Məhkəmə qərarları › İş №2(102)-1060/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1060/2019

20.02.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzilə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1060/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRA Rİ « 20 » fevral 2019-cu il İş № 2(102)-1060/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və X7 ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, Cavabdeh4-nın nümayəndəsi X4, vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 iyul 2018-ci il tarixli qətnaməsindən İddiaçı, vəkili Vəkil və Cavabdeh1, Cavabdeh2, vəkili Vəkil kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ:Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 yanvar 2018 -ci il tarixli, 2(005)-358/2018 saylı qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia ərizəsi təmin olunmamışdır.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyul 2018-ci il tarixli, 2(103)-5716/2018-saylı qətnaməsi ilə (hakimlər R.Eyvazov sədrlik edən, məruzəçi, S.Hacıyev və F.Talışinski) İddiaçı cavabdehlər Cavabdeh4 Mənzil Tikinti Kooperativinə, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 yanvar 2018-ci il tarixli, 2(005)358/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 yanvar 2018-ci il tarixli, 2(005)-358/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia ərizəsi qismən təmin olunaraq Cavabdeh4 Mənzil Tikinti Kooperativi ilə Cavabdeh2 arasında ünvan 1 ünvanında yerləşən yaşayış binasının 4-cü giriş, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 88.51 m2 olan 2 otaqlı, 245 saylı mənzilə dair bağlanmış 18 fevral 2016-cı il tarixli müqavilə etibarsız sayılması, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış binasının 4-cü giriş, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 88.51 m2 olan 2 otaqlı, 245 saylı mənzil boşaldılaraq, iddiaçıya təhvil verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh4 Mənzil Tikinti Kooperativinə, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh4 Mənzil Tikinti Kooperativi ilə Cavabdeh2 arasında bağlanmış 18 fevral 2016-cı il tarixli müqavilənin bağlandığı andan etibarsız sayılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış binasının 4-cü giriş, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 88.51 m2 olan 2 otaqlı, 245 saylı mənzilin boşaldılması, Cavabdeh4 Mənzil Tikinti Kooperativinin rəhbərliyinin qanunsuz əməlləri nəticəsində ona dəymiş olan 43000 manat maddi zərər, 20000 manat mənəvi ziyan, cəmi 63000 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh4 Mənzil Tikinti Kooperativindən onun xeyrinə tutulması, C avabdeh4 Mənzil Tikinti Kooperativinin rəhbərliyinin əməllərində cinayət tərkibi olduğundan barələrində xüsusi qərardad çıxarılaraq aidiyyəti üzrə göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ:İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə işin hallarına düzgün qiymət verməmiş, zərərlə bağlı hissədə tələbinin təmin edilməməsinin səbəblərini əsaslandırmamış, bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 iyul 2018-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahi ş edrilər.Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, iddiaçı tərəf mübahisəli mənzillə bağlı ödəniş həyata keçirməmişdir. Həmin mənzillə bağlı yalnız onun bacısı X4nın 5390 ABŞ dollar payı mövcuddur. Bu günki bazar qiyməti 100 min ABŞ Dolarından baha olan bir mənzilə 11 min ABŞ Doları ödəməklə sahib olmaq mümkün deyildir. Bundan başqa mübahisəli mənzilidən cavabdehlər olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılması nəzərdə tutulmuşdur. Məhkəmə bu hissədə dzgün nəticəyə gəlməmişdir. İddiaçı mənzilə mülkiyyət hüququ olmadan onun boşladılmasım tələb etmək hüququ ola bilməzdir. O ilk öngə iddiaçı mülkiyyət hüquqlarını təmin etdirməli və daha sonra cavabdeh tərəfdən məzilin boşaldılmasını tələb etməlidir. Qeyd olunanlard an göründüyü kimi, İddiaçı mübahisəli mənzilə bağlı subyektiv hüququ olmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş edrilər.Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Y.Y.İsmayılov verdiklər kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, digər tərəfin şikayətinin təmin edilməməsini, Cavabdeh4-nın nümayəndəsi X5 və vəkili Vəkil isə Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, digər tərəfin şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikas ı MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da,digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər.Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı kassasiya şikayəti qismən, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 iyul 2018-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində, eləcə də, Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istin ad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticədən görünür ki, iddiaçının mübahisəli mənzil üzərində hüquqlarının mövcudluğu, onunla Cavabdeh4 arasında 11.05.2005-ci il tarixdə bağlanmış müqavilə, həmçinin qanuni qüvvədə olan məhkəmə qərarları ilə müəyyən olunmuşdur. İşin faktiki halları və qanuni qüvvədə olan çoxsaylı məhkəmə qərarları ilə mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən yaşayış binasının 4-cü giriş, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 88.51 m2 olan 2 otaqlı, 245 saylı mənzilinə dair iddiaçının əmlak hüquqlarının, o cümlədən qanuni gözlənilən mülkiyyət hüquqlarının mövcudluğu müəyyən olunmuş, mənzilin digər şəxslərə satılması ilə bağlı müqavilələrin bağlanmasının yolverilməz olması və s. müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına, eləcə də digər nəticələri mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmamaqla, həmçinin tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün qanuni və əsaslı sayıla bilməz.Belə ki, apellyasiya instansiyası məhkəməsi istər iddianın təmin olunan, istərsə də təmin olunmayan hissə ləri üzrə gəldiyi nəticələri işin tam araşdırılmış hallarına uyğun olmamışdır.İş materiallarından görünür ki, İddiaçı mənzilin dəyərinin bir hissəsini (11000 ABŞ dolları) Cavabdeh4-ya ödəməklə qeyd edilən Mənzil Tikinti Kooperativinə assosiativ üzvlüyə qəbul edilmiş, yerdə qalan məbləği də (həmin müqavilə bağlandığı zaman mənzilin dəyəri 25990 ABŞ dolları dəyərində olmuşdur) müqavilədə şərtləşdirilmiş qaydada ödəməyi üzərinə öhdəlik kimi götürmüşdür. 12.04.2007-ciğil tarixli müqaviləyə əsasən mübahisəli mənzil 84085 ABŞ dolları məbləği qarşılığında X11 satılmışdır. Sonrakı dövrlərdə isə həmin mənzillə bağlı 14.10.2010-cu il tarixdə müqavilə bağlanaraq mənzil X6, son olaraq isə Cavabdeh2 ilə 18.02.2016-cı il tarixdə müqavilə bağlanmaqla ona satılmışdır.Göründüyü kimi, həmin mənzilə dair bir sıra məhkəmə mübahisələri yaranmış və son nəticə olaraq məhkəmə qərarı ilə İddiaçı ilə Cavabdeh4 arasında 11.05.2005-ci il tarixdə bağlamış “mənzil tikintisi haqqında” müqavilənin bərpa edilməsi qərara alınmaqla iddiaçının Cavabdeh4-nın assosiativ (ortaq) üzvlüyünə bərpası barədə Cavabdeh4-nın üzərinə öhdəlik qoyulmuş, 12.05.2011-ci il tarixdə bu barədə icra vərəqəsi verilmiş və İddiaçı Cavabdeh4-ya (Cavabdeh4 tərəfinədn verilmiş 21.07.2017-ci il tarixli 184 saylı arayış) assosiativ olaraq (ortaq) pay üzvlüyünə bərpa edilmişdir.Hazırki iş üzrə iddia tələbinə əsasən Cavabdeh4 qeyd edilən mənzilə onun hüququnun olmasına baxmayaraq ilk dəfə 12.04.2007-ci ildə X11, daha sonra 14.10.2011-ci ildə X6, son olaraq isə 18.02.2016-cı il tarixdə Cavabdeh2 satdığından Cavabdeh4 Mənzil Tikinti Kooper ativi ilə Cavabdeh2 arasında bağlanmış 18 fevral 2016-cı il tarixli müqavilənin bağlandığı andan etibarsız sayılmalı, Cavabdeh4-ya məxsus binanın istifadəyə verilməsindən 10 ildən artıq vaxtın keçməsinə baxmayaraq, həmin müddətdə mənzil ona verilmədiyindən ayı 300 manatdan hesablanmaqla müxtəlif ünvanlarda kirayədə yaşamaq məcburiyyətində qalması nəticəsində ona 36000 manat məbləğində, eləcə də, Cavabdeh4-nın etdiyi özbaşınalıqlar nəticəsində müxtəlif instansiya məhkəmələrində məhkəmə çəkişmələrində iştirak etmək məcburiyyətində qalaraq xərclədiyi 7000 manat məbləğində maddi ziyan, bu məhkəmə çəkişmələri nəticəsində mənəvi psixoloji sarsıntılar keçirmişdir ki, buna görə ona 20000 manat mənəvi ziyan dəymişdir.Cavabdeh “xxxx” MTK isə iddiaya olan etirazı ondan ibarət olmuşdur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.12.2007-ci il tarixli qətnaməsi qüvvəyə minməmiş Cavabdeh4 müqavilə bağlamaqla qeyd edilən mənzili 12.04.2007-ci il tarixdə 84.085 ABŞ dollara X11 satmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.12.2007-ci il tarixli qətnaməsi 13.04.2011-ci il tarixdə qüvvəyə minmiş və 12.05.2011-ci il tarixdə həmin qətnamə ilə bağlı icra vərəqəsi verilmişdir. Həmin ərəfədə isə mənzil artıq X8 sahibliyində və istifadəsində olmuşdur. Sonradan isə X12 qeyd edilən mübahisəli mənzili İsmayılov Natiq Siyasət oğluna satmış və X9 ilə Cavabdeh4 arasında 14.10.2011-ci il tarixdə müqavilə bağlanmışdır. Daha sonra isə X9 həmin mənzili Cavabdeh2 qzına satmış və bu barədə Cavabdeh4 ilə 18.02.2016-cı il tarixdə müqavilə bağlanmışdır. İddiaçı mənzilin əvvəlki sahibləri X5ə, X6ya qa rşı hər hansı bir iddia tələbi irəli sürməmiş, ən əsası da ilk olaraq X12 ilə bağlanmış 12.04.2007-ci il tarixli müqaviləni mübahisələndirməmişdir.Məhkəmə kollegiyası ilkin olaraq cavabdehlərin kassasiya şikayətini qiymətləndirməyi zəruri hesab edir. Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı mübahisəli mənzillə bağlı ödəniş həyata keçirməmiş, mülkiyyət hüququ əldə etməmiş və ona görə də belə iddia tələbi irəli sürməyə subyektiv hüququ olmamışdır.Kassasiya şikayətinin qeyd edilən dəlillərini qiymətləndirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiaysı məhkəməsi iddiaçının əmlak hüquqlarının mövcudluğunu qanuni qüvvədə olan məhkəmə qətnamələri müəyyən edilməsinə istinad etsə də, 13 dekabr 2007-ci il tarixli qətnamənin icra edilib-edilm əməsini, iddiaçının kooperativə mübahisəli mənzilin dəyərini ödəyi-ödəməməsini, kooperativ tərəfindən iddiaçıya məzilin qalan pay haqqının ödənilməsini təklif edib-etməməsini aydınlaşdırmamışdır. Həmçinin apellyasiya instansiya məhkəməsi cavabdehlərlə bağlanmış müqaviləni etibarsız hesab edərkən, həmin müqavilə bağlanarkən cavabdehlərin mənzillə bağlı məhkəmə mübahisənin olması barədə məlumatlı olub-olmaması, ümumiyyətlə hal-hazırda həmin mənzilin kimin istifadəsində olması da araşdırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Maddənin məzmununa görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını ehtiva edir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır.Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının aydınlaşdırılmaması qeyd edilən prosessual normaların tələblərinin pozuntusudur.Bundan əlavə müəyyən edilir ki, apellyaisya instansiyası məhkəməsi iddia tələbini təmin edib cavabdehlərlə bağlanmış müqaviləni etibarsız hesab edərkən gəldiyi nəticəni hər hansı bir maddi hüquq normalarının tələbi ilə əsaslandırmamışdır.Halbuki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim s übutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.Həmin Məcəllənin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində ya lnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.Həmin Məcəllənin 418.4.7-ci maddəsinə görə məhkəmənin qəbul etmiş olduğu qətnamədə, qərardadda məhkəmənin rəhbər tutduğu qanuna və ya digər normativ akta istinad olunmaması şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğvi üçün əsasdır.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi müqavilənin etibarsız hesab edilməsi barədə gəldiyi nəticəsi hər hansı bir maddi hüquq norması ilə əsaslandırmadığından həmin qətnamə qanuni hesab edilə bilməz və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq həmin qətnamə ləğv edilməlidir. Bununla yanaşı iş materialları ilə müəyyən olunur ki, iddiaçı mənzilin ona təhvil verməsi barədə iddia tələbi irəli sürmədiyi halda apellyasiya instansiya məhkəməs i mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsini qət etməklə iddia tələbindən kənara çıxmış, lakin bunu qətnamədə əsaslandırmamışdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.Kollegiya qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsinin mənzilin iddiaçıya təhvil verilməsi barədə nəticəsini iddia tələbindən kənara çıxma kimi qiymətləndirir və bu da qətnamənin ləğvini şərtləndirən əsas hesab edilir. Kollegiya iddiaçının kassasiya şikayətinin iddia tələbinin təmin edilməyən hissəsinin əsaslandırılmaması barədə olan dəlili ilə də razılaşır. Belə ki, iş materiallarından gö rünür ki, iddiaçı iddia ərizəsində, izahatlarında, apellyasiya şikayətlərində maddi və mənəvi ziyanla bağlı göstərdiyi dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi hər hansı bir dəyərləndirmə aparmamış, yalnız bir cümlə ilə bu hissədə iddiaçının sübut təqdim etməməsinə əsaslanaraq həmin hissədə iddia tələbini təmin etməmişdir. Kollegiya hesab edir ki, iddiaçının maddi və mənəvi ziyanla bağlı iddia tələbini təmin etməyən apellyasiya instnasiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 9,14,88,109-cu maddələnin tələblərinə uyğun olmamışdır. Ona görə də kollegiya hesab edir ki, iddiaçının kassasiya şikayəti həmin hissədə əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməli olsa da, kassasiya şikayətləri qismən təmin edilməlidir.Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən ed ilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.Kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir.Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi və eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxı mından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:İddiaçının kassasiya şikayəti qismən, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 iyul 2018-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində, eləcə də, Cavabdeh1 və Cavabdeh2nin kassasiya şikayəti qismən təmin edilsinlər.Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin.Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi Q.Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver