Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(82)-1726/2019 26.07.2019 2 SAYLI BAKI İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Xammədov Rəsul Tofiq oğlunun katibliyi, İddiaçıiştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı «kompensasiyanın ödənilməsi barədə» iddiası üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə (bundan sonra Dövlət Sərhəd Xidməti) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, şamil edilmiş 36 aylıq tam təminatı üzrə kompensasiyanın cavabdeh tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Arif İsayev 1994-1998-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq məktəbinin “Sərhəd Qoşunları” fakültəsini bitirdikdən sonra təyinatla leytenant hərbi rütbəsində AR Sərhəd Qoşunlarında zabit qismində xidmətə başlamışdır. Müvafiq vəzifələrdə və rütbələrdə xidmətini davam etdirərək 2006-cı ildən növbəti təyinat əsasında DSX-nin Xüsusi Təyinatlı hərbi hissəsində “X3” xidmətini davam etdirmişdir. 2006-cı ildən 2017-ci ilədək həmin hərbi hissədə müxtəlif vəzifələrdə xidmətini davam etdirmişdir. 2012-ci ildə Xüsusi təlimdə xidməti vəzifələrinin icrası zamanı göz nahiyəsindən ağır travma almış və Zərifə Əliyeva adına Göz xəstəxanasında təcili əməliyyata götürülmüşdür. Əməliyyatdan dərhal sonra müalicəsi adı çəkilən xəstəxanada mümkün olmadığından 10 gün sonra Türkiyə Respublikası Ankara şəhərində “Gülhanə TİP Akademisi” Hospitalına müalicəsi davam etdirilməsi üçün oraya DSX tərəfindən göndərilmişdir. Orada keçirilən ağır göz əməlliyyatından sonra gözünü saxlaya bildilər, lakin göz dibi dağıldığından görməni bərpa edə bilmədilər. Bütün bunlardan sonra hərbi xidmətdən Hərbi həkim Komissiyasının rəyi əsasında xəstəliklə təxris olunmuşdur. Hal - hazırda İİİ qrup əlildir və hərbi xidmət zamanı xəsarətə görə Prezident təqaüdü (121 azn) alır. Təxris olunduqdan sonra öz haqqını tələb etmək məqsədi ilə DSX rəisinə xx.xx.2017-ci ildə ərizə ilə müraciət edərək, Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 180-24 nömrəli qərarı, Kəşfiyyat və X1 Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli qanunu, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına həqiqi hərbi xidmətdə olduğu dövürdə sağlamlığına dəymiş zərərlə əlaqədar olaraq kompensasiyanın ödənişini təmin olunmasında köməklik etsin və uzun sürən biganə münasibətdən sonra 9 (doqquz) ay sonra nəhayət ki,xx.xx.2018-ci il tarixdə kompensasiyanın şamil olunması üşün hüququ olmadığı barəsində məktub gəldi. Hansı ki, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşı vəzifəsində idi bunla bağlı hətta DSX-rəisinin xx.xx.2007-ci il tarixli müvafiq tam məxfi xxxx №-li Əmri ilə bütün bu qanunun maddələri şamil edilmişdir. Əməkdaş olmadığı halda hansı qanunun maddələri elə belə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarının əlavələrini aid ede bilərdi. Hətta DSX rəisinin xx.xx.2007-ci il tarixli müvafiq tam məxfi xxxx №-li Əmrinin 20.6, 20.7-ci maddələri hər il əlavə olaraq ödənilib. Belə bir vəziyyətin DSX rəisinin xx.xx.2007-ci il tarixli müvafiq tam məxfi xxxx №li Əmri ilə həyatının sığortalandığını düşünürdü amma bu sənəd nədənsə köməyinə gəlmir! DSX rəisinin xx.xx.2007-ci il tarixli müvafiq tam məxfi xxxx №-li Əmrində 11,12,13,14 №-li bəndlərində bu məsələnin həlli yolları qeyd olunmasına baxmayaraq məsələ öz həllini uzun müddət ərzində tapmır. Qeyd edir ki, xx.xx.2012-ci ildə xidməti vəzifələri yerinə yetirərkən “Xüsusi təyinatlı” təlimində ağır hərbi travma alaraq hərbi xidmətə yararsız olmuşdur. 2018-ci ilədək görməsinin bərpası mümkün olmadığından hərbi xidmətdən təxris olunmuşdur. Onlara şamil olunmuş 36 aylıq tam təminatı üzrə kompensasiyanın DSX tərəfindən ona ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 26 iyul 2019-cu il tarixə təyin edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnzibati Prosessual Məcəllənin2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş; -Xətai RPİ tərəfindən xx.xx.2015-ci ildə verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1976-cı ildə İsmayıllı rayonunda rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. -İddiaçıya məxsus xx.xx.1995-ci il tarixli, AO seriyalı, ******* saylı hərbi biletin surətindən müəyyən olunur ki, xx.xx.1976-ci il təvəllüdlü İddiaçı 2006-2017- illərdə Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində müxtəlif vəzifələrdə işləmişdir. -Dövlət Sərhəd Xidmətinin (İddiaçı ünvanlanmış) xx.xx.2018-ci il tarixli, 5/3293 saylı məktubunda bildirilmişdir ki, Dövlət Sərhəd Xidmətində hərbi qulluqçu olaraq hərbi xidmət nəzərdə tutulan xidməti vəzifənizin icrası zamanı xəsarət aldığınızla əlaqədar Sizə sağlamlığınıza dəymiş ziyana görə müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilməsi qanunvericiliyin tələbləri ilə nəzərdə tutulmamışdır. Nəzərə almağınızı xahiş olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi İddiaçı məktub ünvanlayaraq bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin edilir. Həmin Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalan”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların qulluq etdikləri orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyası təyin edilir. Sizə müvafiq əmək pensiyası təyinatı 19.08 2017-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyınin-50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə-55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin-2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə-3 faizi) miqdarında əlavə olunmaqla həyata keçirilmişdir. Çünki, sizin pensiya hüququnuz, Qanunun yuxarıda qeyd olunan müddəalarına uyğun olaraq, xidmətdən buraxıldığınız tarixdən yarandığı üçün ərizənizdə qeyd etdiyiniz, 20 ildən artıq hər xidmət ilinə görə 3 faizin tətbiq edilməsinə dair müddəanın qüvvədə olduğu xx.xx.2017-ci il tarixinədək mövcud olmamışdır. Əlavə olaraq bildiririk ki, 01 mart 2018-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 07 mart tarixli 3766 nömrəli Sərəncamına əsasən sonuncu xidmət keçdiyiniz vəzifə üzrə vəzifə maaşının 1235,00 manata artırılması ilə əlaqədar, rütbə maaşınız 134,00 manat, xidmət illərinə görə 25 faiz əlavəniz-342,25 manat, məharət dərəcəsinə görə 35 faiz əlavəniz-432,25 manat, sərhəd qoşunlarında xidmətə görə 10 faiz əlavəniz-123,50 manat, kəşfiyyat, əks-kəşfiyyat fəaliyyətinə görə 25 faiz əlavəniz-308,75 manat, məxfiçiliyə görə 15 faiz əlavəniz-185,25 manat və ərzaq payı əvəzinə verilən 64,00 manat məbləğində pul kompensasiyası olmaqla cəmi təminat xərcliyiniz 2825,00 manat təşkil edir. 32 il 03 ay 24 gün xidmətə görə təminat xərcliyinizin 79,50 faizi-2245,88 manat məbləğində pensiya qanunvericiliyə uyğun olaraq hesablanaraq müvafiq kart hesabınıza köçürülür Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı hərbi xidmət nəzərdə tutulan xidməti vəzifənizin icrası zamanı xəsarət aldığından sağlamlığınıa dəymiş ziyana görə müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilməsi qanunvericiliyin tələbinə əsasən cavabdehə müraciət edərək ona dəymiş kompensasiyanın ödənilməsi xahiş etsədə, sonuncu iddiaçının xahişini təmin etməmişdir. Belə ki, “Kəşfiyyat və X1” Azərbaycan Respublikasının Qanunu 20.12-ci maddəsinə görə xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 13.6cı maddəsinə görə hərbi xidmət vəzifələrinin icrası zamanı hərbi qulluqçuların səhhətinə zərər dəydikdə onların Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan qaydada və şərtlərlə zərərin ödənilməsi hüququ vardır. Konstitusiya ilə nəzərdə tutulan əsas hüquqların həyata keçirilməsi qaydasının tənzimlənməsi və ya bu hüquqların həyata keçirilməsində məhdudiyyətlərin müəyyən edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinin nəzərdə tutan qanun norması aydın və dəqiq olmalıdır. Qanunvericiliklə müəyyən edilmış səlahiyyətlərin aydın və ya birmənalı olmadığına istinad etməklə şəxsin əsas hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 28.1.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. Həmin Qanunun 45.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 45.2. İnzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: sənədlərdən; tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; şahid ifadələrindən; müvafiq müayinələrin aparılmasından; ekspert rəylərindən; hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. İş materiallarından müəyyən olunur ki, iddiaçı, İddiaçı Dövlət Sərhəd Xidmətində müxtəlif vəzifələrdə işləmiş, həmçinin xidmət zamanı xəsarət aldığından hərbi xidmətdən təxris edilmiş və bunla bağlıda iddiaçıya pensiya ödəniləsə də, ona şamil edilməyən ancaq qanununa əsasən ona şamil edilməli olan təminatı üzrə kompensasiyanın ödənilməsini tələb edir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddiaçının Kompensasiya almaq hüququ “Kəşfiyyat və X1” Azərbaycan Respublikasının Qanunu 20.12-ci maddəsində təsbit olunduğundan iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı həqiqi hərbi xidmətdə olduğu dövürdə sağlamlığına dəymiş zərərlə əlaqədar olaraq kompensasiyanın ödənişinin ödənilməsinin təmin olunması öhdəliyi cavabdeh Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı həqiqi hərbi xidmətdə olduğu dövürdə sağlamlığına dəymiş zərərlə əlaqədar olaraq şamil olunan 36 aylıq tam təminatı üzrə kompensasiyanın ödənilməsi öhdəliyi Azərbaycan RespublikasınınDövlət Sərhəd Xidmətinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına (ünvan: ünvan 3 Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2-1(82)-1726/2019
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Qərar — İş №2-1(82)-1726/2019
26.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver