Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(82)-2311/2019 08.10.2019 2 SAYLI BAKI İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Ləman Əlvan qızının katibliyi , İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlaın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı « texniki sənədin mövcud vəziyyətdə tanınması, fərdi yaşayış evinin və mövcud vəziyyətdə torpaq sahəsinə çıxarışın verilməsi» tələbi barədə iddia ərizəsi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (AZ 1040, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi “8” ) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlaın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, atası X3 miras qalmış və miras kütləsinə daxil olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin texniki sənədinin Azərbaycan Respublikası DƏDRX-in Bakı Ərazi İdarəsi tərəfindən mövcud vəziyyətdə tanınması, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi, mövcud vəziyyətdə torpaq sahəsinə onun tərəfindən atası X3 mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə onun mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi və ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin və mövcud vəziyyətdə torpaq sahəsinə onun adına çıxarışın verilməsi Azərbaycan Respublikası DƏDRX-in Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati işə hazırlıq icraatı üzrə məhkəmə iclasında baxılması üzrə məhkəmə iclası 08 oktyabr 2019-cu il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək, iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X4 iddia tələbinin qanuni və əsası oduğundan mümkün sayılmasını xahiş etdi və izahatında mövcud vəziyyətdə texniki sənədin tanınması və çıxarışın verilməsi ilə bağlı inzibati orqana müraciət edilmədiyini bildirdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəblərdən məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan iddianın mümkünlük məsələsinə baxılmasını mümkün hesab edir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı iddiaçı tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşdə olan cavabdeh Azərbaycan Respblikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********18 saylı imtina məktubunda iddiaçı X2 adına Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.Müşfiq küçəsi, 50 nömrəli evə dair texniki pasportun surətinin verilməsi ilə bağlı cavabdeh orqnaa müraciət etmişdir. İşin hallarından görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin texniki sənədinin Azərbaycan Respublikası DƏDRX-in Bakı Ərazi İdarəsi tərəfindən mövcud vəziyyətdə tanınması, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi, mövcud vəziyyətdə torpaq sahəsinə onun tərəfindən atası X3 mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə onun mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi və ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin və mövcud vəziyyətdə torpaq sahəsinə onun adına çıxarışın verilməsi məsələsini inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, inzibati icraat qaydasında işə baxılması üçün, yəni iddianın mümkünlüyü məsələsinin həll edilməsi üçün ilk növbədə mübahisənin subyektiv tərkibi və predmeti müəyyən edilməlidir. Mübahisənin subyektiv tərkibi dedikdə ilk növbədə iddia olunan tələbdə cavabdeh tərəfindən edilən hərəkət iddiaçının qanunla qorunan hüquqlarına və azadlığına toxunmalıdır və iddiaçı tərəfindən sübut edilməldir. Predmetə aid hissədə iddia yalnız o halda mümkün sayıla bilər ki, cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsindən və üzərinə düşən öhdəliyin icrasından imtina nəticəsində və yaxud hüquq və azadlıqlarına müdaxilə nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğuna əsaslana bilsin. Qeyd olunan tələblə bağlı məhkəmə bir sıra məqamları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İşin hallarından göründüyü kimi iddiaçı inzibati məhkəmə icraatı qaydasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin texniki sənədinin Azərbaycan Respublikası DƏDRX-in Bakı Ərazi İdarəsi tərəfindən mövcud vəziyyətdə tanınması, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi, mövcud vəziyyətdə torpaq sahəsinə onun tərəfindən atası X3 mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə onun mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi və ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin və mövcud vəziyyətdə torpaq sahəsinə onun adına çıxarışın verilməsini mübahiləndirmiş, lakin iznibati orqana tam fərqli tələb ilə yəni X2 adına Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.Müşfiq küçəsi, 50 nömrəli evə dair texniki pasportun surətinin verilməsi tələbi ilə müraciət etmişdir. Göründüyü kimi iddiaçının məhkəmədə mübahisələndirdiyi tələblə ilə inzibati orqana etdiyi müraciəti arasında uyğunsuzluq vardır. Həmçinin məhkəmə Azərbaycan Respublikası İPM-in 12-ci maddəsinə əsasən yardım etmə vəzifəsini həyata keçirərək iddiaçıya məhkəmə müraciət etdiyi iddia tələbinin dəqiqləşdirilməsini təklif etmiş, lakin iddiaçı tələbin dəqiqləşdirilməsindən imtina etmişdir. Bununla da məhkəmə hesab edir ki, iddiaçının məhkəmədə mübahisləndirdiyi tələb ilə, cavabdeh orqana etdiyi müraciət arasında fərq olduğuna görə cavabdeh idarə tərəfindən hər hansı hərəkət və ya hərəkətsizlik nəticəsində iddiaçının hər hansı hüquqlarının pozulması müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə uyğun olaraq bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1.1-ci maddəsinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Həmin Qərarın 1.3-cü maddəsinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin Qərarın 9-cu maddəsinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı əsasların olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlaın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı « texniki sənədin mövcud vəziyyətdə tanınması, fərdi yaşayış evinin və mövcud vəziyyətdə torpaq sahəsinə çıxarışın verilməsi» tələbinə dair iddiası mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 49, 50 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlaın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı « texniki sənədin mövcud vəziyyətdə tanınması, fərdi yaşayış evinin və mövcud vəziyyətdə torpaq sahəsinə çıxarışın verilməsi» tələbi barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2-1(82)-2311/2019
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Qərardad — İş №2-1(82)-2311/2019
08.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver