Məhkəmə qərarları › İş №2-1(82)-3020/2019

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Qərar — İş №2-1(82)-3020/2019

06.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(82)-3020/2019 06.11.2019 2 SAYLI BAKI İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİ Hаkim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «əşya əmlakı əvəzi pul kompensasiyasının, maddi yardımın və məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsi, 8) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı ona (iddiaçıya) xidmət dövrünün axırıncı 36 ayı ərzində almadığı əşya əmlakı əvəzi pul kompensasiyasının, 2005-ci ilin hesabına maddi yardımın (ehtiyata buraxılarkən tutduğu vəzifənin “mayor” rütbəsinin bu gün üçün mövcud olan vəzifə maaşları əsas götürülməklə) və ehtiyata buraxılarkən ona verilməli olan, lakin verilməmiş 3 aylıq növbəti məzuniyyətə görə pul kompensasiyasının hesablanaraq ödənilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilməklə cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddia ərizəsində bildirilmişdir ki, o (iddiaçı), 8 yanvar 1994-cü il tarixdən 23 avqust 2005-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit kimi həqiqi hərbi xidmət keçmişdir. Xidmətin 1033 ş/h nömrəli əmri ilə 23 avqust 2005-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 18-ci maddəsinin “b” bəndinə əsasən (yaşaa görə) ehtiyata buraxılmışdır. Hərbi xidmət dövrü əşya əmlakından tam istifadə etməmişdir. 2005-ci ilin maddi yardımı ona ödənilməmişdir, həmçinin yaşa görə ehtuyata buraxıldığı üçün ona 3 aylıq növbəti məzuniyyət verilməmişdir. Hərbi xidmət dövrünün axırıncı 36 ayı ərzində aldığı əşya əmlakı əvəzinə pul kompensasiyasının, 2005-ci iliun hesabına maddi yardımın (ehtiyata buraxıəlarkən tutduğu vəzifənin və daşıdığı “mayor” rütbəsinin bu gün mövcud olan vəzifə və rütbə maaşları əsas götürülməklə) və ehtiyata buraxılarkən ona verilməli olan, lakin verilməmiş 3 aylıq növbəti məzuniyyətə görə pul kompensasiyasının hesablanaraq ona ödənilməsi üçün müvafiq göstəriş verilməsi xahişi ilə o 2 iyun 2019-cu il tarixdə cavabdehə müraciət etmişdir. Lakin müraciət cavabsız qalmışdır. Göstərilənlərə və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10, 11-ci maddələrinə, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamənin 203, 204-cü bəndlərinə əsaslanaraq, ona (iddiaçıya) xidmət dövrünün axırıncı 36 ayı ərzində almadığı əşya əmlakı əvəzi pul kompensasiyasının, 2005-ci ilin hesabına maddi yardımın (ehtiyata buraxılarkən tutduğu vəzifənin “mayor” rütbəsinin bu gün üçün mövcud olan vəzifə maaşları əsas götürülməklə) və ehtiyata buraxılarkən ona verilməli olan, lakin verilməmiş 3 aylıq növbəti məuniyyətə görə pul kompensasiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin nümayəndəsi İPM-in 47-ci maddəsinə müvafiq olaraq iddia ilə bağlı yazılı münasibətində aşağıdakıları bildirmişdir: - İddiaçı Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində Şəxsi heyət üzrə şöbənin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqədar bölməsinin mənəvi-psixoloji hazırlıq üzrə baş zabiti vəzifəsində mayor hərbi rütbəsində xidmət etmiş və 23 avqust 2005-ci il tarixdə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “b” bəndinə (yaşaa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim və əşya əmlaklarının normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 2004-cü il tarixli 80 nömrəli qərarı ilə tənzimlənir. Azərbaycan Respublikası DSX-nın hərbi qulluqçularına xidmət keçməsinin xüsusiyyətlərindən asılı olaraq hərbi geyim və əşya əmlakları əvəzinə verilən pul kompensasiyasının ödənilməsi qaydaları Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə 2005-ci ilin noyabr ayında razılaşdırılmış və həmin ildən sonrakı illər üçün şamil edilmişdir. Bu səbəbdən də, 1004 – 2005-ci illər üzrə hərbi geyim və əşya əmlakı əvəzinə nəzərdə tutulan pel kompensasiyasının hesablanması mümkün deyildir. 2005-ci il üçün nəzəördə tutulmuş 630.000 manat maddi yardım 96 nömrəli paylama cədvəlinə əsasən 22 mart 2005-ci il tarixdə İddiaçı nəğd formada ödənilmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Sabiq hərbi qulluqçu İddiaçı Dövlət Sərhəd Xidmətində həqiq hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən təqvim ili 13 il 3 ay 24 gün təşkil etdiyindən, ona hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət (3 ay müddətinə) verilməmişdir. Göstərilənlərə əsaslanaraq iddianın təmin olunmaması məhkəmədən xahiş edilir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır. Həmin Qanunun 11-ci maddəsinin 1-ci bəndinin 8-ci hissəsinə əsasən Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 2004-cü il tarixli 80 nömrrəli qərarı ilə "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları" təsdiq edilmiş və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə tapşırılsın ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış formaya uyğun olaraq, bu qərarla təsdiq edilmiş normalar üzrə təminatın cari ilin dekabr ayının 31-i vəziyyətinə dair hesabatı növbəti ilin fevral ayının 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin. Məhkəmənin qənaəti belədir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 2004-cü il tarixli 80 nömrrəli qərarınıən icrası ilə əlaqədar Azərbaycan Respublikası DSX-nın hərbi qulluqçularına xidmət keçməsinin xüsusiyyətlərindən asılı olaraq hərbi geyim və əşya əmlakları əvəzinə verilən pul kompensasiyasının ödənilməsi qaydaları Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə 2005-ci ilin noyabr ayında razılaşdırıldığndan, 2005-ci ilin avqust ayında ehtiyata buraxılan hərbi qulluqçu kimi xidmət dövrünün axırıncı 36 ayına əşya əmlakı əvəzi pul kompensasiyasını tələb etməhdə haqlı deyildir. 2005-ci ilin hesabına maddi yardımın ödənilməsi məsələsi ilə bağlı məhkəmə hesab edir ki, iddiaçı həmin məbləğ ödənildiyindən, iddia həmin hissədə də təmin oluna bilməz. İddiaçının tələbinin üçüncü hissəsinə gəldikdə isə, məhkəmənin qənaəti belədir ki, iddiaçı 23 avqust 2005-ci il tarixdə “Hərbi xidmət haqqında” Əsasnamənin 18-ci maddəsinin “b” bəndinə uyğun olaraq xidmətdən yaşa görə ehtiyata v=buraxıldığından, ona münasibətdə «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin 8-ci hissəsinin şamil edilməli və iddia tələbi həmin hissədə əsaslı sayılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı ehtiyata buraxılarkən 3 aylıq növbəti məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 62, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı ehtiyata buraxılarkən 3 aylıq növbəti məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar