Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(82)-301/2019 24.07.2019 2 SAYLI BAKI İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X6, 3-cü şəxs X10 nümayəndəsi və vəkili X11 iştirakları ilə; İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X19 və X15) qarşı qeyri-yaşayış shaəsinə dair texniki sənəddə yol verilmiş yalnışlığı düzəldilməsi tələbinə dair iddiası üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi “8”) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Yurdum” MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X19 və X15) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1229/2014 saylı 24 aprel 2014-cü il tarixli qərarına əsasən Bakı şəhəri, Nrimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı 1934-cü məhəllədə inşa edilmiş binada 4 kv.m. sahəs olan obyektə dair hüquqların dövlət qeydiyyatında yol verilmiş yalnışlığın aradan qaldırılması vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçınə verilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 499 saylı Sərəncamı və 11389 saylı inşaat pasportuna əsasən iddiaçı tərəfindən ünvan 1 ünvanda 6 bloklu 14 mərtəbəli çoxmərtəbəli çoxmənzilli yaşayış binası inşa olunmuşdur. İnşaat işləri 2007-ci ilin əvvəlində başa çatmışdır. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən xx.xx.2007-ci il tarixli 17/0020 saylı məktubu ilə binaya Əlicabbar Orucəliyev, ev nömrə 7 ünvanı verilmişdir. Binanın inşasını və sonradan həmin binada olan mənzillərin satışını İddiaçı MMC həyata keçirmişdir. İddiaçı MMC-nin direktoru xx.xx.2007-ci il tarixədək Vəkilov Səbuhi Xaliddin oğlu olmuş, həmin tarixdən hal-hazıradək isə X13. Binanın istismarı ilə əlaqədar olaraq cari idarəetməni təmin etmək məqsədi ilə İddiaçı Mənzil Kooperativi təsis olunmuş və 09 noyabr 2007-ci il tarixində hüquqi qeydiyyata alınmışdır. Koperativin işi yalnız kommunal xidmətlərin göstərilməsi üzrə fəaliyyətlə məhdudlaşmışdır. Kooperativin təsisçilərindən olmuş iş üzrə maraqlı şəxs X15 həmçinin binanın komendantı vəzifəsini də daşımışdır. X17 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Mayakovski küçəsi, 1934-cü məhəllədə yerləşən İddiaçı MMC tərəfindən inşa edilən çoxmənzilli yaşayış evində MS seriyalı 000181 nömrəli mənzil sertifikatına əsasən ümumi sahəsi 41 kv.m olan qeyri-yaşayış sahəsinə dair müvafiq çıxarışın verilməsi vəzifəsinin DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinin üzərinə vəzifə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi təmin olunmuş və məhkəmənin 2-1(82)-1229/2014 saylı 24 aprel 2014-cü il tarixli Qərarı ilə Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı 1934-cü məhəllədə inşa edilmiş binada 41 kv.m olan 1 nömrəli qeyri-yaşayış sahəsi üzərində X9 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Bundan sonra Vadim İsmayılova seriya RX No 0447155, reyestr nömrəsi - **********58-05301-083001, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi olan çıxarış verilmişdir. Çıxarışda əmlakın ünvanı ünvan 2əsi isə 22.7 kv.m qeyd olunmuşdur. Həmin əmlak cəmi bir neçə ay sonra X3 və sonuncuya seriya RX No 0293856, reyestr nömrəsi **********58-05301-083001, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi olan çıxarış verilmişdir. Göründüyü kimi məhkəmənin qərarı ilə müəyyən olunmuş əmlakla reyestrdə faktiki qeydiyyata alınmış əmlakın yerləşmə yeri və sahəsində (ölçüsündə) əhəmiyyətli uyğunsuzluq vardır. Bu uyğunsuzluq isə həm İddiaçı MMC-nin və həm də 3-cü şəxslərin hüquqlarına toxunur və qanuni mənafelərinə ziddir. Əmlak üzərində hüquqlar qeydiyyata alınarkən belə bir yanlışlığın yaranmasının səbəbi isə Vadim İsmayılovun qanunsuz hərəkətləri olmuşdur. Belə ki, o, xx.xx.2011-ci il tarixli mənzil sertifikatına əsasən verilmiş 41 kv.m sahəsi olan obyekti sonradan iş üzrə digər maraqlı şəxs X1. Bu barədə Nəzmiyyə Nəsirova ilə Vadim İsmayılov arasında 20 dekabr 2011-ci il tarixli qəbz tərtib olunaraq şahidlərin iştirakı ilə təsdiq olunmuşdur. X10 mülkiyyəti kimi qeydə alınmış 22.7 kv.m sahəsi olan əmlak isə bina istismara veriləndən halhazıradək İddiaçı Mənzil Koopertivinin ofisi kimi istifadə olunur. Binanın komendantı olmuş Vadim İsmayılov öz qulluq mövqeyindən istifadə edərək saxta sənədlərlə məhkəmə tərəfindən müəyyən olunmuş 41.0 kv.m sahəsi olan obyekin əvəzinə 22.7 kv.m olan ofis binasına hüquqları qeydiyyata aldırmış və sonra Turan Bağırovaya satmışdır. Binada hazırda yuyucu kimi fəaliyyət göstərən 41.0 kv.m sahəsi olan obyekt isə faktiki olaraq X4 istifadəsindədir. Beləliklə müəyyən olunur ki, işə cəlb olunmuş şəxslərə münasibətdə Bakı şəhəri, Ə.Orucəliyev küçəsində yerləşən 7 saylı binadan yalnız 41.0 kv.m sahəsi olan obyek satılmışdır. Həmin obyektə də məhkəmə qətnaməsi ilə Vadim İsmayılovun hüquqları tanınmışdır. Lakin hüquqlar qeydiyyata alınarkən nədənsə 22.7 kv.m sahəsi olan digər obyekt kimi qeydiyyatdan keçmişdir. Əmlakın reyestrdə qeydiyyata alınması üçün əsas olmuş sənədlərlə də yalnız 41.0 kv.m sahəsi olan 1 saylı obyektin olması müəyyən olunur. Odur ki, iddiaçı hesab edir ki, məsələ araşdırılmalı və reyestrdə müvafiq düzəlişlər aparılmalıdır. Bu məqsədlə cavabdeh təşkilat DƏDRX-nin Bakı Şəhəri Ərazi İdarəsinə rəsmi qaydada müraciət olunsa da bu günədək reyestrdə müvafiq düzəlişlərin aparılması və ya bundan imtina olunması barədə hər hansı rəsmi cavab verilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə, Azərbaycan respublikası İPM-in 33.1-ci və 33.2-ci maddələrinə istinad edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1229/2014 saylı 24 aprel 2014-cü il tarixli qərarına əsasən Bakı şəhəri, Nrimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı 1934-cü məhəllədə inşa edilmiş binada 4 kv.m. sahəs olan obyektə dair hüquqların dövlət qeydiyyatında yol verilmiş yalnışlığın aradan qaldırılması vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək ünvan 3 ünvanında yerləşən və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqıda daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, ******* saylı çıxarışla üzərində mülkiyyət hüquqları X8 adına qeydiyyata alınmış 22.7 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinə dair texniki sənəddə yol verilmiş yalnışlığın düzəldilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Azərbaycan Respublikası İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə 01 oktyabr 2018ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X12 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin qanuni və əsaslı olduğundan təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X10 nümayəndəsi və vəkili X20 iddia tələbinin qnaunsuz və əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs X15 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və üçüncü çəxsin nümayəndələrinin və vəkillərinin izahatlarını dinləyərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları Azəraycan Respubikası İPM-nin 58.7-ci maddəsinin tələblərinə müvafiq tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşə əlavə edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(82)- 1229/2014 saylı qərarı ilə iddia təmin edilmiş və Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı məhəllədə inşa edilmiş mənzil-tikinti kooperativi binasında pay haqqı tam ödənilmiş sahəsi 41 kv.m. olan 1 nömrəli qeyri-yaşayış sahəsi üzərində X9 və ümumi sahəsi 142 kv.m. olan 4 otaqlı 133 nömrəli mənzil (6-cı giriş, 8-ci mərtəbə) üzərində X16 mülkiyyət hüquqlarının daşınmaz əmlakın reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışın surətinə əsasən ünvan 4 ünvanında yerləşən 22.7 kv.m. sahədən ibarət qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüquqları X9 adına hüquqi qeydiyyata alınmışdır. İşə əlavə edilmiş xx.xx.2014-cü il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 5 ünvanında yerləşən və ümumi sahəsi 22.7 kv.m. olan qeyri-yaşayış sahəsi X2. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışın surətinə əsasən ünvan 4 ünvanında yerləşən 22.7 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları X10 adına hüquqi qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM xx.xx.2019-cu il tarixli, 5138 saylı ekspert rəyində Yurdum MMC tərəfindən inşa olunmuş yaşayış binasının xarici ölçülərinin Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq olunmuş eskiz layihədə göstərilən çöl ölçülərinin uyğun olduğu müəyyən edildiyi, Yurdum MMC tərəfindən inşa olunmuş yaşayış binasının eskiz layihəsi üzrə birinci mərtəbəsinin A-C oxları il 1-7 oxları arasındakı mübahisəli sahənin layihə üzrə 90.0 kv.m. təşkil etdiyi göstərildiyi, lakin faktiki olaraq həmin shaənin daxilində arakəsmələr quraşdırılaraq, maşın yuma sexi, kişi və qadın bərbəranası, gözətçi otağı yaradıldığı, cavabdehin istifadəində olan qeyri-yaşayış sahəsinin məhkəmə qərarı üzrə 41.0 kv.m. nəzərdə tutulduğu halda faktiki olaraq 22.7 kv.m. təşkil etdiyi müəyyən edildiyi Yurdum MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu. Mayakovski küçəsi, 1934-cü məhəllədə inşa edilmiş 14 mərtəbəli 5 bloklu çoxmərtəbəli yaşayış binasında yerləşən mübahisəli qeyri-yaşayış sahəsinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2014-cü il tarixli 2-1(82)-1229/2014 saylı qərarında göstərilən 41.0 kv.m. sahəsinin olmadığı, faktiki olaraq 21.7 kv.m. təşkil etdiyini eləcə də, tədqiq olunan qeyri-yaşayış sahəsinin texniki pasportunun təsnifat hissəsində göstərilən iş otağının sahəsi 15.9 kv.m. göstərildiyi, plan-sxemin üzərində isə həmin iş otağınn sahəsinin isə 15,1 kv.m. kimi göstərildiyini nəzərə alaraq, mübahisəli obyektin icrasının texniki cəhətdən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən düzgün həyata keçirilmədiyi müəyyən edildiyi qeyd olunmuşdur. İddia tələbinin məzmunundan göründüyü kimi iddiaçı qeyri-yaşayış sahəsinə dair texniki sənəddə yol verilmiş yalnışlığın düzəldilməsini məhkəmə qaydasında mübahisələndirmişdir. İş materiallarından göründüyü kimi iddiaçı öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Yəni bu iddia növü ilə iddiaçı məhkəmədən tələb edir ki, məhkəmə inzibati orqanın üzərinə qanunvericiliklə müəyyən edilmiş vəzifənin icrası öhdəliyini üzərinə qoysun. Belə ki, öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifənin icrasından imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində üzərinə düşən öhdəlik icra edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə öhdəliklərin icrası haqqında iddia qaldırıldığından bu iddia üzrə icraatda sübut etmə yükü inzibati orqanın üzərinə düşür. Yəni inzibati orqan olan cavabdeh inzibati aktın qəbulu ilə bağlı olmayan və vətəndaşın narazılığını yaradan hərəkətin icraçısı olduğu üçün, öz davranışının qanuna əsaslandığını məhkəməyə, həmçinin iddiaçıya izah etməyə və əsaslandırmağa borcludur. Halbuki hazırkı iş üzrə cavabdeh sadalan tələbləri yerinə yetirməmiş, imtinasının qanuni əsaslılığını sübuta yetirmədən formal mülahizələrə əsaslanaraq iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Həmin Qanunun 16.5-cimaddəsinə əsasən dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. İşdə olan sənədlərlə müəyyən edilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(82)-1229/2014 saylı qərarı ilə iddia təmin edilmiş və Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı məhəllədə inşa edilmiş mənzil-tikinti kooperativi binasında pay haqqı tam ödənilmiş sahəsi 41 kv.m. olan 1 nömrəli qeyriyaşayış saəsi üzərində X9 və ümumi sahəsi 142 kv.m. olan 4 otaqlı 133 nömrəli mənzil (6-cı giriş, 8ci mərtəbə) üzərində X16 mülkiyyət hüquqlarının daşınmaz əmlakın reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışın surətinə əsasən ünvan 4 ünvanında yerləşən 22.7 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları X9 adına hüquqi qeydiyyata alınmış, xx.xx.2014-cü il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 5 ünvanında yerləşən və ümumi sahəsi 22.7 kv.m. olan qeyri-yaşayış sahəsi X3, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışın surətinə əsasən ünvan 4 ünvanında yerləşən 22.7 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları X10 adına hüquqi qeydiyyata alınmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM xx.xx.2019-cu il tarixli, 5138 saylı ekspert rəyində Yurdum MMC tərəfindən inşa olunmuş yaşayış binasının xarici ölçülərinin Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq olunmuş eskiz layihədə göstərilən çöl ölçülərinin uyğun olduğu müəyyən edildiyi, Yurdum MMC tərəfindən inşa olunmuş yaşayış binasının eskiz layihəsi üzrə birinci mərtəbəsinin A-C oxları il 1-7 oxları arasındakı mübahisəli sahənin layihə üzrə 90.0 kv.m. təşkil etdiyi göstərildiyi, lakin faktiki olaraq həmin shaənin daxilində arakəsmələr quraşdırılaraq, maşın yuma sexi, kişi və qadın bərbəranası, gözətçi otağı yaradıldığı, cavabdehin istifadəində olan qeyri-yaşayış sahəsinin məhkəmə qərarı üzrə 41.0 kv.m. nəzərdə tutulduğu halda faktiki olaraq 22.7 kv.m. təşkil etdiyi müəyyən edildiyi Yurdum MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu. Mayakovski küçəsi, 1934-cü məhəllədə inşa edilmiş 14 mərtəbəli 5 bloklu çoxmərtəbəli yaşayış binasında yerləşən mübahisəli qeyri-yaşayış sahəsinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2014-cü il tarixli 2-1(82)-1229/2014 saylı qərarında göstərilən 41.0 kv.m. sahəsinin olmadığı, faktiki olaraq 21.7 kv.m. təşkil etdiyini eləcə də, tədqiq olunan qeyri-yaşayış sahəsinin texniki pasportunun təsnifat hissəsində göstərilən iş otağının sahəsi 15.9 kv.m. göstərildiyi, plan-sxemin üzərində isə həmin iş otağınn sahəsinin isə 15,1 kv.m. kimi göstərildiyini nəzərə alaraq, mübahisəli obyektin icrasının texniki cəhətdən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən düzgün həyata keçirilmədiyi müəyyən edildiyi qeyd olunmuşdur. Göründüyü kimi cavabdeh orqan tərəfindən yalnışlığa yol verilmiş və Yurdum MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu. Mayakovski küçəsi, 1934-cü məhəllədə inşa edilmiş 14 mərtəbəli 5 bloklu çoxmərtəbəli yaşayış binasında yerləşən mübahisəli qeyri-yaşayış sahəsinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2014-cü il tarixli 2-1(82)-1229/2014 saylı qərarında göstərilən 41.0 kv.m. sahəsinin olmadığı, faktiki olaraq 21.7 kv.m. təşkil etdiyini eləcə də, tədqiq olunan qeyri-yaşayış sahəsinin texniki pasportunun təsnifat hissəsində göstərilən iş otağının sahəsi 15.9 kv.m. göstərildiyi, plan-sxemin üzərində isə həmin iş otağınn sahəsinin isə 15,1 kv.m. kimi göstərildiyini nəzərə alaraq, mübahisəli obyektin icrasının texniki cəhətdən düzgün icra edilməmişdir. Qeyd olunanlara əsasən və yuxarıda qeyd olunmuş maddi hüquq normalarını məhkəmə hazırkı mübahisəyə tətbiq edərək hesab edir ki, cavabdeh qanunla üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsindən əsassız olaraq imtina etmiş, iddiaçının müraciətini maddi hüquq normalarının tələbləri çərçivəsində dəyərləndirməmiş, həmçinin imtinaya əsas olmuş dəlilləri məhkəmə qaydasında sübut edə bilməmiş və formal mülahizələrə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunmalıdır ki, həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» anlayışı müstəqil məna daşıyır. “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarından İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X21rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi inzibati icraat zamanı işin bütün faktiki və hüquqi cəhətdən hallarını hərtərəfli, tam və obyektiv araşdırmayaraq, əsassız olaraq məhkəmə qərarını texniki cəhətdən düzgün icra etməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun ümumi müddəalarında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İPM-in 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinin tələbinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, ünvan 3 ünvanında yerləşən və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqıda daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, ******* saylı çıxarışla üzərində mülkiyyət hüquqları X8 adına qeydiyyata alınmış 22.7 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinə dair texniki sənəddə yol verilmiş yalnışlığın düzəldilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməldir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin, prosessual xərclər də göstərilməlidir. Məhkəmə Ekspertiza Mərkəzinin 05 may 2019-cu il tarixli, 5138 saylı bildirişdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil etdiyindən, məhkəmə hesab edir ki, 100 (yüz) manat ekspertiza tədqiqatının dəyəri iddia tələbi təmin edildiyindən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq, dövlət büdcəsinə hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Göstərilənlərə əsasən və İPM-in 68-69, 75, 81 və 85-ci madələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqıda daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, ******* saylı çıxarışla üzərində mülkiyyət hüquqları X8 adına qeydiyyata alınmış 22.7 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinə dair texniki sənəddə yol verilmiş yalnışlığın düzəldilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. 100 (yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq, dövlət büdcəsinə (Az.MEM, VÖİN **********, X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22. SFİFT BİK CTREAZ22)ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2-1(82)-301/2019
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Qərar — İş №2-1(82)-301/2019
24.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver