Məhkəmə qərarları › İş №2(102)-1012/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-1012/2021

02.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1012/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh və vəkili Vəkil İkraməddin oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1228/2020 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin kassasiya baxışından çıxarılması məsələsinə baxaraq müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixl i qətnaməsi ilə (iş № 2(003)-3589/2018, hakim Ə.S.Qəhrəmanov) iddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı qeyri-qanuni saxlanılan sahibsiz itlərin yaşayış sahəsindən çıxarılması və ev heyvanı saxlamaq hüququndan məhrum etmə tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1228/2020 saylı qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və E.Y.Şamayev), üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin qismən, yəni “cavabdeh tərəfindən qeyri-qanuni olaraq yaşayış sahəsində saxlanılan sahibsiz itlərin yaşayış sahəsindən çıxarılaraq “İDEA” X1 köçürülməsi barədə” tələbin rədd edilməsi hissə sində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilərək həmin tələbin qismən təmin edilməsi, Cavabdeh tərəfindən qeyri-qanuni olaraq yaşayış sahəsində saxlanılan sahibsiz itlərin yaşayış sahəsindən Bakı şəhər İddiaçı itlərin saxlanılması üçün təşkil edəcəyi və bunun üçün müvafiq baytarlıq və sanitariya qaydalarına cavab verəcək xüsusi sahəyə yerləşdirilməklə çıxarılması, tələbin qalan hissəsinin, yəni “həmin itlərin “İDEA” Heyvanlara Qayğı Mərkəzinə yerləşdirilməsi barədə” hissəsinin təmin edilməməsi və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)1228/2020 saylı qərardadı ilə (hakimlər M.A.Məmmədo v (sədrlik edən və məruzəçi), A.B.Nuriyeva və E.Y.Şamayev), Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1228/2020 saylı qətnaməsinə izah verilməsi barədə Cavabdeh ərizəsinin təmin olunmaması qərara alınmışdır. Həmin qərardaddan cavabdeh Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə qətnaməyə izah verilməsi barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmadığından kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardad ləğv edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)1228/2020 saylı qərardadından verilmiş kassasiya şikayətinin qaytarılması məsəsləsinə hüquqi qiymət verilməsi üçün iş kassasiya baxışından çıxarılmaqla Ba kı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili Vəkil İkraməddin oğlu qeyd olunan məsələnin məhkəmə kollegiyasının mülahizəsi əsasında həll olunmasını xahiş etdilər. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakiminin kassasiya şikayətinin icraata qəbul olunması haqqında xx.xx.2021-ci il tarixli qərardadı ləğv olunmalı və iş kassasiya baxışından çıxarılmaqla Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Kassasiya kollegiyası qeyd edir ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1228/2020 saylı qərardadının özündə də qərardadın qəbul edildiyi andan qüvvəyə minməsi və ondan kassasiya şikayətinin verilməməsi qeyd olunmuşdur (i/v 103). Məhkəmə kollegiyası hesab edir ki, adı çəkilən şikayət kassasiya qaydasında məhkəmə iclasında baxıla bilməz və ona görə də icraata qəbul qərardadı ləğv olunaraq həmin iş məhkəmə baxışından çıxarılmalı, kassasiya şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 402, 263.1, 264, 411, 417.1.7-ci maddələrini rə hbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)1228/2020 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti ilə əlaqədar kassasiya şikayətinin icraata qəbul olunması haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakiminin xx xxxxxx 2021-ci il tarixli, 2(102)1012/2021 saylı qərardadı ləğv edilsin və iş kassasiya baxışından çıxarılaraq Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələblərinə əsasən Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar