Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(82)-1631/2019 20.06.2019 2 SAYLI BAKI İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi ilə Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon şöbəsinə qarşı “əmək kitabçasında olan iş dövrü və xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan təhsil dövrü ümumi iş stajına daxil edilərək ona xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏ N ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək kitabçasında olan iş dövrü və xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan təhsil dövrü ümumi iş stajına daxil edilərək ona xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 9.1-ci bəndinə əsasən xx.xx.2018-ci il tarixdən ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” a əsasən xx.xx.2006-il tarixədək ( Əmək pensiyaları haqqında Qanun qüvvəyə mindiyi günədək) 12 il 06 aydan çox əmək stajı və 25 ildən çox ümumi əmək stajı toplamışdır. Fevral ayında Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon şöbəsinə müraciət edərək ona 57 yaşından əmək pensiyası təyin olunmalı olduğunu bildirsə də, iddiaçının xahişi yerinə yetirilməmişdir. Səbəb olaraq isə göstərilmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il ümumi stajı tamam olmamışdır. Halbuki, iddiaçının 1978-ci ilin sentyabrından 1979-cu ilin avqusutunadək təhsil aldığı müddət nəzərə alınmaqla onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon şöbəsi 02 aprel və 23 aprel 2019-cu il tarixlərdə məhkəməyə **********9 və **********8 saylı yazılı etiraz təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə, zərərli və ağır olan işlərdə çalışan (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) sığortaolunanlar; - kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçının təqdim etdiyi ИТ-İ seriyalı ******* əmək kitabçasına əsasən onun xx.xx.1979-cu ildən xx.xx.2006-cı il tarixədək 24 il 01 ay 13 gün sığorta stajı vardır. Qeyd edilənlərə əsasən İddiaçı xx.xx.2006-cı il tarixədək tələb olunan 25 il sığorta stajı olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda sadalanan əsaslara görə təmin edilməlidir. Belə ki, AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1961-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İnzibati işə əlavə edilmiş SSRİ Dəniz Donanması Nazirliyi tərəfindən verilmiş 15 avqust 1979-cu il tarixli 222 nömrəli attestatdan görünür ki, o Bakı dəniz donanması məktəbini bitirmiş və buraxılış imtahanını ümumi yaxşı qiymət ilə başa vurmuşdur. İmtahan Komissiyasının qərarı ilə İddiaçı 1-ci dərəcəli motorçu peşə dərəcəsi verilmişdir. ИТ seriyalı ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdə əmək fəaliyyətinə başlamış, xx.xx.2006-cı il tarixədək 24 il 01 ay 13 gün sığorta stajı vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 18 fevral 2019-cu il tarixli 15 nömrəli qərarından görünür ki, tələb olunan ümumi iş stajı olmaması səbəbindən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon şöbəsinə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin cavabdeh inzibati orqan ərizəyə cavab olaraq 21 fevral 2019-cu il tarixli **********3 saylı məktubla bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. O Politkovskinin təqdim etdiyi ИТ-İ seriyalı ******* əmək kitabçasına əsasən onun xx.xx.1979-cu ildən xx.xx.2006-cı il tarixədək 24 il 01 ay 13 gün sığorta stajı vardır. Qeyd edilənlərə əsasən İddiaçı xx.xx.2006-cı il tarixədək tələb olunan 25 il sığorta stajı olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. Cavabdehin imtina məktubundan, eyni zamanda məhkəməyə təqdim etdiyi yazılı etirazdan məlum olur ki, iddiaçının 01 sentyabr 1978-ci il tarixdən 15 avqust 1979-cu il tarixədək dənizçilik məktəbində aldığı təhsil müddəti onun ümumi iş stajına daxil edilməmişdir. Belə ki, cavabdeh iddiaçının ümumi iş stajını əmək fəaliyyətinə başladığı tarixdən, yəni xx.xx.1979-cu il tarixdən hesablamışdır. Məhkəmə cavabdehin imtina məktubunda və etirazda qeyd etdiklərini əsaslı hesab etmir və bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Yuxarıda sadalanan maddi hüquq normasının tələbindən görünür ki, qeyd edilən dövrün əmək stajına daxil edilməsi barədə göstəriş mübahisələnən hüquq qazanılan vaxt qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuşdur. Belə olan halda iddiaçı bu hüquqdan məhrum edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən hazırda qüvvədə olan qanunvericiliyi həmin dövrə tətbiq etmək mümkün deyildir. İddiaçının təhsil aldığı müddət artıq onun qazanılmış hüququdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdeh iddiaçının təhsil müddətini onun ümumi iş stajına daxil etməməklə səhv nəticəyə gəlmişdir. Belə ki, qanunvericlik onun təhsil müddətinin iş stajına daxil edilməsini nəzərdə tutur. İddiaçıya xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, hazırda qüvvədə olan "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. xx.xx.2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehhsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər — 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar — 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş X1 Donanmasının 25 yanvar 2019cu il tarixli EN01/02-60 nömrəli arxiv arayışından və iddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasınnı təsdiq olunmuş surətindən məlum olur ki, iddiaçı xx.xx.1980-ci ildə Abşeron rayon dəniz Neft Donanma İdarəsinin b/k “Kojakov” gəmisində şagird matros peşəsinə, xx.xx.1980-ci il tarixdə 1-ci dərəcəli matros, xx.xx.1981-ci ildə b/k “Kojakov” gəmisində 2-ci dərəcəli matros, xx.xx.1982-ci ildə m/k “431” gəmisində növbətçi mexanik, xx.xx.1983-cü ildə m/k “805” gəmisində növbətçi mexanik, xx.xx.1988-ci ildə m/k “Calqan-9” gəmisində növbətçi mexanik, xx.xx.1992-ci ildə m/k “Calqan-9” gəmisində 2-ci mexanik, xx.xx.1996-cı ildə “Abşeron-23” gəmisində 2-ci mexanik, xx.xx.1998-ci ildə m/k “Urunos-5” gəmisində 2-ci mexanik, xx.xx.2000-ci ildə b/k “Abşeron-8” gəmisində 3-cü mexanik, xx.xx.2002-ci ildə “Urunos-8” gəmisində böyük mexanik, xx.xx.2005-ci ildə b/k “Abşeron-17” gəmisində 2-ci mexanik, xx.xx.2006-cı ildə b/k “Abşeron-20” gəmisində böyük mexanik kimi işə qəbul edilmişdir. Hal-hazırda da “Abşeron-20” gəmisinə böyük mexanik vəzifəsində işləyir. Həmçinin arayışdan məlum olur ki, iddiaçının çalışdığı gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, liman və limandaxili yol gəmilərinə aid deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 21.2-ci bəndinin “b” yarımbəndinə əsasən dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər peşəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşələr sırasına daxil edilmişdir. Bundan əlavə məhkəmə bildirir ki, cavabdeh inzibati orqan iddiaçının güzəştli iş stajının olması faktını mübahisələndirməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı 57 yaşına çatanadək 25 ildən artıq sığorta stajı toplamış və həmin müddətin 12.5 ildən çoxunu xüsusilə zərərli olan işlərdə çalışmışdır. Odur ki, məhkəmə yuxarıda qeyd olunan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ 57 yaşı tamam olduğu anda, yəni xx.xx.2018-ci il tarixdə yaranmışdır və onun xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək təhsil aldığı müddət ümumi iş stajına hesablanmaqla pensiyası həmin tarixdən təyin edilərək hesablanmalıdır. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon şöbəsinin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə görə əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunan Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və iddiaçının əmək kitabçasında olan iş dövrü və xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan təhsil dövrü ümumi iş stajına daxil edilməklə ona 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı əmək kitabçasında olan iş dövrü və xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan təhsil dövrü ümumi iş stajına daxil edilməklə ona 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Pirallahı rayon Şöbəsinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına (ünvan: ünvan 3 Hakim Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №2-1(82)-1631/2019
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Qərar — İş №2-1(82)-1631/2019
20.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver