Məhkəmə qərarları › İş №2(102)-1101/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1101/2025

22.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1101/2025 22.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, X11, X10, X19, X20, X12, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (Qusar rayon Notariat ofisi və Quba regional “Asan Xidmət” mərkəzində notariat ofisi üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əşyaya mülkiyyət hüququnun əldə edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X3 ibarət tərkibdə, S umqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1486/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Qusar rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli 14/2 saylı qərarı ilə X5, X13, Cavabdeh2, X30, X35, X21, Cavabdeh1 və X14 xüsusi mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə Qusar rayonu Şirvanovka kənd ərazisindən 5.80 ha torpaq sahəsi verilmişdir, Bu barədə JN:290 KOD 30124018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir (İİ cild, i.v. 39-40);

3. İddiaçı ilə X5 arasında bağlanmış 25 avqust 2006-cı il tarixli alqı-satqı müqaviləsi ilə sonuncu Qusar rayon torpaq şöbəsindən verilmiş JN:290 KOD 30124018 saylı 16 iyun 1998-ci il tarixli Dövlət aktına əsasən ona məxsus olan Qusar rayonu Şirvanovka kənd ərazisində yerləşən 1.20 ha torpaq sahəsini (bundan sonra - mübahisəli torpaq sahəsi) 1600 (min altı yüz) manata iddiaçıya satmışdır. Alqı-satqı zamanı X13, Cavabdeh2, X30, X35, X21, Cavabdeh1 və X27 mübahisəli torpağın satılmasına razılıq ərizələri vermişlər (İİ cild, i.v. 38, 45-51);

4. X15 xx.xx.2006-cı il, X5 xx.xx.2007-ci il, X16 xx.xx.2012-ci il tarixdə vəfat etmişlər (İİ cild i.v. 136, 138, 139);

5. Mübahisəli torpaq sahəsi xx.xx.2019-cu ildə xüsusi mülkiyyət hüququ üzrə 1/8 hissədə Cavabdeh2, 1/8 hissədə Cavabdeh7, 1/8 hissədə X28, 1/8 hissədə X24, 1/8 hissədə X27 və 3/8 hissədə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır (İİ cild, i.v. 164);

6. Mübahisəli torpaq sahəsindən X15 və X4 məxsus olan hissələr xx.xx.2019-cu il tarixli 2V-439 və 2V-440 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında Cavabdeh1 mülkiyyətinə keçmiş və bu barədə xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir (İİ cild, i.v. 170, 171, 172); 7. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh2, X24, X27, X22, Cavabdeh8 və Cavabdeh1 mübahisəli torpaq sahəsini Cavabdeh4 5200 (beş min iki yüz) manat satmışlar. Sonuncunun hüquqları xx.xx.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə çıxarış verilmişdir (İİ cild, i.v. 173-174). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci ins tansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlərə qarşı “çıxarış, qanun üzrə vərəsəlik şəhadətnamələri və alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, X6, X17, X8, X14 və Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, həmin çıxarış əsasında Qusar rayon notariat kontorunun verdiyi xx.xx.2019-cu il tarixli 2V-439 və 2V-440 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələrinin, həmin şəhadətnamələr əsasında verilmiş xx.xx.2019cu il tarixli, ********** qeydiyyat nömrəli, **********04 reyestr nömrəli daşınma z əmlakın dövlət reyestrindən çıxarışın, həmin çıxarış əsasında Quba regional “Asan Xidmət” mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə- 3353 reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında X9 adına verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, Qusar rayonu Şirvanovka kəndində yerləşən 5.80 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 və onun ailə üzvlərinə məxsus olmuşdur. Qeyd edilən torpaq sahəsinin 1.20 hektar hissəsi Qusar rayon Dövlət Notariat Kontorunun təsdiq etdiyi 25 avqust 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 tərəfindən ona satılmışdır. Hal-hazırda həmin müqavilə qüvvədədir və qeyd edilən torpaq sahəsi alındığı vaxtdan onun istifadəsindədir. Bu yaxınlarda ona məlum olmuşdur ki, X5 vəfat etdikdən sonra, oğlu Cavabdeh2 və qardaşı oğlu Cavabdeh1 atalarının ona satdığı həmin torpaq sahəsinə dair özünün və ailə üzvlərinin adına xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Bununla əlaqədar o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2021ci il tarixli ərizə ilə müraciət edərək, qeyd olunan torpaq sahəsinə Cavabdeh2 və ailə üzvlərinin adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”ın ləğv edi lməsini və xx.xx.2006-cı il tarixli, 4-Ə-1020 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən satın aldığı 1.20 ha torpaq sahəsinə dövlət reyestrində onun adına qeydiyyata alaraq çıxarışın verilməsini xahiş etmişdir. Müraciətinə DƏDRX-i xx.xx.2021-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, Qusar rayonu Şirvanovka kəndində yerləşən 1.20 ha torpaq sahəsinə Cavabdeh2 və ailə üzvlərinin adına xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış” verilmiş və bu çıxarış yalnız məhkəmə qərarı ilə ləğv edildikdən sonra xx.xx.2006-cı il tarixli,4-Ə-1020 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsinə onun adına çıxarışın verilməsi mümkündür. Bundan sonra o, həmin çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə mü raciət etmiş və həmin məhkəmənin 30 iyun 2022-ci il tarixli 2- 1(118)-1382/2022 saylı qərarı ilə iddiası təmin edilərək xx.xx.2019-cu il tarixli,********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin həmin qərarından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Həmin şikayətə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən baxılarkən DƏDKR publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məhkəməyə Qusar rayon notariat kontorunun verdiyi xx.xx.2019-cu il tarixli 2V439 və 2V -440 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələri təqdim edilmişdir. Məlum olmuşdur ki, ona satılan torpaq sahəsinin mülkiyyətçilərindən olan X5 və X15 vəfat etdiyinə görə torpaq sahəsinin onlara məxsus hissələrinə vərəsəlik müəyyən olunmuş və yuxarıda qeyd olunan qanun üzrə vərəsəlik şəhadətnamələri əsasında ona satılan torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh2, 1/8 hissəsinə X6, 1/8 hissəsinə X17, 1/8 hissəsinə X8, 1/8 hissəsinə X14 və 3/8 hissəsinə Cavabdeh1 adlarına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********04 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bu səbəbdən də, Sumqayıt Apellyasiya Məhkəməsinin 21(105)-43/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1( 118)-1382/2022 nömrəli qərarı ləğv edilməklə iddia mümkün sayılmamışdır. Bundan sonra onun tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət olunaraq “**********04 reyestr nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli qeydin ləğv edilməsi xahiş olunmuş, lakin həmin müraciətinə müsbət cavab verilmədiyinə görə həmin qeydin ləğv edilməsi öhdəliyinin həmin idarənin üzərinə qoyulması” barədə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırılmışdır. Lakin, Sumqayıt İnzibati Məhkəməsinin e-2- 1(118)-2429/2023 saylı xx.xx.2023-cü il qərardadı ilə onun həmin iddiası da mümkün sayılmamışdır. Sumqayıt İnzibati Məhkəməsi öz qər ardadında aşağıdakıları qeyd etmişdir: Məhkəmə qeyd edir ki, iddiaçının 2005-ci ildə qanuni əsaslarla aldığı torpaq sahəsi üzərində mülkiyyət hüququ yaransada, həmin hüququ dövlət qeydiyyatına aldırmamış, torpaq sahəsini aldığı adamın ailə üzvlərinin hərəkətləri nəticəsində hazırkı vəziyyət yaranmışdır. Göründüyü kimi hazırkı mübahisəli vəziyyət cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində deyil, iddiaçının yaranmış mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmamaqla etdiyi səhlənkarlıq və üçüncü şəxslərin öz hüquqlarından sui istifadə etməsi nəticəsində yaranmışdır. Odur ki, o, özünün qanuni əsaslarla satın aldığı torpaq sahəsinə dair pozulmuş hüquqlarının bərpa olunması üçün Qusar Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Onun hazırkı iddia tələbinin hüq uqi əsaslandırması ondan ibarətdir ki, məhz Cavabdeh2, Cavabdeh1 və digər cavabdehlər əvvəlcə qeydiyyat orqanına səhv və yalan məlumat verərək ona satılmış torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişlər, çıxarışda hüquq sahibləri kimi mərhum X7, X15 və ailə üzvləri göstərilmişdir. Məhz cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin qanunsuz hərəkətləri nəticəsində onun satın aldığı torpaq sahəsinə dair əmlak hüququ pozulmuşdur. Çünki, torpaq sahəsi ona satıldıqdan sonra əvvəlki mülkiyyətçilərin həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına artıq xitam verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri p ublik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qanunsuz olduğundan və onun həmin Çıxarışda olan torpaq sahəsinə dair dövlət qeydiyyatına alınmalı olan mülkiyyət hüququnu pozduğundan etibarsız hesab edilməlidir. Həmçinin, həmin Çıxarış əsasında Qusar rayon notariat kontorunun verdiyi xx.xx.2019-cu il tarixli 2V-439 və 2V-440 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələri qanunsuz və əsassızdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi həmin şəhadətnamələrin verildiyi torpaq sahəsi həmin şəhadətnamələr üzrə miras qoyanlar tərəfindən vəfat etməmişdən uzun müddət əvvəl ona satılmış və torpaq sahəsi satıldığı vaxtdan həmin şəxslərin həmin torpaq sahəsinə mülkiyyət hüquqlarına xitam verilmi şdir. Ona görə də, həmin torpaq sahəsi həmin şəxslərin miras kütləsinə daxil edilə bilməzdi. Göründüyü kimi, Qusar rayon notariat ofisinin verdiyi xx.xx.2019-cu il tarixli 2V439 və 2V440 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələri də mülki və torpaq qanunvericiliyinin tələblərinə zidd olmaqla qanunsuz və əsassızdır, həmçinin onun qanunla qorunan mənafeyi pozulmaqla verilmişdir. Bu səbəbdən də, həmin şəhadətnamələr etibarsız hesab edilməlidir. Bundan başqa, Qusar rayon notariat kontorunun verdiyi xx.xx.2019-cu il tarixli 2V-439 və 2V-440 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələri əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 və ailə üzvlərinin adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, ********* *04 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da qanunsuz və əsassızdır, həmin Çıxarışın verildiyi torpaq sahəsinə həmin şəxslərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alına bilməzdi, çünki həmin şəxslərin mülkiyyət hüquqlarına torpaq sahəsi ona satıldığı vaxtdan xitam verilmişdir. Bu səbəbdən də, həmin Çıxarış da etibarsız hesab edilməlidir. Bundan başqa, işə Sumqayıt İnzibati Məhkəməsində baxılarkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, ona satılmış 1.20 hektar torpaq sahəsi xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********04 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Quba regional “Asan Xidmət” mərkəzinin notariat ofisi tərəfindən təsdi q edilmiş xx.xx.2021-ci il tarixli 4Ə3353 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X12 satılmış, daha sonra isə sonuncunun adına xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Həmin alqı-satqı müqaviləsini o, 1.20 hektar torpaq sahəsinə dair adına müvafiq Çıxarışın verilməsi tələbi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etdikdən, daha sonra isə həmin idarəyə qarşı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdikdən sonra həyata keçirilmişdir. Yəni, alqı-satqı əməliyyatı üçün tələb olunan Forma-1 arayışı verilərkən arayışı verən hüquqların dövlət qeydiyyatı orqanının 1.20 hektar torpaq sahəsinə dair onunla mərhum Cəmaləddin Umarovun aras ında alqısatqı müqaviləsinin bağlandığı barədə məlumatı olmuşdur. Başqa sözlə, onun torpaq sahəsinə dair qanunsuz verilmiş çıxarışlarla bağlı etirazı və tələbi qeydiyyat orqanına təqdim edilmişdi. Odur ki, Quba regional “Asan Xidmət” mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-3353 reyestr nömrəli alqı-satqı müqaviləsi də mülki və torpaq məcəlləsinin tələbləri pozulmaqla bağlanmış, torpaq sahəsinə dair sərəncam verən şəxslərin həmin torpaq sahəsinə sərəncam hüquqları olmamışdır. Ona görə də, həmin alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında X9 adına verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış etibarsız hesab edilməlidir.

10. Cavabdeh1 məhkəmə etiraz ərizəsi təqdim edərək etirazını onu nla əsaslandırmışdır ki, iddiaçı öz ərizəsində göstərir ki, JN290 KOD 30124018 saylı 30 sentyabr 1997-ci il tarixli 14/2 nömrəli qərarla 5.80 ha torpaq sahəsi X2 və onun ailə üzvlərinin adına rəsmiləşdirilmiş və mülkiyyətlərindədir. Eyni zamanda alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, 16 iyun 1998-ci il tarixli torpaq sahəsinin alqı-satqısıdır. İddiaçının mübahisələndirdiyi 1.20 ha torpaq sahəsi 5.80 ha torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçı mübahisəli torpaq sahəsinin alqı-satqısını xatırlamadığı kimi onun yerləşdiyi yeri və koordinatlarını göstərə bilməmişdir. Bununla da öz iddiasını sübut edə bilməmişdir. İddiaçının ancaq alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətlərini, qalan sənədlərin isə ancaq surətlərini məhkəməyə təqdim etməsi onun başqa bir əqdi pərd ələmək niyyətinin olduğu kimi başa düşülür. Belə bir alqı-satqı müqaviləsi əsl həqiqətdə olmamış, ailə üzvlərinin xəbəri olmamışdır. Bundan əlavə iddiaçı xx.xx.2021-ci il tarixində DƏDRX-ya müraciət etmiş və xx.xx.2021-ci il tarixdə **********26 saylı cavab məktubunu almış və məktubun məzmununu dəyişərək məhz “Məhkəmə qərarı ilə çıxarış ləğv edildikdən sonra, çıxarışın verilməsi mümkündür” cümləsi əlavə etmişdir. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə 2-1(118)-1382/2022 saylı xx.xx.2022-ci il və 2-1(118)2429/2023 saylı xx.xx.2023-cü il tarixli müraciətlərində də, DƏDRX-dən alınan bu arayışın surətindən istifadə etmiş və bugünkü iddia ərizəsinə adı gedən arayışın surətini təqdim etmişdir. Notariat işində olan imzalar zahirən həqiqi imzalardan aşırımlı dərəcədə fərqləndiyi səbəbindən xətşünas lıq ekspertizasının keçirilməsi saxtakarlığın və DƏDRXnın imtina məktubunun məzmununda bilərəkdən və məqsədyönlü hərəkət və hərəkətsizliyə hüquqi qiymət verilməsi üçün prokurorluğa məlumat verilməlidir. Göründüyü kimi iddiaçının əlində olan alqı-satqı müqaviləsi 2006-cı ildən saxta olduğundan rəsmiləşdirilmədiyindən və başqalarına aid olan torpaq sahəsinə iddia etməsi absurtdur.

11. Cavabdehlər X8, X6, X17, X14 etibarnamə üzrə nümayəndəsi həmçinin iş üzrə Cavabdeh1 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi onlara məxsusdur, onlar həmin torpağı satmamışlar, onun bu işdən xəbəri yoxdur. O, torpağı Sərxana satmışdır. Həmin torpaq sahəsindən əvvəllər dayıları istifadə edib, sonradan o istifadə etmişdir. Mübahisəli torpaq sahəsi Marmalatın torpağına qonşudur. Həmin torpağa dair sənəd onda olub, o, bu haqda icra nümayəndəsinə və bələdiyyəyə də demişdir. Torpağı babası satdığını o bilmir. Marmalatın əlinə sənəd necə düşübsə onun xəbəri yoxdur, Camaləddin babasıdır, torpağı necə satıbsa bilmir. O, bu haqda heç nə bilmir, əgər bilsəydi həmin torpağı Sərxana satmazdı. Babasının həmin torpağı satmasından xəbəri olmayıb, 2006-cı ildə onun 14 yaşı var idi, onu notariusa aparmayıblar, o, heç bir yerə imza etməmişdir. O, torpağı Sərxana satmış, torpağı satanda məhkəmə mübahisəsi olmamışdır.

12. Cavabdeh X18 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsini Cavabdeh1 10000 manata almışdır. Niyaməddin ona həmin torpağı yerində göstərmişdir. Marmalat ilə mübahisə olduğunu torpağı alandan sonra bilmişdir. Əvvəldən torpaqla bağlı mübahisənin olduğunu bilsəydi həmin torpağı almazdı. Torpaq sahəsinə dair çıxarış və çıxarışda olan şəxslərin Niyaməddinə etibarnamələri var idi. Alqı-satqını Qusar şəhərində etmişlər. Alqı-satqıda etibarnamə ilə Niyaməddin iştirak edib. Reyestrdən öz adına çıxarış almış, həmin vaxt mübahisəli torpaq sahəsinin üzərinə həbs qoyulmamış, hər hansı bir məhdudiyyət olmamışdır.

13. Qusar Rayon Məhkəməsinin e-2(029)-218/2024 nömrəli, 30 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim X43) iddia rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, MM-in 140-cü maddəsinin mahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin qeyri-dəqiq olması müəyyən edildiyi anadək, həmin qeydə əsasən həyata keçirilmiş əqdlər (yalnız əqdin xeyrinə hüquq özgəninkiləşdirilə n tərəfinin qeydin qeyri-dəqiq olmasını bildiyi hal istisna olmaqla) əsasında hər bir şəxsin əldə etdikləri hüquqlar müdafiə edilməlidir. Bu zaman ilkin qeydin hansı əsasla edilməsi, o cümlədən qanunsuz olması əhəmiyyət kəsb etmir. Qeydin yalnız qanuni əsaslarla həyata keçirildiyi halda daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamlığı prezumpsiyasının qüvvədə olması və əldə edən şəxsin hüquqlarının müdafiə olunması, həmin normanın mahiyyətinə ziddir və zərurətini aradan qaldırır. Mülki Məcəllənin 148.2 və 149.2-ci maddələrinin məzmunu da, qeyd olunanları təsdiq edir. Belə ki, həmin müddəalara görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları, habelə əsassız dövlət qeydiyyatının d əyişdirilməsi zamanı vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqlar müdafiə olunmalı və saxlanılmalıdır.

15. Məhkəmə iddia tələbinin Cavabdeh2, X6, X17, X8, X14 və Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın; həmin Çıxarış əsasında Qusar rayon notariat kontorunun verdiyi xx.xx.2019-cu il tarixli 2V-439 və 2V-440 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələrinin; həmin şəhadətnamələr əsasında verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********04 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edi lməsi hissəsində hesab etmişdir ki, Cavabdeh1 İddiaçı ilə onun babası X5 arasında olan alqı-satqı müqaviləsindən xəbərdar olmamışdır. Cavabdeh1 izahatında bildirmişdir ki, həmin alqı satqıdan məlumatı olmamışdır. Həmin alqı satqı müqaviləsinin tarixinə və Cavabdeh1 yaşına nəzərdə saldıqda məhkəmə Cavabdeh1 izahatını inandırıcı hesab edir. Cavadeh qanunvericiliyin tələbinə uyğun olaraq vərəsəlik şəhadətamələri əsasında həmin torpaq sahəsinə çıxarış çıxartmışdır. Cavabdehin məhkəmə iclasında verdiyi izahatda da bildirdiyi kimi Cavabdeh1 mübahisəli torpağın babası X5 tərəfindən İddiaçı satıldığından xəbərdar olmamışdır. Bu halda Cavabdeh1 qanunvericiliyin heç bir tələbini pozmamış, əksinə qanunvericiliyin tələblərinə uyğun olaraq öz adına çıxarış çıxartmışdır. Həmçinin, Cavabdeh2 bildirmişdir ki, həmin torpaq sahəsindən əvvəllər dayıları, sonra özü istifadə etmişdir. Belə olan halda da Cavabdeh2 həmin torpaq sahəsinin satılmasına razı olmasına dair sonradan da hərəkətlər də etməmişdir.

16. Məhkəmə iş materiallarına əlavə edilmiş Qusar rayon, Şirvanlı Bələdiyyəsinin 25 avqust 2006-cı il tarixdə bağlanmış müqavilə əsasında 1.20 ha torpaq sahəsininin vergilərinin hal-hazıra kimi İddiaçı tərəfindən ödənilməsinə dair arayışına belə qiymət vermişdir ki, həmin arayışda qeyd olunur ki, vergilər ödənilir, torpaqdan istifadə olunması qeyd edilmir, torpaqdan istifadə qeyd edilməsi göstərilmədiyinə görə Cavabdeh2 həmin torpaq sahəsinin satılmasından məlumatlı olmamışdır. Həmin torpaq sahəsindən əvvəllər dayıları, sonra özü istifadə etmiş, belə olan halda da Cavabdeh2 həmin torpaq sahəsini n satılmasına razı olmasına dair sonradan da hərəkətlər də etməmişdir.

17. Məhkəmə iddia tələbinin 07.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********04 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında Quba regional “Asan Xidmət” mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021- ci il tarixli 4Ə- 3353 reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında X9 adına verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi hissəsində hesab etmişdir ki, cavabdeh qanunvericiliyin tələblərinə uyğun olaraq, öz adına çıxarış çıxartmış və həmin çıxarış əsasında mübahisəli torpağı X12 satmışdır. Öz növbəsində X18 vicdanlı alıcı olmuş, X1 mübahisəli torpaq sahəsini aldığı zaman həmin torpaq sahəsinin mübahisəli olduğunu bilməmiş, həmin torpaq sahəsindən istifadə etmiş və alqı-satqı nəticəsində öz adına çıxarış çıxartmışdır. X18 aldığı torpaq sahəsinə görə pul da ödəmişdir. Əgər, X18 torpaq sahəsinin mübahisə olunduğunu bilsə idi məhkəmə onu vicdanlı alıcı kimi qəbul etməzdi, hazır kı halda isə X18 vicdanlılığın əksini təsdiq edən hər hansı hal aşkar olunmamışdır. Şəxs torpaq almaq üçün əraziyə getmiş, aldıqdan sonra əkin işləri həyata keçirmişdir. Bu baxımdan cavabdeh X18 mübahisəli torpaq sahəsini alarkən həmin torpaq sahəsinə dair sərəncam verən şəxslərin, həmin vaxt bu hüquqa malik olduğundan çıxarış ləğv edilmədiyindən, əmlakı əldə edən cavabdeh X9 mövcud əqdin legitimsizliyi barədə şübhə yaratmadığından, sonuncu vicdanlı alıcı kimi qəbul edil məlidir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 140, 146.1, 148.2, 149.2, 157.2, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.2, 337.3, 362.1, 362.2, 389.1, 394, 646.1, 646.2, 1133.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli, H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli, "xxxx" ASC-nin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli və X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 sentyabr 2021-ci il tarixli qərarlar ındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassızdır.

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1486/2024 nömrəli mülki iş üzrə 19 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X29 - sədrlik edən və məruzəçi, X36 və X23) apellyasiya şikayəti təmin edilməmiş, Qusar Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının müb ahisələndirdiyi cavabdehin mərhum atası Cəmaləddin Ömərovun adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarış qanunvericiliyin tələbləri baxımından əldə edildiyindən, həmin çıxarışın etibarsızlığı üçün əsaslar mövcud deyil.

23. İddia tələbinin vərəsəlik şəhadətnaməsinin etibarsızlığı hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnamənin mövcudluğundan hələ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərkən məlumatlı olmuşdur. Lakin buna baxmayaraq İddiaçı həmin şəhadətnamənin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq müddəti ötürdükdən sonra, yəni xx.xx.2023-cü ildə məhkəməyə müraciət etmişdir.

24. İddia tələbinin vərəsəlik şəhadətnaməsinin əsasında verilmiş çıxarışın etibarsızlığı hissəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab etmişdir ki, həmin çıxarış məhz mövcud vərəsəlik şəhadətnaməsi əsasında verildiyindən və həmin şəhadətnamə etibarsız hesab edilmədiyindən, iddia tələbi bu hissədə də təmin edilə bilməz.

25. Məhkəmə kollegiyası iddia tələbinin alqı-satqı müqaviləsinin və onu əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə tələbinə gəldikdə qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdeh qeyd olunan əmlaka münasibətdə vicdanlı əldə edən olduğundan, iddia tələbi həmin hissədə də təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

26. Məhkəmə kollegiyası iddiaçının mübahisəli torpaq sahəs inin alqı-satqı müqaviləsi ilə daha əvvəl alınmasına dair göstərdiyi dəlilinə gəldikdə qeyd etmişdir ki, sonuncu həmin torpaq sahəsini əqd əsasında əldə etmiş olsa da, lakin bu hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmadığından, vicdanlı əldə edənin həmin əmlak üzərində hüquqlarının pozulması ilə nəticələ bilməz.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 149.2, 1272-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddələrinə, “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydalarının” 7.1, 7.3-cü bəndlərinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti işin hallarına istinadla onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsinin mülkiyyətçilərinin mülkiyyət hüququna torpaq sahəsi iddiaçıya satıldıqdan sonra xitam verilmişdir. Ona görə də xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilə biməzdi. Belə olan halda, həmin çıxarışın verilməsinin hər hansı şəkildə qanuni hesab edilməsi qanunsuz və əsassızdır. Çünki Cavabdeh2 torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmasından xəbərdar olub-olmaması torpaq sahəsi üzərində iddiaçının sahiblik və istifadə hüquqlarını əldə etməsi, satıcıların isə torpaq sahəsi üzərində mülkiyyət hüqu qlarına xitam verilməsi faktına təsir göstərmir. Bundan başqa, Cavabdeh2 iddiaçının torpaq sahəsindən istifadə etməsindən xəbərdar olmuşdur. Belə ki, alqı-satqı müqaviləsi bağlandığı andan mübahisəli torpaq sahəsi iddiaçının faktiki sahibliyində olmuşdur. Odur ki, birinci instansiya məhkəməsinin Cavabdeh2 izahatına istinadən, apelyasiya instansiyası məhkəməsinin isə cavabdehin vərəsə kimi müraciətinə əsasən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı qanuni hesab etməsi barədə mövqeyi qanuni hesab edilə bilməz. Bu, iddiaçının notariat qaydasında təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında əldə etdiyi mülkiyyət hüququnun tərkib elementləri olan sahiblik və istifadə hüquqlarının kobud şəkildə pozulmasıdır.

30. Bundan başqa qeyd edilmi şdir ki, iş materiallarına əlavə edilmiş Qusar rayon, Şirvanlı Bələdiyyəsinin arayışı torpaq istifadəçilərindən torpaq vergilərinin tutulmasını həyata keçirən bələdiyyə tərəfindən verilmiş və iddiaçı qeyd olunan torpaq sahəsinin sahibi və istifadəçisi kimi qeydiyyata alınaraq torpaq vergilərini mütəmadi olaraq ödəmişdir. Məhkəmənin arayışda yazılan sözlərə əsasən mühakimə yürütməsi əsaslı sayıla bilməz, çünki, arayışın mahiyyəti təsdiq edir ki, qeyd olunan torpaq sahəsinin faktiki istifadəçisi məhz iddiaçıdır. Eyni zamanda iddiaçının torpaq sahəsinin istifadəçisi olmamasını təsdiq edən hər hansı sübuta istinad olunmamışdır. Belə olan halda, məhkəmələrin bu barədə mövqeyi də işə baxılmasının prinsiplərini, o cümlədən sübutların qiymətləndirilməsi mexanizmini tənzimləyən Mülki Prosessual Məc əlləsinin tələblərinə ziddir.

31. Sumqayıt Apellyasiya Məhkəməsinin iddia tələbinin vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması hissəsi ilə bağlı Mülki Məcəllənin 1272-ci maddəsinə istinadı əsassızdır. Belə ki, iddiaçının hazırkı iddianı qaldırması üçün subyektiv hüququnun əsasını vərəsəlik hüququ təşkil etmir. Başqa sözlə, iddiaçı Mülki Məcəllənin vərəsəlik hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarına istinad etməmişdir. Onun iddiasının hüquqi əsasını özünün alqı-satqı müqaviləsi əsasında əldə etdiyi sahiblik və istifadə hüquqları təşkil edir. Şəhadətnamənin etibarsız hesab edilməsi tələbi iddiaçının ümumi iddia tələbinin tərkib hissəsidir və müstəqil iddia xarakterinə malik deyil. Belə ki, hazırkı halda mübahisələndirilən vərəsəlik şəhadətnaməsi təsdiqedici və ötürüc ü sənəd kimi mübahisələndirilmişdir. Çünki, iddiaçının alqı-satqı müqaviləsi əsasında əldə etdiyi torpaq sahəsi mərhum Cəmaləddin Ömərovun miras kütləsinə daxil edilə bilməzdi. Vərəsəlik şəhadətnaməsi də onun verildiyi əmlak barəsində mübahisələndirilmişdir. İddiaçı isə özünün torpaq sahəsi üzərində əldə etdiyi sahiblik və istifadə hüquqlarının pozulduğunu bildiyi andan öz hüquqlarının müdafiəsi üçün məhkəmədə iddia qaldırmışdır. Onun qaldırdığı iddia tələbi vərəsəlik şəhadətnaməsinin mühaisələndirilməsini də dolayısı ilə əhatə etmişdir. Belə olan halda, iddiaçının kəsici müddəti ötürməsi əsası ilə iddianın həmin hissədə rədd edilməsi qanunsuz və əsassızdır.

32. Eyni zamanda göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası iki halda qüvvədə olmur. Birincisi əldə edənin qeydin qeyri-dəqiq olmasını bildiyi halı, ikinci isə reyestrdəki qeydiyyatın düzgün olmaması barədə etirazın reyestrə daxil edilməsi halı. Birinci və apellyasiya instansiyası məhkəmələri birinci halın mövcud olub-olmamasını araşdırsa da, ikinci halı araşdırmamışdır. Belə ki, iddia ərizəsində də qeyd edildiyi kimi, xx.xx.2021-ci il tarixdə iddiaçı ərizə ilə müraciət edərək, mübahisəli torpaq sahəsinə Cavabdeh2 və ailə üzvlərinin adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”ın ləğv edilməsini xahiş etmişdir. Bununla da, iddiaçının qeyd olunan Çıxarış üzrə qeydiyyatın düzgün olmaması barədə daşınmaz əmlakın dövlət reyestrinə etiraz etmişdir və həmin etiraz daşınmaz əmlakın dövlət reyest rində daxil olduqdan sonra mübahisəli torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli 4Ə-3353 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bununla da, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını aradan qaldıran ikinci hal (reyestrdəki qeydiyyatın düzgün olmaması barədə etirazın reyestrə daxil edilməsi) mövcuddur və ona görə də, X18 torpaq sahəsini vicdanlı əldə edən hesab oluna bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

35. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

36. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeyd ə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

37. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

38. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

39. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

40. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir.

41. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

42. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

43. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

44. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

45. Maddə 337.1. B u Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

46. Maddə

394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

47. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

48. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

49. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

50. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

51. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

52. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.

53. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı sözügedən torpaq sahəsinə dair hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmadığı üçün əşyanın mülkiyyətini qazanmamışdır.

63. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

64. Məhkəmə tərkibi kassasiya şikayətinin “mübahisəli torpaq sahəsinin iddiaçıya satıldıqdan sonra mülkiyyətçilərinin mülkiyyət hüququna xitam verildiyi” barədə dəlilini əsaslı hesab etmir, ona görə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

65. Baxılan işdə mübahisəli əşyanı iddiaçıya satan mülkiyyətçilərin hüquqlarına xitam verilməsi, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun əmələ gəlməsinin qeydiyyata alınması aşkar edilməmişdir.

66. Belə olan halda, torpaq sahəsinə Cəmaləddin Ömərovun payının onun ölümündən sonra vərəsələrinə keçməsi mülki qanunvericiliyə uyğun olmuşdur.

67. Qanuna əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (§ 47, 51, 53).

68. Belə olan halda, mübahisənin obyektinə dair cavabdehlərin mülkiyyət hüquqları barədə dövlət reyestrində aparılmış qeydiyyatın əsassız sayılması və ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir.

69. Mülkiyyətçilərin isə öz əmlakına sərəncam vermək, o c ümlədən əşyanı özgəninkiləşdirmək hüquqları vardır.

70. Daşınmaz əşya üzərində mülkiyyət hüququnun əldə edilməsinin hüquqi əsasları Mülki Məcəllənin 144.1-ci, 144.2-ci, 178.1-ci və 394-cü maddələrində nəzərdə tutulmuşdur. Həmin normalara əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

71. Baxılan işdə cavabdeh Sərxan Maxəmmədov bu normaların tələblərinə uyğun qaydada əşyaya sərəncam vermək səlahiyyətinə malik olan mülkiyyətçilərlə bağladığı notarial alqı-satqı müqaviləsi əsasında öz mülkiyyət hüququnu dövlət reyestrində qeydə aldırmaqla torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etmişdir. Belə olan halda, həmin qeydiyyatın da ləğv edilməsi üçün əsaslar müəyyən olunmamışdır.

72. O da qeyd edilməlidir işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

73. Yuxarıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə gəlinmiş nəticə doğrudur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas təşkil etmir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

74. Məhkəmə tərkibi onu da qeyd edir ki, bu işdə iddiaçının tələblərinin təmin olunmaması, mübahisənin obyektinə dair onunla Ömərov Cəmaləddin arasında notarial qaydada bağlanmış 25 avqust 2006-cı il tarixli alqı-satqı müqaviləsinin icra edilməməsindən irəli gələn zərərin əvəzini aidiyyəti şəxslərdən tələb etmək hüququnu istisna etmir. Bu məsələ hazırkı işin predmetini təşkil etmədiyi üçün iddiaçı müqavilə öhd əliyinin pozulmasına görə düşdüyü zərərin əvəzinin ödənilməsinə dair ayrıca iddia ilə məhkəməyə müraciət edə bilər.

75. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1486/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver