Məhkəmə qərarları › İş №2-1(82)-954/2019

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Qərar — İş №2-1(82)-954/2019

10.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(82)-954/2019 10.07.2019 2 SAYLI BAKI İNZİBATİ-İQTİSADİ MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X15, Üçüncü şəxs X14 nümayəndəsi və vəkili Məmişov Bəylər Sahib oğlunun iştirakı ilə İddiaçı “X31” Bakı Filialının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: X11, X12 və X19) qarşı “Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, General Şıxlinski küçəsi 66 saylı fərdi yaşayış evinin üzərində “X31” Bakı filialının ipoteka hüququnun qeydə alınması və hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi”tələbinə dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X31” Bakı Filialı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, General Şıxlinski küçəsi 66 saylı fərdi yaşayış evinin üzərində “X31” Bakı filialının ipoteka hüququnun qeydə alınması və hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Banklararası depozitin yerləşdirilməsi üzrə” müqavilələrinin təminatı olaraq notariat qaydada təsdiq olunmaqla bağlanılmış 18 avqust 2011-ci il tarixli 47 saylı ipoteka müqaviləsinə əsasən X8 mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, General Şıxlinski küçəsi, 66 saylı fərdi yaşayış evi “X31” Bakı filialının xeyrinə ipoteka ilə yüklü etmişdir. Yüklülük dövlət qeydiyyatına alınmışdır. X4 və həyat yoldaşı X12 bağlanılmış ipoteka müqaviləsinin etibarsız hesab olunması və fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad olunması barədə iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(011)-481/2013 saylı qətnaməsi ilə X6 və həyat yoldaşı X7 banka və "xxxx" ASC-yə qarşı «İpoteka müqaviləsinin etibarsız hesab olunması və əmlakın girovdan azad olunması barədə» iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2013-cü il tarixli 2(103)-2339/2013 saylı qətnaməsilə Xətai rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(011)-481/2013 saylı qətnaməsi dəyişdirilmədən və apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli, 2(102)-4109/2013 saylı Qərarı ilə X6 və X1 şikayəti təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınun 24 iyun 2013-cü il tarixli 2(103)-2339/2013 saylı qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2014-cü il tarixli 2( 103)-44/2014 saylı qətnaməsilə iddiaçılar X6 və X9 apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhər Xətai rayon Məhkəməsinin 25 yanvar 2013-cü il tarixli Qətnaməsi ləğv olunmuş, iddiaçılar X6 və X7 cavabdehlər «X31» Bakı filialına və "xxxx" ASCtyə qarşı «İpoteka müqaviləsinin etibarsız hesab edilməsi və yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsinə dair» iddia tələbi təmin edilmiş, «X31» Bakı filialı ilə X11 arasında bağlanılmış 18 avqust 2011-ci il tarixli, 47 saylı ipoteka müqaviləsi etibarsız hesab edilmiş və X8 məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, General Şıxlinski küçəsi 66 saylı fərdi yaşayış evi ipoteka yüklülüyündən azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 21 fevral 2014-cü il tarixli 2( 103)-44/2014 saylı Qətnaməsindən «X31» Bakı filialı tərəfindən vermiş kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 iyun 2014-cü il tarixli, 2(102)2277/2014 saylı Qərarı ilə cavabdeh «X31 Baku branch»-ın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2014-cü il tarixli 2(103)-44/2014 saylı Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan iddiaçı tərəfindən əlavə kassasiya qaydasında şikayət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 aprel 2017-ci il tarixində keçirilmiş Plennumunda iddiaçının əlavə kassasiya şikayəti təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2014-cü il tarixli 2(103)-44/2014 saylı Qətnaməsi (bu qətnamə əsasənda Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, General Şıxlinski küçəsi 66 saylı fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilmişdir) və Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 iyun 2014-cü il tarixli, 2(102)2277/2014 saylı Qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-481/2013 saylı, 25 yanvar 2013-cü il tarixli Qətnaməsindən iddiaçılar X11 və X12 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-962/2018 saylı xx.xx.2018-ci il tarixli Qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, General Şıxlinski küçəsi 66 saylı fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-962/2018 saylı xx.xx.2018-ci il tarixli Qətnaməsindən narazı qalan iddiaçılar X11 və X2 şikayəti vermişlər. Azərbaycan Respublikası Ali məhkəməsinin MK-nın 2(102)-5850/18 saylı xx.xx.2018-ci il tarixli Qərarı ilə kasassiya şikayəti təmin olunmış, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-962/2018 saylı, xx.xx.2018-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə ünvan 2 saylı fərdi yaşayış evinin üzərində «X31» Bakı filialının ipoteka yüklülüyü təmin olunmuşdur. Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, General Şıxlinski küçəsi 66 saylı fərdi yaşayış evi xx.xx.2014-cü il tarixində 38 saylı dövlət notariaqt kontorunda bağlanılmış alqı-satqı müqaviləsi ilə X16 dəyərindən on beş dəfə aşağı qiymətə (200000 manata) satılmışdır. Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, General Şıxlinski küçəsi 66 saylı fərdi yaşayış evi X14 mülkiyyətindədir. Qeyd olunan əmlak eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 aprel 2017-ci il tarixində keçirilmiş Plenumunun qərarına, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-962/2018 saylı xx.xx.2018-ci il tarixli Qətnamə sinə, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-5850/18 saylı xx.xx.2018- ci il tarixli Qərarına uyğun olaraq Bankın girovundadır. Bank tərəfindən Bakı şəhəri Ərazi İdarəsinə ipoteka yüklülüyünün bərpa olunması barədə ünvanladığı 2017/567 saylı xx.xx.2017-ci il tarixli, 2017/609 saylı 29 aprel 2017-ci il tarixli, 2017/810 saylı 30 may 2017-ci il tarixli məktublardan sonra, cavabdehin banka **********38 saylı 06 iyun 2017-ci il tarixli cavab məktubunda qeyd olunan əmlak üzərində məhkəmə mübahisəsinin davam etməsi barədə müvafiq qeydlərin aparıldığını bildirmişdir. Daha sonra tərəflərindən 2018/1878 saylı 15 noyabr 2018-ci il tarixli məktubla təkrarən Bakı şəhər Ərazi İdarəsinə ipoteka yüklülüyünün bərpa olunması barədə məktubla müraciət olunuşdur. Cavabdehin **********79 saylı 06 dekabr 2018ci il tarixli məktubu ilə bildirilmişdir ki, ərizəmizə əlavə olunmuş məhkəmə qərarı ilə (Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)- 962/2018 saylı xx.xx.2018-ci il tarixli Qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-5850/18 saylı xx.xx.2018-ci il tarixli Qərarı nəzərdə tutulur) idarənin üzərinə hər hansı öhdəlik qoyulmadığı, bu qərarlar barədə rəsmi məlumat daxil olmadığını bildirilmişdir. Cavabdehin sonuncu bu məktubu ilə mübahisəli əmlak üzərində ipoteka hüquqlarınımızın qeydə alınmasından imtina kimi qiymətləndirir və hesab edir ki, cavabdeh əsassız olaraq, ipoteka hüquqlarımızın qeydə alınmasından imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 21 may 2019-cu il tarixdə məhkəməyə **********51 saylı yazılı etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçı “X31” İran Filialının 15 noyabr 2018-ci il tarixli, 2018/1878 nömrəli məktubuna və ona əlavə edilmiş məhkəmə aktlarına baxılmışdır. Bununla əlaqədar olaraq bildirir ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi , General Şıxlinski küççəsi 66 saylı fərdi yaşayış evinə dair məhkəmə mübahisəsinin mövcudluğu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plennumunun 13(102)-2/2017 saylı, xx.xx.2017-ci il tarixli bildirişin daxil olduğu müəyyən edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, ərizəyə əlavə olunmuş məhkəmə qərarı ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Həmçinin bu qərarlar barədə inzibati orqana rəsmi qaydada məlumat daxil olmamışdır. Eyni zamanda göstərmişdir ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan və iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddət ötürüldüyündən iddia mümkün sayılmamalıdır. Üçüncü şəxs X14 vəkili və nümayəndəsi X18 24 iyun 2019-cu il tarixdə məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı öz iddia tələbini Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, General Şıxlinski küçəsi ünvanında yerləşən 66 saylı fərdi yaşayış evinin əvvəllər bankın xeyrinə ipoteka ilə yüklü edilməsini, sonradan məhkəmə mübahisələri nəticəsində həmin evlə bağlı ipoteka müqaviləsinin etibarsız hesab edilməsini, daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda işə baxılıb məhkəmə qərarları ləğv edildikdən sonra, qəbul edilmiş yeni məhkəmə qərarları ilə ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı iddia tələbinin təmin edilməməsi barədə məhkəmə qərarlarının qəbul edilməsi ilə əsaslandırmışdır. Həmçinin iddiaçı hesab etmişdir ki, ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı iddia tələbinin təmin edilməməsi barədə məhkəmə qərarlarının qəbul edilməsi ilə yaşayış evinin üzərində bankın ipoteka yüklülüyü təmin olunmuşdur. Lakin iddiaçının həmin dəlilləri tamamilə əsassızdır. Belə ki, iş üzrə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan və icra edildikdən sonra, ipoteka predmeti olan daşınmaz əmlak notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən Elnur Əliyev tərəfindən alınmış və Elnur Əliyevin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrindən verilmiş müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Mübahisə predmeti olan daşınmaz əmlakın Elnur Əliyevin mülkiyyətinə keçməsinə dair alqı-satqı müqaviləsi bank tərəfindən mübahisələndirilmiş, həmin iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnamələri və ən nəhayət Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə bankın iddiası təmin edilməmiş, alqı-satqı müqaviləsi və daşınmaz əmlakın Elnur Əliyevin mülkiyyətində olması tam qanuni və əsaslı hesab edilmişdir. Bununla da, hazırki iddia tələbində göstərilən daşınmaz əmlak üzərində Elnur Əliyevin mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış hazırda da qüvvədədir və həmin əmlak Elnur Əliyevin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdadır. Belə olan halda, bankın öz iddiasında mübahisə predmeti ilə bağlı ipoteka yüklülüyünün bərpa olunmasını göstərməsi tamamilə əsassızdır. Belə ki, iddiaçının öz iddia tələbinə əlavə etdiyi məhkəmə qərarlarının heç birində mübahisə predmeti üzərində bankın ipotekasının bərpa olunması barədə göstəriş mövcud deyildir. Belə ki, qəbul olunmuş məhkəmə qərarlarının heç birində əmlak üzərində ipoteka yüklüyününün aparılmalı olması və yaxud bərpa olunması ilə bağlı hər hansı göstəriş mövcud deyildir və yaxud belə bir göstəriş olsa idi, hazırki iddia tələbinə də ehtiyac qalmazdı və həmin məhkəmə qərarının icrası qaydasında ipoteka yüklülüyünün qeydiyyatı aparıla bilərdi. Əksinə, əvvəllər işə baxılması zamanı işin müəyyən edilmiş halları ilə tam sübut olunmuşdur ki, mübahisə predmeti olan yaşayış evi ilə bağlı Elnur Əliyevin tərəf olduğu alqısatqı müqaviləsi bağlanarkən qanunvericiliyin bütün tələbələrinə əməl olunmuş, lazımı sənədlər tələb edilərək əldə edilmiş və yalnız bundan sonra alqı-satqı müqaviləsi notariat qaydada təsdiq olunmuşdur. Alqı-satqı müqaviləsi qanunvericiliyin bütün tələbləri gözlənilməklə təsdiq olunduğundan, onun etibarsızlığı ilə bağlı bank tərəfindən qaldırılan iddia əsassız hesab olunmuş və alqı-satqı müqaviləsinin etibarsızlığı üçün heç bir əsas müəyyən edilməmişdir. Belə ki, mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanılan zaman ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 1001,59 kv.m. fərdi yaşayış sahəsi ipoteka ilə yüklülükdən azad edilmiş və bu hal qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən icra olunmuşdur. Alqı-satqı müqaviləsi bağlanıldıqdan sonra Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 aprel 2017-ci il tarixli 13(102)-2/2017 saylı qərarı ilə əlavə kassasiya qaydasında mövcud məhkəmə qətnamələrinin ləğv olunması, hazırda Elnur Əliyevin mülkiyyətində olan əmlak üzərində ipoteka yüklülüyünün aparılması üçün əsas ola bilməz. X28 tərəf olduğu alqı-satqı müqaviləsi bağlanılan zaman fərdi yaşayış evi ipoteka ilə yüklülükdən azad edilmiş və bu hal qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində icra olunmuşdur. Buna görə də, əlavə kassasiya qaydasında qətnamənin ləğv olunması və sonradan ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi hazırda bank qarşısında heç bir öhdəliyi olmayan Elnur Əliyevin əmlakı üzərində ipotek yüklülüyünün aparılması ilə nəticələ bilməz. Hazırki iş üzrə mübahisəli ev üzrə alqı-satqı müqaviləsi bağlanan zaman qanunun bütün tələblərinə riayət edilmiş, evi əldə edən X19 bağladığı əqdin legitimsizliyinə dair şübhələri olmamış, həmçinin hər hansı üçüncü şəxslərin mövcud iddialarından xəbəri olmamışdır. Eyni zamanda Elnur Əliyev mübahisəli evi əldə edərkən həmin əmlak yüklü (girov və ya ipoteka ilə) olmamışdır və notariat orqanı tərəfindən alqı-satqı müqaviləsi təsdiq edilərkən qanunun bütün tələblərinə riayət olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X13 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, eyni zamanda yazılı şəkildə mülahizə təqdim edərək bildirmişdir ki, cavabdeh inzibati orqan yazılı etirazında iddianın məcburetmə haqqında iddia olduğunu və 30 günlük müddətin ötürüldüyünü əsas gətirsə də, hesab edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliyin icrası haqqında iddiadır. Həmçinin üçüncü şəxsin məhkəməyə təqdim etdiyi yazılı etirazda qeyd etdiyi halları da əsassız hesab edir. Qeyd edilənlərə əsaslanaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X23 verdiyi izahatda bildirdi ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən daşınmaz əmlak üçüncü şəxsin mülkiyyətindədir. Odur ki, həmin evin üzərində iddiaçının ipoteka hüququnun qeydə alınması mümkün deyildir. Bundan əlavə hesab edir ki, iddiaçı tərəfindən məcburetmə haqqında iddialarla bağlı qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürüldüyündən iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X14 nümayəndəsi və vəkili X17 məhkəməyə təqdim edilmiş yazılı etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər üçüncü şəxslər X11 və X10 lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə üçüncü şəxslər X11 və X7 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin və üçüncü şəxsin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıda sadalanan əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş məhkəmə aktlarından görünür ki, X11 və X12 cavabdehlər “X31” Baku Branch və "xxxx" ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 25 yanvar 2013-cü il tarixli, 2(011)-481/2013 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 24 iyun 2013-cü il tarixli 2(103)-2339/2013 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Qeyd edilən qərardan iddiaçılar tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 noyabr 2013-cü il tarixli, 2(102)-4109/2013 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 24 iyun 2013-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2014-cü il tarixli 2(103)-44/2014 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, iddia tələbi təmin edilərək “X31 Baku branch” ilə Əliyev Namiq Allahverdi oğlu arasında bağlanmış 18 avqust 2011-ci il tarixli 47 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və X8 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, General Şıxlinski küçəsi 66 saylı fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi qərara alınmışdır. Həmin qətnamədən “X31 Baki branch” tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 iyun 2014-cü il tarixli, 2(102)-2277/2014 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Yuxarıda qeyd edilən qərardan “X31 Baki branch” tərəfindən əlavə kassasiya qaydasında şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Plennumunun 28 aprel 2017-ci il tarixli 13(102)-2/2017 saylı qərarı ilə əlavə kassasiya şikayəti qismən təmin edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 iyun 2014-cü il tarixli qərarı və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28 fevral 2018-ci il tarixli, 2(103)-962/2018 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-481/2013 saylı, 25 yanvar 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qətnamədən iddiaçılar və üçüncü şəxs X19 tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 2(102)- 5850/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş məhkəmə aktlarından görünür ki, “X31” Bakı Filialı cavabdehlər X19, X11 və X10 qarşı “X11 ilə X19 arasında ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 1001.59 kv.m fərdi yaşayış sahəsinin alqı-satqısı barədə 38 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2014-cü il tarixli AN-İN ******* nömrəli alqı-satqı müqaviləsinin və hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və “X31” Bakı filialının ipoteka yüklülüyünün bərpa olunması tələbi ilə bağlı Bakı şəhəri Səbail rayon Məhkəməsində iddia qaldırmış və məhkəmənin 25 sentyabr 2017-ci il tarixdə, 2(009)-3549/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən “X31” Bakı Filialı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli, 2(103)-1788/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Qeyd edilən qətnamədən “X31” Bakı Filialı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 iyun 2018-ci il tarixli, 2(102)-4170/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə ilkin olaraq cavabdehi inzibati orqanın iddianın məcbuetmə haqqında iddia olması və iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş müddətin ötürülməsi ilə bağlı mövqeyinə münasibətdə bildirir ki, hazırkı iddia məcburetmə haqqında deyil, öhdəliyin icrası haqqında iddialara aiddir. Belə ki, iddiaçının tələbi daşınmaz əmlak üzərində ipoteka hüququnun qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsində ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar öhdəliyin icrası haqqında iddialar hesab olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddiaçının tələbi müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı olmadığından iddia tələbi öhdəliyin icrası haqqında iddia olduğundan və həmin iddialarla bağlı müddət nəzərdə tutulmadığından cavabdehin iddianın mümkünsüz sayılması ilə bağlı mövqeyi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Həmin Qərarda göstərilir ki, iddianın predmetindən asılı olmayaraq, məhkəmənin işdəki sübutlar əsasında gəldiyi nəticəni əks etdirən istənilən məsələ ilə bağlı qanuni qüvvəyə minmiş qətnamə əsasında müəyyən olunmuş fakt preyudisial əhəmiyyət daşıyır. Hazırkı işin hallarından görünür ki, 18 avqust 2011-ci il tarixli 47 saylı ipoteka müqaviləsinə əsasən iş üzrə üçüncü şəxs X6 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, General Şıxlinski küçəsində yerləşən 66 saylı fərdi yaşayış evi iddiaçı “X31” Bakı Filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daha sonra X11 və onun həyat yoldaşı X12 həmin ipoteka müqaviləsinin etibarsız sayılması ilə bağlı məhkəmədə qaldırdıqları iddia əsasında fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında 24 oktyabr 2014-cü il tarxidə fərdi yaşayış evi başqa bir şəxsə, hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X3 və daşınmaz əmlak sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Lakin sonradan bank tərəfindən əlavə kassasiya qaydasında şikayət verilmiş və iddiaçıların ipoteka müqaviləsinin etibarsız sayılması ilə bağlı tələbləri təmin edilməmişdir. Eyni zamanda işdən məlum olur ki, “X31” Bakı Filialı tərəfindən həmin alqı–satqı müqaviləsinin etibarsız sayılması ilə bağlı məhkəməyə müraciət edilsə də, qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən alqı-satqı müqaviləsinin qanunda nəzərdə tutulmuş şərtlərə əməl edilməklə bağlanıldığı və onun etibarsızlığı üçün gətirilən dəlilllərin heç bir əsası olmadığı qeyd edilməklə, bankın tələbi təmin edilməmişdir. Beləliklə alqı-satqı müqaviləsi qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən İ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Qeyd edilən Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinə görə də hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa insan hüquqları məhkəməsi «Sporrong və Lonnrotun İsveçrə qarşı» məhkəmə işi üzrə qərarında (A 52(1982) və bundan sonra qəbul etdiyi digər qərarlarında belə mövqe nümayiş etdirmişdir ki, mülkiyyət hüququnun məzmununa mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi, mülkiyyətdən məhrum edilməsinin yolverilməzliyi; habelə mülkiyyətindən istifadəyə nəzarət səlahiyyətləri də daxildir, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə və X26 görə mülkiyyətçinin iradəsinə zidd onun mülkiyyətindən istifadəyə yol verilmir. Yuxarıda qeyd edilən qanunvericilik normalarına istinad edərək məhkəmə belə qənaətə gəlir ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən fərdi yaşayış evi başqa bir şəxsin mülkiyyətində olduğundan daşınmaz əmlak üzərində iddiaçının ipoteka hüququnun qeydə alınması üçüncü şəxsin qanunla qorunan mülkiyyət hüququnun pozulmasına səbəb olacaqdır. Belə ki, işdən məlum olduğu kimi Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, General Şıxlinski küçəsində yerləşən 66 saylı fərdi yaşayış evinin üçüncü şəxsə satılarkən həmin əmlak ipoteka ilə yüklü olmamışdır və müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə tam olaraq riayət edilmişdir. Odur ki, fərdi yaşayış evinin satılması barədə 24 oktyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında qüvvədə saxlanılmışdır. Beləliklə məhkəmə hesab edir ki, qanuni və əsaslı olması təsdiqini tapmış alqı-satqı müqaviləsi əsasında üçüncü şəxsin adına mülkiyyət hüququ əsasında qeydə alınmış fərdi yaşayış evinin üzərində iddiaçı “X31” Bakl filialının ipoteka yüklülüyünün qeydə alınması üçüncü şəxsin mülkiyyət hüququnun pozulması ilə nəticələndiyindən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 73.1, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı “X31” Bakı Filialının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, General Şıxlinski küçəsi 66 saylı fərdi yaşayış evinin üzərində “X31” Bakı filialının ipoteka hüququnun qeydə alınması və hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına (ünvan: ünvan 5 Hakim Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar