyici) inzibati aktdır. Miibahisəlindirilən Sərəncam qaraj sahiblərinin hüquqlarını məhdudlaşdırdığından və kobudcasına pozduğundan əlverişsiz inzibati aktdır. Həmçinin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Sözügedən Qanunun 67.3-cü maddəsinə əsasən isə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Beləliklə, qeyd olunanlara əsasən RİH-in Sərəncamı qanunsuz əlverişsiz inzibati akt olduğundan ləğv edilməlidir. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə əsasən Şəhərsalma və tikinti fəalivvəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına. əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Həmin Məcəllənin 4.3-cii maddəsinə əsasən Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət sivasəti müvafiq icra hakimiyyəti orqanı (Yerli İcra Hakimvyəti orqanları) tərəfindən həyata keçirilir. Beləliklə, tikinti sahəsində dövlət siyasətinin həyata keçirilməsinə görə məsul olan orqanlarda biri kimi RİH öz sosial öhdəliklərinə riayət etməmiş və MıMC tərəfindən qanunsuz şəkildə aparılan söküntü işlərinin qarşısın almamaqla yanaşı həmçinin onların icrasına dəstək olmuşdur. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 75.10-cu maddəsinin dispozisivasına görə: Tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum icazədə nəzərdə tutulmuş məlumatları 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. Nəzərə alsaq ki, AR Prezidentinin 2012-ci il 4 sentyabr tarixli, 695 nömrəli Fərmanına əsasən AR Şəhərsalma və Tikinti Məcəlləsinin 75.10-cu maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Yerli İcra Hakimiyyəti orqanları nəzərdə tutulur, deməli RİH-in Başçısı tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli 98 saylı Sərəncam Tikintilərin Dövlət reyestrinə daxil edilməlidir. Lakin, adı çəkilən sərəncamı hələ də miivafıq reyestrə daxil edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Bakı Şəhər Cavabdehin xx.xx.2018-ci il tarixli, 98 saylı “Çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında*’ İnzibati Akt “Sərəncam*’ adlandırılmasına baxmayaraq öz strukturu və tərtibatına görə “Qərar” anlayışına daha uyğun gəlir. Belə ki, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimaf’ın 7-ci hissəsinə əsasən Qərarın mətni yığcam, şərh və sərəncam hissələrindən ibarət olur. Qərarın şərh hissəsində qərar qəbul edilməsinin səbəbləri, görülməli tədbirlərin məqsədləri göstərilir. Qərarın sərəncam hissəsi əmr formasında ifadə olunur və qərarı qəbul edən təşkilatın adından sonra mətn dayandırılmadan “qərara alır ” sözləri ilə davam etdirilir. Əgər qərar bir neçə müxtəlif xarakterli tədbirlər görülməsini tapşırırsa, sərəncam hissəsi bəndlərə bölünür. Eyni xarakterli tədbirlər bir bənddə (ayrı-ayrı abzaslarla) sadalanır. İcracı qismində təşkilatlar və ya struktur bölmələri, tədbirin icrası konkret şəxsə tapşırıldıqda isə vəzifəli şəxs göstərilir. Göründüyü kimi. Sərəncamın 4-cü abzası “Qərara alıram” ifadəsini əks edir, o cümlədən Sərəncamın hissəsi bəndlərə bölünür və müəyyən tədbirlərin icrası təşkilata (“Sizin Mənzif’MMC) tapşırılır. Nəticə etibarı ilə, “Qərar” olaraq rəsmiləşdirilməli olan İnzibati Akt “Sərəncam” adlandırılmış, bununla RİH tərəfindən “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın tələbləri pozulmuş və sözügedən İnzibati Akt hətta “Sərəncam”ın tərtibatı qaydalarına belə uyğun gəlməmişdir. Beləliklə, mübahisələndirilən İnzibati Aktın “Sərəncam” adlandırılmasına baxmayaraq öz strukturu və məzmununa görə “Qərar” kimi təfsir edilməsi üçün kifayət qədər əsas var. Belə olan halda sözügedən İnzibati Akt AR Normativ hüquqi aktlar haqqında qanunun 4.4-cü maddəsinə əsasən normativ xarakterli akt hesab edilir və həmin qanunun tələblərinə uyğun tərtib edilərək rəsmiləşdirilməlidir. AR Normativ hüquqi aktlar haqqında qanunun 78-ci maddəsinə əsasən isə Hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının X2 Reyestrinə daxil edilməlidir. Hüquqi aktlar onları qəbul etmiş dövlət orqanı tərəfindən X2 Reyestrinə daxil edilmək məqsədi ilə həmin aktların qəbul edildiyi gündən üç gün keçənədək göndərilir. Lakin, mübahisələndirilən akt AR Normativ hüquqi aktlar haqqında qanun ilə nəzərdə tutulan normativ aktlara dair ümumi tələblərə uyğun gəlməməklə yanaşı Azərbaycan Respublikasının X2 Reyestrinə də daxil edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçılar Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14, 32, 35, 48, 60, 70-ci maddələrinə istinad edərək, Bakı Şəhər Cavabdehin xx.xx.2018-ci il tarixli 98 saylı “çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamının qanunsuz əlverişsiz inzibati akt kimi ləğv edilməsi və inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması, bu mümkün olmadıqda isə cavabdeh tərəfindən iddiaçılara kompensasiyanın ödənilməsi barədə qərar edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icratına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin 11 iyun 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi cavabdehə təqdim edilmiş və ondan iddiaya dair öz münasibətini (etirazını) məhkəməyə bildirmək tələb olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sədrlik edən hakim məhkəmə iclasında tədqiq olunmuş sübutları Azəraycan Respubikası İPM-nin 58.7-ci maddəsinin tələblərinə müvafiq tam və hərtərəfli araşdırdıqdan sonra qiymələndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddianın mümkünlük şərtlərini Azərbaycan Respublikası İP-nin 35-ci maddəsinə uyğun olaraq yoxlayaraq iddia müddəti ilə bağlı məqamları araşdırmış və iddianın baxılmasını mümkün hesab etmişdir. Belə ki, əvvəlki məhkəmə proseslərində iştirak edən iddiaçı və onun nümayəndəsi mübahisələndirilən inzibati aktın 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsində müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə baxış zamanı tanış olmuşlar. Məhkəmə işdə olan sənədlərə qiymət verərək hesab etmişdir ki, mübahisələndirilən inzibati akt həqiqətəndə iddiaçıya təqdim edilməmiş və iddiaçı tərəfindən işə əlavə edilmiş akt surətdir. Azərbaycan Respublikası İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32-ci maddəinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə iddia qaldıra bilər. İş materiallarına Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli texniki pasporta əsasən ünvan 1 qarajlar sırasında 9 nömrəli qarajın texniki pasportuna əsasən hüquq subyekti İddiaçı2 qeyd edilmişdir. İş materiallarına Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli texniki pasporta əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 19-cu saylı binanın arxasında, sağdan 2 saylı qarajın texniki pasportuna əsasən hüquq subyekti İddiaçı1 qeyd edilmişdir. İnzibati işdə olan Bakı şəhər Cavabdehin xx.xx.2018-ci il tarixli, 98 nömrəli sərəncamının təsdiq olunmuş surətinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 29.11 2017-ci il tarixli, 001 №li məktubu ilə Rayon İcra Hakimiyyətinə (RİH) müraciət edərək, rayonun Əliyar Əliyev küçəsi 22 ünvanında yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının, orada yaşayan sakinləri "xxxx" MMC- nin vəsaiti hesabına, hər ay kirayə haqqı ödənilməklə, kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərtilə, sökülməsini və həmin binaların yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinə razılıq verilməsini xahiş etmişdir. Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli "Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı ilə 5 il müddətinə RİH-ə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil- məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq bəndlərinin tələblərim rəhbər tutaraq qərara alıram: Qeyd olunanları nəzərə alaraq qərara alıram: 1. Rayonun Əliyar Əliyev küçəsi 22 ünvanında yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılmasi məqsədilə 1,422 ha torpaq sahəsi "xxxx" MMC- nin daimi istifadəsinə verilsin. 2. Rayonun Əliyar Əliyev küçəsi 22 ünvanında yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə "xxxx" MMC-nə aşağıdakılar həvalə edilsin: 2.1. "xxxx" MMC-nə ayrılmış torpaq sahəsini yerində qəbul etsin və onun sanitar vəziyyətinə nəzarət etsin; 2.2. Ayrılmış torpaq sahəsinə "xxxx" MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququ əldə edilsin; 2.3. Ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırsın; 2.4. Tikinti işlərinə başlamazdan əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərsalma əsaslandırılması və çoxmərtəbəli yaşayış binalarının memarlıq hissəsini razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza idarəsindən xüsusi rəy alınması; 2.5. Layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plan işlənməzdən əvvəl RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla həmin kommunikasiya xətlərinin köçürülməsi; 2.6. Rayonun Əliyar Əliyev küçəsi 22 ünvanında yerləşən yaşayış binalarının sakinlərinin qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək, hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi 3. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Əliyar Əliyev küçəsi 22 ünvanında yerləşən yaşayış və qeyri-yaşayış sahələri sökülsün. 4. Sərəncamın İ və İİ bəndlərinin tələbləri "xxxx" MMC tərəfindən tam yerinə yetirildikdən sonra Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti layihəsinin razılaşdırılması, tikintiyə icazə barədə sərəncamın verilməsi və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə RİH-ə müraciət edilsin. 5 Bu sərəncam ilkin olaraq yalnız layihələndirmə üçün əsasdır 6. Ayrılmış torpaq sahəsinin zəbt olunmasının, həmin ərazidə yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınması və sanitar vəziyyətin nəzarətdə saxlanılması RİH başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinə tapşırılsın. 7. Sərəncamın aidiyyəti ünvanlara göndərilməsi Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə tapşırılsın. İş materiallarında olan Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, xx/xx-03185 nömrəli məktuba əsasən ünvan 2 ünvanda yaşayan bir qrup sakinin ünvan 3ə mülkiyyətlərində olan qarajların "xxxx" MMC tərəfindən sökülüb dağıdılması və ərazidə söküntü və tikinti işlərinin icazə sənədlərinin olmadan aparılması tikinti ünvanda yaşayan Vüsal və İddiaçı1lar, Emil Novruzov, Afət Allahverdiyeva, Faik Əliyev, Eldar Quluyev, Əflan Məmmədov, Böyükxanım Əliyeva mülkiyyətlərində olan Ə. Əliyev küçəsi, 1956- cı məhəllədə yerləşən qarajlarının ərazisində "xxxx" MMC tərəfindən söküntü işləri aparılarkən onlara məxsus olan qarajların sökülərək yararsız hala salınması barədə Fövqəladə Hallar Nazirliyinə ünvanladıqları müraciət mütəxəssislərimiz tərəfindən yerində araşdırılmışdır. Müəyyən edilmişdir ki, Cavabdeh başçısının xx.xx.2018- ci il tarixli 98 nömrəli sərəncamı ilə rayonun Ə. Əliyev küçəsi, 22 ünvanda yerləşən ərazidə .yeni çox mərtəbəli yaşayış binalarının tikintisi üçün 2.27 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəyə verilmişdir. Həmin sərəncamın 2.6-cı bəndinə əsasən rayonun Ə. Əliyev küçəsi, 22 ünvanda yerləşən yaşayış və qeyri-yaşayış binalarının sökülməsindən əvvəl sakinlərinin qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi “ Sizin Mənzil" MMC-nə həvalə edilmişdir. Lakin Sizin şirkət Şəhərsalma və Tikinti Məcəlləsinin, tikintiyə dair normativ sənədlərin və Cavabdehin sərəncamının 2.6 və 3-cü bəndlərinin tələblərini pozaraq ərazidə yaşayan sakinlər tam köçürülmədən tikinti quraşdırmaişlərinə başlamışdır ki, bu da sakinlərin haqlı narazılığına səbəb olmuşdur. Odur ki, qeyd edilən ünvanda yaşayan sakinlərin köçürülməsi təmin edilsin və tikintisinə başlanılan çox mərtəbəli yaşayış binalarının tikinti layihəsi Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti qurumlarla razılaşdırılması Sizə tapşırılır. Əks təqdirdə Sizə qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görüləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 25995 rəyə əsasən ünvan 4 ünvanda yaşayış binaları üzrə tikinti layihəsi bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyə müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır. İnzibati işdə olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 31 nömrəli icazəyə əsasən ünvan 4 ünvanında yerləşən 16 və 18 mərtəbəli yaşayış binalarının tikintisinə icazə, həmçinin tikintiyə icazə barədə xüsusi nişan verilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinə barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazə verilməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərir. Həmin sorğuya 15 gün müddətində rəy bildirilməlidir. Bu müddət ərzində aidiyyəti qurumlar tərəfindən rəy bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı iradların olmaması prezumpsiyasından çıxış edir. Həmin Məcəllənin 75.5-ci maddəsinə əsasənsənədlərin tamlığı təmin edildikdən sonra müvafiq icra hakimiyyəti orqanı tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirilməsi üçün ekspertiza müəssisəsinə göndərir. Həmin Məcəllənin 75.6-cı maddəsinə əsasənmüvafiq icra hakimiyyəti orqanı tikintiyə dair ərizəyə daxil olmuş rəylər nəzərə alınmaqla, həmin ərazi üzrə müfəssəl plan olduqda 1 ay müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 3 ay müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədi ilə tikintiyə icazədə siyahısı və tətbiqi halları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən əlavə şərtlər də nəzərdə tutulur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə görə İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2-ci maddəsinə görə isə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri sağrılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, mübahisələndirilən inzibati akt qüvvədə olan Şəhərsalma və Tikinti Məcəlləsinin və “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq qəbul edilmişdir. Belə ki, Bakı Şəhər Cavabdehin xx.xx.2018-ci il tarixli, 98 saylı sərəncamı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli "Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı əsasında qəbul edilməklə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərsalma əsaslandırılması və çoxmərtəbəli yaşayış binalarının memarlıq hissəsini razılaşdırmış, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza idarəsindən xüsusi rəy alınmaqla, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 25995 rəyə əsasən ünvan 4 ünvanda yaşayış binaları üzrə tikinti layihəsi bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyə müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır. Habelə sərəncama əsasən Rayonun Əliyar Əliyev küçəsi 22 ünvanında yerləşən yaşayış binalarının sakinlərinin qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək, hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi üçüncü şəxs "xxxx" MMC-ə tapşırılmışdır. Göründüyü kimi mübahisələndirilən sərancam iddiaçılar ilə üçüncü şəxs arasında qarşlıqlı razılaşma əsasında daşınmaz əmlakın alqı-satqı yolu ilə alınması tapşırığı olmaqla qanunvericiliyin müddəalarına uyğun olaraq iddiaçıların hüquqları qorunmaq şərti, qəbul edilmişdir və iddiaçıların hər hansı hüquqlarının pozulması məhkəmə araşdırılması ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikası İPM-in 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Qeyd olunan Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunan Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehə ( üçüncü şəxs "xxxx" MMC-nə) qarşı “sərəncamın ləğvi” barədə iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehə ( üçüncü şəxs "xxxx" MMCnə) qarşı “sərəncamın ləğvi” barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş 11 (on bir) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(82)-136/2019
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Qərar — İş №2-1(82)-136/2019
10.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver