Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(82)-1437/2019 18.03.2019 2 SAYLI BAKI İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X17 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Nizami rayonu, 2405-ci məhəllə, Bəkir Çobanzadə küçəsi, 14 C saylı ünvanında yerləşən qeyri-yaşayış binasına dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və həmin mülkiyyətə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və həmin mülkiyyətə dair çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə xx xxxx 2019-cu il tarixdə məhkəmənin binasında (Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi 8) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Nizami rayonu, 2405-ci məhəllə, Bəkir Çobanzadə küçəsi, 14 C saylı ünvanında yerləşən qeyri-yaşayış binasına dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və həmin mülkiyyətə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və həmin mülkiyyətə dair çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(103)-913/2017 saylı qətnaməyə görə X6 İddiaçı xeyrinə 1.000.000 (bir milyon) ABŞ dolları və həmin məbləğdən faydalandığına görə 1 il üçün illik 7 faizlə hesablanmış faizlər qismində 70.000 (yetmiş min) ABŞ dolları məbləğində pul vəsaiti, qətnamənin icra olunacağı tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutulsun. Qətnamənin İddiaçı "xxxxxxxxxxxxxxx" Məhdud Məhsul Cəmiyyətinin təsisçiliyindən çıxarılması hissəsi ilə pulun ödənilməsi barədə hissəsi eyni zamanda icra olunsun. Məhkəmə qətnaməsi icraya yönəlmiş, borclunun əmlakının üzərinə həbs qoyulmuş, "xxxxxxxxxxxxxxx" MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən "Dan Ulduzu" adı altında şadlıq evi kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi hərraca çıxarılmışdır. Əmlakı tələbkar olaraq iddiaçıya təklif olunmuş, hərracın X11 326 nömrəli xx xxxxxx 2018-ci il tarixli "Hərracın yekunları üzrə əmlakın alqı satqısı barədə" müqaviləyə əsasən tam mülkiyyəti əldə etmişdir. Bakı şəhəri, Nizami rayonu, 2405-ci məhəllə, Bəkir Çobanzadə küçəsi, 14C saylı ünvanda yerləşən qeyri-yaşayış binasına dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Təəsüf ki, imtinanın məzmunu aşağıdakılardan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.1-ci maddəsinə əsasən mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, məhkəmə qərarına əsasən həyata keçirilir. "Daşınmaz əmlakın dövlər reyestri haqqında" Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövculuğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İmtina məktubu əsassız, qanunsuzdur. Artıq dördüncü ildir ki, məhkəmələrdədir. Hələ də qanunla müəyyən olunmuş qaydada pulunu və ya onun əvəzinə əmlakı ala bilmir. Borclunun əmlakının hərraca çıxarılması, satılması və digər proseslər məhkəmə və icra orqanının qərarı əsasında həyata keçirilmişdir. Azərbaycan Respublikası İcra Haqqında Qanununun 53.1-ci, 53.2-ci maddələrinin tələblərinə əsasən Bakı şəhəri Nizami rayonu, 2405-ci məhəllə, Bəkir Çobanzadə küçəsi, 14 C saylı ünvanında yerləşən qeyri-yaşayış binasına dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və həmin mülkiyyətə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və həmin mülkiyyətə dair çıxarışın verilməsini xahiş etmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası xx.xx.2019-cu il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsinə əsaslanaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X12 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxxxx 2018-ci il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 913/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx/xx-1943xx/xx-14153 saylı xx.xx.2018-ci il tarixli və xx/xx-1943xx/xx-23922 saylı, xx.xx.2018-ci il tarixli sifariş məktublarına və İddiaçı müvafiq məktubuna əsasən aşağıdakı məzmunda bu müqaviləni bağladılar. “Sifarişçi” aşağıda qeyd oluhan daşınmaz əmlakı "alıcının" tam mülkiyyətinə (təsdiq olunmuş hərracın yekun porotokoluna əsasən) verməyi, "Alıcı" isə həmin daşınmaz əmlakı qəbul edib onun dəyərini tam ödəməyi öz öhdəsinə götürür. Daşınmaz əmlakın adı "xxxxxxxxxxxxxxx" MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən "Dan Ulduzu" adı altında şadlıq evi kimi fəaliyyət göstərən “qeyri-yaşayış sahəsi”, ünvanı ünvan 4 C-dir. İşdə olan hərracın yekunları barədə 326 nömrəli protokolun təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən "Dan Ulduzu" adı altında şadlıq evi kimi fəaliyyət göstərən “qeyri-yaşayış sahəsi”ni İddiaçı 1,750.000 manata almışdır. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(007)-2105/2016 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı X13 və “xxxxxxxxxxxxxxx” məhdud məsuliyyətli cəmiyyətinə qarşı 1.000.000 (bir milyon) ABŞ dolları məbləğində pulun, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə və əldən çıxmış fayda qismində 250.000 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası qismən təmin edilmiş, X6 İddiaçı xeyrinə 1.000.000 ABŞ dolları məbləğində pul vəsaiti, habelə Z.H.Aslanlı 1.000.000 ABŞ dolları məbləğində pul vəsaitini özündə saxladığına və ondan faydalandığına görə 01 il üçün illik 7 faizlə hesablanmış faizlər qismində cavabdehdən 70.000 (yetmiş min) ABŞ dolları məbləğində pul vəsaiti, ödəniş anında ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə pul vəsaiti tutulmuşdur. İş üzrə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti X6 İddiaçı xeyrinə tutulmuşdur. İddiaçı iddiası qalan hissədə rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)-913/2017 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, X3 cavabdeh X5 qarşı “pulun ödənilməsindən ibarət öhdəliyin icra edilməsi və sair tələbi barədə” iddiasına dair 2(008)-6949/2016 №-li mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2016-cı il tarixli qətnamədən Ağaəli İsmayılovun verdiyi apellyasiya şikayətinə, iddiaçı Ağaəli İsmayılovun cavabdehlər Zahid Aslanlıya və “xxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “təsisçilikdən çıxarılma və sair tələbləri barədə” iddiasına dair 2(007)-2105/2016 N2-İİ iş üzrə Bakı Şəhəri Nizami R.ayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2016-cı il tarixli qətnamədən Ağaəli İsmayılovun və Zahid Aslanlmm ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə baxılaraq, 2(008)-6949/2016 №-li mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2016-cı il tarixli qətnamədən X4 verdiyi apellyasiya şikayəti təmin edilmiş,Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2016-cı il tarixli qətnamə ləğv edilmiş və həmin iş üzrə yeni qətnamə qəbul edilmişdir. X3 cavabdeh X5 "pulun qaytarılması tələbi barədə” iddiası təmin edilməmişdir. 2(007)-2105/2016 №-li mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2016-cı il tarixli qətnamədən X4 və X10 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri qismən təmin edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2016-cı il tarixli qətnamə ləğv edilmiş və həmin iş üzrə yeni qətnamə qəbul edilmişdir. X2 cavabdehlər X15 və “xxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun qaytarılması və sair tələbləri barədə” iddiası qismən təmin edilmişdir. X7 “xxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiliyindən çıxarılmışdır. X6 X4 xeyrinə 1.000.000 (bir milyon) ABŞ dolları və həmin məbləğdən faydalandığına görə 1 il üçün illik 7 faizlə hesablanmış faizlər qismində 70.000 (yetmiş min) ABŞ dolları məbləğində pul vəsaiti, qətnamənin icra olunacağı tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutulması, X1 “xxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiliyindən çıxarılması hissəsi ilə pulun ödənilməsi barədə hissəsi eyni zamanda icra olunması qət edilmişdir. Qalan hissədə iddia təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(102)-4217/17 saylı qərarının təsdiq edilmiş surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən X10 və vəkili Məlikov Balabəy Ağamməd oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli, 2(103)-913/2017 saylı icra vərəqəsinin surətindən görünür ki, X7 “xxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiliyindən çıxarılsın. X6 X4 xeyrinə 1.000.000 (bir milyon) ABŞ dolları və həmin məbləğdən faydalandığına görə 1 il üçün illik 7 faizlə hesablanmış faizlər qismində 70.000 (yetmiş min) ABŞ dolları məbləğində pul vəsaiti, qətnamənin icra olunacağı tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutulsun. X1 “xxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçiliyindən çıxarılması hissəsi ilə pulun ödənilməsi barədə hissəsi eyni zamanda icra olunsun. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxx 2019-cu il tarixli, **********14 saylı məktubundan (ərizəçi İddiaçı ünvanlanmış) görünür ki, Bakı şəhəri, Nizami rayonu, 2405-ci məhəllə, Bəkir Çobanzadə küçəsi, 14C saylı ünvanda yerləşən qeyri-yaşayış binasına dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması ilə bağlı ********** nömrəli, xx.xx.2019cu il tarixli ərizənizə baxılmışdır. Bununla əlaqədar bildiririk ki, mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması məhkəmə qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.1-ci maddəsinə əsasən mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, məhkəmə qərarına əsasən həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunan nöqsanlara görə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Beləliklə işin məhkəmə araşdırması ilə müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 6 C ünvanında yerləşən qeyri-yaşayış binasına çıxarışın verilməsi ilə bağlı müraciət etmiş, cavabdeh inzibati orqan mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması məhkəmə qərarına əsasən həyata keçirildiyinə əsaslanaraq iddiaçının müraciətini təmin etməmişdir. İPM-in 2.2-ci və 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə İPM-in 35.1-ci maddəsinin tələblərini nəzərə alaraq, hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə sübyektiv hüquqa malik olmuş, cavabdeh inzibati orqan hazırkı iddiaya cavab verməli olan qurumdur, iddiaçı ilk əvvəl cavabdeh orqana müraciət etmiş və cavabdehin bununla bağlı imtinası var, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində cavabdehin hərəkətindən məhkəməyə müraciət etmişdir, buna görə də iddia mümkün sayılmışdır. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun, ərizənin təmini yönündəki hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Buna görə də məhkəmə hesab edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də cavabdeh orqan, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğuna istinad edirsə, həmin şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi onun üzərinə düşür. Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin məcəllənin 139.3-cü maddəsinəəsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı və 8.0.2-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokolun daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır. “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarından İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önər Yıldız Türkiyəyə qarşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. İnzibati orqan iddiaçının müraciətindən imtinaya əsas kimi mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması məhkəmə qərarına əsasən həyata keçirildiyinə əsaslansa da, mübahisəli qeyri-yaşayış sahəsi “X9” MMC Hərrac Təşkilatının 326 nömrəli, xx xxxxxx 2018-ci il tarixli Hərracın X11 ilə qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1.) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (15.1.2.) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (15.1.3.) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (15.1.4.) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (15.1.5.) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (15.1.6.) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi cavabdeh qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmiş, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün müəyyən edilmiş əsasları nəzərə almadan iddiaçının müraciətini təmin etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Odur ki, iddia təmin olunaraq, iddia təmin olunmalı, Bakı şəhəri Nizami rayonu, 2405-ci məhəllə, Bəkir Çobanzadə küçəsi, 14 C saylı ünvanında yerləşən qeyri-yaşayış binasına dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və həmin mülkiyyətə dair çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 75, 78-79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Nizami rayonu, 2405-ci məhəllə, Bəkir Çobanzadə küçəsi, 14 C saylı ünvanında yerləşən qeyri-yaşayış binasına dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və həmin mülkiyyətə dair İddiaçı adına çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2-1(82)-1437/2019
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Qərar — İş №2-1(82)-1437/2019
18.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver