Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1014/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X3 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin vəkili iştirakı ilə, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-247/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin (hakim Toğrul Axundov) xx xxxxxx 2017-ci il tarixli, 2(004)-1640/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh-dən sığorta ödənişi üzrə 6500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi üzrə 15 manat pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Zaur Əliyev, Fuad Talışinski) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə həmçinin məhkəmə xərcləri barədə məsələ həll edilmişdir. İşin halları İddiaçı Cavabdeh-yə qarşı sığorta ödənişinin və dəymiş mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ca vabdeh-dən 15000 manat sığorta ödənişinin, 5000 manat mənəvi zərərin və 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 20031 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxx 2016-cı il tarixdə Zaqatala rayonu Çökək kəndində yerləşən xüsusi mülkiyyətində olan yaşayış evini Cavabdeh-nin əməkdaşına 30 manat sıgorta haqqı ödəməklə 15000 manat dəyərində sığortalamışdır. Sığortaya dair Şəhadətnamə və ödədiyi pula dair qəbz almışdır. xx xxxxxxxx 2016-cı il tarixdə Zaqatala rayonunda baş vermiş 3.8 bal gücündə zəlzələ zamanı həmin evi yarasız hala düşmüşdür. Təbii fəlakət olan zəlzələdən evinə dəymiş ziyanın əvəzi olaraq sığorta məbləgini almaq üçün dəfələrlə cavabdeh təşkilata yazılı müraciət etmişdir. Həmin təşkilat ona nə sığorta pulunu ödəməmiş nədə ki, rəsmi cavab verməmişdir. Beləliklə cavabdeh təşkilat ona sığorta məbləgini ödəməməklə və onu aldatmaqla, ona yüksək məbləğdə mənəvi zərər də vurmuşdur. Belə ki, zəlzələ olan dövrdən indiyədək yarasız evdə yaşayır, hər an təhlükə və stres altında yaşayır. Buna görə də hesab edir ki, cavabdeh həm də ona vurduğu mənəvi zərəri də ödəməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmun u apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya i nstansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nə zərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Zaqatala rayonu Çökək kəndində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 15.8 kvadrat metr yaşayış sahəsindən ibarət fərdi yaşayış evi xx.xx.2007-ci il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alımışdır. Fərdi yaşayış evi sığortaçı Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək zərərdən 15000 manat miqdarında sığortalanmışdır. Respublika Seysmoloji Xidmət Mərkəzinin xx.xx.2017-ci il tarixli, 89/068 saylı məktubundan görünür ki, Zaqatala rayonu ərazisində xx xxxxxxxx 2016-cı il tarixdə, saat 20:57:45-də 4 bala yaxın, xx xxxxxxxx 2016-cı il tarixdə saat 01:29:36-da 3 bala qədər olmaqla iki zəlzələ hiss olunmuşdur. Zaqatala rayon İcra Hakimiyyətinin xx xxxxxxx 2016-cı il tarixli, 8/1387/ə-98 saylı arayışından görünür ki, xx.xx.2016-cı il tarixdə rayonda baş vermiş 3,8 bal gücündə zəlzələ zamanı İddiaçı məxsus fərdi yaşayış evinin divarlarında çoxsaylı çatlar əmələ gəlmişdir. Zaqatala rayon İcra Hakimiyyətinin xx xxxx 2017-ci il tarixli, 9/323 saylı arayışından görünür ki, xx.xx.2016-cı il tarixdə rayonda baş vermiş 3,8 bal gücündə zəlzələ zamanı İddiaçı məxsus fərdi yaşayış evinin divarlarında çoxsaylı çatlar əmələ gəlmişdir. Ev yaşayış üçün yararsız vəziyyətə düşmüşd ür. Zaqatala rayon İcra Hakimiyyətinin xx xxxxxx 2017-ci il tarixli, 9/1547 saylı məktubundan görünür ki, A.X4 Nazirliyinin “102” xidmət-zəng mərkəzi sisteminə və Rayon İcra Hakimiyyətinə müraciətləri ilə əlaqədar vətəndaşın Çökəkoba kəndində mülkiyyətində olan fərdi yaşayış evinə vizual baxış keçirilmiş, müxtəlif tarixlərdə rayonda baş vermiş zəlzələr nəticəsində onun evinin divarlarında çoxsaylı çatların əmələ gəldiyi müşahisə edilmişdir. Zəlzələ nəticəsində fərdi yaşayış evlərinə dəyən ziyanın aktlaşdırılması və müvafiq rəyin verilməsi Fövqəladə Hallar Nazirliyinin komissiyalarının səlahiyyətlərində olduğu üçün İddiaçı yaşayış evinin mövcud vəziyyəti haqqında arayış verilmişdir. İşdə olan “xxxx” MMC-nin xx.xx.2017-ci il tarixli AZSB-19/17 saylı araşdırma hesabatında evdə əmələ gələn ç atların səbəbinin evin üzərində quraşdırılan talvarın evin dayanaqlığını zəiflədib müvazinətini pozması və sobanın mənfi təsirinin çatların əmələ gəlməsinə səbəb olduğu, bu tip hərəkətlər nəticəsində çatların əmələ gəlməsinin məsuliyyətinin sığortalının üzərində qaldığı, tikilinin təmirinin mümkün olmaması, bərpası üçün tikilinin sökülüb yenidən tikilməli olduğu, bərpa xərclərinin 6500 manat civarında olduğu göstərilir. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə tikinti texniki ekspertizasının xx xxxx 2017-ci il tarixli, 8150 saylı rəyinə görə ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus tikilinin divarları üzərində çatların olduğu, həmin çatların zəlzələ nəticəsində yarana biləcəyi, lakin həmin çatların konkret olaraq hansı səbəbdən yaranmasını, eləcə də aşkar olunmuş qüsurla rın aradan qaldırılması və ya bərpasının mümkün olub-olmamasını müəyyən etmək X1 Tikintidə X2 Agentliyinin konstruktur ixtisasına malik mütəxəssisləri tərəfindən müəyyən edilə bilər ki, həmin mütəxəssislərin baxışda iştirak etməməsi səbəbindən qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Rəydən göründüyü kimi, iddiaçıya məxsus tikilinin divarları üzərində çatların olduğu müəyyən edilsə də, çatların konkret olaraq hansı səbəbdən yaranması və s. bu kimi zəruri halların aydınlaşdırılması Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin müvafiq mütəxəssislərinin iştirakı ilə mümkündür. Bu səbəbdən də, apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsinin vəsatətinə əsasən iş üzrə əlavə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Fövqəl adə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin mütəxəssisləri, həmçinin ekspert qismində cəlb olunmaqla, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin mütəxəssislərinin rəyini də nəzərə alınmaqla, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evindəki çatlar və digər zədələr Zaqatala rayonunda xx xxxxxxxx 2016-cı il tarixdə 3-4 ballıq zəlzələnin baş verməsi səbəbindən yaranması mümkündür. İddiaçıya məxsus dərdi yaşayış evində mövcud qüsurlar evin bünövrəsinin çökməsindən, evin inşası ilə əlaqədar Tikinti Norma və Qayd alarına əməl olunmamasından və digər səbəblərdən əmələ gələ bilər. Hər-hansı zədənin (qüsurun, çatın və s.) yaranma tarixinin (vaxtının) müəyyən olunmasına dair metodika olmadığından, tədqiq olunan fərdi yaşayış evində mövcud qüsurların hansı tarixdə əmələ gəlməsinin müəyyən edilməsinə dair tədqiqat aparılmadı. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evinə dəyən zərərin baş vermiş zəlzələ ilə bağlı olaraq yaranması istisna edilməmiş, verilmiş ekspert rəylərində bu halın mümkünlüyü qeyd olunmuşdur. Həmçinin işdə olan digər sübutlarla, o cümlədən Zaqatala rayon İcra Hakimiyyətinin yuxarıda qeyd edilən məktublarında da zədələrin məhz zəlzələ nəticəsində yarandığı birbaşa qeyd olunmuşdur. Beləliklə, işdə olan sübutlara əsasən apellyasiya instansiy ası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı məxsus Zaqatala rayonu Çökək kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək zərərdən 15000 manat miqdarında sığortalanmış, sığorta müddətində baş vermiş zəlzələ nəticəsində həmin fərdi yaşayış evinin divarlarında çoxsaylı çatlar əmələ gəlmiş, beləliklə iddiaçıya maddi zərər dəymişdir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, dəlilləri formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sığorta müqaviləsi bağlandığı vaxt hər hansı qüsuru olmayan fərdi yaşayış evinin divarlarında çatların qısa müddət - 4 ay sonra əmələ gəlməsi nəzərə alınaraq, cavabdehin təqdim etdiyi «xxxx” MMC-nin xx.x x.2017-ci il tarixli AZSB-19/17 saylı araşdırma hesabatında çatların əmələ gəlməsinə səbəb olan hallar barədə göstərilənlər ağlabatan sayılmır və çatların xx.xx.2016-cı il tarixdə baş vermiş zəlzələ səbəbindən yaranmasına dair iddiaçının yanaşı yoxlanılmış sübutlarla tamamlanan dəlilləri işin hallarına uyğun sayılır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.8-ci maddəsinə əsasən daşınmaz əmlakın təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin mə ruz qala biləsəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində zəlzələnin zəif baş verməsi və bu səbəbdən də iddiaçıya məxsus evə zərər vurmasının qeyrimümkün olmasını göstərsə də, bu barədə hər hansı sübut təqdim etməmiş, habelə etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəlləin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödə nişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Mülki Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş «xxxx” MMC-nin xx.xx.2017-ci il tarixli AZSB-19/17 saylı hesabatından görünür ki, iddiaçıya məxsus evin təmirinin mümkün olmaması, bərpası üçün tikilinin sökülüb yenidən tikilməli olması, bərpa xərclərinin 6500 manat həddində olması müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçıya məxsus yaşayış evinin bərpa xərclərinin 6500 manat həddində olması məhz cavabdeh tərəfin təqdim etdiyi qiymətləndiricinin rəyi ilə müəyyən olunmuşdur. Mülki Məcəllənin 385.1-ci maddəsi nin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normaları baxımından cavabdehin müəyyən edilmiş məbləğdə sığorta ödənişini iddiaçıya ödəmək vəzifəsi vardır. Cavabdeh isə sı ğorta ödənişinin verilməsi sahəsində öhdəliyini lazımınca icra etməmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi d əlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-247/2019 nömrəli iş üzrə xx xxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-1014/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1014/2020
17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver